Quranda imamət - 7 (a)
Münafiqlərin İslamla düşmənçiliyi
Sənin qardaşın düşmənçilik edir lakin səninlə düşmən deyil. O, dünənki qardaşındır. Sənin namazınla düşməndir. Bunu hardan qeyd edirik? Quranda ayələr vardır. Onlar Allahın nurunu söndürmək istəyirlər. Onların şəxslərlə işləri yoxdur. Allahın nurunu söndürmək fikrindədirlər. Onların silahları söndürməkdir. İnsan şamı söndürəndə necə söndürər? Üfürər. Qeyd olunur ki, onlar Allahın nuru şamdır deyirlər. Diqqət edin! Allah burada onlara bildirmək istəyir. Buyurur: Onlar, Allahın nuru şamdır deyirlər üfürsən sönər. Allahın nuru elə bir ilahi nurdur ki, heç vaxt sönməz. Lakin onlar istəyirlər ki, o nuru ağızları ilə söndürsünlər. Allah öz nurunu tamamlayar. Söndürə bilməzlər. Qeyd etmək istərdik ki, onların düşmənçilikləri müsəlmanlarla müsəlmanların özlərinə görə deyildir. İslama görə idi. İstəmirdilər namaz qılan olsun. Müsəlmanların Namazlarından xoşları gəlmirdi. Allah bir ayrı ayədə buyurur: Kafirlərin acığı gəlsədə Allahı xalis çağırın. Məlumdur, kafirlərin nədən acığı gəlirdi? Allahı çağırmaqdan. Müsəlmanlardan acıqları gəlmirdi. Allahı çağırmaqdan acığı gəlirdi. Kafirlərin o zaman arzuları var idi. O arzuları bu idi ki, bir gün azad olacaqlar. Bir gün hərşey aradan gedəcək. Bir gün bu nur sönəcək. Bir gün bu çıraq olmayacaq. Onların belə arzuları var idi. Yəni bir gün olmayacaq. Nə edəcəklər ki, din olmayacaq? Bir çırağı söndürmək istəsək nə etməliyik? Gedib çırağı özündən söndürürük. Bunlar necə deyirdilər ki, çırağı söndürəcəklər? Əvvəl düşünürdülər ki, peyğəmbəri süstləşdirsinlər. Peyğəmbər bu istiqamətdə atdığı addımlarda süstləşər, zəifləyər. İnsan bir işi görmək istərsə. Taqətdən düşsə, ürəyi zəifləsə daha o işi görə bilməz. Əgər biz Allah adamı olmaq istəsək, ürəyimizin zəiflədiyini hiss etsək, planlaşdırdığımız işlərin çox az bir qismini görərik. Bu gündən qərarlaşmışıq ki, gecə namazı qılaq. Lakin axşam bir az tez yatırıq. Saatı, bizi oyatması üçün tənzimləyirik. Oyanıb saatı söndürürük ki, sabahdan durarıq. Məqsədimizi bu gündən sabaha keçiririk. Bu zəifləmək o işin görülməməsinə bir səbəbdir. Quran bir sıra ayələrdə buyurur, nəyə əmr olunmasına döz. Hətta peyğəmbər buyurur: Bu ayələrin bəzisi məni qocaltdı. Hud surəsi məni qocaltdı. Çünki, orada “dözün” kəlamını mənə buyurmadı. Dözün-ü səhabələrə buyurdu. Onlar isə dözə bilmədilər. Buyurur: Döz və sənin yanındakılarda dözsünlər. Çünki, onun iradəsini zəifləşdirsə, süstləşdirsə çıraqlar yanmaz. Onlar istəyirdilər çırağı söndürsünlər, bunun bir yolu da bu idi. Peyğəmbəri ruhdan salsınlar. Yadınızdadırsa nəffasati fil uqədi qeyd edərkən izah etmişdik ki, bir iş də budur: İnsanın düzgün gördüyü işini gözdən salsınlar. Bizlərdə də o vardır. İnsanın dostu istəmir insan bu işləri görsün, günahlardan