Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 9 (b)

Çünki,onların imam olmasını Allah Taala istəyib. Ona görə bunlar başqalarına nibətən heç vaxt aşağı səviyyədə deyillər. Onlar, ilahi bir möhibətə görə seçiliblər. Allah onları ilahi möhibətə görə seçib. Düzdür seçib, amma onların ruhunda da bu zəmin var idi. İnsan bir mərhələyə çatarsa Allah özü aparar. Daha o mərhələyə insan özü çata bilməz. Quş bir mərhələyəcən uça bilər. Allahın yer üzündə bir sıra qanunları vardır. İnsan quş kimi bir fəzaya qədər uçur o fəzadan sonra Allah özü onu götürüb aparar. Ona ismət deyirlər. İsməti insanlara Allah verir. Bəşər bunu qazanmır. Bəşər yalnız şəraitini qazanır. Allah insanı məsum edir. Bəşər isə məsumluğu üçün şəraitini çatdırır. Ona görə insan bir mərhləyəcən çalşır, mübarizə edir ki, oxlara qalxan olsun. Beləsinə günah dəyir amma bunun üçün qalxanı olur. Onu yaralamır. İnsan hər an imtahan verir. Hər sahədə insan üzvləri ilə, işləri ilə, davranışı ilə imtahan verir. Əgər qalxanı varsa bu imtahanlarda sağlam olur, əgər qalxanı yoxdursa yaralanır. Bu çalışma, bu yoxlama, bu imtahan, bu sınaq insanda bir mərhələyə çatdığı zamandam sonra Allah onu öz vilayətinə götürür. Daha ondan sonra Allah özü onu pak edib. Daha isməti ona Allah özü verir. Belə şəxsə müxləs deyirlər. Müxlis budur ki, insan özünü xalis edir, bu aşağı mərhələdir. Buna çatmaq da özü böyükdür. Lakin müxləsə nisbətdə aşağı mərhələdir. İnsan özünü Allaha bəxş edir. İnsan əməlini, zatını kullən Allaha bəxş etdikdən sonra Allah da onu öz çətri altına alar. Dünənəcən oxa insan özü qalxan olmağa məcbur idisə İmam olduqdan sonra daha günahlarla mübarizə aparmır. Çünki, İmam günahla üzbəüz deyil. Çünki, O günahın oxundan yuxarıdadır. Günahın oxu daha ora çata bilməz. O, Allahın çətri altına girmişdir. Və Şeytan da bilir ki, daha ora çata bilməz. Ona görə istisna edir ki, mən oranı vəsvəsə edə bilmərəm. Mənim oxum ora dəyməz. Onlara ismət gəlmişdir. Beləliklə məsumluq Allahın bəxşişidir, Allahın mohibətidir. Düzdür Allah verir, lakin Allah hansı mərhələdən sonra verir? Düzdür İnsan məsumluğu qazanmır. Məsumluq Allahın insanlar üçün çəkdiyi bir çətirdir. Daha ona qalxan lazım deyil. Məsumluq bir fəzadır ki, ora ox yetişə bilməz. Lakin o fəzaya Allah aparır çünki, o fəza Allahın fəzasıdır. Orada daha Şeytan yoxdur. Oradan Şeytan qovulub. Orada nəfs ölüb. Nəfsi əmmarə yoxdur. Orda nəfsi mütməinə vardır. “(Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır:) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə sən Ondan razı olaraq, O da səndən!”( Fəcr sur 2728) O bu mərhələdir. Allahın bəndələrinin içinə daxil olub, orda da yalnız Allahın bəndələri vardır. O mərhələdə o fəzada ox atan kimsə yoxdur, həsəd, paxıllıq bu cür şeylər orada yoxdur. Ora yalnız Allahın cənnətidir. Ora daxil olsan daha ox sənə tərəf gəlməz. Lakin ora girmək üçün gərək müxlis olasan. Ora girmək üçün gərək bir mərhələyə qədər çalışasan. Məsum imama günah dəyməz, ona günah yolu yoxdur. O günahdan böyükdür, o günahdan yuxarıdır. Günah onunla dünyada mübarizə aparmır. O dünyada müslihdir. Vəzifəsi digərlərinə nisbətən yuxarıdır. O imamdır, o saleh olub, əbd olub. İndi də onun imaməti vardır. “İnnamə yuridullah.” Bu yuridullah haqqında bəhs var idi ki, Allah iradə edib bu necə iradədir? Ki, bunları pak etmək istəyir. Allahda