Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 8 (a)

Təthir ayəsinin izahı

İmamət Quranın ruhudur. Quranın ruhu vilayət bəhsidir. Quranda Təkasur surəsində buyurulur: “. Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”. Əbu Hənifə İmam Sadiq (ə) dan soruşur – Qiyamət günü soruşulacaq Nəimdən, nemətdən məqsəd nədir?.. İmam sualı qaytarır özünə verir. Sizin nəzərinizdə nədir, sizlərdə nə deyirlər? O deyir ki, nəimdən məqsəd Allahın verdiyi nemətlərdir, çörəkdən, xurmadan və.s. İmam buyurur: Allah insana ehsan verməkdə kərimdir. Sonra ondan soruşur: Əgər ruzi veribsə təbii ki, halal yolla ruzi vermişdir. Sonra İmama deyir: Bu nədir? Qiyamət günü nemət soruşacaqlar. İmam buyurur: O nemət bizik. O nemət bizik ki, bizim haqqımızda sizdən soruşacaqlar.

Ona görə də imamət nemətin köküdür, nemətin əslidir. Quranda imamət ayələrini izah edirik. Əhzab sur. 32 ci ayədə buyurur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!).”. Bu ayə, təthir ayəsi də bunların içindədir. Biz qədimə əsasən əvvəlcə lüğət lüğət ayəni tərcümə edirik. O zamana qədər ki, Quranın tərcüməsi bizə aydın olsun, Ondan sonra ayəni izah edək. Ayədə Ya nisaən nəbi. Ey peyğəmbərin qadınları. Nisa yəni qadın sözünün cəmidir. Nəbi də peyğəmbərdir. Ləstunnə deyilsiniz. Kə əhədin yəni, biri. Kə kimi. Min dan dən. Nisa qadın. Başqa qadınların birisi kimi deyilsiniz. Sizlər onlardan fərqlisiniz. İndi qeyd etmək istərdik ki, nə fərqi var? Bu fərq Allah yanında deyil. Cəmiyyətdə nə fərqiniz var? Əlbəttə Allah yanında da fərqiniz ola bilər. “Təqəytünnə”- Əgər təqvalı olasınız. İn yəni əgər. Təqəytünnə təqvalı olasınız. Yəni təqvalı olsanız o cəhətdən də başqalarından fərqiniz olar. Çünki, siz o cürsünüz, yəni sizə məxsus qanunlar var. Fə la təxdənə. Nazla danışmayın. La təxdanə danışıqda mülayim danışmayın, danışdıqda mülayimləşməyin. Danışdıqda mülayimləşsəniz nə olar? Yətməu tamah edər, həvəsə düşər. Kim həvəsə düşər? Əl ləzi o kəs ki, fi qəlbihi onun qəlibində mərəzun xəstəlik var. Siz mülayim danışmayın. Sözünü mülayimləşdirməyin. Nazla danışmayın qəlbində xəstəlik olanlar həvəsə düşə bilər. Va qulnə. Qulnə yəni deyir. Layiq söz. Məruf yəni layiq. Layiq söz danışın. Siz qərar tapın (qərnə yəni qərar tapın) oturun. Fi biyutukunnə. Evlərinizdə. Oturun evlərinizdə.  Başqalarıyla hadisələrdə birləşəsiniz deyə evdən çıxmayın. Oturun evlərinizdə. Və la təbərrəcnə. Aşkar etməyin, nümayiş etməyin, özünüzü göstərməyin. Təbərruc gösətərməyə deyirlər. Burc ona deyirlər ki, görsənir. Buruc da o sözdəndir. Təbərrəcnə, yəni aşkar etməyin, özünüzü göstərməyin. Necə? İlk cahiliyyətin nümayişi kimi. İlk cahiliyyət dövründə, xanımlar özlərini göstərərdilər, nümayiş edirdilər. Siz də özünüzü o cür nümayiş etdirməyin. İlk cahiliyyət mənası budur ki, yəni belə etsəniz ikinci cahiliyyət də olar. Burada ilk cahiliyyətdən söhbət gedir. Buyurmur cahiliyyət kimi. Buyurur ilk cahiliyyət kimi. Bunun mənası vardır. Bunu qeyd edəcəyik. Sonra buyurur: Peyğəmbərin xanımları namazı iqam edin, zəkat verin və  Allaha və onun rəsuluna itaət edin. Bunlar sizin vəzifələrinizdir. Sonra buyurur innəmə. İnnəmənin mənası budur. Bundan qeyri deyil. Yəni ancaq. İnnə həqiqətən. innəyə mə gəlsə həsri çatdırır. Həsr, yəni ancaq. İnnəma, yəni ancaq. Ərəblər deyirlər “Zeydun alimun” (Zeyd alimdir). Və ya innə Zeydun alimun. (Yəni həqiqətən Zeyd alimdir). İnnəmə Zeydun alimun (Yəni ancaq Zeyd