Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (18.1)

On səkkizinci dərs

İnsanşünaslıq bəhsində hidayət

Allah-taala quranda hidayət mövzusu ilə əlaqədar, çox sayda ayələr bəyan edir. Hidayət, düz yola yönəltmək mənasındadır.

Allah yalnız insanı deyil, bəlkə bütün aləmi hidayət edir. Əlbəttə insanın hidayəti ilə, başqa məxluqların hidayəti fərqlidir. Uca yaradan Taha surəsində buyurur: Musa dedi: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir”. (Taha, 50).

قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ

Ayədən məlum olur ki, Allah yaratdığı hər bir şeyi hidayət edir. Allahın hidayəti, aləmdəki xilqətin hamısına şamil olur və onlar bu baxımdan eyni səviyəyə malikdilər. Bu, ümumi hidayət hesab edilir.

Allah tərəfindən bütün varlıqların hiadyət olunduğu kimi, İnsanlar da hidayət olunublar.

Allah insanları iki cür hidayət edir.

1 – Təkvini hidayət

Təkvini hidayət dedikdə, insanların zatı və fitrətinə qoyulan bəzi hidayət qaydaları nəzərdə tutulur. Yəni Allah insanın yaranışında elə istedadlar yerləşdirib ki, əgər insan onu məhv etməsə, həmin daxili sərmayə onun düz yola hidayət olmasına səbəb olacaq.

Fitrət və ağıl, insana düz istiqaməti göstərən iki dəyərli nemətdir. Əvvəlki dərslərdə yaxşılıq və pisliyə işarə edib, insanın daxilindəki xüsusi xilqət haqqında danışmışdıq.

2 – Təşrii (qanuni) hidayət

Təşrii hidayət dedikdə isə, Allah elçiləri tərəfindən insanlar üçün təşkil olunan qanunlar nəzərdə tutulur. Belə ki, bu qanunlar qarşısnında seçim etmək, insanın öz ixtiyarı ilə həyata keçir. Əgər insan düz seçim edib, təşrii hidayətdən bəhrələnərsə, səadətə nail olar.

İnsanın hidayəti üçün, Allah tərəfindən iki vasitə nəzərdə tutulub. Onlardan biri səmavi kitablar, digəri isə peyğəmbərlərdir.

Allah insanı həm daxilindəki sərmayə, həmdə xarici yollar vasitəsi ilə hidayət edir. Əgər insan istəsə, həm təkvini və həmdə təşrii hidayətə müsbət cavab verər. Belə olduqda, Allah onun üçün hidayət nuru göndərər və o, insanlar arasında həqiqət nuru ilə yaşayar.

Aşağıdakı ayələri nümunə olaraq gətirmək olar.

Belə ki, Allah buyurur: Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır.(Bəqərə, 2).

ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًى لِلْمُتَّقِينَ

أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

Həmçinin buyurur: Onlar Rəbbi tərəfindən göstərilən doğru yoldadırlar. (Cəhənnəm əzabından) xilas olanlar da məhz onlardır. (Bəqərə, 5).

Ayədən də məlum olur ki, hidayət olunanlara Quran nuru nəsib olar.

Həmçinin Allah-taala Nəhl surəsində peyğəmbərə (s) xitab edərək, insanları hansı tərzdə hidayət etməsini açıqlayaraq, belə buyurur: Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin yolundan azanları da, doğru yolda olanları da ən yaxşı tanıyandır.(Nəhl, 125).

ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ ۖ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

Məlum oldu ki, insanın daxilindəki hidayət yolu, onun fitrət və ağılıdır, xaricdəki hidayət yolu isə, peyğəmbərlər və səmavi kitablardır.

Zehnimizə belə bir sual gələ bilər ki, görəsən insanları düz yola zorla dəvət etmək lazımdır?

Əlbəttə ki, bunun cavabı mənfidir. Yəni zorla hidayət mümkün deyil və bu növ hidayətin heç bir nəticəsi və faydası olmaz. Allah bizə buyurur ki, insanları düz yola dəvət edək və bu dəvətin qəbulunu onun öz ixtiyarına buraxaq. Çünki o ixtiyar sahibidir.

Əgər insna düz yolu öz istəyi və ixtiyarı ilə seçsə, bu onun kamala çatmasına kömək edib, onu kamilliyə yaxınlaşdırar.

Elə bu həqiqətləri nəzərə alaraq, Allah-taala Peyğəmbərə (s) buyurur ki, insanları özünə tərəf yox, bəlkə Allaha tərəf dəvət et.

Təbii ki, mütəal Allah dəvətin də keyfiyyətini açıqlayır. Ona görə də Peyğəmbərə (s) buyuru ki, insanları hikmət ilə dəvət etsin.