iki cür iradə var. Birinə təşrii iradə deyirlər. Təşrii iradə, yəni Allah istəyir. Məsələn istəyirsən dostun pak olsun. Lakin insan başqasına aid işi yalnız istəyə bilər. O özü bilər pak ola bilər ya yox. Buna təşrii iradə deyirlər. Sən istəyirsən dostun işlərini görəndə pak olsun. Allahın da belə iradəsi vardır. Allah istəyir biz bəndələr pak olaq. Əhli Beytə də belə iradə edib ki, onlar pak olsun? Onlarda təşrii iradə ilə pak olublar? Yəni ola bilər pak olsunlar ola bilər olmasınlar? Xeyir belə deyil. Çünki, Allah bunu hamıya istəyib. Allah hamının pak olmasını istəyir. Bu təqva ilə pak olmaqdır. Əhli Beytdə təqva ilə pak olma deyil. Allah bunları yuxarıya aparıb və pak edib. Bu ismət bəxşişdir ki, Allah verib. Bu pak olmada imkanı var olsun, imkanı var olmasın. Çünki, bu iradə hamı üçündür. Amma Allah buyurur: Ancaq siz Əhli Beytə bu isməti, bu paklığı vermişik. Bəs bu nə paklığıdır? Buna təkvini iradə deyirlər. Allah sizə tərbiyyə verib, sizi öz ruhiyyəti ilə tərbiyə edib. Çünki, sizdə buna zəmin var idi. O da sizi tərbiyə edib aparıb bir fəzaya ki, o fəzaya daha günah gələ bilməz. Bu istəmək deyil, aparmaqdır. Bu göstərmək deyil, əlinə yapışıb aparmaqdır. Necə vəhyi təkvini, vəhyi təşrii izah etdik bu həmin o formadır. Burda Allah o paklığa Əhli Beyti çatdırıb. Nəinki, Əhli Beyt pak olmasını istəyib. Burda iradə təkvini iradədir. “O desə olar” iradəsi ki, elə bu iradədir. Yəni, belə iradə edib. Allah pak etməyi iradə edib ki, bunları pak etsin. Nəinki iradə edib onlar pak olsunlar. Burada onların işi yox Allahın öz işidir. Ümumi bəşərə Allah onların işinə nisbətən iradə edib. İradə edib ki, onlar pak olsunlar. Əhli Beyti Allah pak edibsə, bunu iradə edib. Öz işi pak etməkdir elə onu iradə edib. Yəni Allah bunları elə fəzaya aparıb ki, onlara günah dəyməz. Buna təkvini iradə deyirlər.

Əhli Beyt kimdir?

Onlar kimdir ki, günahın oxları onlara dəyməz? Onlar fəzada yuxarıdadırlar. Onlar kimdir ki, daimən Allahın bu cür ətasına, bəxşişinə malikdirlər və onlara təharət bəxş olunub? Onlara daha ox dəyməz. Bir nəzəriyyə budur ki, bu ayə peyğəmbərin xanımları haqqındadır, yəni Əhli Beytdə məqsəd peyğəmbərin xanımlarıdır. “Allah siz peyğəmbərin xanımlarını belə edib.” Əhli Sünnətin bir qismi belə deyir. İkinci nəzəriyyə budur ki, peyğəmbərin xanımları və övladlarıdır. Üçüncü nəzəriyyə budur ki, adətən onlar peyğəmbərin əqrabasıdır, yaxın adamlarıdır, ailəsidir. Başqa nəzəriyyələr də var. Biz birinci nəzəriyyəni araşdırırıq. Bu ayə Peyğəmbərin yoldaşları haqqında ola bilər, ya ola bilməz? Onlar ki, deyirlər bu ayə peyğəmbərin yoldaşları haqqındadır buna istinad edirlər çünki, bu ayə peyğəmbərin yoldaşları haqqında olan ayənin axırındadır. Ayədə əvvəl onlardan buyurulub. Biz də ayəni oradan başladıq ki, onların istinadları da aydın olunsun. Çünki, əvvəl xanımlarından buyurub. “Peyğəmbərin yoldaşları - Siz başqaları kimi deyilsiniz.” Daha sonra bu Əhli Beyt haqqında buyurub. Deməli bu Əhli Beyt həmin şəxslərdir. Bunun ardından da onlardan danışıb. Və bundan sonra da yenə qayıdıb peyğəmbərin xanımları haqqında buyurub. Çünki, bu sözlərin içində məlumdur ki, bu ayə onların haqqındadır. Onların istinadları budur. Biz qeyd etdik ki, bu peyğəmbərin yoldaşları haqqında deyil. Bu nəzər təkcə peyğəmbərin yoldaşları haqqındadır desək o səhvdir. Buna aid bir neçə