alimdir). İnnəma yuridullah- Ancaq budur, bundan da qeyrisi deyil yəni Allah sizdən çirkinliyi aparmağı iradə edib. Çirkinlikdə məqsəd zahiri çirkinlik deyil, mənəvi çirkinlikdir. Qeyd olunacaq ki, Quranda “rics” mənəvi çirkinlik üçün işlənib. Allah sizdən çirkinliyi aparmağı istəyib. Sizdən yəni Əhlil Beytdən. Əhli Beyt yəni-ya Əhləl Beyt. Ey Əhli Beyt Allah sizdən çirkinliyi aparmaq istəyir. Əhli Beyt, yəni evin əhli. Kimin evinin əhli? Bu ayələrdə kimin evindən söhbət getdiyi görünür. Peyğəmbərin evindən. Peyğəmbərin evinin əhli. Yəni ey Əhli Beyt Allah istəyir sizdən çirkinliyi aparsın. Yəni insandan çirkinlik getsə nə olar? Sizi pak etsin. Özü də möhkəm şəkildə. Təthira. Təthir, yəni pak etmək. Biz Azərbaycan dilində belə üslubda danışmırıq. Biz danışarkən möhkəm pak etsin deyirik. İndi qayıdır yenə peyğəmbərin xanımları haqqında buyurur. Sonra yenə qeyd edəcəyik ki, bu Əhli Beyt kimə aiddir? Ayənin hələ təkcə tərcüməsini qeyd edirik. Özüdə hərfi tərcümə ilə tərcüməsini qeyd edirik. Vəzkurnə (Yəni zikr edin). Uzkurnə (yəni zikr edin). Nəyi zikr edin? Zikr, yəni xatırladın. Sizin evinizdə tilavət olunanı xatırladın. Evlərinizdə tilavət olunanları zikr edin. Axı bunlar sizin yanınızda vardır. Peyğəmbər  sizin hamınızın evində ayə oxuyur. Başqalarında isə bu yoxdur. Sizinlə başqalarının bu fərqi vardır. Sizin evinizdə nə tilavət olunursa onu zikr edin. Ayətillah val hikmə (Allah ayələrindən və hikmətdən). Nə deyilir? Sizin evlərinizdə onu xatırladın. Həqiqətən Allah lətifdir. Lətifin iki, bəlkə üç mənası vardır. Lətif incə bir iş görən. Bir incələrdən xəbərdar olan. Bir lütf sahibi. Bunlar üçü də Allahda var. Allah həm incə iş görər, həm incə işlərdən də xəbərdardır. İnsan nə qədər gizli iş görsə harada olursa olsun Allah xəbərdardır. Həm də lütf sahibidir. Lətif adı üç mənada da Allaha deyilməsində düzdür. Maraqlıdır üçü də bu ayədə vardır. Düzdür hərəsi bir hesabladır. Özü də üçünün də əvvəlki ayələrlə əlaqəsi vardır. Allah bir sifət seçib ki, üç mənanı orada işlədib. Bunu qeyd edəcəyik. Xəbir-yəni xəbərdar, agah. Bu ayənin lüğət araşdırması. Ayənin fəzasına nəzər salaq. Bu ayə hansı fəzada danışır. İndi izaha başlayaq. Ayələrdə əvvəl peyğəmbərin xanımlarından söhbət gedir. Ortada söhbət Əhli Beyt ünvanından gedir. Bununla işimiz yoxdur ki, Əhli Beyt kimdir. Lakin burada dəyişilir. Ya peyğəmbərin xanımlarının ayrıca ünvanı var onlar, Əhli Beytdir və onlardan yenə söhbət gedir. Ya bir ayrı şəxslərdir ki, ortada onlar haqqında da qeyd olunmasını Allah Taala məsləhət bilib. Sonra qayıdır yenidən peyğəmbərin xanımlarından buyurulur. Bu ayənin üç etabı vardır. Birinci etab - əvvəldə peyğəmbərin xanımları haqqındadır. İkinci etab bir ünvan haqqındadır, hələlik kim olduqlarını bilmirik. Əhli Beyt ünvanını verib. Ola bilər bunlar peyğəmbərin xanımları olsun, ola bilər də ayrı ünvan olsun. Hələ bunu araşdırırıq. Lakin etab baxımından orada fərq oldu. Çünki, Əhli Beyt termini işləndi. Qabaqda isə Əhli Beyt termini yox idi. İkinci etab budur. Üçüncü etab isə yenidən peyğəmbərin xanımları haqqında buyurulur. Ayələr, bu üç ayənin etabıdır. Əvvəlcə istərdik ki, peyğəmbərin xanımları haqqında qeyd edək. Növbə çatarsa Əhli Beyti, Təthir ayəsini də qeyd edərik. Peyğəmbərin xanımları adi xanımlar deyillər. Nə cəhətdən adi xanımlar deyillər? Ya bunlar üstün xanımlardır, bunlar yer üzündə başqa xanımlardan ən təqvalı xanımlardır bu nəzərdədir. Ayrı