Quranda imamət - 11 (a)
Hafiz Şirazi deyir: Milçək, simruq quşunun uçduğu yer sənin uçan yerin deyil. Öz yerində uç. Ora sənin yerin deyil. Ora çıxsan qanadların məhv olar. Ya gərək kərim olasan, simruq olasan ora uçasan. Ya da qalasan zibillikdə elə milçək olasan. Milçək zibillikdə yaşayır. Zibillikdən yuxarı çıxa bilməz. Ora milçəyin yeri deyil. Ora simruq quşunun yeridir. Qaf dağı, əzəmət simvolu, kəramət simvolu, şeirdə ucalıq əzəmət rəmzi simruqun yeridir, zibillik isə milçəyin yeridir. İnsan Qaf dağına çıxmaq istəsə gərək simruq misalında olsun. Milçək misalı olsa ora uça bilməz. Milçək zir zibil yerdə çalışar. Bu Kərim Qurandır. Gizlin kitabın içindədir. Bütünü isə hamıya açıq deyil. Bütününü hamı aça bilməz. Gizlin kitabın içindədir. Bu Kəramətli Qurandır, gizlin kitabın içindədir. Kim bunu dərk edə bilər? Mutəhhərundan başqa bunu başqası tapa bilməz. Onu mutəhhərdən başqa kimsə məsh edə bilməz. “Ona yalnız pak olanlar toxuna bilər!” (Vaqiə sur. 79 cu ayə). Kim mutəhhərdir yalnız o bunu dərk edə bilər. Əhzab surəsindəki ayədə də oxuduq “yutəhhirkum təthira”. Allah sizi mutəhhir edib, pak edib. Əgər Allah Əhli-Beyti pak edibsə, deməli ancaq Quranı dərk edən Əhli Beytdir. Biz də Əhli Beytin qapısında Quranı öyrənirik. İstəyirik ki, ayələri onlar izah etsinlər. İstəyirik Əhli Beyt ayəni bizə təfsir etsin. Quran buyurur onlar təfsir etsin. Biz Qurandan öyrənmişik ki, bizim müəllimimiz kimdir ondan dərs alaq. Biz özümüzdən Qurana müəllim təyin edə bilmərik. Allah özü Qurana müəllim təyin edib. Harda? Yuxarıda qeyd olunan ayədə. Buyurur: Yalnız Mutəhhərun Quranı dərk edə bilər. Təthir ayəsində də onların kim olduqları açıq aydın göstərilir. “Siz Əhli Beyti Allah mutəhhər edib”. Əgər Əhli Beyt təharətə malikdirsə, deməli kəramətə malik və Quranı dərk edən onlardırlar. Hər kim də nə qədər daxili təharət edibsə, yəni özünü nə qədər təmizləyibsə o qədər də Kərim Quranla üzləşər. Əhli Beyt canlı Qurandır. Səqəleyn hədisi bunu təsdiq edir. Quranı canlandırsan İmam olar, İmamı kitab halına salsan Quran olar. Bu belədir. Çünki, Quran da pakdır, Əhli Beyt də. “Cənnət Quranın hər ayəsi qədərdir”. Bu hədisdir. Kim hansı ayəni özündə tətbiq edibsə o qədər cənnətə malikdir, o qədər də Quranı düşünür. Cənnətin dərəcələri Quran ayələri qədərdir. Bu hədis Usuli Kafidədir. Qiyamət günü insana deyəcəklər ki, Oxu! qalx yuxarı. Nə qədər insan ayə oxuya bilsə o qədər də yuxarı mərtəbələrə qalxacaq. Oxuyacaq və yuxarıya tərəf qalxacaq. Nə qədər oxuya bilsə o qədər də yuxarıya qalxacaqdır. Əgər belələrinə Quran canlanıbsa o Qurani natiq olmuşdur. Olub yutəhhirəkum çünki, Quranla kamilən təmasdadır, Quran kamilən onun həyatında tətbiq edilib, əgər olsa deyərlər kulli Cənnət o şəxsindir. Cənnətin son səviyyəsi onundur. “Cənnətul Liqa” onundur. Cənnətin yuxarı səviyyəsi Cənnətul Liqadır. O Cənnətdə Allahla görüşüləcək. Bu mutəhhərunun faydasıdır. Biz, təthir ayəsini oxuduq. Allah niyə onları bizə təqdim edir ki, onlar təthirə malikdirlər, paklanıblar. İstəyir biz Quranımızın müəlliminin kim olduğunu öyrənək. Hamıdan Quran öyrənməzlər. Çünki, Quranı Allah necə nazil edibsə müəllimini də Allah təyin etməlidir. Biz özümüzdən Qurana müəllim təyin edə bilmərik. Quranın müəllimi ilk Allahdır, “Ər Rəhman, Alləməl Quran” (Ər Rəhman sur.12 ayələr). Allah kimlərə təlim verib? Quranı