dəlilimiz vardır. Birinci dəlil - bu nəzəriyyənin sahibləri mütləq ərəb dili qrammatikasını yaxşı bilirlər, ərəb qrammatikasında müzəkkər və müənnəsi yaxşı tanıyırlar. Bilirlər ki, qadın cinsinə aid olan zəmiri, şəxs əvəzliyi necə gəlir, kişi cinsi necə gəlir? və.s. Onları bizdən də yaxşı bilirlər. Burada əgər onlar qeyd edən kimi olsaydı gərək qadın cinsi gətirilərdi, nəinki kişi cinsi. Ərəb dilində şəxs əvəzliyi kişi cinsində o vaxt işlətmək olardı ki, ya hamı kişidir, ya da qarışıqdır içərilərində kişi də vardır. Şəxslər ancaq xanım olsa kişi şəxs əvəzliyi gələ bilməz. Buyurur: “innəma yuridullah li yuzhibə ƏNKUM”. Onlar buyuran kimi olsa ənkunnə işlənməli idi. Siz (qadınlar) onlardan. Ənkum, yəni siz kişilərdən və sizlərdən ki, içərinizdə də kişi var. Onlar qeyd edən nəzəriyyədə gərək ənkunnə olmalıdır. Ondan sonra yutəhhirəkum da gərək yutəhhirəkunnə olsun. Əgər ayə elədirsə eybi yox çünki, biz Qurana tabeyik. Quran nə buyursa onu eşidib əməl edirik. Lakin Quran nə buyursa siz də gərək eşidib əməl edəsiniz. Əgər Quran buyurursa ənkum deməli bu qadınlar deyil. Bu peyğəmbərin xanımlarına aid deyil. Daha sonra qeyd edəcəyik ki, peyğəmbərin xanımları ya bundandır, və ya bundan deyil. Bu ayrı bəhsdir. Bu təkcə peyğəmbərin xanımlarına aid deyil. Bunu qeyd etmək istəyirik ki, bu olmaz. Çünki, orada ənkunnə gəlməyib, ənkum gəlib, yutəhhirəkunnə gəlməyib yutəhhirəkum gəlib. Əgər Ərəb qrammatikasını qəbul etməsəniz, deməlisiniz ki, Ərəb qrammatikası səhv sözlərdən ibarətdir. Özümüz necə istəsək elə məna edərik. Əgər elə məna etsəniz bizim də bu qədər savadımız çatır ki, Ərəb qrammatikası əsasında ayələri məna edə bilək. İkinci nəzəriyyə - Buna çoxlu hədislər var ki, o hədislər bu hissənin peyğəmbərin yoldaşlarına aid olmadığını göstəri. Çoxlu hədislər dedikdə 70 Əhli Sünnət mənbəsindən "Ehqaqul Həqqin şərhi" kitabında bu hədislər rabitə ilə qeyd olunub. “Ehqaqul Həqq” elə bir kitabdır ki, orada işlədilən ayələr hamısı, Əhli Beyt haqqındadır. Buna Mərəşi Nəcəfi şərh yazmışdır. Şərhdən sonra isə mulhəqat yazıb. Mulhəqat yəni davamı. Nə qədər bu barədə ayələr, hədislər varsa onları qeyd edib. Təthirə aid olan hədisləri 70 Əhli Sünnət mənbəsindən qeyd edib. O 70 mənbədə göstərilir ki, bu hədislərdə həmən ayə peyğəmbərin yoldaşları haqqında deyil. Bu 70 mənbəni gərək inkar edək. Deyək ki, bunlar səhv mənbələrdir. Ya da gərək alim onlara ittiham vurub deyək. O, 70 mənbəni yuxusunda görüb. Yolumuzu gedək, görək o 70 mənbə hansılardır. Araşdırsaq onlar düz deyib. Əhli Sünnətdən 70 mənbə gətirib ki, Təthir ayəsinin bu hissəsi peyğəmbərin yoldaşları haqqında deyil. Maraqlıdır, o hədislərdə Ayşə və Həfsədən də hədislər var ki, onlar özləri də bu ayənin onların haqqında olmadığını deyirlər. Həfsə deyir: Peyğəmbər mənim evimdə idi Zəhra(s) içəriyə girdi. Peyğəmbərin bir əbası var idi, Zəhra(s)nı yanına çağırdı, sonra İmam Həsən(ə), İmam Hüseyn(ə) içəri girdi, sonra Əli(ə) da gəldi, peyğəmbər hamısını öz yanına çağırdı O, əbanı üstlərinə tutdu sonra Təthir ayəsini oxudu. “İnnəma yuridullah liyuzhibə ənkumur ricsə Əhləl Beyt və yutəhhirəkum təthira.” (Əhzab 33) Bunları Peyğəmbər oxuyanda Ummu Sələmə deyir: Mənə maraqlı oldu ki, o əbanın altında bəs mən necəyəm? Dedim: ya Rəsulallah mən də Əhli Beytdənəm? Buyurdu ki, sən də yaxşı qadınsan, lakin Əhli Beytdən deyilsən.