ayələrə nəzər salsaq görürük ki, Allahın məqsədi bu deyil. Burada məqsəd “siz xanımlar təqva və mərifət baxımından başqa xanımlardan üstünsünüz” deyil. Allah Taalanın məqsədi bunu buyurmaq deyil. Bunların hamısını bir yerdə nəzərə alırıq. Mümkündür bir xanım məsələn Xədicə xanım təqva və mərifət baxımından başqa xanımlardan üstün olsun. Biz hələ peyğəmbərin bütün xanımlarını bir yerdə peyğəmbərin xanımları olaraq ümumi qeyd edirik. Bu xanımlar, yəni peyğəmbərin xanımları digər xanımlardan təqva baxımından üstündür və Allaha yanında mərifət baxımından yuxarıdır? Qeyd etdik ki bu ayə onu demək istəmir. Lakin bəziləri qeyd edirlər ki, elə bu ayə burada onu demək istəyir. Bəs niyə onu qeyd etmək istəmir? Əvvəla bu ayədə buyurulur ki, əgər təqvalı olsanız, biləsiniz. Burada “Əgər” şərti qoymaqla qəti buyurmadı. Buyurur: Siz başqa xanımların tayı deyilsiniz. Əgər təqvalı olsanız. Fərz etmək olar ki, bəziləri təqvalı deyillər. Heç bu ayə onlara aid deyil. Quranda bir ayrı başqa ayələr var. Oradan görsənir ki, peyğəmbərin öz dövründə mənəviyyat baxımından peyğəmbərin xanımlarından üstün xanımlar da var idi. Burada Xədicə ilə işimiz yoxdur. Ümumiyyətlə bu xanımların hamısından bir yerdə qeyd edirik. Məsələn bəzi xanımlar var idi ki, bu xanımların bəzisindən üstün idi. Bunu necə deyə bilərik? Qurandan bu barədə var. Hədislərlə işimiz yoxdur. Quranda bir ayə var ki, bir gün peyğəmbər yoldaşlarının birinə sir demişdi. Tapşırmışdı ki, bu sirri heç kimə demə. Həmən xanım da bu sirri peyğəmbərin digər xanımlarına demişdi. Bu ayə Həfsə və Ayşə haqqındadır. Zahirən peyğəmbər Həfsəyə sirri demişdi. Həfsə də onu Ayşəyə demişdi. Bunlar da bu sirri bayıra çıxarmışdılar. Ayə nazil oldu və bunları danladı ki, siz səhv iş görmüsünüz. Peyğəmbər sənə tapşırmışdı ki, demə. Lakin sən demisən. Daha Sonra peyğəmbər hətta buyurur: Allah buyurur gərək onlar tövbə etsinlər. Məlumdur bu iş günahdır. Diqqət edin! Bu ayədən görsəndi ki, onlar günah etdilər. Allah buyurur: Əgər tövbə etməsələr.- Bu ayə Təhrim surəsi 3 cü ayədəndir. “Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” -deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” -deyə cavab vermişdi.” Sonra Allah buyurur: Bu iki şəxs gərək tövbə etsinlər. Məlum olur ki, bunlar peyğəmbərin xanımlarından iki nəfərdilər. İn tətuba. Və tövbə etməsələr də peyğəmbər, qorxma. Sonra onlara ayrı söz buyurur. Buyurur: Rəsul, Allahın elçisi. Burada birbaşa onlarla danışır. Əgər Allah istəsə Peyğəmbərə sizdəndə üstün zövcələr verə bilər. Buradan aydın olur ki, Peyğəmbərin zamanında elə xanımlar var idi ki, bu xanımlar onlardan yəni peyğəmbərin yuxarıda adları qeyd olunan iki xanımdan üstün idilər. Bu Qurani Kərim ayələrindəndir. Hədis deyil ki, bəziləri bunun sənədi zəifdir desinlər. Bəs bu surədə bir sıra işarələr var. Allah peyğəmbərə işarə edir, buyurur: Eybi yox narahat olma! Bəzi peyğəmbərlərin də xanımları düz çıxmamışdı. Ayədə belə işarələr vardır. Məsələn 11-ci ayədə buyurulur. “Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında -Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!”