Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 12 (b)

İmam Rza(ə) İmam Musa ibn Cəfər(ə)dan atasından nəql edir. Buyurur: Eyni bəhs Harunla Musa ibn Cəfər(ə) arasında gedir. Bilirsiniz ki, Harun, imam Museyi Kazıma ibn Rəsulullah deyilməsinə çox narahat idi. İmama peyğəmbərin övladı deyirdilər. Harun ər Rəşid Peyğəmbərin əmisi Abbasın nəslindən idi. Peyğəmbərin övladı olsaydılar, bunlar peyğəmbərə biraz da yaxın olardılar. Bundan narahat idilər. Onların narahatlıq səbəbi tarixi bəhsdir. Hədisin bəhsimizə aidiyyatı yoxdur. Harun İmamdan soruşdu: Niyə sizə peyğəmbərin övladı deyirlər? Axı peyğəmbərin oğlu yox idi. Peyğəmbərin qızı var idi oğlu yox idi buna görə də sizə peyğəmbərin övladı deməməlidirlər. Siz Əlinin övladısınız. İmam Museyi Kazim(ə) buyurur: Əvvəl fikirləşdim ki, bu suala cavab verməyim. Mən peyğəmbərin qəbrinə, Rəsulullahın haqqına and içdim ki, məni bu suala cavab verməkdən əfv etsinlər. Harun dedi: Xeyir. Gərək sən cavab verəsən. Çünki, sənin nəzərin budur ki, Harun tənəli danışır. Nəzərin budur ki, sən imamsan. Quranda bu barədə ayə var? Gərək sənin bu sözünə də cavabın olsun. Niyə sizin haqqınızda bu və ya digər sözlər deyirlər? İmam gördü ki, buna cavab verməlidir. İmam ayə oxudu. Əl Mizanda bunun hansı ayə olduğunu yazmayıb. Bizim nəzərimizə görə elə bu imamlıq haqqında olan ayələrdən biridir. Daha sonra İbrahimin nəslini sayır ki, onun nəslindəndir. Davud, Süleyman, Əyyub, Yusif, Musa, Harun, Zəkəriyya, İsa, Yəhya və İlyas və.s. İmam ona buyurur ki, İsa İbrahimin zuriyyəsindəndir. Amma İsanın atası yox idi. Onun nəsli İbrahimə necə yetişir? Siz isə indi deyirsiniz, bizə ibni Rəsulullah deməsinlər. Allahdan bu sualı soruşaq ki, sən necə İsanı İbrahim övladlarından sayırsan, lakin İsanın atası yox idi ki, atasından İbrahimə çatsın?. O, İbrahimə anası ilə çatır. İmam sözünün davamında buyurdu, biz də peyğəmbərə o cür çatırıq. İsa necə, biz də elə çatırıq. Məryəm İbrahimin zuriyyəsindən olduğu kimi, Zəhra da o cürdür. Əgər Məryəm öz zəmanəsinin xanımların xanımıdırsa, Xanım Zəhra bütün zəmanənin xanımların xanımıdır. İmam Haruna dedi: bu cavabım səni qanə etdi? ya bir dənə də cavab deyim? Harun dedi: Xeyir. nə lazımdırsa yenə də de. İmam, sonra Mubahilə ayəsini oxudu. Tarixdə hamıya bəllidir ki, peyğəmbər bu cərəyana imam Həsən, imam Hüseyn, Xanım Zəhra və İmam Əlini aparıb. Ayədə Əbnaəna kim ola bilərdi? Bu Xanım Zəhra ola bilməz. Əbnaəna yəni imam Həsən, imam Hüseyn bizim övladlarımızdır. Bu cərəyan yəni peyğəmbərin övladı cərəyanı bu hədisdə vardır. Sonra bir ayrı hədis də “təfsiri Əyyaşi”dədir. Bu da bir təfsirdir. Onun yalnız iki cildi qalır. Bu təfsir yarımçıqdır. Məlum deyil, bu hədisin sonunu yazmayıb yoxsa tarixdə yox olub. Təfsiri Əyyaşi hədis təfsiridir, yəni bu ayələr haqqında hədislər yazıb. Orada yenə bu ayə haqqında imam Sadiqdən hədis var. İmam Sadiq buyurur: Bir sıra adamlar imam Əlinin yanına gəlir, İmamdan onun fəzilətlərini soruşurlar. Fəzilət nəql etməyin, insan özünün fəzilətini deməsinin, özünü tərifləməsinin nəfsani tərəfi pisdir. Məsələn, bəzən bir sıra həkimlər məcburdurlar ki, özlərinin