ancaq mutəhhərun dərk edə bilər. Ona görə də insan imam Sadiq (ə) ı, imam Əli (ə) ı və.s imamları kənara qoyub ayrı şəxslərdən Quranın təfsirini öyrənə bilməz. Belə olmaz. Quran onları müəllim təyin edib. Allah onları müəllim təyin edib. Biz Əli(ə)ı Qurana müəllim təyin etməmişik. Allah onu müəllim təyin edib bizə. Çünki, Quranı dərk edən odur. Və bizim bəhsimiz də Əhli Beyt barəsində belədir ki, onlar Quran muəllimidirlər, onlarsız Quran dərk olunmaz, onlarsız Quran bilinməz. Quranla Əhli Beyt hətta kövsər hovuzundada ayrılmazlar. əgər sizdə onların ikisinə də yapışsanız azmazsınız. Birinə yapışsanız məğlub olarsınız. Qurana yapışsanız, Əhli Beytdən əlinizi çəksəniz məğlubsunuz. Çünki, müəllimsiz Quran faydasızdır. Sırf Əhli Beytin adına da yapışsanız olmaz. Çünki, Əhli Beyt də Qurana dəvət edir, Əhli Beytin proqramıda Qurandır. Hədisdə buyurulur: “Biz elə canlı Qurandıq. Biz Qurandan başqa bir şey deyilik.” Bunlar eynidirlər. Quran və imam eynidir. Biri canlı formasıdır, bir isə yazı formasıdır, kitab formasıdır. Yazılı Quranla canlı Quranın bir-birindən fərqi yoxdur. Onlar bir-birindən ayrılmazlar. Səqəleyn hədisində, mən iki ağır əmanət tapşırıram elə bunu göstərir ki, həqiqətdə hər ikisi elə bir əmanətdir. İki əmanət bir əmanətdir. Biri canlıdır, biri isə cansız. Lakin ikisi də birdir. İkisi də siratdır. Ayrı ayədə var ki, Quranın həqiqətini ancaq Əhli Beyt tanıyar və hədislərdə də bu belədir. Bir ayənin də izahını qeyd etmək istəyirik. Bu Mübahilə ayəsidir. Bu da yenə 5 kimsə haqqındadır. Mübahilə ayəsi Ali İmran surəsində 61-ci ayədir. “(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Ayə Həzrəti İsa mövzusundadır. Bu barədə bəhs edəcəyik. Nəcran Yəməndə bir məntəqədir. Ərəbistan yarımadasının cənubunda yerləşir. Bu məntəqədə xristiyanlar yaşayır. İslamın besəti də oraya yetişmişdi. Bir şəxs zühur edib, insanları tövhidə dəvət edir və iddia edirdi ki, mən rəsulam. Bir dəvəti var idi bir də iddiası. Tövhidə dəvət edir, Lakin iddia edir ki, rəsulam. Hər iki sözlə orada yaşayanlar muxalif idilər. Nə iddiasını qəbul edirdilər nə də dəvətini. İddiasını qəbul etmirdilər çünki, ona inamırdılar ki, Məhəmməd(s) peyğəmbərdir. Dəvətini qəbul etmirdilər çünki, tövhidə də inanmırdılar. Onlar Təslisə inanırdılar. Təslis yəni “üçallahlılıq”. Camaatın söhbəti düşdü ki, görək o rəsuldur ya yox. Onun tövhidi düzdür ya bizim təslisimiz düzdür. Bir dəvət var idi bir də iddia var idi.Onların baxışında rəsulullah belə idi. Bunlar hər ikisini də qəbul etmirdilər. Amma camaat söz söhbət edirdi bəlkə düzdür bəlkə tövhid düzdür bəlkə O, rəsuldur? Onlardan üç nəfər nümayəndə gəldi ki, bəhs etsinlər. Ayədən görsənir ki, düzdür bəhs məqsədilə gəlmişdilər amma həqiqət tapmaq məqsədi ilə gəlməmişdilər. Məqsədləri qayıdıb camaatına demək idi ki, yox iddia da dəvət də batildir. Məqsəd yalnız bu idi. Guya bir iş görmüş kimi özlərini aparırdılar. Məqsəd həqiqəti tapmaq deyildi. Bunu Ayədən görmək olur. İnsan həqiqəti tapandan sonra haqq ona aydın olandan sonra bəhs etməz. Haqqı axtarmaq üçün bəhs etməsə həqq aydın olsa yenə bəhs edər dayanmaz. Çünki, O haqq üçün bəhs etmir. Özünə mübahisə etməkdə dayanmayaraq özünü haqq kimi göstərməyə çalışır. Haqqı axtaran şəxs haqq aydın olandan sonra mübahisə etməkdən dayanar. Bəhsimiz bu idi. Onlar gəldilər soruşdular ki, siz