-demişdi.” , Allah Taala misal vurur. Məsələn: Lut peyğəmbərlə Nuh peyğəmbərin xanımdan. Özü də bu cərəyandan, peyğəmbərin iki yoldaşının sirr açmasından, onları tənqid eləməsindən, onların tövbəsindən söhbət gedəndən, onların təlaq vermə fərzində onlardan yaxşı xanımlar olmasından sonra bu bəhslərlə, iki digər peyğəmbərin keçmişdə xanımını misal vurur. Allah kafirlər nümunəsindən bu iki mətləbi, bəhsi bir az işarələndirir ki, peyğəmbərin yoldaşının da səhvi ola bilər. Burda buyurulan “siz başqa xanımların tayı deyilsiniz” irfan və mərifət, təqva baxımından deyil. Burada görsənir ki, mərifət, təqva baxımından bunlardan üstün ayrı xanımlar da var. Bəs bu mətləb hansı baxımdandır? Birinci- imkan baxımındandır, ikinci isə mövqiyyət baxımından. Siz başqa xanımların tayı deyilsiniz yəni sizin imkanınız başqa imkandır. Başqa imkanı olan xanımların sizin qədər imkanı yoxdur ki, Nübuvvət bulağından qidalansın. Siz əgər istəsəniz maksimum öz inkişafınıza çata bilərsiniz. Çünki siz vəhy mənbəyində yaşayırsınız. Siz o evdə yaşayırsınız ki, sizin evlərinizdə Allah ayələri və hikmət buyurulur. Başqaları həsrətini çəkirlər ki, belə ev, belə mənbə tapsınlar. Lakin o şərait sizin həmişə yanınızdadır. Siz başqa xanımlardan fərqiniz var. Elə bil bir şəxsin dostu mömindir. Ona deyirsən ki, sənin başqa insanlardan fərqin var. Mömin olduğunu demək istəmirsən. İstəyirsən deyəsən ki, səndə möminlik imkanı çoxdur. Sənin bəhrələnmək imkanın çox idi. Allah da burada onları bir növ danlamaq istəyir. Yəni, sizin imkanınız çoxdur. Sizdə fürsət digərlərindən çoxdur. Bir bəhs budur ki, imkan baxımından siz çox bəhrələnə bilərdiniz. Onlar iki cəhətdən çox bəhrələnə bilərdilər. Bir - Quran va ayələr bunların evlərində nazil olurdu, bunların evlərində peyğəmbərə müraciət edirdilər, peyğəmbərdən sual soruşurdular. Başqa adamlar ancaq məsciddə peyğəmbərdən sual soruşurdular və ya məsciddə peyğəmbərlə görüşürdülər. Bunlar özləri sual soruşmaqdan əlavə, Peyğəmbərdən sual soruşmağa evinə gələn şəxslərin sual cavabından da istifadə edə bilərdilər. Peyğəmbərin başqalarına verdiyi məsləhətlərindən istifadə edə bilərdilər. Bir peyğəmbərin təlimatı özü bu cəhətdə, bir də peyğəmbər onların yanında idi. Başqasına təlim verəndə yox. Onlar özləri də edə bilərdilər ki, peyğəmbər müəllim olsun. Bu imkan baxımından idi. İkinci qeyd etdik ki, mövqiyyət baxımından. “Siz axı peyğəmbərin yoldaşısınız”. Sizi camaat peyğəmbərin yoldaşı kimi tanıyır. Hələ özünüz pis də olsanız bunu bilməlisiniz ki, peyğəmbərin yoldaşısınız. gərək sizdən peyğəmbərə ləkə gəlməsin. Bu baxımdan da sizin başqa xanımlardan fərqiniz vardır. Elə bil bir şəxs məscid adamıdır. Bunun başqa adamlardan fərqi var. Nəinki bu böyük adamdır. Əgər doğrudan təmiz adam olsa böyük adam olar. “Əgər təqvalı olsanız böyük adam olarsınız”. Burada böyük kiçik bəhsi, mənəvi bəhs etmirik, ictimai bəhsdə gərək bu şəxs məscidin hörmətini bayırda saxlasın, qorusun. Çünki, cəmiyyət bunu məscidə gedən kimi tanıyır, Bunu cəmiyyət dindar kimi, mömin insan kimi tanıyır. Mömin də olmasa (yaxşıdır mömin olsun) olmasa da gərək möminliyi cəmiyyətdə qorusun. Ya da özünü məscidə, dinə, Qurana nisbət verməsin. Əgər nisbət verərsə gərək özü üçün də olmasa Quran üçün özünü qorusun. Məsələlərə riyaət etsin. Allah bu baxımdan onlara buyurur, sizin başqa xanımlarla fərqiniz var. Bunu təqva və mənəviyyat baxımından buyurmur. Çünki, buyurur əgər təqvalı olsanız. Başqa cəhətlərdən fərqiniz var. Çünki, sizin mövqiyyətiniz, olduğunuz yer, ona nisbət verir ki, siz peyğəmbərin yoldaşısınız. Sizin bu malik olduğunuz imkan heyifdir. Siz Qiyamət günü çox həsrət çəkəcəksiniz. Nələri əldən verdiniz, peyğəmbər sizin əlinizdən çıxdı. Şayəd Uveysi Qərəni