həkimliklərini desinlər. İnsanın dişi ağrıyanda baqqala müraciət etməz. Diş həkiminə müraciət etməlidir. O məcbur olur deyir ki, mən diş həkimiyəm. Öz nəfsi üçün tərifləmək istəmir. İnsanlar üçün təqdim etmək istəyir ki, azmasınlar. İmamların öz fəzilətlərini buyurmaları da bu rolu oynayır ki, insanlar imamları tanısınlar. İmamdan fəzilətlərini soruşurlar. İmam buyurur, dayanır. Sonra yenə israr edirlər deyirlər yox gərək hamısını deyəsən. İmamı tanımaq istəyirlər. İmam buyurur, iki nəfər nəsradan, xristianlardan peyğəmbərin yanına gəldi, İsa haqqında soruşdular. Bəhs olundu, peyğəmbər Adəmin cərəyanını buyurdu. Sonra onları mübahiləyə dəvət etdi və onlar istədilər qəbul etsinlər sonra qəbul etmədilər. Mübahiləni qəbul etmədilər. Buyurur: Məni də peyğəmbər apardı. Mən də bu cərəyanda var idim və bu ayə həmdə mənim haqqımdadır. Onlar isə bu sözü qəbul etmədilər. Bəzən insan boş yerə özünü təhlükəyə salar. Bunlar bəziləri də belə ağıllı söz deyirlər. Bunlar dedilər əgər bu Allahın peyğəmbəridirsə onun qarğış bizi tutar. Biz hələ məsələni aydınlaşdırmamışıq. Əgər Allahın peyğəmbəri deyilsə öz qövmü onu deyərdi. Çünki bu deyir ki, öz qövmü onu qəbul etmir. Öz qövmü onu qoy aradan aparsın çünki hələ biz bilmirik O, düzdür ya düz deyil. Bu hədisi belə nəql edib. Bu hədis çoxlu kitablarda belə formada var ki, 4 nəfəri özüylə aparıb belə buyurub. Bu Təfsiri Əyyaşidə, Təfsiri Furatda, Rövzətul Vaizindən vardır (bunlar təfsir deyil, hədis kitabıdır), Ravəndi də və başqa təfsir kitabları da var. Buradan nə dərs öyrənirik? Bu dərsi öyrənirik ki, insanın ağıllı bir iş də budur ki, məsələni dəqiq aydınlaşdırmasa əməldə çox möhkəm hərəkət etməz. Bir şəxs pis adamdır. Bir söz danışıb sözün ikibaşı iki mənası da ola bilər. Düz mənası da ola bilər. Çünki, mənim onun özündən xoşum gəlmir, nəzərdə də elə edim, praktikada da əməldə də onunla o cür davranım. Ola bilər onun haqqı zay olsun, ona zülm olsun. Əgər başqa hadisədə əyridirsə bu aydın olar və başqaları beləsinin qarşısını alar. Burada Nəcranın bəhsi də bu yolu düşünürdülər. Əgər bu Allahın peyğəmbəridirsə... Yəni məsələyə şüphəli baxırdılar. Deyirdilər, bu hələ bizə aydın deyil. Məlumdur ki, xristianlar, mubahiləyə gələnlər hərəsi bir bəhanə edirdi ki, bu mübahiləyə düşməsinlər. İndi görəcəksiniz ki, alimlərinin bəziləri də bunu təsdiq edir. Bunlar məsələyə real baxırdılar. Deyirdilər ki, axı hələ məsələ bizə dəqiqləşməyib. Biz hələ bu insanların hamısını tanımırıq. Biz gərək tanımamış davranışımızda sui-zənn əsasında yanaşmayaq. İnsan var bəzən sui zənn edir. Sui zənn budur, ona pis güman gəlir ki, nəsə filankəs pis adamdır. Pis güman insana bəzən ixtiyarsız gəlir, bəzən bəzi insanların zehniyyat qapısı üzərində olmur. Çünki, insanın günahları bəzi qapıları onun əlindən çıxarır. İnsanın günahları səbəb olur ki, insanın bəzi şeylər ixtiyarından çıxsın. Günahı olmayan insan məsum insandır, hər şey onun öz ixtiyarındadır. Biz adi insanların isə bəzi şeyləri öz ixtiyarımızdan çıxıb. Birdən zənnə qapılırıq. Gərək heç olmasa əməldə özümüzü kontrol edək. Bu zənn əsasında yaşamağın qarşısını almalıyıq. Bəzi şeylər, görərsən