Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 13 (b)

Bu sözü büdpərəstlər peyğəmbərə sehr tənəsi vururdular. Söz tapa bilmədiklərinə görə Peyğəmbər sehr edir deyirdilər. Çünki, demiyəcəkdilər bu möcüzədir. Ayrı söz tapa bilməyib sehr deyirdilər. Məntiqi davranışdan aciz olduqları üçün bunun sehr deyirdilər. Onların tərəfindən Qurana da sehr demək elə həmin məntiq əsasındadır. İkinci dəfə Peyğəmbər yenə öz əqrəbasını topladı. Buyururlar, bu toplantının baş tutmasında bütün işlərə İmam Əli özü təşkilatçılıq etdi. O zaman imamın yaşını tarixçilər 13- 16-ya qədər qeyd edirlər. Qonaqlığın dəvətini, qonaqlığın yeməyinin alınması, hazırlanması, bazarlığını imam Əli gördü. Bu işi peyğəmbər imam Əliyə tapşırdı. məlumdur imam Əlinin o zaman yaş baxımından 13 yaşı və ya 16 yaşı var idi. Lakin O, əzəmət baxımından bir qonaqlıq idarə edirdi. Yaşın az olması hər hansı işlərin görülməsi üçün adi insanlarda mane olan məsələdir. Bir sıra insanlarda yaş rol oynamır. Onlar yaşlarından böyük idilər. Qeyd edirlər ki, Məryəmin oğlu İsa yaşından böyük idi. Qurani Kərim Məryəm surəsində İsa haqqında belə nəql edir. İsa körpə olarkən beşikdə danışdı və buyurdu ki, mən Allahın əbdiyəm, Allah mənə kitab verib. Mənə kitab verəcək yox, verilib. Allahın əbdi olacam yox, mən elə indi Allahın əbdiyəm. Allah mənə indi kitab verib və Allah məni nəbi qərar verib. Verəcək yox. Allah məni bir növ elə edib ki, mən harada olsam orada bərəkət olacaq. Bir şəxs məsciddə əxlaqlı olsun, evində isə əsəbi olsun.  Dindar dostlarla bir cür, bazar dostlarıyla başqa cür, əyri dostlarla bir başqa cür olsun. İsa(ə) elə deyildi. Yəni İsa(ə) hər yerdə olsaydı bərəkətliydi. Quran Bəqərə surəsində bəziləri haqqında buyurur: Onlar möminlərlə görüşəndə deyərlər iman gətirmişik. Öz Şeytanlarının yanına gedəndə, xəlvət olanda onlara deyərlər ki, biz sizinləyik. Onları biz istehza edirik, məsxərəyə qoyuruq. Bu münafiq ayələrindəndir. İsa(ə) buyurur, mən belə deyiləm. Mənim iki üzüm yoxdur. Mənim bir üzüm var. O da Allahın tərəfinə getməkdir. Harda olsam bərəkətli oluram. Bu İsadan bizə bir yadigardı. Yəni, insan harada olsa bərəkətli olmalıdır. Hansı sahədə, hansı məkanda olmağı fərq etmir. Fərqi yoxdur, hətta toyda da, yasda da Allahın haramına düşməməlidir. Beləsinə Məscid də olsa Allahın haramına düşməkdə fərq etmir. Evdə, küçədə,  fərq etmir. Harada olsa onun üçün fəqri yoxudr. Allah mənə namaz, zəkatı, və.s diri olduğum müddətdə bunları tapşırıbsa mən bunlara mütləq əməl etməliyəm. Bu cərəyanların İsada nəql olunmağının səbəbi bu işlərin əhəmiyyətini göstərir. İsa orada bunları buyurur. O, əzəmətli vəziyyətdə, o möcüzəvi şəraitdə bu sözlərdən söhbət aparır. Mübarək olmaq hər yerdə vacibdir. Namazı hər yerdə vaxtında qılmalıyam. Bu bir məsələdir, digər məsələ isə İsa yaşından böyük