deyirsiniz İsa məxluqdur, biz isə deyirik Allahdır. Hardan deyirsiniz məxluqdur? Rəsulullah buyurdu: İsa da yeyirdi, İsa da su içirdi. İsa da yatırdı. Sizin incilinizdə var ki, İsa da bu işləri görürdü. Yeyib yatan, yorulan, su içən bunlar bəşərin işləridir. Necə Allahdır? Yalnız məxluq belə işlər görər. Acırdı, yeməyə ehtiyacı var idi. Susuzlamışdı çünki, suya ehtiyacı var idi. Yorulmuşdu yatırdı. İşləmişdi yorğun idi istirahət edirdi. Bu istirahət, yuxu, yemək, içmək sübut edir ki, O, möhtacdır bəşərdir və məxluqdur. Onlar dedilər yox, bəs İsanın atası kimdir? Əgər məxluqdursa bəs atası kimdir? Ayə nazil oldu. onlara de ki, sizin Tövratınızda var ki, Adəm də atasız yaranıb. Əgər İsanın atası olmadığı üçün Allah olsa onda gərək Adəm ikiqat Allah olsun çünki, onun atası da yoxdur, anası da. Aydın oldu. Sübut gəldi, bunlar gördülər ki, başqa sözləri yoxdur. Haqq sənin Rəbbinin tərəfindədir. İstirab keçirmə. Haqq səninlədir. Haqqla olduğun zaman narahat olma. O vaxt ki, haqqla yaşamırsan onda narahat ol. Bil ki, bir gün tələdəsən. O vaxt ki, haqq iləsən o zaman tələdə deyilsən. Çünki, haqq köpük deyil ki, bir gün deşilsin. Haqq kövsərdir. Həmişə kövsərdə su var. Haqq kövsərlə boruya malikdir ona görə də əbtər deyil. Əbtər, yəni sonsuz deyil. Haqq sonsuzdur. Narahat olma. Çünki, bunlar qayıdacaqlar öz tafasının yanına bu cərəyanı onlara danışacaqlar ki, biz rəsulullahla belə danışdıq o bizə belə dedi. Ona görə onlara ayrı bir söz de. Təklif et ki, onlar haqqa praktikada gəlsinlər. Teoriyadan çıxsınlar. Bunlara nəzəri cəhətdən haqq çatdırıldı. Bunların haqqı düşünməkdə problemləri də yoxdur. Buna görə ki, onlar haqqı başqalarına çatdırmaqda insanları azdırmasınlar, onların praktikada qapılarını bağla. De ki, o yolla gəlin. Qəbul etmədilər yeni mübahisə etdilər. Əgər doğrudan Allaha inanırsınızsa, mən də deyirəm mən Allahın rəsuluyam. Gəlin yalan deyənə qarğış edək. Ona Allahın lənəti olsun. Mən özümdə bu qüdrəti bilirəm. Allah buyurdu: onlara de ki, mən özümdə bu qüdrəti bilirəm, siz yalançı olsanız sizə lənət olsun. Sizi aradan aparsın. Dua onları aradan aparsın. Yəni nəfəsimlə sizi aradan aparım. Allahın lənətini qərar verim və siz aradan gedəsiniz. Bu bir növ möcüzədir. Mübahilə bir növ möcüzədir. Mübahilədə məqsəd o deyil ki, siz özünüzə qarğış edin biz də özümüzə. Mübahilə budur ki, əgər mən yalan deyirəmsə sən qarğış et, mən aradan gedim. Mən hazıram. Və ya əksi mən qarğış edim sən aradan get. Rəsulullah hazır idi. Yəni o qədər özünə inanır, o qədər yəqini var idi ki, mən hazıram deyirdi. Mənim tərəfimdən problem yoxdur ki, mən qarğış edim siz aradan gedəsiniz, sizə bəla nazil olsun. Siz əgər haqqınızda arxayınsınızsa siz qarğış edin mən aradan gedim. Mübahilənin mənası budur. Ona görə mübahilə rəsulullahın möcüzələrindən biridir. Ayəni bir daha qeyd edək. “(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Yəni həm biz vəhy etdik ki, İsa məxluqdur, həm də onlara sübut gətirdik İsa məxluqdur. Bu cərəyandan sonra səninlə yenə bəhs edirlər. Daha teoriyadan çıx, onların nəzəri problemləri yoxdur. Onlar şüphəli deyillər, sadəcə onlar şəhvətlidir. Bəzən insan şübhəyə görə haqqdan üz çevirməz, şəhvətə görə haqqdan üz çevirər. Şəhvət yəni nəfsani istəklər. Şəhvət təkcə cinsi istək deyil. Elə vəzifə də bir növ şəhvətdir. Dünya da bir növ şəhvətdir, mənfəət