Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 8 (b)

Onların fikirlərində cahiliyyət elmsizlikdir. Amma cahiliyyət həm də əqlsizlikdir. Ona görə elmin indiki inkişafı ilə də cahiliyyətin imkanı var və biz bunun yarpaqlarını görürük. Və bunun bayraqlarını görürük. Cavanların müxtəlif münasibətləri vardır. Cavanların bəziləri həmçinin elmə də malikdirlər, lakin onlar qeyri əxlaqi yerlərə gedərək vaxt keçirirlər. Bu elmsizlik deyil, əqlsizlikdir. Bu yenə də cahiliyyətdir. Yeni cahiliyyət. Birinci cahiliyyətlə ikinci cahiliyyətin nə fərqi var? Bu geniş bir bəhsdir. Bu barədə gələcəkdə izah qeyd edəcəyik. Allah peyğəmbərin qadınlarına buyurur: “Siz geyiminizdə də birinci cahiliyyət kimi geyinməyin.” O zaman insanlar, əqlsizlik cəhətdən geyinirlər. Biz elmsizlik bəhsindən danışmırıq. Baxın bir sıra insanlar elə zənn edirlər ki, gözəlliklərini bayıra qoysalar çox yaxşı olar. Mən böyük aliməm, gözəlliklərimi də görsünlər. Qeyd etdiyimiz fikirlər əql cəhətinə aid olan fikirlərdir . Məsələn: Bir xanım gözəlliklərini bayıra qoysa özünün şəxsiyyəti hansı formaya çevrilər? Şəxsiyyəti səviyyə cəhətindən aşağı düşməz? Şəxsiyyəti insanın həvəsi istiqamətinə çevrilməz? Həmən xanım böyük bir alim olsa da bir xanım olaraq geyim tərzinə diqqət etməsə qəlbində xəstəlik olan kişilər onunla davranış edəndə ona alim kimi baxmazlar, heç vaxt onun alimliyini görməzlər. Çünki ona geyim tərzi əsasında baxarlar. Ona görə bu ağılsızlıqdır lakin o elmə malikdir. İnsan davranışıyla şəxsiyyətini aşağı salsa, şəxsiyyəti düzgün təqdim etməsə bu onun üçün ağılsızlıqdır. Bir xanım böyük elmə malikdir, lakin elə formada danışır ki, qarşısındaki onun o elm cəhətini görə bilmir, ancaq onun həvəs cəhətinə baxır ona diqqəti edir. Onun sözünə qulaq asan şəxsin məqsədi elmindən istifadə etməkdir. Amma Onun sözünə qulaq asır ki, öz həvəsini doyursun. Xanım bu cür hərəkət edərsə bu əqilsizlikdir və cahiliyyətdir. Bu elmsizlik cahiliyyəti yox, əqlsizlik cahiliyyətidir. Bu və sair sahələrdə də elədir. Sonra buyurur: İbadətlərinizdə namaz, zəkatı fikirləşin. Siz əgər namaza səhlənkar olsanız sizdən nümunə götürən də elə olar. Peyğəmbər buyurur: Siz mənim xanımımsınız. Allah buyurur: Siz Rəsulullahın xanımısınız. Əgər siz namaza səhlənkar olsanız buna başqaları necə baxar? Gərək siz çox diqqətli olasınız. Zəkat verməyə, namaz qılmağa, Allaha və Rəsula itaətdə çox diqqətli olasınız. Əgər bir tələbə müəllimin sözünə diqqət etməsə başqaları o müəllimə qarşı necə olar? Buyurur: Siz Rəsulullahla bir evdə yaşayıb və ondan kifayət qədər faydalana bildiyiniz halda əgər ona itaət etməsəniz cəmiyyət buna hansı münasibət göstərər? Tarixdə qeyd edirlər ki, Əbu Əli Sina həddindən çox böyük alim idi. O, elm baxımından dahi alimlərdəndir. Bir gün onun yaxın tələbəsi İbn Sinaya deyir: Sən də peyğəmbərlik iddiası et. Axı səninlə peyğəmbərin nə fərqi? Həmən tələbə ustadına o qədər bağlanmışdı ki, İbn Sinanı peyğəmbərlə eyni səviyyədə görürdü. İbn Sina tələbəsinə heç bir cavab vermədi çünki, yaxşı bilirdi ki, peyğəmbərlə onun arasında var. Bilmirdi nə qədərdir, amma yaxşı bilirdi ki, fərqi çoxdur. Tələbəsinə orada cavab vermədi. Bir gün qış vaxtı idi. Bayırda Qar yağırdı. Onlar sübh namazını qılmaq üçün oyandılar. Əbu Əli Sina tələbəsinə dedi: Get bayırda quyudan su çək gətir dəstamaz alaq. Bu da Əbu Əli Sinaya bəhanə gətirməyə başladı. Dedi: Ustad bu soyuqda, qışda quyudan su çəkərlər? Təyəmmümü nə üçün qoyublar? Müxtəlif bəhanələr gətirdi ki, xülasə bu soyuqda dəstəmaz almaq olmaz. Əbu Əli Sina tələbəsinin o sualı yadına düşdü. Həmin o an tələbəsinə bu sözləri dedi: Rəsulullahın müəzzini soyuqda çıxmışdı minarədə azan verirdi. Minarə də çox soyuq idi. İndi isə, mənim ən yaxınım sənsən. Sən də beləsən. Hələ o səhabə peyğəmbərin ən yaxını deyildi. Peyğəmbər elə şəxs olur ki, ona inanan, iman gətirən də o forma da olar. Sübh vaxtı peyğəmbər təklif etməyib get orada azan ver. O özü öz istəyi ilə gedir orada azan verir. Məndən peyğəmbər çıxmaz. Mənim ən yaxınım sənsən, sənsə beləsən. Bunu qeyd etmək istərdik ki, insan gərək bəzi təsirli məsələlərdə həssas olsun.