kimilərin arzuları var idi ki, ömürlərində bir dəfə peyğəmbəri görsünlər. Lakin görə bilmədilər. Uveysi Qərəni istədi ki, Yəməndən gəlsin peyğəmbəri görsün, lakin anasına xidmət etdiyi üçün anası icazə vermirdir. Bir dəfə icazə verdi onda da peyğəmbər səfərdə idi qayıdır, peyğəmbəri görmür. Peyğəmbərin mübarək simasına həsrətlə geri qayıdır. Onunla müqayisə etsək, peyğəmbərin zövcələri nəyi əldən verdiklərini anlayarıq. Bu məsələləri qeyd etməkdə məqsədimiz bunlar şəxsi məsələlər deyil. Düzdür, bunları peyğəmbərin zövcələri haqqında biz tətbiq etdik. Burada da o haqda buyurulmuşdur. Bunlar geniş bəhslərdir. Bunları bizlərə buyurmaqda məqsədi istəyir ki, biz də möveyimizi bilək və harada əlimizdə fürsət varsa o fürsətdən istifadə edə bilək. Əgər mənim evimdə kitab varsa, o kitabdan mən istifadə etmirəmsə gərək evində kitabı olmayandan çox kitab üçün həsrət çəkməliyəm. Çünki, məndə kitab vardır. Bu baxımdan, mənim mövqeyim baxımından, əgər mən namaz qılanamsa mən başqasından fərqli olmalıyam. Özüm də ruhən fərq edə bilməsəm, gərək birinci çalışım ruhən inkişaf edə bilim. Bu cür də inkişaf edə bilməsəm, gərək namazın hörmətini cəmiyyətdə qoruyub saxlayım. Mənimlə namazı gözdən salmasınlar. Bu bəhs düzdür peyğəmbərin xanımları haqqında danışır amma o fəlsəfə ilə danışır, o baxış ilə baxır ki, Allah məsələyə bizlərə də dərs olsun deyə baxır. Bu bir bəhs - sizin digərləri ilə fərqiniz var. Sonra buyurur: digərləri ilə fərqiniz var ona görədə gərək məsələlərdə diqqətli olasınız. Baxın bəzi adamların səhvini şişirdməzlər. O da səhvdir, lakin elə səhvi çox adamlar görərlər. Mümkündür cəmiyyət onun səhvinə heçdə etina etməsin. Amma bir sıra insanlar ağ parçaya bənzəyirlər. Səhvlərini cəmiyyət tez şişirər və tez sui-istifadə edərlər. Mümkündür bir başqa adam gündə 100 dənə yalan danışır. Qeybət, iftira və.s-lər edir. Camaatın malını, halal, haram yeyir. Buna heç kim etina etmir. Lakin bir şəxs məscidə gedir bu bir incə səhv etsə o 100 qat ondan səhv edirdi amma tez bunu şişirdirlər. O da 100 qatdan çox olur. Ona görə mömin insan gərək həyatında diqqəti olsun. Çoxlu səhvlər var ki, başqalarında etina olunmaya bilər lakin mömin insanlarda çox etina olunar. Bəzi şeylər bizə hüquqi baxımdan, islam hüququ baxımından haram deyil. Lakin ictimai baxımdan bunları insan haram edir. Çünki cəmiyyət buna hansı gözlə baxır, və bu da nə davranış edir. İnsanlar ona ağ parça kimi baxırlar, qara parça kimi yox. Ona görə bir zərrə adi çirk də olsa onu qaraldırlar. Gərək biz sadə çirklərdən də diqqətimizin olması üçün çalışaq. İlk növbədə biz özümüz üçün çalışmalıyıq ki, doğrudan da ağ olaq. Əgər bir şəxs paltarının təmiz olmasını bacarmırsa onda heç olmasa onu daha da kirlətməsin. Əgər özünü düzəltməyə çalışmırsa heç olmasa dinə ziyan vurmasın. İmam Sadiq buyurur: “Bizə zinət də olmasanız eyb olmayın”. Sizinlə bizə fəxr etməsələr daha sizinlə bizə nifrət etməsinlər. Siz bizim gözəllik bayraqlarımız olmasanız da çirkinlik bayrağımız olmayın. İndi Allah nəticə alır Əhzab surəsinin davamı olaraq Allah Taala nəticəni göstərir.. Buyurur, sizin digərləri ilə fərqiniz var. Buna görə də bir neçə cəhətə diqqətiniz olmalıdır. O diqqətləri peyğəmbərin qadınlarına bir-bir sadalayır. Onlar nədir? Birinci diqqət -danışığınızda. İkinci diqqət -geyiminizdə və ictimai rəftarınızda. Üçüncü diqqət - ibadətlərinizdə. Dördüncü diqqət -Allaha və onun rəsuluna itaətdə.

