Məhəmməd Baqir Saivər - İnsan (21.1)
İyirmi birinci dərs
İnkişaf
İnsan doğru yolda olsa, inkişafa doğru hərəkət edər. Sirat yolu, insanı mənəvi yüksəlişə tərəf aparan bir yoldur və insan bu yolda davamlı şəkildə addım atarsa, kamala çatıb, öz daxilində və varlığında inkişaf edir.
İnsana siratda (Düz yolda) iki şey maneçilik törədir:
1 – Cəhalət: Gözü korluq.
Yəni bəzi insanlar doğru yolu görmür və səbəbi də budur ki, onlar həmin yolu tanımır.
2 – İradənin zəif olması.
Yəni bəzi insanlar haqq yolu tanısalar belə, iradələrinin zəif olduğu üçün, doğru yol ilə hərəkət etmirlər.
Sirat üçün qeyd olunan bu iki maneə, bəzən insanın əl-ayağına dolaşır və bəzən də onun gözünü kor edir və nəticədə insanların çoxu haqqı görmürlər.
İnsanlarda bu iki maneənin yaranmasına səbəb isə, onlarda olan Təkəbbür, şəhvətpərəstlik və bu kimi mənəviyyatı korlayan günahlardır ki, həmin günahlar haqqı görməkdə onlara mane olur.
????????????????Allah Quranda buyurur: Biz bəzən insanların qarşısında, bəzən arxalarında, bəzən də onların kənarında maneələr qoyuruq. Elə bu maneələrə görə də, insan nə qarşısını görür, nə arxasını, nə də ki, hər hansı bir haqq yolu. Maneələrə aludə olan insan, yalnız özünü görür, qiyamət və gələcəyə aid olan heç bir həqiqəti görmür. Bundan əlavə, keçmişi və öz xaliqini də görmür və yalnız indiki halını görür.????????????????
Bəzən insanın gözü qarşısında (Mənəvi) pərdə yaranır. Bu pərdədən məqsəd,təkəbbür, günah, həvəs, dünyaya məhəbbət, kin-düdurət və bu kimi günahlardır.
İmam Əli (ə) buyurur: Əgər insan hər hansı bir şeyi həddindən çox sevsə, onun bu sevgisi, insanın gözünə pərdə çəkilməsinə səbəb olar. Belə olduğu halda, insan sevdiyinin eyblərini görməz.
Hədislərin birində məsum (ə) buyurur ki, sirat tükdən nazik və qılıncdan daha kəsicidir.
Əgər insan həqiqəti tapsa, çətinliklər və bir çox məsələlər həll olar. Həqiqəti tapmaq,
onun əsasında yaşamaq və ona uyğunlaşmaq çox mühimdir.
İnsanın əsas problemi, yalnız həqiqəti kəşf etmək deyil, bəlkə haqqı tapandan sonra, ona əməl etmək də mühim və lazımdır.
İnsan gözündəki pərdələri görməli, onları özündən uzaqlaşdırmalı və güclü iradəyə sahib olmalıdır. Sədəqə verməyən, dua etməyən və savab iş görməyən şəxs, günahkardır və belə əl, sağlam əl ola bilməz.
Yalnız peyğəmbərlər (ə) pak əl və gözə sahibdirlər. (İshaq, İbrahim, Yaqub və s...).
Öyrəndik ki, siratın əsas maneəsi iki şeydir. Onlardan biri budur insan gördüyü həqiqətə əməl etmir. Digəri isə budur ki, insan həqiqət yolunda addımlamır.
Bəs görəsən insan niyə bu maneələrə aludə olur və bunun əsas səbəbi nədir?
Aşağıda bu suala xüsələ şəkildə cavab verəcəyik.
- Dünyanın zinəti:
Yəni bəzən insan dünyanın zinət və gözəlliklərindən gözünü çəkmir və bu səbəb olur ki, insan sirat yolunda addım atmaqda çətinlik çəksin.
- Nəfsani istəklər:
İnsan nəfsi istəklərə tabe olsa, bu onun sağlam yaşamağına mane olur. İnsan iman əhli olub, amma nəfsani istəklərə tabe olsa, yenə də haqqa əməl etməsində maneçilik yaranar.
- Ətrafındakıların söz-söhbəti:
Bəzən isə insan başqalarının sözünü dinləyib, haqqı ayaq altına qoyur. Belə olduğu halda,insan həqiqi iman əhli ola bilməz. Çünki bu maneələr, insanın iradəsinin qarşısını alar və nəticədə, insanın əl-ayağı zəncirlənər.
İnsanın günah işləri mənəvi zəncirdir. Əgər insan qarşısına çıxan ilk günaha yox deyə bilməsə, ikinci günah üçün zəmin yaranar. Buna görə də savab işlərə tərəf addım ata bilmir. Amma əgər insan istəsə, özünün günah zəncirindən xilas edə bilər.
Hər bir günah, insanın yalnız iradəsini yox, bəlkə onun ağıl və düşüncəsini də zəiflədir.
Günah insanın gözünü kor edir və ona görə də insan savab işləri yerinə yetirməkdən uzaqlaşır.
İmam Səccad (ə) bir şəxsə üz tutaraq buyurdu: Bilirsən niyə gecə namazı qıla bilmirsən? Çünki öz günahlarınla zəncirlənmisən.
İyirmi birinci dərsin xülasəsi
Müstəqim sirat
"Sirat insanın təkamül və çiçəklənməsinin müstəqim yoludur”.
Bu yolu görmək lazımdır və gördükdən sonra isə, onu tanıyıb, həmin yol ilə getmək lazımdır.
İnsanların bəzisi yolu görmür, bəziləri də yolu görsə də, bu yolda addım atmaq isəmirlər. Allah quranda peyğəmbərlərə (ə) أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ
Yəni “Qüvvətli və bəsirətli bəndələrimiz” (Sad, 45) xüsusiyyətini aid edir. İnsan həqiqət yoluna tərəf getmək üçün, ona bu yolda maneçilik törədən zəncirlərdən xilas olmalıdır. Həvəs, dünyapərəstlik və günah zəncirləri, həqiqəti getmək üçün insana böyük maneələrdir.
Allah Quranda insanları iki növ məxluqlarla yanaşı gətirmişdir:
A) İnsanın mələklər ilə yanaşı gəlməsi:
Əgər insan mənəvi işlərlə məşğul olsa, kamala çatar.
B) İnsanın mələklər ilə yanaşı gəlməsi:
Əgər insan yaşayışını sırf heyvani yaşayış ilə keçirsə, mənəviyyatdan uzaq düşər.