 

Əhli beytin mənəvi çirkinliklərdən uzaq olması

Məqsədimiz bu idi ki, buyurur: Sizin başqa xanımlarla fərqiniz var. Siz Allaha itaət etməkdə gərək birinci olasınız. Olmasanız düzdür getdikcə məsələlərdə özünüz kənarlaşacaqsınız. Lakin bir zaman müvəqqəti olaraq sizin bu işiniz mənfi təsir buraxar. Siz birinci olsaydınız tez dini başqasına çatdırmaq olardı. Bu da Allaha itaət etməkdə. Peyğəmbərin xanımlarının başqaları ilə fərqi vardır ona görədə diqqətləri çox olmalıdır. Bir mətləbi qeyd edək. Diqqətləri dedikdə bunu Allah bəzi şeylərə aid edir. Bəzi şeyləri Allah qabardır, bəzilərə isə göz yumur. Bəzi günahlar var ki, insanı tez tələyə salar, bəzi günahlar var insanı gec tələyə salar. Tələyə salar, amma gec. Məsələn Şəhvət hissi tez tələyə salan günahlardandır. Allah ona görə bunlara birinci onu qabardır. Bunlara belə üslubda danışmaqla, günahlar və savabların müxtəlif olduğunu qeyd edir. Onları Allah elə seçib ki, ilk olaraq bunlardan qeyd edir. Naməhrəmlə danışıq tərzinizə diqqət edin, naməhrəm qarşısında geyim tərzinizə diqqət edin. Sonra gəlir namaza və zəkata. Bunlar göstərir ki, sadalanan bu işlər İslamda çox əhəmiyyətə malikdir. Bir də bunu göstərir ki, bu günahlar insanı tez tələyə sala bilər. İnsan istəyir ki, öz üzərində işləsin. Biz bəzən istəyirik özümüzdə işləyək. Budaq kimi kiçik şeylərdən başlayırıq. Budağı budamaq istəyirik. Lakin kök çoxdan zay olub. Budaqda isə elə bir şey tapmışıq ki, orada nəsə əyridir. Düzdür o əyrini kəsməliyik, lakin kök xarab olubsa o əyrinin qalmasının ziyanı yoxdur. Orada nəsə təmizlik işi aparırıq. Amma kök xarabdır. Biz məsələn üzüyümüzə diqqət edirik. Əqiq qaşlı üzük olsun və ya başqa üzük olsun. Düzdür bunlar İslamda var. Bunlar budaq əyriləridir, bir şəxsin üzüyü belə olar və ya başqa cür. Bunlara diqqət eləməliyik. Amma hansı, dərəcədə? Axı mən hələ şəhvət batlağının içindəyəm, axı mən, hələ danışıq tərzimin zəncirindəyəm. Zəifliklərimi unutmuşam. O zəəfləri, o nöqtələri yaddan çıxarmış, bir sıra budaqlarda dolanıram. Sanki  bir paltarın hər yeri cırıqdır, amma sadə bir şeyindən yapışıram. Məsələn: düyməsi çıxıb onu düzəldirəm ki, bəlkə düymə pis görünər. Amma paltarın hər yeri cırıqdır. Biz də özümüzə o cür baxaq. Bir növ insan özünü aldadır. Axı İnsan özünü islaha aparmalıdır. Lakin Sadə islahlara maraqlıdır. Qədr gecəsində tövbə etmək istəyir. sadə şeylərdən tövbə edir ki, özünü qane etsin guya Qədr gecəsi nəsə bir iş gördüm. Biz özümüzdə əsaslı bir iş görməliyik. Əsaslı o mənada ki, yəni əsas nöqtələr, zəəfə düşməyimiz, tələyə düşməyimizdən yapışmalıyıq. Budaqları hamı budaya bilər amma o yenə çıxar. Bir başqa misal vuraq. Tikan toxumları olduğu yerə düşmüşük. Çıxan tikanları hey kəsirik. Amma üstdən kəsirik. Tikanları təmizlədiyimiz üçün sevinir, oları kəsdiyimizi insanlarada təqdim edirik. Məqsədimiz əslində tam başqadır. Ürəklə istəmədiyim dəvət olunduğum yerə getməmək üçün bu işlə məşğul oluram. Biz işlərimizlə əsaslı olaraq maraqlanmalıyıq. Mümkündür bizim işimiz dinlə üst-üstə düşsün lakin mən din qəsdi ilə o işi görməyim. Məsələn: Məni bir günah məclisinə dəvət ediblər. Mən isə ora getmirəm. Allaha xatir yox . Düzdür əvvəl Allaha xatir edə bilərdim. Lakin orada bir şəxs var idi ondan xoşum gəlmədiyi üçün ora getmirəm. Sonra bu işimin Allaha görə olduğunu qeyd edirəm. Sabah öz məclisim olsa ondan da gözəl məclis quracam. Onda getməmişdimsə deməli başqa hesab kitabım var idi. Bunlar incə bir nöqtələrdir, insan bəzən bunlarla özünü aldadır.