əl çəksin. Mühit insana yaşadığı yerə görə təsir göstərir. İnsan qərarlaşıb ki, təmiz, pak insan olsun. Lakin o paklığa əməl etməyə nəffaslar icazə vermir. Bunlar peyğəmbəri də belə tanıyırdılar. Elə zənn edirdilər ki, O adi insanlar kimidir. Onu da süstləşdirib zəiflətmək olcaq. Necə? Qurani Kərimdə bu haqda ayələr vardır. Buyurur: Onların arzuları, sən yumuşalasan ki, onlar da yumuşalsınlar idi. Sənə qarşı təzyiqlərini saxlasınlar. Peyğəmbər necə yumuşalar? Onlar peyğəmbərə təkliflər verirdilər. Bir gün biz səninlə namaz qılaq. Bir gün də sən bizimlə büdpərəstlik et. Razı idilər ki, əvvəl namaz qılsınlar, sonra gedib büdpərəstlik etsinlər. Hətta buna da razı idilər. Biz öz nəzərimizlə baxsaq - Əvvəl başlayaq namaz qılaq, sonra bunlarla gedərik bütpərəstlik etməyə. Məqsəd bu işi görüb görməmək deyildi. Məqsəd, peyğəmbəri o möhkəm iradədən sındırmaq idi. Əməl o iradədən sonra gələr. İstəyirdilər ki, Peyğəmbərin “mən heç vaxt lə ilahə illallahdan əl çəkmərəm” iradəsini sındırsınlar. Onunla birlikdə olsunlar. Əgər namaz qılan iradə sınsa son başlayar. Sən yumuşalsan onlar da yumuşalsınlır. Onlar bir sıra ayrı ayrı təkliflər edirdilər. Bu bir baxımdan özlərinin təkəbbürü, bir baxımdan da peyğəmbəri islami dəyərlərdən yayındırmaqdır. Axı islami dəyərlərdə hamı bərabərdir. Peyğəmbərə dedikləri sözlər öz düşüncələrinə görə onları sındırmaq idi. Elə bil deyirik mütləq bu işi görəcəm, kənardan bu işi yavaş-yavaş bir az azaldırlar, bizi işdən yayındırmağa çalışırlar. Onlar da belə düşünürdülər ki, bəlkə peyğəmbəri möhkəmlikdən bir azda olsa zəifliyə sala bildik. Bir az da olsa zəifləsə yaxşıdır. Qurana və tarixə nəzər salsaq, Peyğəmbərə bu kimi yayındırmaq məqsədli çoxlu təkliflər verirdilər. Kənar baxış üçün bu təklifləri qəbul etmək bəlkədə yaxşı olardı. Bu cəhətdən ki, bəli sakitlik olardı. Biz isə bu cəhətdən baxmırıq. Dəyərlərin köklərində saziş olmaz. Məsələn: Sən kafir mən müsəlman gəl Allaha inanmamaqda saziş imzalayaq. Belə bir saziş olmaz. Köklərdə saziş ola bilməz. Onlar istədilər ki, peyğəmbəri yumuşaldsınlar, fikrindən yayındırsınlar. Quranda (Kafirun sur.6 ci ayəsi) bu ayəni bəziləri yaxşı məna edə bilməyiblər. Qeyd ediblər ki, hər kəs öz dinində qalsın mənasındadır. Əyri yolu gedən əyri yol getsin. Kiminsə mənim əyri və ya düz yolu getməyimlə işi olmasın. Ayənin mənası heçdə elə deyil. Həmən mərhələyə görə buyurulub. Peyğəmbəri fikrindən yayındırmaq istədikləri vaxt buyurulub. Həmən mərhələdə bu ayə nazil olub. O zaman peyğəmbərdən gözləntiləri onun nəsə güzəştlərə gedəcəyi idi. Və ya onlara imtiyaz verəcək. O zaman peyğəmbərin dili ilə buyurur: “Sizin öz dininiz var, mənim də öz dinim (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”(Kafirun 6). Burada buyurulmayıb ki, mən sizin dininizi rəsmi