də bir növ şəhvətdir. İnsan həmişə şübhəli deyil haqqı danır. Şübhəliyə teoriyada şübhəsini aradan aparırlar. Aydınlıq gətirirlər ki, düşünsün. Şəhvətliyə aydınlıq gətirmək olmaz çünki, o düşünür. Amma Onun mənfəəti düşündüyünə əməl etməsinə izin vermir. Ona görə buyurur, bunların problemləri şübhə deyil. Onlara de ki, gəlin qarğış edək yalançıya. Biz övladlarımızı çağıraq, siz də öz övladlarınızı, qadınlarımızı, siz də qadınlarınızı, özümüzü və özünüzü sonra qarğış edək. Allahın lənətini yalançılara qərar verək. Kimlər yalançıdır Allahın lənətini onlara olsun. Bu bəhs barədə gələcək mövzularda izah edəcəyik. Bu ayəyə mübahilə ayəsi deyirlər. Quranda bəzi ayələrin xüsusi adları var çünki, onlar insanın hidayəti üçün xüsusi qidadırlar. Təthir ayəsi, təbliğ ayəsi, vilayət ayəsi və.s. Quranda adıyla oxuduğumuz bu ayə mübahilə ayəsidir. Hər ayənin Quranda adı yoxdur. Bəzi ayələrin Quranda adı var. Surələrin adı var. Amma müəyyən ayələrin adları var. Mübahilə yəni bir-birini qarğışılama, bir-birinə nifrin etmə. Bu Cərəyan tarixi hadisəyə bir işarədir. Nəcran məntəqəsi peyğəmbər dövründə xristiyan idi. Ərəbistanda İslama dəvət, peyğəmbərin risaləti yayılmışdı. Bu həm tövhidə dəvət, həm də nübuvvət və risalət iddiası idi. Peyğəmbərin iki sözü var idi. Bir insanları tövhidə dəvət edirdi, tövhidə çağırırdı. Bir də mən rəsulullaham buyururdu. Mən Allahın rəsuluyam. Biri iddia idi, biri isə dəvət idi. Bir risalət iddiası var idi ki, Allah mənə risalət verib. Mən Allah tərəfindən bir məsuliyyət daşıyıram və elçiyəm. Bir də dəvəti var idi. Dəvətin kökü də tövhid idi. Bu kök də Tövhid idi. Bu dəvət, iddia hər ikisi xristiyanlarla toqquşurdu. Xristiyanların nəzəriyyələri tövhiddə təslisdir. Təslis, yəni Allah 3 zaatdır eyni halda ki, o bir dənədir. Bu bəhs Xristiyan ilahiyyatının ən mürəkkəb bəhslərindəndir. İndiyə qədər heç kim onlardan şəffaf izah edə bilməyib ki, bu üçlük nə deməkdir. Bu üçlük Ata, oğul, müqəddəs ruh üç dənə olur ya elə bir dənədir? Həm deyirlər bir dənədir. Həm də deyirlər 3 dənədir. Buna Şirki sərih də, töhvidi sərih də deyillər. Şəffafdır deyillər. Bütpərəstlər şəffafdırlar aydındır ki, onlar bütə pərəstiş edirlər çox allahlılıdırlar. Amma xristiyan əhli kitabın verdiyi bu bir nəzəriyyədir ki, aydın deyil. Və bunu heç kim də onların alimlərindən aydınlaşdıra bilməyib. Çünki, bu məntiqlə uyğun bir nəzəriyyə deyil. Bunların baxışı budur ki, məntiqdən üstündür, məntiqdən aşağı deyil. Amma bunu bilirik ki, bu məntiqə uyğun deyil. İndi məntiqdən üstündür ya aşağı o ayrı bəhsdir. Amma məntiqə uyğun, məntiqə sığan nəzəriyyə deyil. Xristiyanlıqda verilən bu nəzəriyyə də deyirlər, iman elmdən əvvəldir. İnsan gərək inansın, düşünməsin. Lazım deyil, insan əsas inandıqlarını düşünsün. Və hünər də, dəyər də budur ki, insan inansın. İman əslində budur ki, insan qəlbən inansın. Nəinki düşünüb sonra inansın. Bu nəzəriyyənin sahibləri buna görə belə nəzəriyyə veriblər ki, kökün əsli təslis nəzəriyyəsində üç allahlılıq və bir allahlılıq nəzəriyyəsində düşünmək problemi var, məntiq problemi vardır. İndi bu məntiqə uyğun deyil. Onların iddiası budur ki, məntiqdən üstündür. Əql hər şeyi başa düşməz. Ona görə iman əqldən böyükdür. İman elmdən qabaqdır. Bunların bu sözünü biz başa düşürük ki, bu söz məntiqə uyğun deyil. Bizə tapşırıblar ki, məntiqə uyğun