 Qeyd olunan ayənin adına Təthir ayəsi deyirlər. Burada Peyğəmbərin xanımları haqqında buyurulur. Allah bu ayədə onlara məxsus hökmlər buyurub. Bu hökmlərə hökm baxımından xüsusi hökmlər deyirlər. Əhəmiyyət baxımından xüsusidirlər. Yəni Allah buyurur: Çünki, siz peyğəmbərin xanımısınız, vəhylə irtibatdasınız, nəinki hər hansı birinizə vəhy olunur, vəhy olunan şəxslə irtibatdasınız ona görə də mömün olmaq üçün şansınız daha çoxdur. Bu şans çoxluğuna görə  başqalarından fərqlənirsiniz. Əgər təqvalı olsanız Sizin başqalarıyla fərqiniz var. Təqvalı olsaydınız sizdə faydalanasız deyə şans çox idi. Sonra buyurur siz hansı işləri görün, hansı işləri görməyin. Bir nöqtəni izah edək. Buyurur, birinci cahiliyyət kimi özünüzü çıxarmayın. Qeyd olundu ki, cahiliyyətin mənası bilməmək deyil. İnsan mümkündür bilsin, elmi olsun amma əqli olmasın. Cahiliyyət elmsizlik yox əqlsizlikdir. Çoxlu insanlar var ki, onlar elmə malikdirlər. Lakin əqldən məhrumdurlar. Əql, yəni insan öz aqibətini, öz xeyrini, öz məsləhətini, öz mənfəətini fikirləşsin. Əql ona deyərlər ki, insan xəsarətə düşməsin. Elm isə ona deyirlər ki, yalnız məlumat toplayıb. Bu birinci cahiliyyət kimi özünüzü göstərməyin, ikinci cahiliyyətin olmasına bir işarədir. Təfsirçilər bu haqda geniş danışırlar. İkinci cahiliyyət nə vaxt olacaq? Bəziləri deyirlər ikinci cahiliyyət baş tutub. Nəzəriyyələri budur ki, Həzrəti Nuh dövründə birinci cahiliyyət olub, Peyğəmbər dövrünə isə bir az qalmış ikinci cahiliyyət olub. Ayənin zahiri budur ki, peyğəmbərdən qabaq birinci cahiliyyətdir. Hələ ikinci cahiliyyət bu ayə nazil olanda yox idi. İkinci cahiliyyət sonra gələcək. Ayənin zahiri budur və başqa ayələr də cahiliyyət haqqında var. Məsələn: Ali İmran 143-cü, Maidə 50, Fəth 26-cı bu ayələri qeyd etmək olar. Bu ayələrdən görünür ki, birinci cahiliyyət baş verib lakin ikinci cahiliyyət hələ baş verməmişdir. Bəs bu nə vaxt olacaq? Təfsirçilər bir sıra hədislərə, əsasən, ikinci cahiliyyəti zuhurdan qabaq olacağını qeyd edirlər. İkinci cahiliyyət yəni axıruz zamandır. İkinci cahiliyyəti belə məna edirlər. Bir əqlsizlik də bu zaman baş verəcək. Bu zaman hədislərə əsasən zühurdan qabaq olacaq. Bu nə əqlsizlikdir? Birinci cahiliyyət nisbi olaraq ikinci cahiliyyətdən yaxşı idi. Çünki, tez tanınardır. Birinci cahiliyyətdə elm yox idi. Cəhalətlə bir yerdə idi. İki mənada cahillik var idi. Bilməməzlik və əqlsizlik. İkisi bir yerdə tez bilinirdi. Bir şəxsdə elm də əqli də yoxdursa o şəxs tez tanınar. Bir şəxsin əqli yoxdur elmi çoxdur, əqli yoxdur pulu çoxdur, əqli yoxdur zahiri gözəlliyi çoxdur. Pul, zahiri gözəllik, elm pərdədir onun əqlsizliyini tez tanımaq olmaz. Bəsirət əhli tanıya bilər, onu dəqiq adamlar tanıya bilər. Adi adamlar onun elminə vurularlar. Onun pulu ilə hələ özlərini məşqul edib əqlsizliyini görməzlər. Onun zahiri gözəlliyinə baxıb əqlsizliyini görməzlər. İkinci cahiliyyət zahirən belə bir cahiliyyətdir. Elm texnologiya inkişaf edir əqlsizlik isə görsənmir. Yəni indiki həyat həmin islamdan əvvəl həyatla mahiyyət və batin baxımından eynidir. Necə o vaxt qadınlar istismar olunurdusa, qadınlar insan deyildi deyilirdisə indi də qadınlar istismar olunur. O vaxt pərdəsiz idi, pərdə yox idi, cəhalət dövrü