bizlərə ixtiyarsız gələr. Bir şəxsin simasına baxıb görürük ki, pis geyinib. Deyirik, bu pis adamdır. Ola bilər hələ cəhalətdədir. Xəstəliyi bu deyil ki, O, fasiqdir və ya pis adamdır. Xəstəliyi budur ki, hələ bilmir. Hər zahiri pis olan demək deyil ki, onun batini də pisdir. Batini pislik, yəni fəsad pisliyi deyil. Ola bilər onun cəhalət pisliyi var. Cəhalət də pislikdir. Lakin batin yalnız fəsaddan irəli gəlməz. Bu Cəhalət də ola bilər. Ona görə biz zənnə qapılıb həyatda onu tətbiq etməyək. Bir az dözək. Hələ hadisə özünü göstərirsə bu cəhalət xəstəliyidir və ya fəsad xəstəliyidir. Nəfsi istəklər bunu bu tərəfə çəkir ya cəhalət bunu bu tərəfə çəkir? Bu cərəyanı Hədisdən istifadə etməklə bizə bu dərsi verir. Digər hədis isə, bu hədis çox dərsli hədisdir. Bu Sələbi təfsirindədir. Bunu Mücahid və Kəlbi nəql edir. Onlar tabeindəndir, təfsir nəql edənlərdəndir. Buyurur, Nəsara peyğəmbər onları mubahiləyə dəvət etdiyi zaman bir birləri ilə məşvərətə getdilər. Bu da ayrı bir cəhətdir. Bəziləri bunu deyir. Məşvərətdə Aqib, bunların rəy sahiblərindən idi. Ağıllı bir adamdır. Məlumdur ki, onların heyətlərinin içində bəziləri həqqi bilə bilə danırdılar. Bu heyətin tərkibi fərq edir. Bir mürəkkəb idi hərəsi isə bir formada idi. Bu da bir ayrı dərsdir. Hamını başqasının ölçüsü ilə ölçməzlər. Əgər bir tacir pisdirsə o demək deyil ki, bütün tacirlər pisdir. Əgər müəllim pisdirsə bu o demək deyil ki, bütün müəllimlər pisdir. Əgər bir dindar, namaz qılan pisdirsə bu o demək deyil ki, namaz qılanlar hamısı pisdirlər. Din formasında olan bir şəxs oğurluq etmişdi. Libası din aliminin libasında idi əba geymişdi. Onu bir alimin yanına tənə kimi gətirdilər ki, baxın bu da sizin din xadimlərinizin işləri. Oğrudurlar. Bu alim dedi, bu paltarı çıxarın. Çıxardılar. Dedi ki, bu paltarı da bizdən oğurlamışdı indi isə gedin. Və bunu onlara dərs verdi ki, ola bilər bir müəllim elmini oğurlasın.

Xristiyanlar Aqibdən soruşdular, sənin rəyin nədir? Peyğəmbərin bu çağrışına girək girməyək? Aqib dedi: Niyə özünüzü aldadırsınız? Sözə diqqət edin. İnsan bəzən bir səhv edir. Lakin bəhanə edir üzə çıxarsın ki, bu səhf düz olsun. Aqib dedi: Allaha and olsun siz özünüz də yaxşı bilirsiniz ki, O Allahın peyğəmbəridir. Məlum olur ki, bəzisi yaxşı bilirdilər - O, Allahın peyğəmbəridir. Çünki, onlar kitablarında oxumuşdular. Quran buyurur, ərəfu tanıyırdılar. Siz bilirsiniz, o Allahın rəsuludur və bu təklif də elə bir sübutdur ki, o Allahın rəsuludur. Əgər o inanmasaydı heç təklif etməzdi ki, öz övladlarını mübahiləyə aparsın. Bu da ayrı bir sübutdur. Aydın olur ki, bu da ayrı bir bilmədir. Siz yaxşı bilirsiniz o peyğəmbərdir. Ona görə sözü budur ki, siz inkar edirsiniz. Lakin bir az inkar edin ki, çox bəlaya düşməyəsiniz. Buyurur, heç bir qövm peyğəmbəriylə mübahiləyə düşməyib ki, mübahilədən az bir müddət sonra aradan gedib. Siz ki, bilirsiniz bu peyğəmbərdir onları gizlədə bilməsəniz. Bilin ki, bunun dünyanıza da ziyanı var. Onun hələ axirət bəhsini özünüz hesablayın. Mən dünyanız üçün məşvərət edirəm. Axı bəzən görürsən ata, ana uşağın dünyasını da hesablamır. Bəzən uşağı namaz