tanıyıram. Ayədəki məqsəd budur: Mən dinimdən əl çəkmərəm. Diqqət edin ayə və surə necədir. Bəziləri qeyd edir ki, mənim onun dininin hansı olduğuyla heç bir işim yoxdur. Xeyir, peyğəmbərin sözü isə belədir: Biz dinə hamını dəvət edirik . İndiki mərhələdə siz məni fikrimdən yayındırmaq istəyirsiniz onu bilin ki, mən dinimdən əl çəkən deyiləm. “Ləkum dinikum”. Buyurulmaqda məqsəd yəni, dininiz sizin özünüzə lazımdır nəinki mən sizin dininizi rəsmi tanıyıram. Nə qeyd etdiyimizə diqqət edin. Lakin peyğəmbər süstləşmədi. Onların İslamın bir gün aradan getməsi arzusu bununla baş tutmadı. Bu sanki belə bir dərsdir ki, bir şəxs hərbi öhdəsinə götürüb gərək bu yolda süstləşməsin. Bundan yayınsa orada ərimə gedəcəkdir. Qurani Kərimdə kafirlərin başqa arzuarıda var idi ki, biz onları burada qeyd etmirik. Sonuncu arzuları bu idi ki, bu nur axırda sönəcək. Ərəblərin bir baxışları var idi. O da bu idi ki, peyğəmbər hökümət edir, peyğəmbərlik etmir. Onlar peyğəmbərin bir imperator kimi zahiri hökmlüyünü görürdülər. Necəki Rum imperatoru, İran imperatoru var idi deyirdilər peyğəmbər də belədir. Ömrü bir gün sönəcək. Necə sönəcək? Onun Oğlan uşağı yoxdur. Bununla da sönəcəkdir. Çünki, hər imperator silsiləsi o vaxt oğlu ilə davam edirdi. Oğlu olmasaydı davam etmirdi. Ona görə axırıncı arzuları bu idi, eybi yox gözləyək, dözək. Lakin öləndə bitəcək, öz-özünə sönəcəkdir. Ona görə də Kövsər surəsində peyğəmbərə əbtər dedikləri qeyd olunur. Peyğəmbəri təkcə təhqir etmirdilər, eyni zamanda öz arzularını da deyirdilər. Demək istəyirdilər ki, biz İslamın sönməsini gözləyirik çünki, sən əbtərsən. Kövsər İslamın sönməsinin qarşısını alır. Zəhra (s) İslamın sönməsinin qarşısını aldı. O övlad rabitəsi hamısı Zəhra (s) nın rabitəsindədir. Yaxşı bəs əgər arzuları bu idisə bir gün İslam sönəcək çünki, peyğəmbərin oğlu yoxdur. Bunların, İslamın vilayət, hakimlik imperatorluğu olmamasından xəbərləri yox idi? Nəsl əlaqəsi yoxdur. Allah da bunu Qədir Xumda onlara elan etdi ki, vilayət irasət ilə deyil. Dünənəcən belə düşünürdülər ki, din peyğəmbərin şəxsinə bağlıdır. Qədir Xum günü düşündülər ki, din həmişə olacaq çünki, o bir sıra ünvanlara bağlıdır. Dini aparacaq aparıcı şəxs deyil. Bunu “mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” da izah elədi. Buradan bir ayrı bəhs də düşünün. Əgər insan işlərini özünə, təkcə şəxsinə bağlasa özü də aradan getməklə həmən iş də aradan gedəcəkdir. Əgər bir dərsi yalnız bir müəllim tələbələrə tədris edərsə, müəllim öləndə daha o elm, o dərs də aradan gedəcək. Əgər müəllim yox bir neçə müəllim dərsi tədris edərsə bir müəllim getməklə o biri müəllimlərin tədrisi saxlamacaqlar. Peyğəmbəri öldürsəydilər də din getməzdi. Bu gündən sonra məyus oldular. Bu gün bu arzuları puça çıxdı. O zaman onların arzuları puça