idi rəsmən istismar olunurdu. İndi isə istismarın pərdəsi var. Azadlıq pərdəsi var. O gözəl pərdədir, lakin forma həmin formadır, mahiyyət də həmindir. Elə bil bir şəxsin bıçaqla başını kəsirlər, bir şəxsin pambıqla başını kəsirlər. İkisi də həmin mahiyyətdir. Amma bıçaqla baş kəsmək tez görsənər, pambıqla baş kəsməyi dəqiq adamlar görər. İkinci cahiliyyətlə birinci cahiliyyətin fərqi bundadır. Ona görə insanlar bunda çox aldana bilərlər. Belə bir hədis var buyurur: “Bir zaman insan evindən səhər mömün çıxıb, axşam kafir qayıdar”. Bu həmən zamanın dəhşətini göstərir. Zamanın dəhşətini, necə bulanıqlığını, pərdəliliyini göstərir. Əgər insan bəsirət sahibi olmasa, bəyyinata sahib olmasa, yəni insan düşünməsə və əməldə sevinc olmasa haqq əməlləri özündə həyata keçirməsə aldanar. Pərdələr insanı aldadar. Hamımızın çirkinlikdən acığımız gələr. Lakin çirkniliyi gözəl pərdədə versələr xoşumuz gələr, aldanarıq. Heç kim mikroblu şeyi yeməz. Mikrobulu bir şeyi bəzənmiş halda isə yeyər. İkinci cahiliyyətin birinci cahiliyyətlə fərqi budur. Yunan büdpərəstliyi indi də var. Lakin şəkli fərqlidir. İndi də elm texnologiya pərəstlikdir. Burada nümunə fərq edir. Və nümunə incələşib, mürəkkəbləşib çünki, pərdə çox gözəldir. Keçmiş cahiliyyətlə indiki cahiliyyətin fərqinə misal qeyd edək. Evini satmaq istəyirsən. Evini satanda divarlar çürümüşdü sən divarı da rəngləmirsən. Çürümüş divarı məlumatsız insan bilməz ki, bu çürümüş divardır. Bir az insanın diqqəti olsa, divara baxsa, divara əlini vursa bir az söksə görər ki, bu çürümüşdür. Lakin həmin evin çürümüş divarlarına bir qədər usta gətirib rənglətsən, usta üzərinə rəngdən əlavə ayrı şeylərdə vursa içəriyə girənlər bunun çürümüş divar olduğunu bilməzlər. Divarın içini hələ bilməsələr, divar çürümüş görsənməsə Onu yalnız o sahədə mütəxəssis olanlar bilər ki, o çürümüş divardır. Adi insanlar tanıya bilməzlər, aldanarlar. İkinci cahiliyyət də buna bənzəyir. Bu bir bəhs ki, ikinci cahiliyyət saxtakarlıqla bir yerdədir. Ona görə ikinci cahiliyyətin içində insan imanını saxlaması və qoruması çox çətindir. İkinci cahiliyyətdə elm cahiliyyətə xidmət edir, texnologiya cahiliyyətə qulluq edir. Birinci cahiliyyətdə cahiliyyətə elmsizlik xidmət edirdi ona görə tez bilinirdi. İkinci cahiliyyətdə isə elə deyil. Bəzən bir şəxs ateizmdən danışır. Bir ziyalı alimdir. Onun ziyalı alimliyi pərədədir, lakin onun ateizm fikirlərini biz araşdırırıq. Görürük ki, fizikada bu şəxs ziyalı alimdir ona görə də bu sahədə danışmaq hüququ var. Çünki Fizikadan səhf danışmayacaq. Onun elmi əqlinə pərdədir. O fizikada alimdir amma ilahiyyatda alim deyil. Lakin mən ayıra bilmirəm. Çünki o pərdəli cahiliyyətdir. Qədim zamanlarda əxlaqsızlıq kobud şəkildə olardı. Onu tanımaq çox asan idi. Bir şəxs evinə bayraq vurardı ki, mən əxlaqsız qadınam. İndi isə dilinin şirinliyidir, indi simasının bəzənməsidir. Onlar bayrağı əvəz edir. Onu ayırmaq çətindir. Ona bir az insanın diqqəti olsaydı diqqət edərdi. İndi isə görürürük ki, müsəlman əhli də açıq saçıqdır. İman əhli yox. Çünki, ikinci cahiliyyət genişdir və mürəkkəbdir. Bu geniş bir bəhsdir biz ona belə işarə edə bildik. Biraz da Peyğəmbərin xanımları haqqında bəhs edək. Budur bundan qeyri