qılmağa da qoymurlar. Amma bilirlər ki, namaz həqqdir. Uşağın hələ axirəti üçün də fikirləşməsələr dünyası üçün fikirləşirlər ki, uşaq narkoman olmasın, uşaq gedib pis dostlarla dost olmasın. Ondan ötrü də dünyası üçün gərək fikirləşsinlər ki, uşaq dünyasında mənəviyyatlı olsun, heç olmasa özünü itirən olmasın. Əgər axirəti üçün fikirləşmirsə heç olmasa dünyası xarab olmasın deyirlər. Aqib onlara belə məsləhət verir. Əgər axirətiniz üçün fikirləşmirsinizsə heç olmasa dünyanız üçün fikirləşin. Deyir, əgər siz belə işə əl qoysanız hamınız həlak olarsınız. Əgər dil ilə iki ünsü tapmısınızsa, ünsünüz səbəb olub ki, ondan əl çəkməyəsiniz. O davranışa adət etmisinizsə sizə bir sıra adətlər səbəb olub ki, o adətlərdən çıxa bilməzsiniz. Eyni halda haqqı bilirsiniz ki, Məhəmməd(s) rəsulullahdır, lakin o adətlər sizə maneə olur. siz bu işdən əl çəkəsiniz, onda axirətinizi də fikirləşmirsinizsə heç olmasa dünyanızı fikirləşin. Onunla bir qərara gəlin, üzləşməyin. Qərara gəlin. Bunlar bu məşvərəti eşidirlər, və qərara gəlirlər ki, peyğəmbərlə danışsınlar. O tərəfdən də peyğəmbər gəlirdi. Ağuşunda imam Hüseyni, imam Həsəni tutub onlara tərəf gəlirdi. İndi görün ki, Yezid peyğəmbərin xəlifəsi olanda kimi öldürüb. O peyğəmbərin qucağında böyüyən imam Hüseyni öldürdü. İmam Hüseyni Peyğəmbər hara aparırdı? O, Peyğəmbər risalətinin bir sütunudur. O, Peyğəmbərin ciyərparəsidir. Və əlində imam Həsən, arxasında Fatimeyi Zəhran və imam Əli də onun yanında mubahiləyə gedirlər. Peyğəmbər buyurur: Mən nə vaxt dua etsəm siz amin deyin. Duanı, nifrini mən edim siz isə amin deyin. Diqqət edin. O Nəcranın keşişlərinin böyüyü o simaları gördüyü zaman deyir: Dostlar, Nəsran qrupu mən yəqinən, elə bir çöhrələr, elə bir simalar görürəm ki, əgər Allahdan istəsələr dağı yerindən götürsün dağ yerindən götürülər. Burada dağ qüdrət simvoludur. Hələ hələ aradan getməz. Onlar İstəsələr o zaman aradan gedər. O aminlər aradan aparar. Bunlarla o şeylərə girişmək olmaz. Təmizləşməsək də düşmənçilik etmək olmaz. Həlak olarıq. Bizdən Qiyamət gününə qədər bir nəfər qalmaz. Gəldilər Peyğəmbərə dedilər ki, biz məşvərət elədik, belə qərara gəldik ki, səninlə mübahilə etməyək. Peyğəmbər buyurdu: Onda gəlin İslam dinini qəbul edin. Onlar dedilər yox. Peyğəmbər buyurdu: İslamı qəbul etsəniz müsəlman olarsınız, islamın xeyri də sizin üçün olar. Qəbul etmədilər. Buyurdu: o zaman bizimlə müharibə edin. Dedilər yox, bizim ərəblərlə müharibə etməyə qüdrətimiz yoxdur. Razılaşdılar, onlarla bir qərar tutuldu. Peyğəmbər bu cümləni buyurur: And olsun canım əlində olan Allaha. Həlakət onların başı üstündən keçdi. Bunun üçün amil gəlmişdi. Həlakət onların başı üstündən keçdi. İnsan günahın axır anında da yenə fikirləşməlidir. Əyri şeyin əvvəllərində də özünü diqqətləşdirməlidir, kontrol etməlidir, yenə axır anda fikirləşməlidir. Çünki, başı üstündən də həlakət keçsin. Bəzən insan o qədər azar ki, quyunun ağzına qədər gəlib çatar. Yenə də eybi yoxdur, quyunun ağzından qayıdar. Əlini oda tərəf aparar, od ona yapışanda qayıdar. Peyğəmbər buyurdu: Əgər Onlar mübahilə etsəydilər meymun və donuz şəklinə düşərdilər və