çıxdı ki, Allah Taala buyurdu: Din həmişə qalacaqdır. Düzdür Allah buyurub din axıracan qalacaq amma o hər ümmətdə həmişə qalmayacaq. Allah hamıya bir fürsət verər. Nemət verər. Əgər o nemətdən insan faydalansa Allah yeni bir nemət də verər. Allah mənə əql verib. Əgər əqldən düzgün faydalansam Allah iman da verər. İmandan da düz faydalansam Allah nur, bəsirət ayrı nemətlər də verər və.s. Təbii ki, əgər faydalansam. Əqlimdən düz faydalanmasam Allah hər şeyi əlimdən alar. Haqqa kor edər, kar edər, və.s. Düzdür Allah Taala belədir ki, neməti verər, lakin belə deyil, verdiyi məndə həmişəlik qalar. Onu saxlaya bilsəm qalar. Din də Allahın bir nemətidir. Mümkündür məndən dini Allah alasın. Çünki, günah edirəm. Din aradan getməz. Ancaq mənim ümmətimdən, qövmümdən, məndən gedə bilər. Allah buyurur: Sizin dininizə nisbətən, kafirlərin arzuları var idi lakin onlar məyus oldular. Onlardan qorxmayın. O dininizə nisbətən məndən qorxun. Əgər, din əlinizdən çıxacaq və ya onlar aradan aparacaqlarını düşünürdünüzsə qorxmayın amma məndən qorxun. Çünki, dini sizin əlinizdən günahlarınıza görə alaram. Yəni mümkündür ki, insan Allaha öz düşmənləri səbəbi ilə asi olsun. İnsanın iki cür düşməni vardır. (nas, fələq) Bir düşmən insana kənardan, xaricdən gəlir. Adamın pis dostu, pis mühiti, baxdığı pis kino və.s. Bunlar xaricdən gələn düşmənlərdir. Bəs bir sıra düşmənlər hardan gələr? Mümkündür insanın əlindən pis dostunu alsınlar və ya pis kinoya baxmaq şəraitini əlindən alsınlar. Amma nəfs insana içəridən xələl gətirər. Buyurur: Daha onlardan qorxmayın çünki, onlar sizin dininizə heç nə edə bilməzlər. Məndən qorxun! ( Ali İmran 175 ) Yəni əgər siz istəsəniz dininizi saxlayasınız, mömin insan olasınız o zaman onlar da sizə təsir göstərə bilməzlər. Özünüz öz imanınızı dağıda bilərsiniz. Peyğəmbərdən sonra vəziyyət elədir. İslamı peyğəmbərdən sonra küfr və ya kafirlər dağıtmadı. Nifaq dağıtdı. Nəyinki bayırdan gələn düşmənçilik, onu daxili əyrilik dağıtdı. Onlardan daha qorxmayın məndən qorxun. Belə deyək baxın bir zaman insanı namaza qoymazlar və ya hicab örtsün. bunları mənim əlimdən alsınlar. İstər rəsmi, istər sə də vəsvəsə ilə. İstər sə də aldatmaqla. Bu bir mərhələdir. İndi həmən şəxs o mərhələdən çıxdı. Dostuna qalib gəldi, vəsvəsələrə qalib gəldi. Daha sonra o şəxs namaz qılan, Allah adamı oldu. Böyük təhlükə budur ki, özü öz tikdiyini dağıdsın. Ona görə verdiyimiz imtahanlar imandan sonra və imandan qabaq olacaqdır. Belə deyil ki, dinə gəlməyə qoymayan maneələr aradan gedəndən sonra dinə gəldimsə rahatlaşmalıyam. Ondan sonra da ayrı bir mərhələ gəlir. Ondan sonra nəfs insanı daxildən parçalayır. Çünki, tarixi görürsünüz. Rəsulullah dinə dəvət edirdi, büdpərəstliyə mane olurdu lakin peyğəmbər Əlini vəli seçdiyi zaman bu amil müsəlmanları