hərəkət edin. Ola bilər bir söz desinlər biz düşünmürük. Lakin biz düşünmədiyimizi yaşaya bilmərik. Biz düşündüyümüz əsasında yaşamalıyıq. İndi onlar mümkündür böyük böyük sözlər deyirlər mən düşünmürəm. Mənə tapşırılıb məntiqlə yaşa. İndi onlar məntiqdən yuxarı buyurublar sağolsunlar amma mən düşünmürəm. Özləri də bunu qəbul edirlər ki, məntiqə uyğun deyil. Lakin məntiqə uyğun deyil dedikdə elə qəbul edirlər ki, bu məntiqdən yuxarıdır. Yəni mən adi insan, məntiqə uyğun olanlarla yaşamalıyam. Daha məntiqdən yuxarı çox sözlər var ki, onlar deyirlər bu sözlər məntiqdən də yuxarıdır. Bu təkcə Xritiyanlıq aləmindəki nəzəriyyə deyil. Hinduizm məktəbində və başqa məktəblərdə də bir sıra iddalar var ki, onlar da deyir bu nəzəriyyə məntiqdən yuxarıdırlar. Əql bunları dərk etməz. Əgər biz qərara gəlib bu bazarı insana açsaq, desələr ki, bu məntiqdən üstün olan şeydir əql bunu dərk etməz və insan bunu mütləq qəbul etsin. Onda gərək insan mütəzad sözlər qəbul etsin. Çünki, bütün bazarlarda vardır. Bütün din bazarlarında məntiqdən yuxarı sözlər çoxdur. Bəs mən hansını qəbul edim? O da cavab olaraq deyir ki, mənim sözüm məntiqdən yuxarı, əqlə sığmayan əqldən böyük sözdür. Bu da deyir mənim sözüm məntiqdən böyük sözdür. İndi mən bir adi insanam, həyatımda bir nəzəriyyə seçmək istəsəm hansını seçim? Bu eyni formada bir iddiadır. Ona görə bizə tapşırıblar ki, məntiqə uyğun söz qəbul edin. Biz başa düşürük ki, onlar məntiqdən yuxarı sözlər danışırlar. Və onda biz də düşündük bəli, qəbul edərik. Amma hələ biz başa düşmürük onların məntiqdən yuxarı sözləri nədir? Bu bir cür bəhsdir. Əlavə tövhid məsələsi bu növ məntiqə malikdir. Təslis məntiqdən yuxarı da olsa tövhid eyni məntiqdir. Yəni Allah təkdir deyiriksə bu eyni məntiqə malikdir. Bunun yüzlərlə məntiqi, yüzlərlə sübutu var. Və Allahın təkliyini filosoflar, həkimlər, ilahiyyatçılar, əqaid alimləri araşdırıblar. Bunun üçün neçə məntiq gətiriblər. Bizim sözümüz budur ki, tövhidin də məntiqi var. Amma siz özünüz də qəbul edirsiniz təslisin məntiqi yoxdur. Amma deyirsiniz ki, bu məntiqdən yuxarıdır. Mən adi bir insanam hansının məntiqi var, hansının məntiqi yoxdur bunu bilmirəm. Onuda bilmirəmki məntiqdən üstün və ya aşağı olan nəzəriyyələr var ya yoxdur. Onun məntiqi yoxdursa mən bilmərəm o yuxarıdır ya aşağıdır. Və ya məntiqi yoxdur. Adətən hansının məntiqi varsa ağılla onu qəbul edərlər. Bəşər fitrətən belədir. Bir şeyin məntiqi yoxdursa onu qəbul etməzlər. Biz belə başa düşürük ki, tövhid məntiqlidir, təslis isə məntiqə uyğun deyil. Və əql hökm edir ki, hansı məntiqlidirsə onu götür, hansı aydın sübütlarla sübut edibsə onu qəbul et. Onu əql düşünmürsə onu götürmə. Əql bunu deyir. İndi isə siz buyurursunuz: Xeyir əql bu cür edə bilməz, onda gərək çox şeylər araşdırılsın. yalnız məntiqdən yuxarı sözlər sizin söz deyil. Çoxlarının məntiqdən üstün sözlərin olduğuna iddiaları vardır. Hansını seçək? Yenə məcbursunuz ki, bir əql tərəzisi gətirəsiniz. Deyəsiniz ki, əqlinizlə araşdırın görün hansı yaxşıdır? O məntiqdən yuxarı söz ya bu məntiqdən yuxarı söz. İndi tövhidə bəhsimiz xristiyanların və əhli kitabların təslis bəhsi idi ki, Nəcran xristiyanları gəldilər peyğəmbərin yanına peyğəmbərlə bəhs etsinlər. Dedilər: İsa Allahın oğludur. Peyğəmbər buyurdu ki, Xeyir. İsa abdullahdır - Allahın quludur. İncildə var ki, İsa