Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (20.1)

İyirminci dərs

Xüsusi hidayət

Mütəal Allah quranda insanın hidayətindən söhbət açır və ümumi varlıqlar və onların hidayətindən başqa, insan üçün xüsusi bir hidayətin olduğu barədə də danışır. Bütün varlıqlar elə yaradılıb ki, onların hamısı sonuncu məqsədə tərəf addımlayır.

İnsan da digər varlıqlar kimi düz yola hidayət edilir, amma o, kamalı və doğru hədəfi öz ixtiyarı ilə əldə edir. Yəni insan həyatının əvvəlindən son hədəfə çatmaq üçün proqramlaşdırılmış bir varlıq deyil. İnsan azad seçimi və ixtiyarı ilə öz məqsədini müəyyən edir.

İnsan xüsusi şəkildə hidayət olunur və bu, insana xas olan bir  hidayət növüdür ki, başqa məxluqların hidayəti, fərqli şəkildə olur.

İnsana aid olan bu xüsusi hidayət, insanın daxilində olur. Məhz insanın fitrət və əqlə sahib olması, onun ixtiyari seçiminə səbəb olur.

İnsana aid olan digər hidayət növü isə, insanın xaricindədir. Bu hidayət vasitələri, insanlar üçün göndərilən peyğəmbərlər (ə) və səmavi kitablardır. İnsan bu ilahi çağırışları eşitməklə, azad seçimi ilə düzgün yola tərəf addım atır. Bu hidayət növüdə, insana məxsusdur və o bu yolu, öz ixtiyarı ilə seçir. Amma insanın hidayət olması üçün, aşağıdakı altı amilə diqqət yetirmək lazımdır:

1 – Yol: Hidayət zamanı bir yol təyin olunmalıdır.

2 – Hidayətçi: Hidayət etmək peyğəmbərin (ə) öhdəsindədir və kamal yolunu da insana o göstərir.

3 – Hidayətçi: Bütün yol boyu insanla yanaşı olan digər hidayət vasitəsi də olmalıdır. Həmin vasitə, İnsanın əlindən tutub,  onu düz yola hidayət etməlidir. Həmin şəxs imamdır (ə) və o,  insana yol boyu yoldaşlıq edir.

4 – Azuqə: İnsana hidayət yolunda lazım olan şeylərdən biri də, azuqədir.  İnsan azuqəsiz uzaq yola davam gətirə bilməz və bu baxımdan da mənəvi azuqəyə ehtiyacı vardır.

5 – Müsafir: Hidayət yolunda, yolu qət edən, elə nsanın özüdür.

6 – İnsanla bu yolda bir yerdə olan şəxs.

Bu altı məqam insanın hidayətində çox böyük əhəmiyyətə malikdir. Quran bu altı amili insanın hidayəti və onun kamala çatması üçün önəmli hesab edir.

Quranı araşdıranda məlum olur ki, Allah-taala “Hadi”-nin (Hidayətçi) mənasını bəzən özünə aid edir və buyurur  ki, Allahın özü hidayət edəndir. Misal üçün Allah Fussilət surəsində buyurur:

Səmud qövmünə də haqq yolu göstərdik. Ancaq onlar korluğu (küfr yolunu) haqq yoldan üstün tutdular. Beləcə, qazandıqları günahlar səbəbilə alçaldıcı ildırım əzabı onları yaxaladı.(Fussilət,17).

وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ

Bəzən isə hidayətçi ifadəsini, səmavi kitablara nisbət verir. Misal üçün Bəqərə surəsində bu barədə buyurur: Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır.(Bəqərə, 2).

ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًى لِلْمُتَّقِينَ

İnsanın doğru yola yönəlməsi üçün  müəyyən bir yolu olması, hidayətin deməkdir.Əgər insana yolu göstərən varsa və insan da həmin yol vasitəsi ilə düz yola tərəf addımlayarsa, bu onu göstərir ki, insanın dünyada haqqa tərəf addımlaması üçün bir yolu vardır və o, bu vasitə ilə hidayət olunur. Əgər insan həmin yol ilə getsə, hidayətə nail olar, yox əgər başqa yola tərəf meyl salıb, o yola qədəm qoysa, hidayət yolunu itirər. Həm düz, həmdə ki, səhv yolun olması, onu göstərir ki, insan onu kamala çatdıran yol ilə getməlidir. Burada belə bir sual yaranır ki, görəsən bu doğru yol hansı yoldur?