səhra ayaqlarının altında odlanardı. Və hamısı bir il çəkməmiş tamam aradan gedərdilər. Bir hədis də qeyd edək. Bu hədis Səhihi Müslimdəndir və Səhihi Tirmizi də bu hədisi gətirib. Bu hədisdə Müaviyə Səd Vəqqasa deyir: Sən Əlini soruşdur. Əlini soruşdurmaq peyğəmbəri soruşdurmaqdır. Buna hədis də varımızdır, bu ayə də sənəddir. “Kim səni soruşursa, məni soruşur.” O hədislər bu ayənin təfsiridir. “Kim səninlə dostdursa mənimlə dostdur.” O hədislər bu ayənin təfsiridir. “Sənin ətin mənim ətimdir.” “Sənin qanın mənim qanımdır.” Peyğəmbər bu ayəni müxtəlif ifadələrlə camaata çatdırıb. Müaviyə istəyirdi peyğəmbər olmasın. Lakin  birinci etabda edə bilməzdi peyğəmbər olmasın. İstəyirdi ki, Əli ilə peyğəmbər olmasın. Bunu hardan deyirik ki, istəyirdi peyğəmbər olmasın.? Tarixdə tarixçilər yazıblar ki, imam Həsən sülhündən sonra Müaviyə dostu Müğəyrə ibni Şoubə deyir: Daha istəyinə çatdınsa onda niyə imam Həsənə əziyyət verirsən. Peyğəmbərin balalarını rahat burax. Müaviyə cavab vermək istəmir. Bu zaman azan verirlir. Azanda “Əşhədu ənnə Muhəmmədən rəsulullah” deyilir. Muğeyrə deyir: Tarixdə çox insanlar gəlib gedib lakin, bu azan nə zamana qədər deyiləcəksə Muhammədin adı o zamana qədər yaşayacaq. Gündə beş dəfə azan verilir “Muhəmmədun rəsulullah” deyilir. Bunu Namazda da deyirik. Buna görə də mən rahat deyiləm. Müğəyrə bu sözü övladına deyib. O, deyir: atam gündə Muaviyyəni tərifləyərdi. Bir gün atasını narahat olduğunu gördü. Soruşdu: Ata, bu gün sənə nə olub? Axı sən hər gün şad idin. Atası dedi: Ən pis adamın yanından gəlirəm. Oğlu dedi: Ata bəs Müaviyənin yanına getmişdin, gündə onu tərifləyərdin. Başqa adamın yanına getmisən? Atası dedi: Yox. Muaviyyəni tanımamışdım, bu gün tanıdım. Bəzi adamlar var adam ona yaxınlaşanda uzaqlaşar. Bəzi adamlar uzaqdan gözəldilər. Yaxından çox kifirdirlər. İnsan birinə uzaqlıqdan baxsa yaxşı sima görər. Bir az yaxına gəlsə görər ki, ondan cəmdək iyi gəlir. Buda bu cürdür. Müaviyə Muhəmməd(s)dan narahat idi. Amma əvvəl istəyirdi ki, Əlidən intiqam alsın. Əlinin məğlubiyyətlərindən biri də bu idi. Çünki, Əlidən İslamın intiqamı almaq istəyirdi.. Müaviyə tapşırıq vermişdi ki, Əliyə təhqirlər desinlər. Çoxlu adamlara da buna görə əziyyət verirdi. O qərarın əleyhinə olanlardan biri də Səd ibn Əbi Vəqqas idi. Sədi Vəqqas da Əli(ə) ilə rəqib kimi idi, lakin Muaviyyəyə nisbətən insaflı idi. O, Müaviyənin sözünü qəbul etmədi. Demədi ki, qoy mən də rəqabətimə görə Əli ni təhqir edim. Dedi yox, mən Əli ni təhqir etmərəm. Müaviyə dedi: Axı niyə? Sənə bu işdə maneə olan nədir? Dedi: Mən Peyğəmbərdən üç şey eşitmişəm ona görə Əli ni təhqir etmərəm. Mən üç şey eşitmişəm ki, onlar mənə hər nemətdən daha əzizdirlər. Onlardan biri məndə olsaydı mənə dünyanı əvəz edərdi. Onlar üçü də Əlidə vardır. Deyir, bir sıra mühariblərdə Əlini Peyğəmbər öz yerinə qoyardı (Təbuku işarə edir). Bu “Səhihi Buxari”dədir, Səhihi Müslimdə də var. Peyğəmbər bir sıra müharibələrdə Əli ni öz yerinə qoyub gedərdi. Bu hal bir dəfə də oldu. Bəziləri Əliyə tənə vurmaq üçün, onların planları puç olmaq xatirinə, istəyirdilər ki, Əlini də Mədinədən