Məhəmməd Baqir Saivər - İnsan (22.1)
İyirmi ikinci dərs
İnsanın əməli
İnsanın etdiyi əməllərin təsiri barədə danışmazdan öncə, yaxşı olardı ki, aşağıdakı suallara cavab verək.
İnsanın əməl ilə əlaqəsi nədir?
Əməl və imanın insana hansı təsiri var?
Əməlin insan ruhuna təsiri nədən ibarətdir?
Saleh əməl insanın imanını yüksəldir və onu yüksək məqama çatdırır. Əməlsiz insanın imanı zəifləyir. Amma əgər insan iman əsasında əməl etsə, yüksək mənəvi dərəcələrə çatar. Əgər insan saleh iş görsə, bu onun öz xeyrinə olar. Yox əgər bunun əksini etsə, yəni səhv iş yerinə yetirsə, bu onun zərərinə olar.
Allah Quranda buyurur: Kim yaxşı bir iş görərsə, öz lehinə, kim də pis bir iş görərsə, öz əleyhinə olar. Sənin Rəbbin bəndələrinə zülm edən deyildir.(Fussilət, 46).
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ
Misal üçün sədəqə verən insan, öz xeyrinə əməl etmiş sayılar və ya əgər insan başqasına kömək etsə, əslində özünə kömək etmişdir. Yəni yaxşı işlərin hamısının faydası, əslində insanın özünə qayıdır. Çünki sədəqənin ruhu və həqiqəti, insanın əməlidir. Sədəqə və digər saleh işlərin həqiqi dəyəri, insanın varlığına şamil olur. Bununla da, ehtiyaclı insanlara verilən sədəqənin əsası, yəni onun həqiqi dəyəri və ruhu, insandan ayrılmır.
Quranın saleh və pis əmələ diqqət etməsinin səbəbi budur ki, həm yaxşı, həmdə ki, pis işlərin həqiqəti və təsiri, insanın özünə qayıdır.
Allah quranda Peyğəmbərə (s) buyurur: Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. (Tövbə, 103).
Ayədən məlum olur ki, sədəqənin faydası, sədəqə verənin özünə qayıdır.
Ümumiyyətlə, sədəqənin həqiqəti və əsas mənəvi anlamı budur ki, insanda dünyapərəstlik meylini azaldır. Yəni sədəqə, insanın dünya malına qarşı istəyini azaldır və bununla da, insanın daxili aləmi nurlanır.
Yuxarıda qeyd olunan ayənin mənasına diqqət etsək, görərik ki, insanın saleh işlər yerinə yetirməsi, eləcə də günah işlərə aludə olması, əslində özünə qayıdır. Yəni həm yaxşı, həmdə ki, pis işlərin nəticə və təsiri, onun özünə qayıdır.
Əgər insan oğurluq etsə, bu onun üçün bir imtahandır. Eyni şəkildə də, maddi imkanı azaldığı üçün, malı oğurlanan şəxs üçün də imtahan şəraiti yaranır.
Nəticədə isə, oğurluq edərək, günah qazanan zalım, özünü oda atır, malı oğurlanan məzlum isə, yeni bir imtahanla üzləşir.
Necə ki, Fussilət surəsinin 46-cı ayəsində həmin məsələyə işarə olunub və Allah həmin surədə buyurur ki, kim zülm etsə, özünə zülm etmiş olar və zülmə məruz qalmış tərəf, imtahana çəkilmiş sayılar.
Allah-taala İsra surəsində buyurur: Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız. (İsra, 7).
إِنْ أَحْسَنْتُمْ أَحْسَنْتُمْ لِأَنْفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا
Fussilət surəsinin 46-cı ayəsi, İsra surəsinin 7-ci ayəsi ilə bir qədər fərqli mənanı ifadə edir. Mərhum Əllamə Təbatəbayi bu ayənin (Fussilət surəsinin 46) təfsirində buyurur: Bu ayə başqa bir məsələyə işarə edir. Belə ki, Allah-taala bu surədə buyurur ki, “Əgər yaxşı iş görsəniz sizin xeyrinizədir və əgər pis iş etsəniz, öz əleyhinizədir”. Burada məqsəd insanın xeyir və zərəridir. Saleh əməl insanın xeyrinə və pis əməl isə insanın zərərinədir.
Amma İsra surəsində bunu bəyan etmir, əksinə Allah-taala demək istəyir
ki, istər yaxşı, istərsə də pis olan hər bir iş insandan ayrılmır. İnsanın əməli heç vaxt ondan ayrılmır, əməl həmişə insanla birgə olur.
İnsanın əməlinin özündə qalması və ondan ayrılmaması, insanşünaslıq mövzusunda dərin və mənalı məsələlərdəndir.
Hər kəs mütləq öz əməlinə cavabdeh olub və olacaq.
Əgər insan əməlləri qarşısında öhdəlik daşıdığını dərk edib, buna inansa, bu onda həm ümid, həmdə agahlıq yaradar. İnsan bilməlidir ki, istər xeyir olsun, istərsə də şər, etdiyi əməllər heç vaxt itmir.
Burada qarşıya belə bir sual çıxır ki, bu əməlin məkanı haradır? Harada yığılır, harada qorunub, saxlanır?
Müxtəli quran ayəsi və hədislərdən aldığımız nəticələrə əsasən, belə anlaşılır ki, hər bir insanın əməli, ondan ayrılmır, gördüyü hər iş onunla qalır və onun varlığının özündə yığılır. Eləcə də, qəbirdə onunla yanaşıdır.
İnsan qəbrə tək getmir və onun əməlləri də onunla yanaşı qəbrə gedir. İnsanın əməlləri, onun ruhunu formalaşdırır.
Əməllər insanın ruhunu formalaşdırır və nəticədə o, ruhunun malik olduğu xasiyyətə oyğun şəkildə, əməl etməyə başlayır.
İnsanın əməli dəyişəndən sonra, bu hal adətə çevrilərək, təkrarlanarsa, həmin iş onun adət və xasiyyətinə çevrilər.
İnsanın şəxsiyyət və xasiyyətini təşkil edən şey, onun əməlidir.
İnsan hər hansı bir işi yerinə yetirsə, bu onun daxilində qalar.
İyirmi ikinci dərsin xülasəsi
İnsanın əməli
“İnsan əməlinin xeyir və ziyanı onun özünə qayıdır”.
Əgər insan sədəqə versə, onun ruhu təmizlənər. Sədəqədən fəqir insan bəhrələnsədə, bu əməlin həqiqi faydası, insanın özünə qayıtmış olar.
Məzlum üçün zülm imtahan meydanı olsa da, Zalımın zülmünün çirkinliyi özünə qayıdar. (Fussilət 46).
İsra surəsinin 7-ci ayəsinə əsasən, heç bir iş, onu yerinə yetirən şəxsdən ayrılmır və həmişə ona bağlı olur.
Fussilət surəsinin 46-cı ayəsinə əsasən, hər bir əməlin xeyir və ziyanı, insanın özünə qayıdır.
İsra surəsinin 7-ci ayəsində isə, əməllərin insandan ayrılmaması bildirilir.