daxildən parçalayırdı. Allahın hökmünü qəbul etməyə maneə yaradırdı. Bir alim buyurur: Şəhidlik iki cürdür. Bir qan şəhdiliyi var insan Allah yolunda qan versin, can versin bu asandır. Bir də ad şəhidliyi var. Adam adın da şəhidlik olur. Qan şəhidliyi cismini Allaha verir, ad şəhidliyi isə ruhunu Allaha verməkdir. Peyğəmbərin səhabələri çoxu döyüş meydanında peyğəmbəri sevindirirdilər. Təlhə haqqında hədis var: Onun qılıncı məni sevindirir. Lakin o qan şəhidliyi sahəsində idi. Ad şəhidliyində bu fərqli oldu peyğəmbəri incitdi. O da çətindir. Bir ayrı mənayla qeyd edək. Biz insanlar iki növ imtahan oluruq. Bir imtahan, yolu tapmamışdan və getməmişdən qabaq. Bir imtahan isə yola düşəndə olur. Yolun özündə də imtahan veririk, mümkündür dayanaq geri qayıdaq. İndi biz o mərhələdəyik namaz qılanıq, Allah adamıyıq. Mümkündür dayanaq. Bizi saxlayan nədir? Bunlar içəridə olan daxili amillərdir. Daha burada mənim atam, qardaşım deməyib namaz qılma, filan işi görmə. Bəs bunları kim deyir? Nəfsim deyir.. Allah da burada onlara buyurur: Onlardan qorxmayın məndən qorxun. Əllamə buyurur: Allah burda onları qorxudur, xəbərdarlıq edir, daha yalnız məndən qorxun. Buyurur: Bu gün kafirlər ümidlərini kəsdilər bildilər ki, dinə görə daha heç nə edə bilməzlər. Bəs onlardan qorxmayın məndən qorxun. Bu gün dini sizə kamilləşdirdik. Qeyd etdik, bu ayə o günə aiddir ki, o gün Allah bir növ kafirlərin ümidlərini naümidliyə çevirib. O da həmən gündür ki, İslamı peyğəmbərin şəxsinə bağlılıqdan çıxarıb, ümumi bir ünvana bağlılıq edib. Səqəleyn günü Əli (ə) haqqında bir şey buyurmadı. Mən kimi mövlasıyamsa yəni Həsən də, Hüseyn də mövladır. Beləliklə 12 imam hamısı mövladır. Peyğəmbərin hədislərində 12 imamın hamısı haqqında qeyd olunur. Budur ki, din şəxsilikdən çıxdı daha sonra imamətə bağlandı. Niyə Allah buyurur ki, neməti tamamladım, dini sizə kamilləşdirdim? Tamam o şeyi edərlər ki, onun bir hissəsi azdır və ya yoxdur. Sənin saatına 10 hissə lazımdır, əqrəbi və ya başqa şeyləri yoxdur ki, o işləsin. O hissələri yerinə qoysan saat tamamlanar. Kamal o zamandır ki, hissələrə aid deyil. Bunu yeni hala salmaqdır. Sanki hər hansı cihazdan bir məqsədlə istifadə edirdik, bunu yeni üsulda istifadə etməyi də öyrəndik buna kamal deyirlər. Bunun hissələrini atmadıq. Vilayət həm dinin hökmlərindən biridir, həm də dinin ruhudur ona görə tamamlanır. Bir baxımdan dini insan bədəninə bənzətsək hələ onun gözləri yaranmamışdırsa bu zaman naqislik yaranır. Gözü verirlər, daha sonra gözlə bir yerdə ruh da verirlər. Göz bədəni tamamlayır, ruh bunu kamilləşdirir. Yeni mərhələyə aparır. Olur kamil insan. Vilayət də bir baxımdan dinin tamamıdır, bir baxımdan dinin kamalıdır.
Qədr gecəsi və vilayət