bir vəzifə haqqında buyurur. Həmin surədə Allah buyurur Yəhya da yaşından böyükdür. Yəhyanın kitabı vardır onu güclə qüdrətlə götür. Süstlüklə yox. Adam istəyir namaz qılsın amma süstlüklə yox. Uşaq məktəbdə dərs oxumaq istədikdə gərək süstlük etməsin. Bu işlər ciddiyyətlə olmalıdır. Süstlük, yəni insan hərdəmxəyallıq, ruhi zəiflik edir. Buyurur, o cür yox. O, ruhi möhkəmliklə, ciddiyətlə kitabı götür. Allah Taala buyurur, biz bu hökmü Yəhyaya uşaq olan zamandan verdik. Yəhya yaş baxımından uşaq idi. Məntiq baxımından isə hökmə malik idi, yaşından böyük idi. Dünyəvi yaşında o uşaq idi. Ruhən isə böyük idi. Ruh ilə cisim eyni deyillər. Deyə bilmərik ki, bir şəxsin cismi belədirsə ruhu da o cür olmalıdır. Cismin yaşı ilə ruhun yaşı həmişə eyni olmaz. Mümkündür bir şəxsin 80 yaşı var lakin 2 yaşlı ağlı var, və ya uşaqdır 10 yaşı var amma ağlı böyük ağlıdır. Ağlı yaşla ölçməzlər başla ölçərlər. Bu atalar məsəlidir ağlı qəlblə ölçərlər. Tək başla ölçməzlər. Qəlblə də ölçərlər. Çünki, insanın qəlbi səlimi var onun mənəvi yaşı çoxdur. Yusuf(ə) cavan ikən Allahın inayətinə yetişir və Allah ona mənəviyyatı inayət edir. Quranın ayələrinin məntiqindən aydın olur ki, kim muhsin olsa hansı yaşda olursa olsun Allah ona elm və hökm verər. Bu hal Musa cərəyanındadır. Buyurur ki, biz Musaya hökm verdik, hikmət verdik. Musa bizim tərəfimizdən hikmətə malik olub. Buyurur, bu təkcə Musaya həsr olunmayıb. Musa da başqa insanlar kimidir. Ehsan insanları, muhsin insanları bu cür etdik. Onların işləri gözəl işdirsə, onlar saleh iş görürlərsə bu zaman muhsin olurlar. Onlar, təkrarcasına saleh işləri görürlər. Onlara saleh iş gözəllik olur. Nəyinki saleh işə səbr edirlər, Saleh işə gözəllik görürlər. Onların Zinətləri saleh işdir. Daha Onunla zinətlənirlər. Daha onlar muhsin olurlar və biz muhsinlərə belə mükafat veririk. Bu yaşa baxmır. Quran heç bir ayəsində təqvanı, imanı yaşla ölçməyib. Düzdür insan təqvanı, imanı, Allahdan nur olaraq əldə edə bilər. Bu etabladır, mərhələlərlədir. Düzdür insanın elmi kamalı da mərhələ ilədir. Məharət də, hər hansı bir sənət öyrənmək də mərhələ ilədir. Amma insanlar mərhələni, adətən yaşla ölçərlər. Mümkündür o yaşdan da insan adətəndən çıxa bilsin. Ola bilər ki, bir şəxs iki ildir oxuyur, başqası isə beş aydır oxuyur. Nəinki pərakəndə, ordan burdan oxuyur. O da başdan axıra qədər oxuyur. Amma bunun ciddiyyəti səbəbi surəti belədir. Əli(ə) 13 yaşında qonaqlığı, əqraba qonaqlığını, risalətə uyğun idarə edirdi. Bu tarixi bir faktdır. Bəs bu qonaqlıq baş tutandan sonra necə oldu? Qeyd edirlər ki, peyğəmbər danışdı, söhbət etdi. Orada Peyğəmbərin etdiyi xütbənin bir qismini qeyd edək. Buyurdu: Düzü, heç vaxt insanların yol göstərəni onlara yalan deməz. Rəsul yalançı olmaz. And olsun Allaha mən Allahın rəsuluyam və sizə tərəf