Bu hədisi Ayşə də, Həfsə də, peyğəmbərin başqa xanımları da nəql edib. Həmin 70 mənbə kitabda da göstərir. Peyğəmbərin zövcələrinin bəziləri, məsələn, Ayşə xırdalıqları da zikr edərdilər. Xüsusi ilə o vaxt ki, bu özlərinə də aid olsaydı. Xırda cərəyanları da qeyd edərdilər. Əgər bu Təthir cərəyanı onlara aid olsaydı, heç vaxt Cənab Ayşə xanım bunu zikr etməmiş olmazdı. Ayşə əksinə zikr edib ki, bu ayə mənim haqqımda deyil. Şəvahidud Tənzil kitabını Hakim Həskani yazıb. Orada bu zəminədə 130 hədis var. Bu da Əhli Sünnətin mötəbər kitabıdır. Bəs bu da ikincidir. Birinci budur ki, ayənin özü buyurur mən peyğəmbərin xanımlarına aid deyiləm, ənkunnə yox ənkum buyururam. Yutəhirrəkunnə deyiləm, yutəhhirəkumam. Bir ayə buyurur, bir də hədis deyir ki, mən belə deyiləm. Üçüncü isə tarix bunu qeyd edir. Tarixə baxsaq məna etdiyimiz bu Təthir ayəsi peyğəmbərin xanımları haqqında tətbiq olunmayıb. Biz demirik ki, tətbiq olunmasa deməli peyğəmbərin xanımları pisdirlər. Sadəcə ayə belə tətbiq olunmayıb. Yəni bir şəxsə sən deyirsənsə müəllim deyilsən. O demək deyil ki, həmən şəxs cəhənnəm əhlidir. Bu mühəndisdir, müəllim deyil. Təhqir deyil. Sahəsini göstərməkdir. Təthir onlara aid deyil. Çünki onlar, Əhli Beytdən buyurulan ayədə kim olsalar gərək günah fəzasında yuxarı olsunlar. Allah Quranın əvvəlində onlara bir sıra nəsihətlər edir. Buyurur, siz evinizdə oturun, danışığınıza diqqət edin, cahiliyyət forması kimi zinətlərinizi bayıra çıxarmayın. Yəni bunlara imkanı vardır. Yəni oxları göstərir ki, bu oxlar sizə dəyə bilər. Axı yuxarıda bunu izah etdik ki, Təthir ayəsi buyurur, bunlar oxdan yuxarıdır. Zəif nöqtələri göstərir ki, bunlarla yıxıla bilərsiniz. Hətta bir surədə zəifliklərini də götsərir ki, orada yıxıldınız. Orada göstərir ki, sizə peyğəmbər sirr demişdi deməyəsiniz lakin siz onu dediniz. Həm bu üçüncü dəlili belə qeyd edək. Quranın bəzi ayələri bu ayənin o ayənin yanında olması məna baxımından möcüzədir. Göstərir ki, o deyil. Başqa surə qeyd etdik bu Təhrim surəsi idi. Təhrim surəsi də başdan ayağa göstərir ki, yox peyğəmbərin xanımlarında səhv imkanı, günah, hətta günah etmək də var idi. Tövbə də edirdilər. Günah edib tövbə edirdilər. Biz əqidəmiz bu deyil ki, onlar cəhənnəm əhlidirlər. Qeyd edirik ki, belə isə Təthir ayəsi onlara aid deyil. Bu ayənin üzvü deyillər. Deyəndə bir şəxs müəllim deyil o demək deyil ki, mühəndis də deyil. Müəllim deyil lakin Mühəndis olması mümkündür. Tarixdə də göstərilir ki, xeyir bunlar təthir deyil. Cəməl müharibəsində Aişə özü dedi ki, səhv oldu, lakin tövbə etdi. Tarixi araşdırsanız Cəməl müharibəsində səhv olmağını etiraf etdiyini görərsiniz. Dedi: Qadınam, qadın bu cür səvhlər edə bilər. Əli bilməli idi ki, qadındır belə səhvlər edə bilər. Lakin imam Əli(ə) a eyni səhvi çıxartdı. Amma dedi ki, mən qadınam səhv edə bilərəm. Mədinəyə gedəndə dedi, Əli də səhv etdi çünki, məni 40 nəfər kişi ilə yola saldı. Bunu dedi orda qadınlar simalarını göstərdilər ki, biz qadınıq kişi deyilik. Burada Əli(ə) səhv etmədi. Lakin o birinci səhv yerində qaldı. Səhv oldu sonra tövbə də etdi. Bu səvhin tövbəsi bu məsələ kimi deyil, ayə deyir bunlara günah yaxınlaşmaz. Bu da digər şahid. Digər şahid isə bir sıra ayələrdə var ki,peyğəmbərə bəzi xanımları əziyyət verirdilər. Hətta peyğəmbər onları boşasa da eybi yoxdur. Onlar ya dünyanı seçsinlər ya da səni. Əgər dünyanı seçirlərsə dünyalarını da doldur və boşa. Belələrinə dünya ver və onları boşa. Əgər səni seçirlərsə dözməlidirlər. Bu göstərir ki, təthir ayəsi onlardan üstündür. Təthir ayəsi ayrı cür buyurur onlar isə