deyil, Allah sizdən Əhli Beytdən çirkinliyi aparmaq və sizi pak etməyi iradə edib. İnnamə - ancaq budur bundan qeyri deyil. Yəni necə? Əllamə Təbatəbai Əl Mizan təfsirində buyurur: “Ancaq” kəlməsini Allah Taala burada iki sahədə qeyd etmək istəyir. Bir budur- Ancaq siz Əhli beytə bu işi etmək istəyib. Yəni başqalarına istəməyib. Ancaq siz Əhli Beyt bu inayətə yiyələnmisiniz. Biri ancaq budur. Bu Əhli Beytə həsr olunub. Yəni başqaları belə deyil. Ancaq sizi çirkinliklərdən pak etmək istəyib. Bu həsr Əhli Beytə aid bir həsrdir. Bir həsr də iradəyə aiddir. Yəni ancaq bunu Allah iradə edib. Diqqət olunası məsələ budur: Mümkündür biz deyək ki, Allah bunu istəyib ancaq mümkündür başqasını da istəyə bilər. Xeyir! Allah qəti iradə edib. Ancaq kəlməsi iradə etməyinə aiddir. Yəni iradəsi dəyişən iradə deyil ki, Allah istəyir olsun lakin olmasa da olar. İradədə həsrdir, yəni ancaq Allah iradə edib. Budur bundan qeyri deyil iradə edib, yəni iradə də qətidir. Siz Əhli Beytə məxsus olmaq da qətidir. Bu iki həsr. Həsrlik Bir iradəyə aiddir, birdə Əhli Beytə aiddir. Bunu qeyd etməkdə məqsədimiz, bu ayədən istifadə edəcəyik ki, bu ayə məxsus iradədir. Bir ünvana o də Əhli Beytə aiddir.  Əhli Beyt kimdir ondan danışmırıq. Amma bu iradə məxsus bir iradədir ki, başqasına aid deyil. Allah Əhli Beytdən başqasına bu iradəni aid etməyib. İndi Əhli Beyt peyğəmbərin xanımları olsa da yalnız onlara istəyib başqasına istəməyib. Hər kimdirlərsə Allah Əhli Beyt ünvanından başqasına bu iradəni etməyib. Bir bəhs budur. “Allah sizdən iradə edib”. Allah sizdən çirkinliyi aradan aparmaq istəyib. Çirkinliyin lüğətdə iki mənası var. Bir sözdür lakin iki budağı var. Bir zahiri çirkinlik - o sifətə deyirlər ki, insan o sifətə baxsa uzaqlaşar, nifrət edər. Məsələn adam donuzun üzünə baxsa ondan uzaqlaşar, nifrət edər. Donuz çirkindir. Quranda var donuzdan çəkinin çünki “ricsdir”(çirkin). Ənam surəsi 145-ci ayə. “(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.”  Donuz çirkindir, onun sifəti elədir ki, adam baxanda ona nifrət edir. Zahiri, yəni onda olan sifət, tənasübü. Bu bir növ rics dir. Bir rics də insanın ruhunda olandır. Bu elə bir haldır ki, başqa insanlar o hala baxarkən ondan acıqları gələr. Bəzən insan özünə də baxanda o ricsi görər. Məsələn insan bir sahəyə paxıllıq edir. Paxıllıq zamanı özünə baxmır. Bu hadisə baş verəndən sonra gəlir oturur evində özünün bu paxıllıq sifətinə baxır. Bu bir haldır. İnsan ona baxanda özündən acığı gələr. O əmələ nifrət edər. Bu da bir ricsdir. Buna mənəvi rics deyirlər. Ona isə zahiri rics deyirlər. O simadan insan nifrət edir. Əllamə mənəvi ricsi belə məna edir. İnsanın ruhunda olan sadaladığımız bu kimi xoşagəlməz hallara insan nifrət edir. İnsanda danma xasiyyəti var. O zaman danır ki, onda insanın mənfəəti pərdə olmaz. O pərdə qoymaz ki, insanın danmağına acığı gəlsin. Bu hadisə baş verəndən sonra qayıd öz danmağına bax öz danmağından nifrət edəcəksən. Bu mənəvi rics insanda var. Ona görə Quran şirkə rics kəlməsini işlədib, küfrə, nalayiq əməllərə, zinaya rics kəlməsini işlədib. Çoxlu ayələrdə rics sadalanan bu kimi əməllərə işlənib. Tövbə 125, Ənam 145 də küfr, şirk, nalayiq əməllərə rics kəlməsi işlənib. Bu ricsin ümumi