çıxarsınlar, Mədinə rahat olsun. Peyğəmbər də Əlini öz yerinə qoymuşdu. Yəni, Peyğəmbər “Özünü” (Ənfusəna) qoyub getmişdi. İnsandan iki dənə olsa çox maraqlı olar. Özünü qoyar yerinə özü də gedər. Peyğəmbərdə Mədinəyə Özünü öz yerinə qoymuşdu, özü də getmişdi. Gördülər ki, peyğəmbər özü ordadır, istədilər peyğəmbəri çıxarsınlar. Dedilər: Peyğəmbər Əlini sevmədiyi üçün onu müharibəyə getməyə qoymur. Zəiflərlə, uşaqlarla, qadınlarla şəhərdə qoyub. Buna görə ki, bu sözdən sui istifadə etməsinlər. Deməsinlər ki, Əli Mədinənin bayırına tez getdi, hələ qoşun uzaqlaşmamış Əli Mədinəyə çatdı. Peyğəmbər buyurdu: Əli, axı sən Mədinədə olmalı idin. Bura niyə gəldin: Buyurdu: belə deyirlər. Əli ona görə gəlmədi ki, narahat idi. Camaatdan narahat idi ki, birdən camaat çaşar. İstəyirdi ki, peyğəmbər elə bir söz desin camaat çaşmasın. İstəyirdi peyğəmbərin ağzı ilə camaatın ağzın yumsun. İstəyirdi peyğəmbərin ağzı ilə onların gözlərini açsın, qulaqları eşitsin. Buyurdu: Əli istəmirsən Harun Musaya necədirsə sən də mənə elə olasan? Bunu istəmirsən ki, Harun Musaya necədirsə sən də mənə o cür olasan? Biləsən ki, Sən də mənə eləsən. Səni öz yerimə qoymaqda məqsədim çünki, sən mənim Harunumsan. Quran ayələrində göstərildiyi kimi Harun Musanın qardaşı idi, Musanın şəriki idi. Musanın xəlifəsi idi. Musanın bazusu idi. Deyir, bunları eşitmişəm. Ona görə Əliyə heç vaxt nalayiq söz demərəm. Ürəyim istəyirdi ki, bu nemətlərin biri məndə də olsun. İkincisini Xeybərdə eşitdim. Peyğəmbər buyurdu: Bugün bayrağı elə şəxsə verəcəm ki, Allah və Rəsulu onu sevir. Hamı istəyər Allah onu sevsin. Hamı istəyər rəsul onu sevsin. Allah və Rəsulu onu sevir və o da Allah və Rəsulunu sevir. Bu yalnız bayraq məsələsi deyildi. Peyğəmbər bayraq vermə məsələsi vasitəsi ilə Əli nin fəzilətini göstərirdi. Peyğəmbərin bu işi hamının görə biləcəyi bir iş deyildi. Fikirləşirdilər peyğəmbər sadəcə söz olaraq bu sözü buyurub. Yəni elə sabah bayrağı kimə oldu verəcək. Və ya müharibəni canlandırmaq üçün bu sözü buyurub. Bu barədə hətta bir sıra səhabələrin özlərindən hədis var. Bəzi səhabələr onun məsum sözü olmadığını deyirlər. Elə Səhabə sözüdür. Deyirlər, biz heç o gün rəhbərlik həvəsində deyildik. Peyğəmbərin bu sözü bizi həvəsə saldı. İndi bu səhabə sözüdür, məqsədimiz bu sözün düz və ya səhf olmasında deyil. Lakin hamı başlarını qaldırmışdı ki, peyğəmbər onu görsün. Səd ibn əbi Vəqqas deyir: Mən başımı qaldırmışdım ki, peyğəmbər məni görsün. O birisi başını qaldırmışdı ki, peyğəmbər onu da görsün və.s. Güya peyğəmbər orda onlardan birini seçəcəkdi. Daha bilmirdilər ki, peyğəmbər düşünülmüş hərəkət edir. Deyir, onda Əli orada deyildi. Çünki, Əlinin gözü ağrayırdı. Peyğəmbər buyurdu: Əlini çağırın. Deyir, bütün başlar aşağı endi. Getdilər Əlinin yanına, Onun gözü ağrayırdı. Rəsulullah elə bir iş gördü ki, heç kəs onu Əliyə ehtimal verməzdi. Çünki, Əli xəstə idi, gözü ağrayırdı. Bu həvəs də onlarda oradan oyanmışdı. Çünki, Əlinin gözü ağrayır, xəstədir. Və peyğəmbər ağzının mübarək suyundan onun gözünə vurdu və o şəfa tapdı. İndi buna cavab versinlər - peyğəmbərin ağız suyu necə şəfa verdi? Bunu ya tarixdən silsinlər ya da cavab versinlər. Bu Tarixi faktdır. Səhihi Müslimdə və Buxaridə qeyd olunub. Peyğəmbər şirk iş görməyib.  