yeyir, yatır, xəstələnir, yorulur və.s. O ki, yeyir, yatır, xəstələnir, yorulur ehtiyaca malikdir, O, Allah ola bilməz. Sonra peyğəmbərə dedilər: əgər İsa Allah deyilsə onda atası kimdir. Güya ki, kimin atası yoxdursa O, Allah olar. Sözləri bu idi. Quran buyurur, onlara belə de ki, onda gərək həzrəti Adəm və Həvva ikiqat Allah olsunlar. Çünki onların atası da yoxdur anası da. Əgər atasız Allah olarsa onda gərək Adəm də Allah olsun çünki, atası da yoxdur anası da. Yəni siz İsanı, atasızlığına görə Allah bilirsiniz Adəmi gərək ikiqat Allah biləsiniz. Bu məntiqlərlə sonra buyurur ki, bəzi insanlar bəhs əhli deyillər. Çünki, onların problemləri şübhə deyil şəhvətdir. Problem bunda deyil ki, O, düşünmür, beləsinə çatmayıb. Məsələni yaxşı bilir. Problem bundadır ki, istəyi ayrı şeydir. Şəhvəti ayrı istiqamətdədir. Məsələni yaxşı bilir. Şübhəsi olanı müalicə etmək olar. Aydınlıq versən şübhə aradan gedər. Məsələni yaxşı başa düşməyibsə aydınlıq versən başa düşər. Şəhvəti olan aydınlıqla başa düşməz. O məktəblə, dərslə, elmlə şəhvətini aradan apara bilməz. Çünki, məsələ şübhədə deyil, şəhvətdədir. Allah onlara əmr edir: Məscidə bir dəstə gəlmişdi. Hətta peyğəmbərin məscidində onlar naqur çaldılar. Naqur onların şeypuru idi. Peyğəmbərin səhabələri istədilər ki, onlara mane olsunlar. Peyğəmbər buyurdu: Maneə olmayın! İcazə verin istədiklərini etsinlər. Öz dinlərində ibadət ayinlərini icra etməyə sərbəstdirlər. İslam digər dinlərə və əhli kitaba yanaşması belədir. Azaddırlar. Hətta Rəsulullahın məscidindədə. Sonra əyləşdilər həmin söhbətdə bəhs etməyə başladılar. Allah əmr etdi ki, daha bəhs yeri deyil. Onlara nə lazım idisə sən çatdırdın. Onların nə sözləri var idisə sənə dedilər. Məsələ aydındır. Təkcə ayrı cür məsələni onlarla ortaya qoy. De ki, Allaha haqq olmağınızı demirsiniz? Allahın oğluyla əlaqədəsiniz, müqəddəs ruhla, mən də deyirəm Rəsulullaham. Mənim də bir iddiam var, sizin də bir iddianız var. Mənim də bir dəvətim var, sizin də bir dəvətiniz var. Mənim dəvətim tövhiddir, sizin dəvətiniz isə təslisdir. Mənim iddiam özümə risalətdir. Sizin iddianız üç Allahlığı iddia etməkdir. Təslisi iddia etməkdir, Allahı müqəddəs ruha və digərlərinə aid edirsiniz. O sistemə inanırlar ki, xristiyanlığa naiblikdə İsanın niyabətini götürürsünüz. Buyurdu, gəlin qarğış edək. Siz Allahın özü ilə, oğluyla, müqəddəs ruhla əlaqədəsiniz. Mən də rəsulullahlığımı iddia edirəm. Fərz edək birimiz yalançıyıq. İkimizdə düz deyə bilmərik. Çünki, dəvətlərimiz ayrıdır, iddialarımız başqa cürdür. Əgər siz haqq olsanız sizin qarğışınız məni tutar çünki, siz onunla əlaqədəsiniz. Mən haqq olmasam mən hazıram siz qarğış edin məni tutsun. Buyurdu, mən hazıram, mən inanıram ki, mən qarğış etsəm sizi tutar, əgər siz də inanırsınızsa siz qarğış etsəniz məni tutar gəlin mübahilə edək. Bəzi insanlar danışıqda danışa bilərlər əməldə isə yıxılarlar. Görürsən bir insanın səxavət iddiası var. Səxavət əmələ düşəndə, praktikaya düşəndə o zaman o hamıdan xəsisdir. Yalnız Sözünə müştəridir. Bəzən bir sıra insanların paklıq iddiaları var, ədalətləri var. Bu paklıq və səxavət onun həyatıyla praktikasıyla toqquşduğu zaman görərik ki, sıfır səviyyəsindədir. Danışıqda isə əla idi. Həyatda, praktikada isə sıfırdır. Bu ayələrdə Allah istəyir ki, cərəyanı halət nəzərindən, teorini halətdən çıxarsın, praktiki