Siz gərək bunlarda digərlərindən daha diqqətli olasınız. Bunlar hamıya aiddir. Lakin siz digərlərindən fərqli olaraq bunlarda daha diqqətli olmalısınız. Danışığınızda - Əvvəla xanımla kişinin, yəni naməhrəm xanımla kişinin danışığının gərək istiqaməti aydın olsun. Bilinməlidir ki, nə üçün danışırlar. Yəni bu danışığın axırı hara çatır, buna gərək diqqət olunsun. Əvvəldən insanın məqsədi budur ki, axırı həvəsə çatsın. Bir naməhrəm xanım naməhrəm kişi ilə danışır söhbətləri müqəddimə-müqəddimə qurulur, axırda, günaha düşməyə qədər çata bilirlər. Qəsdi əvvəldən budur. Bu aydındır ki, günahdır. Bir də budur ki, qəsdi o deyil, lakin danışığ tərzi və sözlərin seçilməsi bir növdür bunun qəsdi də o olmasa axırı ora çatır. Buna görədə buyurulur ki, naməhrəm kişiylə bir qadın tək qapısı bağlı bir evdə olmasınlar. Bunu nə üçün buyurular? Ola bilər ki, heç birində başqa məqsəd yoxdur. Bu vəziyyət istər istəməz o tərəfə çalır. Ona görədə danışıq tərzi özü mühümdür. İnsan naməhrəm xanımla elə bir söz də danışmasın ki, bu söz onda tamah yarada bilər. Tamah, yəni həvəs. İnsan danışıq tərzinə və məzmununa diqqət etməlidir. Naməhrəm xanım haqqında diqqət etməlidir, xanımda naməhrəm kişi haqqında diqqət etməlidir ki, qəlbi xəstə olan tamah etməsin. Qəlbində xəstəlik olan insan nəyə deyirlər? Baxın, bəzən bizim nəfsi istəklərimiz əjdahaya bənzəyir. Yatmış əjdahaya. Əjdaha hələ yatıb, lakin birdən bu əjdaha oyana bilər. Bizim nəfsimiz də o cürdür. Nəfs yatıb. Lakin, bunu maraqlandıran bir şeylər oldu yavaş-yavaş nəfs oyanar. Onu maraqlandıran bir şey budur ki, bir şəxs başqasıyla nazla danışsın ya da danışığının məzmunu ayrı istiqamətdə məzmunlar olsun. İstər keyfiyyəti danışıqda, istər məzmuni danışıqda. Bəzən adam dindən danışır, lakin bir növ zarafatla danışır, istər istəməz istiqamət dəyişir. O da gərək olmasın. Buna görə də buyurur: Siz başqasıyla danışanda o istiqamətdə danışmayın ki, mümkündür insanın qəlbi xəstə ola bilər. Mümkündür bir şəxsin qəlbi xəstədir lakin, hələ özüdə bilmir. O anlar elə ola bilər ki, xəstəlik onda oyanar. Biz qəlbin xəstəliyini müalicə etməliyik. Nəinki onu oyatmalıyıq. Biz məsum deyilik. Zəəflərimiz ola bilər. Biz zəəflərimizi yandırmalıyıq o od alovlansın. Zəəflərimizi çalışmalıyıq ki, ayrı yollarla aradan aparaq. Peyğəmbərin xanımlarına belə bir söz buyurur: “Siz danışığınıza diqqət edin.” Heç danışmayın demir. Heç vaxt islam demir xanım bir kişi ilə danışmasın. Buyurur: danışanda layiqi danışın. “Qulnə qaulən mərufa”. Nazla danışmayın. Elə bir növ danışmayın ki, həvəs gətirsin. Layiqli danışın. Layiqi danışıq nəyə deyirlər? Ona deyirlər ki, insan lazım olduqca danışsın. Bəzən lazım deyil mənim danışmağım amma sözü elə formada gətirirəm ki, bir xanımla həmsöhbət olum. Bu danışıq lazım deyil. Bəzən sual verirlər. Məsələn: Mağazada satıcı kimi işləyən naməhrəm qadınlardan mal almaq olar? Cavabı: Əlbəttə olar. Lakin məqsədin bu olmamalıdır