gəlmişəm. Təkcə sizə tərəf yox. Sizi çağırmışam çünki, elə ilk vəzifəm sizin üçündür. Mən hamı üçün gəlmişəm. Ayılın! Necə ki, yatırsınız elə o cür də öləcəksiniz. Bunu heç cür inkar edə bilməzsiniz ki, yatmağınız necədirsə, elə ölümünüz də o cürdür. Və necə ki, ayılırsınız o cür də diriləcəksiniz. Bu məaddır. Bu işin əvvəli tövhid sonrası nübuvvət və məaddır. “And olsun Allaha ki, ondan başqa Allah yoxdur.” Sonra risaləti, sonra məad buyurdu. Dirildiyiniz zaman necə olacaqsınız? Yaxşılar əməllərinin mükafatına, pislər bəd əməllərinin cəzasına yetişərlər. Əbədi cənnət paklar üçün, əbədi cəhənnəm napaklar üçündür. Camaatdan heç kim sizə mən gətirdiyimdən yaxşı bir şey gətirməyib. Hərə öz əqrəbasına bir şey gətirər, biri səfərə gedər hədiyyə gətirər. Mən də səfərə getmişəm, risalət səfərinə. Mən də Hira mağarasına səfərə getmişəm orada Cəbrail ilə görüşmüşəm. Və xəlqdən haqqa seyr etmişəm. O haqq səfərdən qayıtmışam. Mən də səfərə getmişəm. Səfərim zamanı, risalət gətirmiş, rəsulullah olmuşam. Rəsul elçi deməkdir. Elçi o tərəfdən gələr. Elçi o tərəfin adamı olar. Kişi ailə quran zaman elçi göndərər. Qız tərəfin adamından elçi göndərməzlər. Oğlan adamından qız tərəfinə elçi göndərərlər. Qız adamını göndərməzlər, qızın qardaşını qıza elçi göndərələr? Oğlan adamından elçi göndərərlər. Deməli, Rəsulullah elçidirsə yəni bizə Allah tərəfindəndir. Allah tərəfə səfər edib. Allah da onu xəlqə elçi göndərib. Rəsul xalqa haqqdan elçidir. Düzdür özü xalqdan idi. Lakin xalqdan haqqa tərəf gedib. Allaha tərəf gedib orada rəsul olub xalqa tərəf qayıdıb. Buyurur, bu səfərdən mənim kimi heç kim hədiyyə gətirməyib, lakin mən sizə gətirmişəm. Nə hədiyyə gətirib? Peyğəmbər buyurur, “mən sizə dünya və axirətin xeyrini gətirmişəm.” Xeyr, bu nemətdən başqadır. Çoxlarının neməti var, lakin onlar xeyirə malik deyillər. Nemət o imkanlardır ki, onu Allah onlara bəxş edib. O nemətin məsrəf yolu düzgün olsa xeyirli olar. Xeyir nemətdən bəhrə almaqdır. Ona görə biz Allahdan təkcə nemət istəməməliyik. Nemətdə xeyr istəməliyik. Çoxlarının neməti var, lakin onun xeyri yoxdur. Cücəni payızda sayarlar. Sənə verilən nemətlə necə davranırsan? Övladın sənə verilən nemətdir. Bu xeyir deyil nemətdir. Lakin xeyir edə bilərsən. Ev insana xeyir deyil nemətdir. Evlə fəxr etsən, əzaba çevrilər. O. nemətə naşükür oldu. Evdə yaşadığı zaman isə orada Allaha zikr və ibadət etsə bu nemət, xeyir olar. Peyğəmbər bizə dünya və axirət gətirməyib. Dünya və axirətin xeyrini gətirib. Onsuz da dünya və axirət olacaq. Bəs onu necə çevirək ki, xeyir olsun? Onsuz da mən bu dünyada ölümə qədər yaşayacam. Bu yaşayışımı necə çevirim ki, mənə xeyir olsun. Bunu peyğəmbər gətirib. Ömrü isə peyğəmbər gətirməyib onu bizə Allah verib. Allah ömrü verəndən sonra rəsulu ilə ömürdən necə istifadəni öyrənirəm.