 

insan Qurandakı sirat ayələrini araşdırsa, bu yoldan bir çox insanların yanlış yerə getdiklərini görər. Ona görə də məlum olur ki, bu yol üfüqi yox, şaqulidir, eninə deyil, uzununadır. Yəni bu yolda yalnız yuxarı hərəkət etmək lazımdır. Yəni düz yolda mənəvi yüksəlişə tərəf addım atmaq lazımdır.

Bəzən insan yolun eninə tərəf hərəkət edir. Yəni öz evini dəyişir, yeni paltar alır və s.kimi şəxsi dəyişikliklər edir. Bəzən isə insan uzununa hərəkət edir. Yəni əxlaqını, əqidəsini və əməllərini dəyişir və bunula da ruhunu böyüdür. Sirat da belə xüsusiyyətə malikdir. Elə quranın insanla bağlı danışdığı sirat, insanın yoludur. Bu hidayət yolunda hərəkət edən kəsin adı “Salik”-dir və yol isə, elə sirat deyilir.

Digər yollarda yol və müsafir fərqlidir. Misal üçün maşın asfaltın üzərində hərəkət edir, təyyarə səmada, amma insan öz varlığı ilə hərəkət edərək, böyüyür. İnsan öz varlığında böyüyəndə kamala çatır. Öz varlığı ilə hərəkət edib, mənəvi yüksəlişə yetişən insan, sirat yolunda olan insandır.

Beləliklə siratın xüsusiyyəti iki növdür:

A) Şaquli olmaqdır.

B) Bu sirat yolu, maşın və asfalt yolu kimi digər yollardan fərqlidir.

Allah-taala Buyurur: (Ey Peyğəmbər!) Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahimi, İshaqı və Yaqubu da yad et! (Sad,45).

وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ

Ayəyə diqqət etsək, görərik ki, Allah Peyğəmbərləri (ə) niyə və necə yad edilməsini açıqlayır. Ona görə də buyurur ki, “Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahim...” və digərlərini yad et.

Yəni bu peyğəmbərlər (ə) də digər insanlar kimi əl və gözə sahib idilər. Amma onlar bu əl və gözləri ilə günah yox, bəlkə Allaha xidmət edir, pak və yaxşı işlər yerinə yetirirdilər. Onlar gözləri ilə doğru yolu və həqiqətləri görürdülər. Onların əl və gözlərdən istifadə etməsi, bir çox insanların əl və gözlərindən istifadə etdiyi kimi deyil. Peyğəmbər (ə), imam (ə) və saleh insanlar, əl və gözlərini düz yolda istifadə etdikləri üçün, onların həmin üzvləri başqalarının üzvləri ilə fərqli və pak oldu.

İyirminci dərsin xülasəsi

Hidayətin mənası

Hidayət iki mənada işlənmişdir:

1- Yolu göstərmək: Sirat və hidayətçi (bələdçi) ilə, azuqə və müsafir – yol yoldaşı və rəhbər ilə (sülukun altı işi)

2-  Məqsədə çatdırmaq: İmamın (ə) vəzifəsi insanları məqsədə

çatdırmaqdır.

Hidayət və zəlalət məfhumu onu bildirir ki, insan üçün dünyada həm düz, həmdə ki, yanlış yol var və onun bu yolda addımlamağa seçim imkanı var.

Quran ayələrinin xüsusiyyətlərinə əsasən, insanın siratı iki növ ola bilər:

A) Üfüqi yox, bəlkə Şaqulidir.

B) İnsanın siratı özünün daxilində olduğuna görə, mənəvi yolda yolçu ilə yol (Saliklə məslək) eynidir və fərqli deyil.

OXŞAR VIDEOLAR