mənasıdır. Rics iki yerə bölünüb. Bir zahiri rics o çirkinlik, insana nifrət gətirir. Bir də mənəvi riscdir o mənəvi xasiyyətlər, insana nifrət gətirir. Mənəvi zibilliyə deyirlər rics. Burada buyurur ki, sizdən ricsi apardım. Sizdən də məqsəd insandır. İnsanda rics nə mənaya gəlir? Biz ümumi varlıqda ricsdən danışdıq. İnsanda rics nə mənaya gəlir? Rics insanda o düşüncədir ki, və ya düşüncənin nəticəsidir ki, insanın qəlbi və əməlləri batil işlərə səbəb olur. İnsanın bir də batil əqidəsi var o da budur ki, insan məsələn: eyni halda, nişanələrini gördüyü halda inanmır, bu batil əqidə mənfəətlərinə görə insanın şüurunda yaranan əsərə görə Allahı danır o ricsdir. İnsan bir batil əməl edir, əyri yollar gedir. O əyri yollardan yaranan ruhundakı iz ricsdir. İnsanda olan rics o düşüncədir ki, onun ruhunda da var. Ya o nəticədir ki, onun şüurunda, ruhunda yaranıb. Nədən? Qəlbin bağlılığından batil əqidəyə ya batil əmələ görə. mənim qəlbim batil əqidələrlə boyanan zaman mənim qəlbimdə rics yaranar. Bu hədislərdə qəlbdə olan qara ləkə həmin onlar ricsdir. Əməl də batil əməldə elədir. Mən yalan danışmağa adət etdiyim zaman qəlbimdə rics yaranar. O təmizliyini itirər ricsə, çirkinliyə çevrilər. Ruhun çirkinliyi batil əqidədən, batil əməldən irəli gələr. Batil əqidə və batil əmələ qəlb bağlanarsa və həyatda o formada yaşasa getdikcə qəlb özünə ricsi hopdurar. Sanki bura ağ bir parçadır. Getdikcə özünə qaralıqları, tüstüləri hopdurur. Tüstü hardan çıxır? məsələn burada odundan ocaq yanır. Bizim də qəlbimizdə batil əqidədən tüstülər yaranır. Biz elə bilirik batil əməlləri tərgidirik gedir. O müəyyən zamanında, müəyyən məkanında baş tutdu. O zaman mənə görə pis idi. İndi isə pis deyil. O əməllərə qəflət edirik ki, ruhuma hoparaq məndə rics yaradır. Əməlin zahiri, fiziki tərəfi gedir Rics tərəfi isə qalır. Mənəvi tərəfi mənim qəlbimdədir ona görə əməl heç vaxt insandan qaçmaz. İnsanın tənha dostu əməlidir, odur ki, insandan ayrılmayacaq. Çünki, o insanın qəlbinə hopur. Əməldə də məqsəd o fiziki işlər deyil. Əməldə məqsəd o tüstüdür ki, qəlbdə qalır. İnsan yalan danışmağa adət etsə görərsən qəlbi yavaş-yavaş paslanar. O pasdır əməldən yaranır və hopur. Mən qəlbimin paslanmağını indi görməyə bilərəm qəlbim paslanıb o zaman, əməllərimdən qaçacam, nifrət edəcəm. Quranda ayə var: “İnsan qiyamət günü əməllərindən qaçar”. Özü də necə qaçar? Arzusu o olar ki, mənim əməlimlə fasiləm osun. Bu, məkan fasiləsi yox zaman fasiləsi olsun. Nəinki mən burda olum əməlim isə başqa ölkədə olsun. Belə olarsa məkan fasiləsi ilə toqquşma yarana bilər. Zaman fasiləsində toqquşma yoxdur. Əməlim qalsın 18-ci əsrdə mən isə qalım burda. Heç vaxt toqquşmayacam. Quranda Qiyamət ayələrində belə bir ayə var ki, bir sıra insanlar əməlin ricsliyini görəndə arzu edər ki, əməli ilə zaman fasiləsi olsun. O zaman göz kordursa əməlləri görmək olmur. Gördüyü zaman isə özündən bunu uzaq etməyə çalışar. Evində leş olan xəstə adam iy hiss etmədiyi üçün bunun fərqinə varmaz. Qiyamət günü məcburən sağaldıqda  iyi hiss edəcək. onda görəcək ki, leş saxlayıb evində. Bu leşdən qaça biləcək? Leş onu özünə çəkib saxlayıb. Çünki, indi özü də xəstədir leşi görmür. Biz peyinə adət etdiyimiz zaman peyinin iyi bizi