halətə gətirsin. Bəhs olundu ki, mənim məntiqim budur, sizin məntiqiniz budur sübutunuz budur, mənim sübutum budur. Gəlin praktikada yoxlayaq. Əgər doğrudan sizin Allahla əlaqəniz varsa bizi qəzəb tutar. Allahın qəzəbi tutar. Mənim də həmçinin, mən buna hazıram. Mən özümə inanıram ki, qarğış etsəm sizi tutar. Bu ayə bir növ rəsulullahın özünə inamı, etimadı idi. Rəsulullah özünə o qədər yəqin idi ki, bilirdi nə deyirsə Allah tərəfindən deyir. Öz iddia və dəvətinə şübhəsi yox idi. Hətta bu qədər də hazır idi. Hətta onlara belə təklif də etdi ki, onların ən yaxın istəklərini riskə qoymağa hazır deyillərsə bu işdən çəkinək. Əgər İnsan şübhəli məsələyə yanaşsa istəklərini kənara qoyar. Rəsullahın təklifi belə idi gəlin siz də övladlarınızı, biz də övladlarımızı, siz də xanımlarınızı, biz də xanımlarımızı, siz də özünüzü, mən də özümü gətirək qarğış edək. Yəni mənim özümə bu qədər yəqinim var, etimadım var, risalətimə və dəvətimə inanıram və belə bir cərəyanda hazıram ki, öz ən istəkli insanlarımı övladımı, qızımı və özümü bu ortaya atam və sizin baxışınızda desəm onları fəda edəm. Özümə o qədər inanıram. Bir növ rəsulullah onları tamam praktikaya apardı. Bütün inamı ilə, Tamam yəqini ilə. İnsanın yəqini bir işi görməkdə zəif olsa şübhə ilə yanaşar. Namazı qılım qılmayım? Filankəsə belə köməyi edim etməyim və.s. Bunlar yəqinin zəifliyindən irəli gəlir. insanın bu işdə yəqini olduğu zaman ənfusana va ənfusakum, özümüzü hazıram, Əbnaənə va əbnaəkum övladımı hazıram deyər. Yəqin səbəbi fəda olmaqdır. Yəqin səbəbi tamam səhnəyə çıxmaqdır. İnsanın yəqini yoxdursa hətta özü ilə mübarizədə səhnəyə çıxa bilməz. Görürsən zəəflərini aradan aparmaq istəmir çünki, tamamən yəqini yoxdur. Əgər insanın tamamən yəqini olsa zəəflərini öz zibilliklərini aradan aparanda tamamən səhnəyə çıxar. Bütünlük ilə. Mübahilə ayəsi belə bir cərəyandır. Yəni cərəyanı teoridən, nəzəriyyədən çıxarmaqdır. Çünki, məsələ şübhə məsələsi deyil. Aydınlaşandan sonradır məsələ. Cərəyanı Praktikaya və həyata salmaqdır. Onların ayrı cür yolları yox idi onun üçün də dedilər yaxşı.
Mübahilədə iştirak edənlərin Peyğəmbərə nisbəti
Bir gün onlar mübahilə qərarına gəldikdə, həmən gün peyğəmbər imam Həsən(ə)ı, imam Hüseyn(ə)ı, Zəhran(s)nı və imam Əli(ə)ı bu beş kimsəni ali əbanı, kimlər ki, mutəhhərun idi onları mubahilə etməyə apardı. Onlar da o gün öz adamlarını gətirdilər. Qarğış etmək qərarına gəldilər. Onların içində ağıllıları da var idi. Onların içində düşünən və cərəyanı guşəsindən də olsa bilən bir neçəsi var idi. Dedi: Mən elə bir çöhrələr görürəm ki, onlar qağış etsələr Səmud qövmünə gələn əzab bizə də gələr. Və ayrı qövmləri də misal vurdu. Dedilər ki, bunlar zarafat simalar deyil. Əgər bu iddiasında batil olsaydı, dəvətində batil olsaydı heç vaxt istəklilərini gətirməzdi. İstəklilərini heçvaxt gətirməzdilər. Təmtəraqla, dəbdəbə ilə gələrdilər. Onlar batildir, adətən, dəbdəbəsi, çoxdur. Bu 5 şəxs özü öz istəkliləri ilə yaşamırlar, məlum olurki, mən gördüyüm bu simalar səbəbi ilə nə desə olar. Gəlin qayıdaq. Biz bu işə hazır deyilik, nə deyirlərsə gəlin qəbul edək. İslamda əhli kitaba islamda yaşamağı icazə verir o zamana qədər ki, onlar islamı başa düşsünlər və ya islamla qonşuluqla, sülh şəraitində yaşasınlar. İslamın ürəyi genişdir. Onlar razı oldular, peyğəmbər də mübahilə etmədi və geri