Vilayət dində namaz, oruc və ya başqa əmr olunanlarla bir yerdədir. Ona görə qeyd edirik ki, üsuli din belədir. Bir baxımdan odur. Bir baxımdan o deyil, dini ayrı mərhələyə aparmaqdır. Vilayət dinin ayrı mərhələyə çatmağına səbəb olur. Məsələn: Biri var- Quran nazil olub. Biri də var ki, Qədr gecəsi vardır. Qədr gecəsi Quranın nazil olma gecəsidir. Quranın nazil olması bir dəfə olub. Qədr gecəliyi baxımdan hər il təkrar olunur. Amma Quran bir dəfə nazil olub. Qədr nə deməkdir. Qədrin lüğətdə bir də dəyər mənası vardır. Allahın qəzavu qədəri müəyyənləşdirmə mənası da vardır. Qədr gecəsinin özünün xüsusi bərəkətləri var. Hansı cəhətdən? Əvvəla Quranın ayələrindən məlum olur ki, Qədr gecəsində Şeytan xüsusi bir vəsvəsə edə bilməz. Keçmiş vəsvəsələri davam edə bilər. Amma o günə məxsus bir vəsvəsə edə bilməz ki, bəşərə hər hansı bir hadisə baş versin. O gecə sübhə qədər sağlamlıqdır. Sağlamlıq həm də mənəvi sağlamlıqdır. Göydən yerə bərəkət gəlir. Sağlamlığın bir mənası da budur ki, mələklər nazil olur. Nazil olub yox, nazil olur, yəni hər il bu gecədə nazil olur. Onlar nəinki peyğəmbər dövründə nazil olub. Mələklər və ruh da nazil olur. Mələk nazil olmağı onu göstərir ki, gərək ev sahibi olsun evə qonaq da gəlsin. Mələk kimə nazil olar? Bu ayə göstərir ki, Allahın yer üzündə bir nümayəndəsi, bir xəlifəsi olmalıdır. Çünki, mələk hər il nazil olur. Əgər mələk nazil olursa onun nazil olan yeri də olmalıdır. İndi hara nazil olur, kim qəbul edir bu mələkləri? Bu ayə və hədislər göstərir ki, hər zaman bir vəliyullah, Allah tərəfindən bir şəxs olmalıdır mələkdə ona nazil olsun. Özü də “əl mələikatu” mələklər və Ruh. Hədislərimizdə Ruhun nazil olmağını müxtəlif təfsirlər ediblər. Bəziləri buyurur: Ruh böyük mələklərdəndir, və ya Cəbraildir. Bəziləri bir ayrı mələyi təsəvvür edirlər. İmamlardan hədis var: “Ruh mələk deyil. Ruh mələklərdən belə böyükdür”. Ayə də göstərir. Buyurur: mələklər və Ruh. Bu ayə mələkləri Ruhdan ayırıb ayrı bir ünvan edib ki, ruh mələklər deyil. Ruh nazil olur bu nə deməkdir? Ruh əmr aləmindəndir. Əgər Ruh nazil olub, yəni insana bu gecədə nazil olub. Qurandan bilinir ki, insanlar iki cür ruha malikdir. Birinci adi ruhdur. O ruhun istəyi mədəsini doyurmaq, duyğularının əsasında yaşamaqdır. Bu ruhi heyvanidir. Bu ruh insan təbiətən heyvan olduğu üçün heyvani adlanır. Bir ruh da vardır ki, bu ruh əməyi, istəyi, istiqaməti dəyişir. Buna pak ruh deyirlər. Yəni insan bu ruhla təkcə heyvani istəkləri tələb etmir. Əgər həyatında heyvani istək varsa insani istək istiqamətindəndir. Kamil insan da olsa insanlar da yeyərlər. Lakin yemələri yemək xatirinə deyildir. Yemələri cismə qüvvət vermək üçündür ki, ibadət, itaət etsinlər. Kamil insanlar da gülər ama gülmələri vaxt keçirmə və ya bihudə deyil. Gülmələri də bu istiqamətdir ki, onlar ruhi istirahət tapsınlar. Adi ruhlar