narahat etməz. Ətirlə üzləşsək, ətirə adət etsək peyinin yanından qaçarıq. Biz də əməlimizdən ayrılmayacayıq. Bəs rics nədir? Rics qəlbə hopan batil əməldir. Və batil əqidədən olandır. Onlardan hopan nəticə ricsdir. Allah buyurur: Siz Əhli-Beytdən ricsi apardıq, aradan götürdük. Nəylə götürdük? Rics nəylə gedər? Baxın əgər insana etiqadında haqqlıq və əməlində həqiqilik bəxş olunarsa insanı bir növ hidayət edərlər. Etiqadı da, əməli də həqq olsa yolu görər və yolu gedə də bilər. Bu insan əməldə hidayət olunarsa. Bu əməllərdə əlindən yapışılsa, o zaman ricsdən uzaqlaşar. İnsanı göstərməklə yox əlindən yapışmaqla beləsinə həm haqq etiqadını versələr həm də həqq əməlləri ilə aparsalar kamala çatar. Onda rics aradan gedər. Biz də öz həyatımızda ricsi aradan aparmaq istəsək əvvəla gərək haqq etiqadlarını beynimizə buraxaq, batil etiqadları isə beynimizə buraxmayaq. Batil etiqad nəyə deyirlər? İnsan adətən, dostuna görə, mühitə görə inanır. Nəinki düşünüb inanır. Batil əqidə buna deyirlər. O zaman ki, mən düşündüm inandım bu bir sahə olaraq ricsi aradan aparar. inandığıma əməl etdiyim zaman bu da bir sahə olaraq ricsi aradan aparar. Bəs haqq etiqad və haqq əməl ricsi aradan aparar. Əhli Beyt kimdir hələ bununla işimiz yoxdur. Allahın bu inayətinə rast gəlinib ki, Allah bunları təmizləməyi, paklamağı iradə edib. Bunlara, müqabilini verməklə. Bunları verəndə onlar paklanar. Bir şəxs soruşa bilər ki, Əhli Beyt paklandı dedikdə nəcis idilər paklandılar? Xeyir!. Paklandı bu mənayla ki, Allah bunlara bunları bəxş eləməklə ricsdən xilas olublar. Elə bil bir şəxs evində quyu qazır sən ona deyirsən quyunu dar qaz. Buna onu deməzlər. O, quyunu geniş qazıb sən isə onu təzədən istəyirsən darlaşdırsın. Yox, demək istəyirsən ki, onu elə əvvəldən dar qaz. Əhli-Beytə sizi çirkinliklərdən pak etmişəm, təthir etmişəm buyurulması o demək deyil ki, bunlar hökmən gərək çirk olmalıdırlar sonra pak olsunlar. Yəni bunun o nöqtə müqabilini, tərəf müqabilini verməklə siz çirkinliklərdən pak olmusunuz. Elə əvvəldən quyu dar qazılıb. Sizdə belədir. Bunları verməklə. Bu ayə bir növ vəhyi təkviniyə qayıdır. Bu ayə bir növ onlara xeyir iş görməyi vəhy etmişik buyurur. Qeyd etdiyimiz ayələrin birinə əsasən dedik ki, təkcə nübuvvətə yox imamətə də vəhy olur. Bu Təsdidi vəhydir. Yəni onlara həyatda köməklik olunur ki, çirkinliklərə getməsinlər. Haqq əqidəni və haqq əməli belələrinə bəxş etməklə həmin o ayələrə qayıdırıq. Allahın buyurduğu “sizi çirkinliklərədən pak etmişəm” elə budur. Bizə aid dərsi budur ki, biz də həyatımızda nə qədər haqq əqidəni özümüzə yiyələndirə bilsək, xilas ola bilsək, batil əqidələrdən uzaq ola bilsək haqq əqidəyə sahib ola bilərik. xilas olmaq batil əqidələrdən xilas olmaq, dostpərəstlikdən, nəfspərəstlikdən, adətpərəstlikdən, mühitpərəstlikdən, şəxsiyətpərəstlikdən uzaq olmaqdır. İnsan haqqpərəst olsa həqq əqidəyə malik olar. Əməldə də onun payı verilər. Əməldə də insan gərək əməli həyata keçirənə qədər nəfsi ilə mübarizə etsin. Bəziləri haqq əqidəyə çatandan sonra əməl haqqlarına çata bilmirlər. Çünki, nəfs ilə mübarizə edə bilmirlər . İnsan hansı yolun haqq, hansı işin pis və günah olduğunu düşündüyü zaman gərək bunu əməldə də həyata keçirə