ayrı cürdürlər. Bəs birinci nəzəriyyə peyğəmbərin xanımlarına aiddir həm ayə baxımından, həm başqa ayələr baxımından, həm bu ayənin əvvəli baxımından, həm tarix baxımından, həm də hədis baxımından aydın oldu ki, belə ola bilməz. Söhbət təthir ayəsindən gedir. Bu ayədə müxtəlif bəhslər qeyd etdik. Bir Allahın iradəsi bu ayədə necə iradədir? Qeyd olundu ki, Allahın iradəsi bu ayədə təkvini iradədir. Allah nəinki sevir belə olsun. Belə edib. Təşrii iradə yəni Allah sevir belə olsun. Allah sevir biz yaxşı adam olaq. Bu təşrii iradədir. Yəni biz edə bilərik ki, biz yaxşı adam olmayaq. Lakin burada buyurur:Allah istəyir ki, yalnız sizi çirkinliklərdən pak etsin. Bu yalnız sözünüzdən düşünürük ki, bu o istəmək deyil. Yəni Allah hamının çirkinliklərdən uzaq olmasını istəyir. Bu isə Allahın yalnız onlardan çirkinliklərin uzaq olmasını iradə edib. Bu iradə, yəni Allah belə edib. Buna təkvini iradə deyirlər. Bir bəhs budur. Bir bəhs ricsi onlardan aparmaq idi. Nəinki onları ricsdən aparmaq. Qeyd olundu ki, Əhli Beyt elə şəxslərdir ki, günah oxu onlara çatmaz. Nəinki günah oxu onlara çatar. Allah onları günahdan uzaqlaşdırar. Xeyir. Allah günahı onlardan uzaqlaşdırıb. Yəni günah onlara çatmaz. O qədər yuxarıdadırlar ki, günah vəsvəsəsi onlara yetişməz. Nəinki aşağıdadırlar, günah edirlər, günah etmək istədikləri zaman Allah onları günahdan çəkər. Səhv etmək istəsə Allah onu səhvdən qoruyar. Yox. Onlar o qədər yuxarıdadırlar ki, heç bir günah, səhv ora çatmaz. Çünki, Allah buyurur: ricsi sizdən uzaq etdik. Nəinki sizi ricsdən uzaq etdik. Rics ora çatmaz. Sonra bəhs etdik ki, rics nədir. Rics elə bir çirkinlikdir ki, bu insanda batil əqidədən və batil əməldən yaranar. Hər batil əqidə, hər batil əməl insanın ruhunda bir çirkinlik hopdurar. Etdiyi hər günah vasitəsi ilə ona çirkinlik hopar. Allah onları bütün çirkinliklərdən uzaqlaşdırdığı zaman, yəni heç bir batil əqidə, heç bir batil əməl bunların sahələrinə yol tapa bilməz. Onların fəzaları o qədər yuxarıdır ki, heçbir batil əqidə, heçbir batil əməl onlara çata bilməz. Yəni bu insanlarda nə batil əməl baş verər, nə də onlara batil əqidə əmələ gələ bilər. Ricsi uzaqlaşdırmaqdan sonra buyurur və yutəhhirəkum təthira. Yəni Allah sizə təthir bəxş etdi, təharət bəxş etdi. Yəni sizi təmizlədi, fəzanızı günahdan yuxarıda qərar verdi. Bəziləri mümkündür günah etməsinlər, lakin hələ təharətə malik deyillər. Məsələn  sən yalan danışmırsan amma hələ pak deyilsən. Paklıq hadisələrin içində olar. O zamana qədər ki, sən hadisəyə düşməmisən məlum deyil, sən paksan ya pak deyilsən. Hələ günah etməyə bilərsən. Əgər sənin toyun olmayıbsa deyə bilməzsən ki, mənim toyda içkidən acığım gəlir. Bunu başqasının toyunda deyə bilməzsən. Amma özünün toyunda deyə bilərsən. Çünki orada hadisə birbaşa sənin özünlə üzbəüzdür. Günah etməmək bir şeydir, təharətli olmaq isə başqa şeydir. İnsan günah etməyə bilər, amma hələ təharətli deyil. İnsan ola bilər ki, hələ xamdır, lakin hələ səhv etməyib. Saflıq başqa şeydir, kamillik isə başqa şey. Saf ona deyirlər ki, hələ hadisələrlə üzbəüz olmayıb, bilmək olmaz bu hansı tərəfdəndir. Əyri yol gedir, pis yol gedib. Uşaq safdır, lakin kamil deyil. Uşaq o işlərdə günah etmir çünki işin günah olub olmamasını bilmir. Lakin böyüyəndən sonra hadisələrlə üzbəüz olandan sonra aydın olar ki, bu şəxs günahkardır, ya adildir, ya pak insandır. Təharət təkcə günah etməmək deyildir. Ricsdən uzaq olmaq da tahir olmaq demək deyil. Çoxları var hələ əlləri günaha batmayıb. O demək deyil ki, bunlar tahirdirlər. Məsələn: Bir şəxs desin ki, mən ömrümdə heç