ki, satıcısı bir qadın bir kişidən ibarət olan mağazadan mal alarkən qadın olan satıcını seçəsən. İnsan bəzən görür ki, o da həmin şeyi satır bu da. İkisi də eyni vaxtdadır, ikisidə ərzaqdır. Yəni biri uzaqda deyil ki, deyəsən vaxtım tələf olacaq. Amma seçəndə bu birini seçir. Seçəndə niyə onu seçdi? Məsələn Sən bu işi kişi satıcı ilə həll edərdin niyə qadın satıcıyla etdin? Bu mühüm bir şeydir. Hər insan bunu özündə araşdırmalıdır ki, mən əlaqələrimi, rabitələrimi necə qururam. Biz demirik bir şəxs xanımla danışmasın. Lakin layiqli danışsın. Layiqli danışıq ona deyirlər ki, lazım olanda və lazımlı sözü danışmaqdır. Bunlar ayrı-ayrı sözlərdir. Lazımdır danış lakin o vaxt lazım deyil, danışma. Lazımi sözləri də danış. Mümkündür lazımdır sən danışasan. Lakin 10 dəqiqə danışmaq lazımdır. Lazımi sözlər 10 dəqiqəlikdir. Sən sözünü uzadırsan olur 15 dəqiqə. Bunlar sənin lazımı sözlərin deyil. Bu layiqli söz dedikdə, Quran burada buyurur: Bunu peyğəmbərin xanımlarına buyurur. Gərək bunlara biz çox diqqət edək. Bu o demək deyil ki, digərlərinə yox məhz bunlara. Daha Sonra geyim və ictimai rəftarda. Baxın məsələn bizim geyimlərimizdə. İslam düzdür batinə, ürəyin paklığına çox əhəmiyyət verir. Lakin o demək deyil ki, zahirdə təmiz olmayasan. İslam buyurur birinci dərəcədə batin təmiz olmalıdır. Lakin zahir də gərək təmiz olsun. İslam bunu pisləyir ki, təkcə zahir təmiz olsun lakin batin xarab olsun. Bu pisdir. Sən zahirdə möminsən, lakin batində heç nə yoxdur. İnsanın batini mömin olsa, zahiri də ona uyğun olmalıdır. Ola bilməz ki, insanın batini mömin olsun, lakin zahiri heç nə. Əgər mənim batinimdə iman varsa o zaman zahirimdə namazım olar. Olmaz ki, insanın batinində iman olsun,  zahirində namazı olmasın. Əgər batinimdə iman həkk olunubsa, özü də inkişaf edibsə hicabım da olmalıdır. Yəni islam zahirə də diqqət edir lakin ancaq zahirə yox. Təkcə zahirin düz olması münafiqlikdir.  Təkcə batinin də düz olması münafiqlikdir. O cür bir şey yoxdur. Elə olmamalıdır ki, insanın qəlbi təmiz olsun zahiri pis olsun. Onu fərz etmək olar ki, insanın qəlbi pak olsun, zahiri natəmiz olsun. Sən bir şəxsi sevəsən, sevdiyindən də onu vurursan? Bu düz deyil. Qəlbin əsəri üzvlərdə görsənər. Ola bilməz mənim bir şəxsə qəlbimdə kinim olsun, məhəbbətim olsun amma bunu zahirdə göstərməyəm. Bu zahirdə də görsənər. Bu münafiqlik olar ki, mən yalandan bir şəxsə zahirdə məhəbbət edim. Lakin ürəkdən bir şəxsə məhəbbətim olsa daha ona şillə vurmaram. Yəni bunu qeyd etmək istərdik ki, mümkün deyil bir şəxsin batini təmiz olsun lakin zahiri kirli. Bunun imkanı yoxdur. Bunun əksi ola bilər. Mümkündür zahiri təmizdir amma münafiqdir. Lakin o tərəfdən həmişə o cürdür. Bunların rabitəsi vardır. Batinin təmizliyi ilə zahir təmizdir. Ona görə Quran bunlara buyurur: Siz geyiminizdə birinci cahiliyyət kimi zinətlərinizi aşkar etməyin. Birinci cahiliyyət barəsində sonralar geniş izah edərik.