bilsin. Mən bilirəmsə yalan pisdir o zaman yalan danışmağı da tərgitməyi gərək özümdə mübarizə edim həyata keçirim o da həqq əməldir. Bununla Əhli-Beytə yaxınlaşıram. Allahın iradəsinin içinə düşə bilmərəm çünki, orada innəmə var. Lakin o bulağa yaxınlaşaram. Kövsər çayı axır. İnsan nə qədər o çaya yaxınlaşsa ondan bir o qədər çox faydalana bilər. Bu rics bəhsidir. Buyurur Allah siz Əhli-Beytdən iradə edib ki, ricsi aradan aparsın. İradə iki mənadadır. Baxın bir budur, iradənin bir mənası istəməkdir mən istəyirəm bu iş olsun. İstəyirəm ki, filankəs yaxşı adam olsun. Buna deyirlər təşrii iradə. İstəyirəm filankəs yaxşı adam olsun. O ola bilər yaxşı adam olsun, ola bilər də pis adam olsun. Biz insanlarda başqasına aid olan iradə həmişə təşrii iradə olar. Adi insanlarda mən istəyirəmsə filankəs yaxşı adam olsun heç vaxt onun ixtiyarı əlindən çıxmaz. Amma özümə nisbət olaraq istəyirəm yaxşı adam olum, yəni bu mənayla ki, yaxşı adamlığı özümdə həyata keçirirəm. Bunu tətbiq edirəm. Buna təkvini iradə deyirlər. Allah vəlilərində təkvini iradə başqalarına da aid ola bilər. Onların vilayəti təkviniləri var .Başqalarını da yaxşı adam edə bilərlər. Biz adi insanlar istəyirik başqaları da yaxşı adam olsunlar. Bu birinci mənadır. Təşrii iradə mənasında. Özümüzə nisbətən də istəyirik yaxşı adam olaq yəni, kaş yaxşı adam olaq. Bu təşrii iradə olacaqdır. Məsələn: Sən dostuna deyirsən ki, bu gündən istəyirəm dərs oxumağa başlayım. əgər oxumağa başlasan bu təkvini iradədir. Allah da istəyir ki, Əhli-Beyt ricsdən uzaqlaşsın. Birinci mənayla istəyir ya ikinci mənayla? Yəni bu mənayla ki, istəyir Əhli-Beyt belə olsun yoxa Əhli-Beyti belə edir? Biz deyirik bu ikinci mənayladır. Yəni Əhli-Beyti belə edir. Bu İradə təkvini iradədir. Əhli-Beyti tərbiyə edir. Çünki, birinci mənada ümumidir. Allah hamını istəyir ki, yaxşı adam olsun. Məsələn Allah hamıya Quran göndərib, peyğəmbər göndərib, hidayət edir. Bu hamını birinci mənayladır. Axı burada həsr edib. Buyurub: Ancaq sizi istəyirəm ki, ricsdən uzaqlaşasınız. Əgər istəyirəm bu mənayladır ki, xahiş edirəm ricsdən uzaqlaşın? Mən istəyirəm sizi təmiz olasınız nəinki sizi təmiz edirəm. Sizin təmiz olanınızı sevirəm. Allah hamının təmiz olmağını sevir. Allah hamıya buyurur ki, ricsdən uzaqlaşın. Buyurur: “Fəctənibu ricsə” (Uzaqlaşın ricsdən) – Həcc sur. 30 cu ayə. Buradakı iradə, Allah buyurur istəyirəm sizi ricsdən uzaq edim xoşum gəlir belə olasınız deyil. Sizi ricsdən uzaqladırıram, mən siz pak edirəm. Nəyin ki, istəyirəm pak olasınız. İstəyirəm bir mənasıda budur: mən istəyirəm indi təmiz olum, mən istəyirəm çimim. Mən bunu başqasına deyirəm-istəyirəm o çimsin. Bu təşrii iradədir. Mümkündür çimsin və ya, çimməsin. Çimmək istəyirəm isə təkvini iradədir. Yəni indi istəyirəm çimməyə başlayım bu təkvini iradədir. Allah da Əhli-Beytə ikinci mənayla buyurur. Çünki, orada həsr var. Əvvəldə İnnamə sözü var. Əgər ancaq bunlar üçün birinci mənada olsaydı başqa ayələrlə təzadda olardı. Başqa ayələrdə Allah buyurur: istəyirik ki, hamınız saleh olasınız, paklığa yiyələnəsiniz. Bu da bir mənada iradədə məqsəddir. Amma əgər Allah belə formada ricsi Əhli-Beytdən uzaqlaşdırmaq istəyirsə, indi görək Əhli-Beyt kimdir?

 

OXŞAR VIDEOLAR