yalan danışmamışam. O demək deyil ki, bu düz danışandır. Yalan danışmamaq bir şeydir, düz danışmaq isə başqa şeydir. Bunlar ayrı-ayrı sözlərdir. Sən hələ də yalan danışmamısansa, hələ o imtahana düşməmisən ki, orada yalan danışmaqla düz danışmağın dünyanın əlindən gedib getməməyinə bərabər olsun. Hələ o sahəyə düşməmisən. Sən indiyə qədər naməhrəmə pis baxmamısan. Hələ məlum deyil o şəraitə düşmüsən ya düşməmisən. Sən küçə naməhrəmlərinə pis baxmamısan. İndi isə sənə bir şərait yarana bilər, günah şəraiti. O zaman məlum deyil nə edəcəksən. Bəziləri çətin vəziyyətlərlə qarşılaşmamış, hələ kamil imtahandan çıxmamış özlərinə əla qiymət verirlər. Hələ bunlara sual verilməyib ki, bilək   cavabı nəcə verir. Qeyd etdik, məsələn mən səhv etmişdim, heç müəllimə səhv cavab verməmişəm. Axı müəllim heç məndən sual soruşmayıb ki, səhv cavab verəcəm ya yox hələ məlum deyil. Mən hələ imtahan verməmişəm. Hələ o hadisəylə baş başa gəlməmişəm. Ona görə bəzi danışdığımız sözlər yalnız sözdür. Yalandır ya yox hələki elə sadəcə sözdür. Söz məhz düzlük demək deyildir. Sonra bilinər yalandır ya düz. İmam Hüseyn(ə) ın ziyarətnaməsində oxuyuruq ,Ya Hüseyn biz də sənlə olsaydıq səndən olardıq. Bu bir sözdür. Orada olsaydıq məlum olardı ki, ondan idik ya ondan deyildik. Bəs tahir olmaq bir şeydir amma günahdan uzaq olmaq başqa bir şeydir. Saflıq bir şeydir, kamillik isə başqa şeydir. Bunlar ayrı-ayrı sözlərdir. Bir sürücü deyir, mən indiyə qədər heç vaxt qəza etməmişəm. Axı sənin harada maşın sürdüyünü necə bilək ki, qəza etmisən ya yox. Yalnız Evindən iş yerinə maşınla gəlmək hələ qəza etməmək demək deyil. Onlar, qəzaya düşüblər ya düşməyiblər o zaman maraqlı olar ki, görürsən 30 ildir sürücülük edirlər, uzun-uzun yollar gedirlər, 5 gün, 1 həftə yol gedirlər. Onlar orada qəzaya düşüb düşməyiblər bu mühüm sözdür. Mən, evimdən iş yerimə gəlirəm, 10 dəqiqəlik yolu maşın sürürəm, özü də sakit yerlərdə sonra deyirəm heç mən qəzaya düşməmişəm. Bununla nəticə alıram ki, deməli mən təcrübəli bir sürücüyəm. O təcrübəli sürücü olduğumu göstərə bilməz çünki, hələ imtahan verməmişəm. İnsan hadisələrdə tanınar və ələnər. O zamana qədər ki, hadisəylə üzbəüz deyil, tanınmayıb. Demirəm pis adamdır. Yaxşı adam da deyil. Saf adamdır. Xəbis deyil. Xəbis olsaydı özünü şər hadisəyə salardı. Amma kamil insan da deyil. Təmiz insandır bu mənayla ki, imtahandan çıxmış adam da deyil. Çünki hələ hadisə baş verəndə bilinəcək ki, bu nə demək istəyir. Buyurur, va yutəhhirəkum təthira Allah sizə təharət də bəxş edib. Yəni siz hadisələrdən də tahirsiniz. Belə deyil ki, Sizə yalnız rics baş vermir safsınız. Xeyir safdan əlavə həmdə tahirsiniz. Siz hadisələrdə də haqqı seçirsiniz. Təharəti Allah sizə bəxş edib. Bunları qeyd etdik. Söhbət bundan gedirdi ki, bu ayədə Əhli Beyt kimdir. Bunun bir nəzəriyyəsini qeyd etdik. Əhli Beyt peyğəmbərin xanımlarıdır. Bəziləri bu nəzəriyyəni vermişdilər. Biz də qeyd etdik ki, bu bir neçə baxımdan düz deyil. Bir neçə baxımdan bu ola bilməz. Biri budur ki, zəmir dəyişilib. Peyğəmbərin xanımlarından danışanda Ərəb dilində şəxs əvəzliklərində qadınla kişinin fərqi var. Kim ibtidai Ərəb dilini bilirsə onlar bu sözlə tanışdır. Klassik Ərəb qrammatikası kitablarında bu qanun qeyd olunub. Qeyd olundu ki, qadınlar haqqında buyurulan ayənin üstündə kunnədir. Diqqət edin, buyurur - va qərnə fi biyutikunnə oturun evinizdə. Va əqimnəs salat. Bunların hamısı qadın cinsindədir. Amma ayənin axırında, bu təthir ayəsi adlanır, burada buyurur ənkum, yutəhhirəkum. Ayənin əvvəlində kunnədir, axır kəlam isə kumdur. Ərəb qrammatikası