Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (19.1)

On doqquzuncu dərs

Quranın hidayəti müstəqil üsluba malikdir

Mütəal Allah Quranın müxtəlif ayələrində, Quranın digər kitablar ilə müqayisədə, tam hidayət edən bir kitab, eləcə də, o kitablar üzərində hakimiyyətə malik olduğunu bildirir. Başqa məktəblər yalnız bir sahəni əhatə edib, insanları müəyyən bir sahədə düz yola yönəldə bilər. Amma insanın ağıl, qəlb, cism və ruha malik olduğunu nəzərə alsaq, eləcə də onun ibadət, əxlaq və iqtisadi amillərə ehtiyacı olduğuna diqqət yetirsək, belə nəticəyə gəlmək olar ki, insanın hərtərəfli hidayət olması üçün ümumi hidayətə ehtiyacı var. Məhz quran həmin ümumi hidayət kitabıdır.

Quran ən mükəmməl hidayət kitabıdır və bu müqəddəs kitabın birinci hidayət üslubu, insanların “Məad” mövzusu barədə maarifləndirməsidir. “Məad”, qayıdış anlamındadır. Məqsəd, dünyanın sonunda qiyamət günü baş verdikdən sonra, insanların dirilib, etdikləri əməllər qarşısında cavab verəcəyi gündür.

Allah-taala məad mövzusu barədə danışarkən, ona aid olan müxtəlif mövzular barədə məlumat verir və insanları həmin mövzuları unutmamağa çağırır. Məad barədə olan mövzular, aşağıdakılardan ibarətdir:

Məad

Məada iman

Məadı unutmamaq

Məadı unutmaq, qətl və günah törətməyə səbəb olur. Çünki insan belə bir əhəmiyyətli mövzunu yaddan çıxarmaqla, öz şəhvətini nəzarətdə saxlaya bilmir və bununla da günahın aqibəti barədə qəflətdə olaraq, hətta böyük günahlardan belə çəkinmir.

İnsan Məadı unutmasa, etdiyi əməllərə diqqət edər və günah etydiyi vaxt,  onu təkrarlamamağa çalışar. Beləliklə də insan, Allahın ona nəzarət etdiyini unutmaz.

İnsan qəbiristanlığa getməklə, qiyaməti xatırlaya bilər. Həmçinin dəfn mərasimində iştirak etməklə, dünyanın axirət üçün bir tarla olduğunu yada salmaq olar.

İnsanları hidayət etmək üçün, quranın ikinci üsulu, onlara cənnətlə müjdə verib, birtərəfdən də cəhənnəm əzabından qorxutmaqdır.

İnsan heç vaxt unutmamalıdır ki, etdiyi işlər puç sayılmaz və səhv əməllərinə görə hesab verəsi olacaq. (Quran həm müjdələyəndir və həmdə qorxudan).

İnsanın hər bir yaxşı və pis əməllərinin ən kiçiyi belə hesablanacaq. Pis əməl qorxutmaq, yaxşı əməl isə müjdələməklə hesablanacaq.

Quranın üçüncü hidayət üslubu, misal ilə hidayət etməkdir.

Misal ilə hidayət etməkdə əsas hədəf budur ki, həqiqətləri hər kəs eşidib, dərk etsin. Bununla da, insan başa düşür ki, quran bütün insanlar üçün hidayət kitabıdır. Əgər Quran yalnız fəlsəfi qanunlar və ya elmi vasitələrdən istifadə edib, hidayət yollarını açıqlasa, təbii ki, ümumi insanlar üçün hidayət kitabı ola bilməzdi. Çünki hər kəs fəlsəfi və elmi terminləri və həqiqətləri bilmir və quranın hamının başa düşəcəyi sadə misallar ilə dərin həqiqətləri bəyan etməsi, bu kitabın hamı üçün hidayət kitabı olduğunu bird aha sübut edir.

Quran həm insanın fitrətinə uyğun olan, həmdə də ki, müxtəlif misalları bəyan etməklə hidayət yollarını bəyan edir. Ona görə də quranın ayələrinə diqqə etsək, görərik ki, Allah həmin ayələrdə məzmun baxımından fitrətlə danışır, üslub baxımından isə misal gətirərək, həqiqətləri bəyan edir.