 

Peyğəmbərin əşirətini dəvət etməsi Əhli Sünnət mənbələrində

Rəsul bizə necə yaşamağı gətirib. Buna xeyir deyirlər. Buyurur, mən sizə dünya və axirətin xeyirini gətirmişəm. Dünya və axirətin xeyiri nədir? Allahım mənə fərman verib, xeyirin ruhu budur. Ruhu cəhəti budur ki, Allaha tərəf gedəsən. Əgər neməti Allaha tərəf xərcləsən bu xeyirdir. Buyurur, Allahım mənə əmr edib ki, sizi tövhidə yeganəliyə, ona tək inanmağa, həyatınızda ona tək yaşamağa dəvət edim. İbrahim üçün buyurur, mənim həyatım, ölümüm, namazım, ibadətim hamısı Allah üçündür. Əgər insanın bütün davranışı Allah üçün olsa onda bu xeyir olur. Buyurur, mən gəlmişəm ki, sizə bunu deyəm. Və sizi öz risalətimə dəvət edim. Bu mənim əsas dediklərimdir. Sizlərdən hansınız bu işdə mənə kömək edər? Məlum olur ki, Peyğəmbər onlara bəsirət verdi, onlara bildirdi, çatdırdı və ayıltdı. Çatdırandan sonra onlara buyurdu: Hansınız bu yolda mənə kömək edər? Elə bir kömək ki, mənə qardaş olsun, vəsi olsun və mənim sizin aranızda nümayəndəm və xəlifəm olsun. Hansınız bu işi görərsiniz? Peyğəmbər bu mübarək cümlələri buyurduqdan sonra sakit dayandı, daha söhbət etmədi, gözləyirdi ki, onlar cavab versinlər. Sakitlik və heyrət məclisi bürümüşdü ki, bu nə deyir? Buyurur: Mən hamı üçün gəlmişəm. Əgər onlar bilsəydilər ki, rəsulullahın işi 20 ildən sonra necə olacaq, hətta Məkkənin İslam hakimiyyətində olduğunu görsəydilər çoxları peyğəmbərin bu təklifinə razı olardılar. Lakin onu görmürdülər. Təkcə peyğəmbərin tək olduğunu görürdülər. Bəziləri üçün haqq ölçü deyil, say onlara ölçüdür. Haqqı sayla ölçərlər, nəyinki sayı haqqla. Bu məntiq Bəni Haşimdə elə idi. Hamı susmuşdu, cavab vermirdilər, çünki hələ rəsulullahda say yox idi. O zaman çatmamışdı ki, peyğəmbər Məkkədə dəstəmaz alanda dəstəmazın suyunu yerə düşməyə qoymurdular. O zaman isə say çox idi. Burda bir nəfər idi. Əlinin burada Rəsulullahın təklifini qəbul eləməyi o məna daşıyır. Və burada imam Əli(ə) sükutu sındırdı. Ayağa qalxıb peyğəmbərə dedi: “Ya rəsulallah, mən sənə bu yolda kömək edərəm. Mən bu yolda kömək etməyə hazıram.” Öz əlini Peyğəmbərə uzatdı ki, onunla əhd peyman bağlasın və bu yolda öz fədakarlığını göstərsin. Peyğəmbər buyurdu: Otur! Üç dəfə bu hal təkrar olundu. Halın 3 dəfə təkrar olunması məsələni yozmaq imkanını aradan aparmalı idi. Bəzi işlərdə görərsən bir şəxs bu işi gördü, başqası da o işi görmək istəyirdi. O görəndə ki, bu daha işi görür, sonra deyir: Mən də görərdim, lakin gördüm ki, O görür mən buna görə görmədim. Peyğəmbərin o cərəyanı üç dəfə təkrarlaması, bu şəraiti aradan qaldırırdı. Bu hal qeyd etdiyimiz mənanı daşıyır. Üçüncü dəfə buyurdu: Ey mənim əqrabam, bilin! Əli mənim qardaşım və vəsim, mənim xəlifəm seçilib. Sireyi Hələbidə axırda iki cümlə buyurdu: “Əli mənim vəzirim və varisimdir.” Buna hədisi “yovmud dar” deyirlər. Peyğəmbər o gün, əqrabasına öz risalətini buyurdu və