və Ərəb alimləri bizə izah edir ki, Ərəb dili kitablarında kunnə ilə kumun fərqi vardır. Müasir Ərəb alimləri bəzən dəyişilir bizim bu barədə məlumatımız yoxdur. Gərək kitablara yenidən qayıdaq, müraciət edək görək kum ilə kunnənin kitablarda fərqi var ya yox. Gərək biz inad əhli olmayaq. Ola bilər təzə kəşf ediblər ki, kum kunnə yerinə də işləyir. Biz təzə kəşfiyyatdan xəbərdar deyilik. Biz qədim kitabları oxumuşuq və Ərəb qrammatikasında Ərəb alimləri belə yazıb. Ola bilər müasirləşib və qrammatikanı da dəyişiblər. Dəyişsələr belə biz haqqa tabeyik. O zaman kitablarda göstərsinlər ki, kunnə və kum fərq etmir. Fərq etməsə eybi yoxdur. Ayələrin hamısında qadın cinsini kişi cinsinə qarışdıraq. Bu yol verilməzdir. İkinci sübut isə qeyd etdik ki, təthir ayəsindəki məna əvvəli ilə ayrı abu havadadır. Abu havaları fərqlidir. Əvvəldə bir sıra insanlar haqqında buyurulur, ehtimal var ki, yolların azarlar. Buyurur azmayın. Ehtimal var ki, özlərini zinətləyib evdən bayıra çıxalar buyurur: zinətlə bayıra çıxmayın. Ehtimal var danışıqlarında bir növ nazla danışalar, naməhrəm eşidəndə qəlbində xəstəlik olanlar tamah edə bilərlər, buyurur: Elə danışmayın. Onlarda bu ehtimal var. Ona görə göstərişlər uyğundur. Siz danışığınıza diqqət edin, zinətlə bayıra çıxmayın və.s. Bu ehtimallar var ki, elə onlara əmr edilib. Lakin ikinci fəza, Əhli Beytə aiddir. Əhli Beyt də günah fəzasından qıraqdır. İlk fəza ilk səhnə bu ayənin əvvəlində ehtimal olunur ki, bir sıra şəxslər günah etsinlər. Ona görə Allah öz göstərişlərini verir, öz nəzarətini görür ki, bu səhnədə günaha düşməsinlər. Çünki, onlar peyğəmbərin yoldaşlarıdır. Ayənin axırlarındaki fəza isə günah fəzasından yuxarıdır. Buyurur, sizə günah çatmaz. məlum olur ki, bu fəzalar fərqlidir, müxatəblər o adamlardır ki, Allah onlarla ayrı ayrılıqda danışır. Bunlar əvvəl ilə axırda fərqli şəxslərdir. Bu ikinci idi. Üçüncü sübut, qeyd olunan bir sıra hədislər var. Hətta peyğəmbərin yoldaşlarından da bu barədə hədislər var. Əllamə Təbətəbai Əl Mizanda da 70 hədis qeyd edib. Şəvahidut Tənzil kitabında 130 hədis var, qeyd edir ki, bunlar peyğəmbərin xanımlarına aid deyil, 5 şəxsə aiddir. O kisa əhlinə aiddir. Bu hədislər də bunu göstərir. Bu üçüncü sübut idi. Dördüncü sübut budur ki, tarixdə göstərilən fəza - təthir ayəsi bizə göstərir ki, qeyd olunan Əhli Beyt tahirdirlər, ricsdən uzaqdırlar. Bu fəza belə abu hava isə peyğəmbərin xanımlarında yoxdur. Tarix bunu qeyd edir. Bütün tarixlərə baxsanız peyğəmbərin xanımları hələ bir-birləri ilə də ixtilafdadırlar. Onların Bir-birləri ilə ixtilaflarını hamı qəbul edir. İndi burada günah kimdə idi onunla işimiz yoxdur. Ola bilər, günah Mariyədə olaydı, ola bilər günah digərində olaydı amma bunu hamı qəbul edir ki, peyğəmbərin xanımlarının arasında ixtilaf var idi. Hətta o ixtilaf o həddə qədər çatmışdı ki, peyğəmbərin xanımlarının bəzisi digərinə bəzən ittiham da vururdu. Bunu hamı qəbul edir. İndi bu ittihamı başqasına kim vurub bu bizə o qədərdə maraqlı deyil. Şəxs maraqlı deyil, lakin bu cərəyan maraqlıdır ki, belə hadisə baş verib. Tahir olan şəxs belə bir iş görməz. İndi günah hansında idi onunla işimiz yoxdur. Ona görə də peyğəmbərin xanımları təthirə aid deyillər çünki, tarixdə onların ixtilafları çox olub. Bir-birinə həsadətləri qeyd olunub. Tarixdə peyğəmbərə xanımları ilə cərəyanlar onu göstərir ki, peyğəmbər bəzən xanımlarının əziyyətlərinə, bəzən də xanımlarının ağır sözlərinə də dözərdi. Bu dözmələr göstərir ki, bu ayə onlara aid deyil. Çünki, onlar elə insan olmalıdırlar ki, günah fəzasından yuxarı