döndü. Tarixdə baş verən bu hadisə mübahilə cərəyanıdır ki, indi biz bunun haqqında bir sıra bəhslər edirik. Bu ayə əvvəla peyğəmbərin möcüzəsi olan bir mühabilədir. Niyə möcüzədir? Çünki, peyğəmbər bu həddə qədər inanırdı ki, bu iş baş tutacaq. Buyurmadı gedək bəlkə qəbul etdilər. Buyurdu: Mən hazıram gəlin, mən inanıram ki, desəm qəbul olacaq. Siz də inanırsınızsa gəlin. Bu möcüzədir. Biri budur ki, insan deyir: yazaq baş tutdu tutdu, tutmadı eybi yox. Rəsulullah isə o cür buyurmadı. Buyurdu: Gəlin yalançıya qarğış edək. Sizin əgər qüdrətiniz varsa, belə imkanınız varsa gəlin. Mən hazıram! Rəsulullahın verdiyi bu təklif möcüzədir, ecazdır. Bu bir məsələ. Əhli Beytin xüsusi ilə orada olmağı, yəni hətta təkcə orada olmağı belə Əhli Beytin fəzilətini göstərir, səhabələrdən üstün olduğunu göstərir. O zaman Peyğəmbərin səhabə cəhətindən böyük səhabələri var idi, lakin rəsulullah bunları seçdi və xüsusəndə Allah belə təklif etdi. Buradan aydın olurki Əhli Beytin mubahilə cərəyanında xüsusi rolları var idi.. Xüsusi rolları olduğu üçün Allah belə təklif etdi və peyğəmbər də onları apardı. Onlar mütəhhər idilər ona görə onlar getdi. Başqa bir sözlə izah etmək istərdik. Əllamə Təbətəbai “Əl Mizan” təfsirində buyurur: Əslində mübahilə cərəyanında bir cümlə var bu onu göstərir ki, Əhli Beyt bu 5 kimsə (peyğəmbərlə bir yerdə 5 şəxs olurlar) mubahilənin iddia dəvətində şərik idilər. Yəni peyğəmbərdə olan eyni məsuliyyət eyni zamanda İmam Əli(ə)da, İmam Həsən(ə), İmam Hüseyn(ə) da və Xanım Zəhra(s)da da var idi. Ona görə bunlara da peyğəmbər onlarla danışdığı zaman onların fikri ilə desək yalançı ünvanı verib. Quran buyurur: Əgər siz düz deyirsinizsə biz yalançı oluruq. Tək yox cəm yalançı oluruq. Yalançı kimə deyirlər? Ona deyərlər ki, bir iddiası, bir sözü olsun lakin o söz düz olmasın bu zaman o yalançı olar. Mübahilə cərəyanı bu deyil ki, rəsulullahın dəvəti var, iddiası var bunlar isə tamaşaçıdırlar. O ayənin axır cümləsi budur ki, bunlar özləri də tamaşaçı deyildilər. Bunların özlərinin də səhnədə xüsusi rolları var idi. Bunların bu dəvətdə, bu iddiada iştirakları vardır. O məsuliyyət ki, Allah islam məsuliyyətini qeyd edib rəsullah, imamlar və məsumların da bu cərəyanda iştirakları vardır. Həmən bu vilayət cərəyanında. Yəni burada təkcə peyğəmbər yalançı olmur əgər onlar düz deyirlərsə hamısı yalançı sayılır. Diqqət edin. Ona görə cəm gətirib. Gəlin birlikdə bu işləri görək sonra yalan deyənlərə qarğış edək, Allahın lənəti qərar verək. Yəni bizim qrup yalan deyən olsa Allahın lənətini bizim dəstə qərar verin, sizin dəstə yalan deyən olsa biz sizin dəstəyə Allahın lənətini qərar verək. Yalançı hesab edilən o zaman doğru tanınar ki, dediklərinin doğru olduğunu əyani şəkildə sübuta yetirsin. Peyğəmbərin də onların iştirak etmə dəvəti bu cərəyanda eynidir. Baxın bir iş baş tutub. Sən tamaşaçısan səni şahid kimi apararlar. Sənə yalançı deməzlər. O işdə iştirakçı deyərlər yəni şahid. Sən o işin tamaşaçıçısan, şahidisən. Amma əgər sənin üzərində də məhkəmə gedirsə, sənin də cinayətdə iştirakın olduğu məlum olur. Sən ya kazibsən ya sadiqsən. Quranın bu ayələrindən biri buyurur, bu risalətdə həmən 5 kimsənin də rolu var idi. Onlar səhabə deyildilər. Bu 5 kimsə seçilmişdilər. Allahın tərəfindən biri rəsulullah ünvanında, biri vəliyullah ünvanında seçilmişdilər.