həmin gün də əqrəbaya Əlinin risalətini, köməkçiliyini və vəsiliyini qeyd etdi. Yəni risalətlə vəsilik eyni zamanda elan olunmuşdur. Bu tarixi hadisə ayə əsasındadır. Burada bəhs ortaya çıxa bilər. Bu cərəyan harda nəql olunub? Təbii hədislər səhf də ola bilər düz də. Məntiq əhli araşdırmalıdır, hədis düzdür ya səhvdir. Hədis nəql olunan kitablardan biraz qeyd edirik sonra bu hədisin haqqında danışaq. Bu “Tarixi Təbəri”də ikinci cild səhifə 62 və 63-də var. Sireyi Hələbidə (peyğəmbərin davranışı) bu cərəyan var. Orada peyğəmbərin üç ildən sonra əqrabasının dəvəti hadisəsində bu hədisi gətirib. “Tarixi Kamil” ikinci cild səhifə 40, 41, “Musnəd Əhməd ibn Hənbəl” cild 1 səhifə 111. “Şərhi Nəhcül Bəlağə” ibn Əbil Hədid cild 13 səhifə 210-221. Və bu hadisə kitablarda müxtəlif növ nəql olunub. Biz həmən növləri də qeyd edəcəyik. Təbəri tanınmış bir tarixçidir. Təbərinin bir tarix kitabı var, bir təfsir kitabı var. Bir təfsiri Təbəri var, bir tarixi Təbəri var. İkisini də eyni şəxs yazıb. Tarixi Təbəridə Rəsulların və şahların tarixi adları qeyd olunub. Orda bu hadisəni və hədisi bütünüklə qələmə alıb. Təfsirində isə bu hadisəyə çatdığı zaman hədisin sözlərini qısaldıb. Belə yazıb: Şahid olun, bu Əli mənim qardaşımdır və belə və belə. O kəlmələri tarixində ərəbcə belə yazıb “kəza və kəza.” (belə və belə) Bu o deməkdir ki, yəni peyğəmbərin buyurduğu kəlamı olduğu kimi qeyd etməyib.Qeyd edir onsuzda hədisdə bunu yazmışam tarix kitabında isə elə kəza və kəza ilə kifayət edir. Lakin bunu şəffaf qeyd etmir. Bu təfsiri ilə tarixini yan yana qoyanda görünür ki, tarixində elə bir söz yazıb təfsirində isə bunu yazmayıb. Məlumdur ki, bu hadisəni sonuna qədər nəinki bilmirdi belə və belə nədir. Çünki, bunu tarixində yazmışdır. Mütləq təfsiri yazdığı zaman tarixi evində deyildi, kitabxanasında deyildi. Ona görə onun əvəzində bu iki cümləni yazdı. Buna bənzər bir hadisə təzə bir kitab da qeyd olunub. Bu kitab Muhamməd(s) ın həyatı kitabıdır. Onu doktor Həsən Heykəl yazmışdır. Bu kitabın da birinci çapında elə yazılıb. İkinci çapda isə birinci çapda yazılan hadisə kimi yazılmayıb. Hadisə oradan götürülüb. Və bu həyati Muhəmməd kitabının, birinci çapı ilə ikinci çapı fərqlidir. Ola bilər çapda səhflik yaranıb. Qeyd etdiyimiz bu cərəyanlar, bu hədis haqqında qeyd olunub. Hədis kitablarımızda bu hədis 7 cür nəql olunub. Biz bunu yozaraq izah etmək istəmirik. Birinci surəti həmin bu formada idi. Peyğəmbər belə buyurdu: Hansınız bu işdə mənə kömək edərsiniz, mənim qardaşım, vəsim və xəlifəm olasınız deyə. Əli (ə) bunu qəbul edir. O hadisədən sonra peyğəmbər buyurur: Bu Əli mənim qardaşımdır, vəsimdir və canişimdir. Sizdə onun sözünü eşidin və ona itaət edin. Bu bir növ nəql etmədir. Bu hədisi çoxlu alimlər elə bu formada nəql ediblər. Kitabların bir-bir adlarını səhifələri ilə qeyd edək. Əbu Cəfər İskafi “Nəqzul Osmaniyə” kitabı 3-cü