yaşamaq istəyir. Təyyibə ruhlar ruşt etmək istəyir. Bir həyat vardır ona sakin həyat deyilir. O həyatda olan ruhlar adi, heyvani ruhlardır. Bir sıra ruhlar da vardır ki, onlar ruşt həyatda yaşamaq istəyirlər sakit həyatda yox. Həyati təyyibədə yaşamaq istəyən ruhlara təyyibə ruhlar deyirlər. Quranda bu terminlər var. Allah buyurur: “Biz onlara həyati təyyibə bəxş etdik”. Onlar həyati təyyibədə yaşayırlar. Nəinki axirətdə həyati təyyibədə yaşayacaqlar. Quranın ayələrindən aydın olur ki, dünyada da həyati təyyibə vardır. Əgər ruh təyyibədə olsa dünya da çevrilər təyyibə olar. Ruhun məqsədi ruşt olsa o insanın həyatı da çevrilər təyyibə olar. Buyurur: Biz bu gecə o Ruhu da nazil etmişik. Buna aid ayrı ayələr də var ki, Allah insana ruh bəxş edər. Ruh bəxş etmək, yəni ruhu becərməkdir. Bu fəlsəfi bir bəhsdir. Birdən ikiyə gedirsən yəni yuxarıya qalxırsan. Bu fərq yuxarıdan bilinməlidir. Bir dərəcədən ikinci dərəcəyə gedirəm lakin bu dərəcə məndə yox idi. Amma buna istedadım var idi. Alma tumunda alma istedadı vardır. Lakin bu alma deyil. Bu proses, yəni tumun alma olması ona yuxarıdan bəxş olunmalıdır. Yəni kamalda olan kamal hissəsi ona yuxarıdan verilməlidir. Çünki, məndə bu yox idi. Mən hələ üçüncü dərəcədə idim çatdım beşinci dərəcəyə bu iki dərəcə məndə yox idi, istedadı var idi özü isə yox idi. Onu gərək yuxarıdan bəxş edələr. Allah Taalanın buyurduğu ruhu mən yerə nazil edərəm, yəni insan kamilləşəndə ruh, kamal ona yuxarıdan gəlir. Buna ayrı ayələr də vardır. Bir ayə var Quranda buyurur: Əgər insan qəlbini idarə etsə, daha sonra eyni zamanda üzvlərini də idarə etsə aqil insani olar. Qəlbini idarə etsə (“ulaikə hizbullah”) Allah ordusundan sayılar . Bunun xeyri nədir? Allah özündən olan bir ruhla onu gücləndirər. Onun ruhuna bir ruh bəxş edər. O demək deyil, bu iki ruhlu olar. Xeyir. Yəni, o ruh dirçələr, inkişaf edər. Buyurur: O gecə mələklər və ruh nazil olacaq. İnsanın kamil olması üçün zəmin lazımdır. Məsələn: Məhz bu gecədə ( Qədr gecəsində ). Nəyə görə? Hər şeyin bir başlanğıcı vardır. Alma tumunun dirçəlişinin əvvəli onu əkdiyin gündür. Zaman baxımından da bu bahar fəslidir. Sənin məqsədin də kamala doğru getməkdir. Getməyə başladığın gün o kamala gedişin əvvəl günüdür. O gün ki, başlamaq istəyirsən. Hərəkətin, kamalın bir əvvəli vardır. İnsan kamalının da Allah baxımından əvvəli Qədr gecəsidir. Özüdə hər Qədr bir ilə qədərdir. Buna bənzəyir ki, bəzi dərmanlar insanın dişinin ağrısını bir saatlıq sakitləşdirəcək. Qədr gecəsi də o cürdür hər Qədr bir ilin bünövrəsini təmin edir. Düzdür kamalı bir ildə gedir. Amma bünövrəni birinci gün qazırlar. Yəni toxumun yerə əkildiyi o gün Qədr gecəsidir. Bəzi insanların ilinin əvvəli Novruz bayramının əvvəlidir, bəzilərinin isə filan ayın əvvəlidir. Arif insanların