 

Əql və Cəhl

Cahiliyyət haqqında bir bəhs edək. “Cəhl” haqqında. Bir cəhl -bizim hədislərimizdə elm müqabilindədir. Deyəndə filankəs cahildir, yəni onun elmi yoxdur. Bu bir cürdür. Cahil və alim. Lakin Quranda çoxluq ayələrdə cəhl elmsizlik deyil. Cəhl əqlsizlikdir. Cəhl əqlin müqabilindədir. Cəhl elmin müqablində deyil. Elm biliyə deyirlər. Əql isə insan öz xeyrini fikirləşər. İnsanın mümkündür bir elmi olsun, lakin əqli olmasın. Çoxlu insanlar elmə malikdirlər, lakin qiyamət günü cəhənnəmdədirlər. Cənnətə həsrət edəcəklər. Mənim dediklərimdən başqası cənnətə getdi lakin mən məhrum oldum. Bunda elm var əql isə yoxdur. Özünün xeyrini fikirləşməyib. Lakin O, elmə malik idi. Elmin əql ilə fərqi vardır. Elm bilməyə deyirlər. Əql isə insan öz xeyirini, özünün aqibətinin xoş olmağını fikirləşməsidir. Bunlar hər sahədə olmalıdır. Bəzi insanlar alimdirlər amma aqil deyillər. Bir ayrı misal qeyd edək. Mümkündür bir şəxs fizika alimidir, lakin tez aldanır. Dostunu, düşmənini tanımır. Bunu tez aldatmaq olar, bunu tez hirsləndirmək olar. Bəzi müəllimlər var görürsən bir söz desən hirslənər. Suala qulaq asmağa hövsələsi yoxdur. Lakin o sahədə mənbəyi elmdir, ensklopediyadır. Bu elmə malikdir, əqldən məhrumdur. Bir sıra alimlər haqqında bu sözlər var. Məsələn: Nəsimi haqqında belə bir söz deyirlər. Nəsimi elmə malik idi, lakin əqlə malik deyildi. Əqlin ictimai sahələri vardır. Biliyi var lakin, bilmirdi o biliyini necə çatdırsın. Tarixdə bir sıra insanlar bu cürdür. Elmə malikdirlər, lakin tez aldanarlar. Bu da o əql haqqında idi. Əql ayrı sahədir. Əql bir başqa nemətdir onu hər adama verməzlər. Elmi insan dərs oxusa qazana bilər. Müəllimlə sinifdə elm öyrənə bilərsən. Əql isə ayrı nemətdir. Əql bir növ diribaş olmaqdır. Elm isə biliyə malik olmaqdır. Bilik də yaxşı şeydir. Lakin diribaşlıq ilə fərqlənir. Əql insanın dünya görüşünə malik olmağına deyirlər. Elm isə insanın məlumat toplamağına deyirlər. Görürük ki, bir sıra insanlar çox şey bilirlər, lakin çatdırmağı bacarmırlar. Bu elmə malikdirlər, əqlə malik deyillər. Bir sıra hədislərdə helm var elm ilə yanaşı o əqlə işarədir. İnsanın elmi ilə yanaşı gərək əqli də olsun. Bu bir sıra cümlələrdə cəhl elminin qarşısında işlənər. Bir sıra cümlələrdə də əqlin qarşısında işlənə bilər. Deyəndə ki, filankəs cahildir. Bunun iki mənası var. Bir bilməməzdir. Bir də aldanandır, sadəlövhdür. cahil deyəndə bir məqsəd də budur ki, bu elmə malik deyil. Bir cahil deyəndə bir məqsəd də budur ki, bu təcrübəyə, dünya görüşünə malik deyil. Biz özümüz də bunu işlədərik. Burada məqsəd o deyil. Mümkündür bir şəxs məktəb bitirib və ya universitet bitirib. Lakin cahildir yəni necə normal davranış etməyi bacarmır. Bu Cahillikdir. Cavanlıq da cahillikdir. O cahillikdə məqsəd, alimliyin qarşısında dayanmaq deyil. Yəni sadəcə aqil deyil. Hələ bişməyib. nə cür davranış etməyi bilmir. Bəziləri deyillər cahiliyyət təkcə alimliyin qarşısındadır. Kim alim oldu cahil deyil. O mənada deyil. O mənada cahil deyil. Mümkündür əqlsizlik mənasında da cahil cahildir. O, elmə malikdir lakin hələ özünü apara bilmir. Davranışını tənzimləyə bilmir. Təkəbbürlə davranış edir. Ondan sonra çoxlu sadəlöhvcəsinə məsələlərə baxır, məsələlərə səthi baxır. Lakin o elmin dağıdır, amma aqil deyil. Cahiliyyət deyəndə məqsəd ağılsızlıqdır. Elmsizlik deyil. Cahiliyyət deyəndə əsas kök əqlsizlikdir. İnsan bəzən cəmiyyətin tədbirini parçalayır. Cəmiyyəti düzgün tədbir edə bilmir. Bir misal qeyd edək. Görürsən bir şəxs ailədə professordur, böyük elmə malikdir Lakin ailəsini idarə edə bilmir. Yəni ailənin iradəsi, ipi onun əlindən çıxır. Ona Uşaq da qabarır, yoldaş da. Hər şey dəyib bir-birinə. Alimdir, lakin başqa mənada cahildir. Əql mənasında cahildir, elm mənasında alimdir. Əqli yoxdur, alimdir. Cahiliyyət dövrü deyəndə cahiliyyət dövrü, yəni əqlsizlik dövrü. Nəyin ki, elmsizlik dövrü.

 

OXŞAR VIDEOLAR