Bayrağı Əli yə verdi və getdi. Bu eşitdiyim İkinci fəsildir ki, heç vaxt Əli ni təhqir etmərəm. Üçüncü də bu ayədir. Və bu ayə nazil olandan sonra peyğəmbər bu ayə cərəyanında bunları aparadı. Peyğəmbər axırda belə bir söz buyurdu: Allah, bunlar mənim Əhli Beytimdir. Bu Səhihi Tirmizidə beşinci cilddə var. Bunu Səhihi Müslimin şərhindən Əllamə Təbətəbai nəql edib. Bu Şərhi Nəvəvidir. Kim istəsə bunu Səhihi Müslimin özündən baxsın. Bu cərəyanın davamı hədislərdə var. Əl Mizan hədislərini bu cərəyanda nəql etmək istəyərdik. Söhbət Mübahilə ayəsindən gedir. Biz, Mübahilə ayəsinin rəvayətlərini araşdırırdıq. O rəvayətləri, mərhum Əllamə Təbətəbai Əl Mizan təfsirində müxtəlif mənbələrdən nəql edib. Səhihi Müslimdəki nəql olunan hədisə çatmışdıq. Səd ibn Əbi Vəqqas atasından nəql edir. Atasına bir gün Müaviyə dəsdur verir ki, Sən imam Əliyə lənət göndərməlisən. Bu şəxslərin imam Əliyə lənət göndərməsinin səbəbi səhabələri Əliyə qarşı çıxarmaq idi. Müaviyə özü tək Əli yə qarşı çıxa bilməzdi. Çünki, Müaviyə İslama dünən gəlmişdi. Peyğəmbərin dili ilə Müaviyə 7 dəfə lənətlənmişdi. Bu barədə hədislərdə var. Ona görə Müaviyə səhabələrin əli imam Əlinin əleyhinə söz danışdırırdı. Və bunu müxtəlif mənbələrdə yazıblar. Bu da Səhihi Müslimdəndir ki, bunu Müaviyə göstəriş verir, ki, Səd ibn Əbi Vəqqas Əli yə lənət desin. Bu göstərişin Muaviyyədən olduğu Səhihi Müslim də vardır. O tanınmış kitablardandır. Məlumdur ki, Müaviyə Əlinin lənətlənməsinə  o qədər ürək bağlamışdı ki, Sədi Vəqqas kimi şəxslərə də qərar verirdi ki, bu işi görməlisən. Yəni onun bu qədər Əliyə kini var idi. Və bunu Səhihi Müslimdə yazıb. Səd deyir: Mən Müaviyənin sözünə baxmadım və təhqir etmədim, lənət etmədim, imtina etdim, bu işi görmədim. Deyir, bir gün Müaviyə məndən soruşdu: Axı sən niyə imtina etdin? Bilirsiniz ki, Sədi Vəqqas imam Əliyə beət etməmişdi. İmam Əlinin xilafəti dövründə onu xəlifə kimi qəbul etmirdi. Lakin imamın onunla işi yox idi. Müaviyə bu nöqtədən sui istifadə etmişdi. Çünki, bu beət etməyibsə mütləq desək ki, Əli ni təhqir et oda edəcək. İmam haqqında bu insaflı davranmışdı. Düzdür beət etməmişdi, lakin bu təhqir məsələsində də dayanmışdı. Müvaiyə deyir, bir gün soruşdum axı sən niyə imtina etdin? O da buna üç səbəb gətirdi. Birini qeyd etdik ki, bu Təbuk cərəyani idi ki, orada Peyğəmbər mənzilət hədisini buyurdu. İkincisi Xeybər cərəyanıdır ki, peyğəmbər imam Əli ni insanlara komandir təyin etdi. Lakin, onlar əvvəllər gedib məğlub qayıdırdılar. Neçə dəfə gedirlərsə məğlub qayıdırdılar. Bu tarixdə də var. Bəs məğlubluq amili nə idi? Onların özlərinin qoşunda ixtilafı var idi.. İxtilaflı olduğu üçün məğlub olurdular. Xeybər qalalarını fəth edə bilməyib qayıdırdılar. Xeybər qalalarının sayı 7 idi. Peyğəmbər bir gün buyurur ki, sabah mən bayrağı (buna “hədisi Rayət”, bayraq hədisi deyirlər) o şəxsin əlinə verəcəm ki, Allah və rəsulu onu sevir. O da Allah və rəsulunu sevir. Hücum edəndir, döyüşdən qaçmaz. Və Allah da onun əli ilə fəth və qələbə