ilinin əvvəli Qədr gecəsindən başlayır. Onlar bu gündən başlayır. İnsanın ruşdu və kamalı Qədr gecəsindəndir. Qədr gecəsində kamal baxımından həmişə təkrar olunur. Yəni Qədr gecəsi təkcə peyğəmbər zamanına aid deyil. Hər il, hər bəşər üçün bu təkrar olunur. Hər insan öz kamalının əvvəlinə başlaya, bünövrəsini təzədən qura bilər. Bu baxımdan insan Qədr gecəsindən elə istifadə etməlidir ki, bünövrələri düzgün qoysun. Quran ayələrində olan iki termini araşdırdıq. Birinci termin Təkfirdir.(Bəqərə-271) Yəni insan bəzən savab iş görüb keçmiş günahını yuyur. Buna təkfir deyirlər. Təkfir, yəni silinmə. Bir sıra insanlar vardır ki, keçmiş günahlarını əməlləri ilə savaba çevirirlər. Bu ikinci termin isə Təbdildir.(Furqan-70) Tövbə ilə səyyiə silinər. İnsan tövbə ilə özünü islah edə bilər. İnsan keçmiş günahlarından ibrət alaraq özünü islah etməlidir. Keçmiş səhvlər özünü araşdırmaq üçün bir mənbədir. Məsələn: Mənim filan vaxt həsadətim səbəb olmuşdur ki, filankəsə belə ittiham vurum. İndi filankəsə ittiham vurmuram buna tövbə deyilir. Əgər təkcə tövbə etsən, özünü islah etməsən sabah da tövbə etməyə məcbursan. Bu şəxsə ittiham vurmursan, lakin başqasına vurursan. Ayrı hadisədə ittiham vurursan. Tövbə, yəni günah budağını qayçı ilə kəsmək. İslah buna deyərlər. Mən araşdırıram və günah məndən yavaş yavaş təmizlənir. Məndə nə var idi ki, günah məndən təmizləndi?. Məndə həsadət var idi. Həsadət nədən irəli gəlirdi? Bundan gəlirdi ki, mən özümü itirmişdim. Özümü nümayiş ilə fikirləşirdim ki, məni tərif etsinlər. Özümü kamalla fikirləşmirdim, özümü nümayişlə fikirləşirdim. Sonra gördüm ki, boş-boş işlərdən ötürü mənə həsadət gəlib, həsadəttən də ittiham yaranıb. Məndə bu günahları kökdən kəsib atıram. Buna islah deyirlər . Əgər mən günahdan kəssəm buna tövbə deyilər . Çoxları günahlarından tövbə edirlər. Amma gündə tövbə etməyə məcburdurlar. Məcburdular ki, mütləq hər ay tövbə etsinlər. Çünki kök hələ var. Tikanın kökü var. Sən onu kəssən bir aydan sonra çıxacaq. İnsan günahından dərs almalıdır. Günah dərs mənbəsidir. Düzdür gərək günah etməyəydin. Amma özünü araşdırmağa bir kitabın, bir mənbən vardır. O kitab da o səhvlər, günahlardır. Səhv və günahlarımıza kitab kimi baxmalıyıq. Tövbə etdiyimiz həmən günahların ardıyca yenə gedirik. Ona görə o səyyiələr həsənə olmur. İslah budur ki, mən o köklərə baxım və oradan ibrət alım. İbrət yəni bu günahı etməyimin səbəbi nədir?. Baxın,bu islah tarix boyu belədir. Özümüzün keçmiş günahlarından da, tarixdəki adamlardan da dərs ala bilərik. Quranda, hətta Firondan da dərs ala bilərik. O günahların, səhvlərin ibrətini ala bilərik. Allah Fironun hekayəsini buyurur məqsəd onu hörmətdən salmaq üçün deyildir. Qoy səyyiə həsənə olsun. Firona səyyiədir. Mən ondan dərs alıram bu isə mənə həsənədir.