Quranın gətirdiyi misallar çoxdur və ayələrdəki misallar çox sayda mövzulara şamildir. Bu misalların hamısı insanın hidayət olmasına xidmət edir və sözün həqiqi mənasında həmin misallar öz təsirini göstərib və göstərməkdə də davam edir. 

Allah İbrahim surəsində gözəl bir misal gətirərək, belə buyurur:

Allahın, gözəl bir sözü, kökü (yerdə) sabit duran, budaqları isə göydə olan gözəl bir ağaca bənzədərək necə bir misal çəkdiyini görmədinmi?!(İbrahim,24).

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ

Yəni mömin insan, kökü güclü olan gözəl bir ağaca bənzəyir. Əgər ağacın kökü möhkəm olsa, əsən hər bir küləklə yıxılmaz və heç bir tufan onu kökündən qopara bilməz. Bu, mömin şəxsi vəsf etmək üçün bir misaldır. Yəni həqiqi mömin, kökü möhkəm olan bir ağac kimi güclü olar və sadə şəhvət və qəzəb qarşısında sınmaz.

Ağacın budaqları yüksəlib, günəşin nurundan bəhrələnib, öz kölgəsi ilə fayda verdiyi kimi, möminin mənəvi budaq və yarpağı da belədir. Yəni özü mənəvi inkişaf etdikcə, ətrafındakılara da fayda verər.

Yəni əgər  insanın Allaha imanı olsa və onunla öz əlaqəsini gücləndirsə, bu gözəl əlaqənin kölgəsindən başqaları da faydalanacaq.

Əli (ə) bu barədə  buyurur:  Sən  öz əlaqə  və  imanını Allahla tənzimlə, mən insanlarla sənin əlaqəni tənzimləyərəm.

Kökü möhkəm olan ağacın budaqları da möhkəmolar və həmişə meyvə verər. Yəni hər hansı bir fəslə aid deyil və hər zaman, hər an bar verir. Bu xasiyyətə sahib olan ağac, cənnət ağacıdır.

Belə bir ağaca bənzədilən möminin də həmişə meyvəsi və faydası olar. Hər an və hər zaman pak əxlaq və bütün yaxşı xüsusiyyətlərə malik olar. Cənnət ağacının müxtəlif meyvələri olduğu kimi, möminin də müxtəlif mənəvi meyvələri olar.

İbrahim surəsinin 24 və 25-ci ayələrində, mömin və cənnət ağacı haqqında misal gətirilmişdir.

Tövrat, İncil və Quranın hər üçü hidayətçidirlər. Belə ki, Rəbb bəzən hidayət etməyi özünə aid edir, bəzən səmavi kitablara, bəzən isə imamlara (ə). Bu onu göstərir ki, hidayətin mənbəyi Allahdır və bu, hidayətə aid olan mövzulara tövhid baxımından baxmaqdır. Əgər Allahın hidayəti olmasaydı, nə səmavi kitablar nə imamlar (ə) və nədə peyğəmbərlər (ə) insanları hidayət edərdilər. Yəni insanların hidayəti üçün ən əsas mənbə və vasitə, Allahın nurudur. Ona görə də Allah buyurur: Allah göylərin və yerin nurudur!(Nur,35).

On doqquzuncu dərsin xülasəsi

Təmsil üslubu

Quran insanın hidayət kitabıdır və insanların hidayəti üçün lazım olan hər bir şeyi müzakirəyə çıxarır.

Quran hidayətinin xüsusiyyətləri:

Məadı xatırlatmaq

Qorxutma və müjdələməyə çalışma

Quran misal gətirmək üslubu ilə, yüksək maarifi sadə dil ilə izah edir ki, ümumi insanlar həqiqətləri dərk etmiş olsunlar.

İbrahim surəsinin 24-cü ayəsində maraqlı misalla mömini və insanın imanını gözəl ağaca bənzədir. Belə ki, həmin ağacın kökü möhkəm və budağı asimana baş qaldırmış, həmişə meyvə verər və meyvələri müxtəlifdir.

OXŞAR VIDEOLAR