Hikmət dedikdə, məntiq, aşkar və aydın dəlillər nəzərdə tutulur. Yəni insanları haq yola dəvət edəndə, aşağıdakı qaydalara riayət etmək lazımdır:

1- Bu dəvəti “Məntiq” və “Hikmək” əsasında etmək lazımdır.

 2- Həmçinin dəvətdə, gözəl nəsihətlərdən də istifadə etmək lazımdır.

Bəzən insan bir məsələni dərk edir və anlayır, amma onu həyata keçirə bilmir. Problem onun ağlında yox, bəlkə daxilində və qəlbindədir. Ona görə də həmin işi yerinə yetirə bilmir.

Şəhvət, dünyapərəstlik kimi bəzi amillər də, onun doğru yolda addımlamağına mane olur.

Siratla (Düz yol)  bağlı çoxsaylı hədislər vardır ki, aşağıda onların bəzisini gətiririk:

Misal üçün hədislərin birində Peyğəmbər (s) buyurur: Sirat tükdən daha nazik, qılıncdan da daha kəsicidir.

“Tükdən daha nazik”-cümləsindən məqsəd, düz yolu görməkdir. Yəni bəzi insanlar yolu görmürlər, ona görə də kor hesab olurlar. Bəziləri də var ki, düz yolu görür, amma hərəkət edə bilmir və sanki ayaqları zəncirlənibdir.

Ona görə də, gözünə mənəvi pərdə çəkilmiş şəxsi düz yola hidayət etmək üçün, məntiqli dəlillər, ayağı zəncirlənmiş şəxslər ilə siə,  gözəl nəsihətlə danişmaq lazımdır.

Həmçinin insanı düz yola çatdırmaq üçün, ona  iradə verilməli, səbr tövsiyə olunmalı və istiqamət öyrədilməlidir. Əgər insan bu üç şeyi əldə etsə, düz yola hidayət olar.

Hidayət yolunda insanın qəlbi haqqı görür və qəbul edir.

İnsanlar bəzi vaxtlar hər hansı bir həqiqəti bilir, bəzən isə ondan xəbərsizdir və bəzən də onun haqqında səhv məlumatları olur. Məhz belə adamlara moizə etmək lazımdır. Əlbəttə ki, nəsihət edərkən qarşı tərəfin hörmətini qorumaq lazımdır. Eyni zamanda da haqqı kamil və gözəl tərzdə bəyan etmək lazımdır ki, qarşı tərəf yaxşılıq və pislikləri ayırd edə bilsin.

Allah-taala buyurur:  Doğru yolda olanlara gəldikdə, Allah onların doğruluqlarını artırar və onları təqvalı edər. (Muhəmməd, 17).

وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ

Həmçinin başqa ayədə buyurur: Allah doğru yolda olanların hidayətini artırar. (Axirətə) qalan yaxşı əməllər isə Rəbbinin dərgahında həm mükafat, həm də dönüş yeri etibarilə daha yaxşıdır. (Məryəm, 76).

وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى ۗ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَرَدًّا

Ayələrə əsasən məlum olur ki, Allahın ilk hidayətini qəbul edən şəxslər üçün, xüsusi hidayət nəzərdə tutulub. Birinci hidayətdən qaçan insanlar isə, ilahi hidayət mükafatına nail olmayacaqlar. Buna görə də, əgər Allah bəzilərini hidayətdən məhrum adlandırırsa, məqsəd elə birinci hidayəti qəbul etməyən insanlardır. Bu mövzu, Bəqərə surəsinin 213-cü ayəsində aydın şəkildə açıqlanır. Allah buyurur: İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman gətirənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər.

            كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنْذِرِينَ وَأَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ ۚ وَمَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ ۖ فَهَدَى اللَّهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ ۗ وَاللَّهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ               

On səkkizinci dərsin xülasəsi

Xüsusi hidayət

Quran ayələrinə əsasən, Allah-taala bütün varlıqları öz hədəfi yolunda hidayət edib (ümumi hidayət).

İnsan ümumi hidayətdən başqa, iki növ xüsusi hidayətdən də bəhrələnir.

A) Xüsusi təkvini hidayət: İnsanın xilqəti ağıl və fitrətlə yanaşıdır.

B) Təşrii hidayət: Peyğəmbərlərin göndərilməsi və kitabların nazil olması.

Nəhl surəsinin 125-ci ayəsində, Allah-taala peyğəmbərlərin hidayətini üç yol ilə açıqlayır:

1 – İnsanın ağlının qidalanması üçün, ona hikmət və dəlil gətirmək yolu.

2 – İnsanın iradəsinin möhkəmlənməsi üçün, onunla gözəl tərzdə danışıb, onu nəsihət etmək.

3 – İnsanların zehnindəki yanlış düşüncələri  aradan aparmaq üçün, onlarla mülayim tərzdə cidal və mübahisə etmək.

OXŞAR VIDEOLAR