cild, səhifə 263-də bu mətləbi nəql edib. Həmin hədis, Muhəmməd ibn Muhəmmədi Məkkiyə Məğribi Burhanəddin “Ənbai Mucabəul Ənba” kitabında səhifə 46-dan 47-yə qədər, İbni Əsiri Cəzəri “Tarixi Kamil” 2-ci cild səhifə 24 də, Əbul Fədai Dəməşqi öz tarixində birinci cild səhifə 116 da, Şəhabuddin Xəfaci “Şərhul Şəfa kitabında”, Xazini Bağdadi öz təfsirində, Cəlaləddin Suyuti “Cəmul Cəvahir” kitabın cild 6 səhifə 392 də bu hədisi nəql ediblər. İbn Əbil Hədid üçüncü cild səhifə 254 də, Corci Zeydan “İslam mədəniyyət tarixi” kitabında birinci cild səhifə 31-də, Bir də ustad Heykəl həyati “Muhəmməd” kitabının birinci çapında nəql etmişdirlər. Bu kitablardan başqa sənədlər də var. Bu birinci surətdir. İkinci surət isə belədir – “Hansınız mənimlə beət edirsiniz?” Köməklik edirsiniz yox, burada beət kəliməsi vardır. Hansınız mənimlə beət edərsiniz , mənə qardaş və mənimlə dost və mənə varis olasınız. Bu da bir ifadə ilədir. Bunu da çoxlu kitablarda bu surətlə nəql ediblər. İmam Əhməd ibn Hənbəl müsnədində cild 1 səhifə 159-da, Xəsaisi Nəsai səhifə 18-də, İbn Əbil Hədid həmin cür yenə cild 3-də səhifə 255-də, Cəlaləddin Suyutinin Cəmul Cəvahir kitabında bu nəqli də var. Bu da ikinci formadır. Biz bəzilərini qısa olaraq qeyd edirik. Bu hədisin üçüncü forması isə belədir. “Mənimlə kim beət edir? O, mənim qardaşım, mənim sahibim olsun (sahib, yəni mənimlə dost olsun) və məndən sonra sizin vəliniz olsun. Burada da vəli termini var amma o biri hədislərdə bu yoxdur. Bu da bir şəkildə. Bunu da Kənzul Ummal 6-cı cilddə səhifə 91 də nəql edib. Dördüncü şəkil belədir – Bu iş üçün mənə kim cavab verir? Bu işdə məni qəbul edir və mənə köməklik edir ki, O, mənim qardaşım, vəzirim, vəsim və varisim və məndən sonra xəlifəm olsun. Bunu da ibn Temiyyədən, Hafiz ibn Əbi Hatəm və Sireyi Hələbidə də belə nəql edilib. Beşinci şəkil belədir - Hansınız mənə kömək edirsiniz? Hansınız mənə vəzir olursunuz? O, mənə naib, mənim qardaşım, vəzirim, vəsim, ümmətimdə canişinim, məndən sonra bütün möminlərin vəlisi olsun. Kim bu işi qəbul edir? Bu da bir növdür, bunu da - Səlim ibn Qeysi Hilali nəql etmişdir. Altıncı şəkil belədir - Kim mənimlə qardaş olur, mənə kömək edir və mənim vəlim, məndən sonra mənim vəsim, mənim əhlimdə canişinim və mənim borclarımı ödəyər? Bu hədisi də Əbu İshaqi Sələbi öz təfsirində belə nəql edib. Və yenə də bu hadisə ilə əlaqədar ayrı nəqllər də vardır ki, kim bu cərəyanlarla tanış olmaq istəsə bunların dəqiq qaynaqlarını səhifə, sətri ilə araşdırması mümkündür. Biz hətta qeyd etdiklərimizdə o qədər də diqqətli olmadıq. Lakin araşdırmaq istəsəniz diqqətli olun. Birbaşa Əl Ğədir kitabının ikinci cild səhifə 252-dən 256, dörd səhifədə bu barədə olan sənədlər nəql edilib. O kitaba müraciət etməklə hədislərə daha yaxşı aydınlıq gətirmək olar. Bu ayədə Peyğəmbər, Allahın əmri əsasında əqrabasına öz risalətini çatdırır.

 

OXŞAR VIDEOLAR