gətirər. Hamı istəyirdi bu söz ona aid olsun. Yəni Allah onu sevsin, o Allahı sevsin. Bu Allah tərəfindən bir imza idi. Hətta bəzilərindən hədis var ki, mən o günədək heç vaxt əmirlik həvəsinə düşməmişdim. O gündən sonra həvəsə düşdüm ki, kaş mən də bu əmirliyə yiyələnəydim. Bu sifət mənə uyurdu. Deyirlər, sabah səhəri gözlədilər ki, peyğəmbər kimi nəzərdə alıb. Bu namizəd kimdir? Deyir, biz hamımız səhər çağı başımızı göyə qaldırdıq ki, peyğəmbər bizi görsün. Elə zənn edirdilər ki, peyğəmbər o sözü seçmək üçün deyib ki, kimin ruhu sabahacan buna hazır olacaq, dilavərləşəcək. Peyğəmbər də onu seçsin. Guya Peyğəmbərin təyin olunmuş adamı yoxdur. Bu sözdən belə çıxır. Bunların nəzərinə belə gəlir ki, peyğəmbər o sözü insanları ruhlandırmaq üçün buyurub. Deyir biz başımızı qaldırdıq ki, o bir nəfər biz olaq. Birdən Peyğəmbərin yadından çıxarıq. Peyğəmbər bizi də görsün. Deyir, Peyğəmbər birdən Əlini səslədi. Əli də orada yox idi. Əlinin gözü ağrayırdı. Və O, Mədinədə idi. Deyir, Peyğəmbər Əli ni çağırdı və bayrağı onun əlinə verdi. Mübarək ağzının suyu ilə onun gözünə vurdu və onun gözü sağaldı. Bu Səhihi Müslimdədir. Yəqin bu işin şirk olması Səhih Müslümün yadından çıxıb. Məlumdur ki, bu cərəyanlar şirk deyil. Bu cür böyük şəxsiyyətlərə müşrik deyək. Allah onun əli ilə Xeybəri fəth etdi. Üçüncü bu ayəyə işarə edir deyir ki, mübahilə cərəyanı baş verdiyi zaman peyğəmbər bunları özüylə apardı və bu ayə nazil oldu. Səd deyir, mənimdə ürəyim istəyərdi ki, bunların biri mənim barəmdə olsun. Dünyada hər nəyim varsa verərdim ki, fəzilətlərdən biri məndə olsun. O ki qaldı bu üç fəzilət. Lakin Əli bu üç fəzilətdən ibarət deyil. Hələ bu üç dənə fəziləti Səd deyir. Peyğəmbər buyurur: Əli səni Allah və Rəsulundan başqa heç kim tanımayıb. Bu hədisi Tirmizi də öz səhihində nəql edib. Nəinki Səhihi Müslim, Tirmizi də nəql edilib. Və başqa kitablarda da Əllaməi Təbətəbai gətirir. Bu yazı başqa kitablarda da nəql olunub. Həmin hədis Hilyətul Övliya kitabında da nəql olunub. Axırda Peyğəmbər Əli nin əlini qaldırır buyurur: Allah, bunlardır mənim Əhli Beytim. Peyğəmbər Mübahilə cərəyanında Əhli Beyt terminini də işlədib. Bu da bir hədis. Digər hədisi yenə Hilyətul Övliyadan nəql edirik. Keçmişlərlə bu hədis arasında fərq budur. Burada o heyət peyğəmbərin yanına gəlirlər. peyğəmbər onlara buyurur: Müsəlman olun. Onlar deyirlər ki, müsəlman oluruq. Peyğəmbər buyurur: Xeyir. Yalan deyirsiniz. Sizin müsəlman olmağınıza nə maneə olur? Siz bu şeylərlə müsəlman ola bilmərsiniz. Dininizdə olan adətdən əl çəkə bilməzsiniz. İkinci- içki içmək sizə maneə olar. Üç - donuz əti yemək maneə olar. Məlumdur insan haqqa təslim olmaq üçün gərək öz adətlərindən, o həvəs və istəklərindən xilas olsun. Sonra o təslim ola bilər. Peyğəmbər də bu baxışla onlara baxırdı. Siz qəbul edə bilməzsiniz çünki, zəncirlənmisiniz. Qəbul edə bilməzsiniz çünki, ayağınız bəzi səbəblərə görə bataqlıqdadır. Ayaq bataqlıqda olduğu zaman gedə bilməz, təslim olar. Sonra peyğəmbərlə mübahilə etmə qərarı alırlar və o kitab da mübahiləni axıra qədər nəql edirlər. Bu, hədisdə olan əlavə nöqtə idi.

 

OXŞAR VIDEOLAR