olsunlar. Nəinki peyğəmbər onların nalayiq işlərinə dözsün. Bir şəxs tarixi araşdırsa, bütün tarixi fərq etməz hansı tarixi. Əhli Sünnətin də tarixini, Əhli Beyt məktəbinin də tarixini, ikisinin də tarixini oxusa, bu cərəyanı oxusa buna şahid olar. Bizim hər hansı bir şəxslə şəxsi qərəliyimiz yoxudr. Araşdırsın, Peyğəmbərin yoldaşlarında bir-birinə aid ixtilaf var idi ya yox? Peyğəmbərin yoldaşlarının peyğəmbərlə münasibəti necə idi, ideal münasibət idi ya yox? Hər ikisində də tarix mənbələrində göstərilir ki, yox o cür deyildi. İndi insanların fərqi var. Əhli Sünnət mənbələrində bir sıra şəxslər var, Əhli Beyt mənbələrində bir sıra şəxslər var. Ümumi cərəyan bunu göstərir ki, peyğəmbərin xanımlarına aid ola bilməz. Çünki, bu fəzanı Allah çəkib, onlar ricsdən uzaq deyillər. Bu onlara sidq etməz. Tarix bizə bunu göstərir . Peyğəmbərdən sonrakı tarix də bunu göstərir. Cəməl müharibəsi baş verib. Sonra Cəməl müharibəsindən qabaq hazırlıqlar olub. Həfsə, Ayşə və Ümmü Sələmənin arasında məktublar yazılıb. Həfzə ilə Aişə Ümmü Sələməyə məktub yazdılar ki, gəl sən də Cəməldə bizimlə şərik ol. Lakin Ümmü Sələmə qəbul etməyib və bu ayəni oxuyub. “Va qərnə fi biyutikunnə”. Həmən Ayənin əvvəlini. Məgər Quranın bu ayəsini oxumamısınız? Oturun evinizdə, siz Mədinədən bayıra çıxmayın. O ayəni və peyğəmbərin göstərişlərini məktubun cavabında yazır. Sonra düzdür Ummul Möminin Ayşə etiraf etdi və buyurdu ki, bu iş səhv olub. Əli də məni bağışlayar. O Əli(ə) ı  yaxşı tanıyırdı. Onunçun dedi səhv olub. Qadında belə bir səhv ola bilər. Aişə bu sözləri işlətdi. Cəməldən sonra bu nəticəyə gəldi ki, baş verən bu iş səhv idi. Əhli Sünnətdə də peyğəmbərin səhabələri müctehiddirlər, ictihad da edirlər, səhv də edirlər. Onunla işimiz yoxdur. O ayrı nəzəriyyədir. Amma bu iş, səhv idi özüdə səhv olduğunu dedi. Ayədə qeyd olunan təharət belə şəxslərdə ola bilməz. Tarixi cərəyanlar, baş verən hadisələr göstərir ki, bu ayədəki təharət ummul mömininə, zovcətul nəbiyyə, peyğəmbərin zövcələrinə sidq etmir. Bu ayə Təthirin axırıdır. Və bir şəx bunu geniş öyrənmək istəsə Peyğəmbərin zövcələrinin həyatını araşdırmaq kifayətdir ki, bununla onların səhvləri də olduğu aydın olar. Səhvi olmaq bu demək deyil ki, cəhənnəmə gedəndirlər. Xeyir. Ummul mominindirlər, lakin səhvləridə olub. Təthir ayəsi onlara aid deyil. Bir şəxs müəllim deyilsə bu demək deyil ki, o pis adamdır. Bu müəllimlik edə bilməz, onun sahəsi deyil. Təthir ayəsi onlara aid deyil. Bu demək deyil ki, biz demək istəyirik ki, ummul momininlər hamısı pisdir. Xeyir pis deyillər. Təthir ayəsi onlara aid deyil. Bizim bəhsimiz Təthir ayəsindən gedir. Bu ayə üstün söz buyurur. Bu ayə o şəxslərdən danışır ki, günah onlara gəlməz. Ayə bütün cənnətə gedənlərdən danışmır. Çox insanlar var ki, günah da edərlər, tövbə də edərlər, cənnətə də gedərlər. Bu ayə cənnətə gedənlərin imamlarından danışır. Yüksək formada danışır. Biz deyəndə bir şəxs bu ayədən deyil bu həmən şəxsə təhqir deyil. Necə ki, deyirik məsələn, Əli (ə) peyğəmbər deyil. Bu söz Əli(ə) a təhqir deyil. Çünki, peyğəmbərlik sona çatıb. Necəki deyirik məsələn, Əmmar peyğəmbər deyil, Əmmar imam deyil. Bu o demək deyil ki, Əmmar cəhənnəm əhlidir, Əbuzər cəhənnəm Əhlidir. Xeyir. O ünvan ayrı ünvandır. Bizdə deyəndə Əhli Beyt peyğəmbərin yoldaşlarına aid deyil demək istəmirik ki, peyğəmbərin yoldaşları cəhənnəm əhlidir. Bəziləri bundan qorxur və bu bəhsi ayrı cürə ortaya atırlar. Deyirlər ya gərək deyək bu ayə peyğəmbərin zövcələrinə aiddir əgər o cür deməsək peyğəmbərin zövcələri cəhənnəm əhli olar.

 

OXŞAR VIDEOLAR