Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (26.1)

İyirmi altıncı dərs

Xəsarət

 

Quranda xəsarət mövzusu ilə bağlı çox sayda ayələr vardır. Nümunə olaraq onlardan bəzisini gətiririk.

 

وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ

 

Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar.(Muminun,103).

 

الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

 

Özlərini ziyana uğradanlar iman gətirməzlər.(Ənam, 12).

 

إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ الظَّالِمِينَ فِي عَذَابٍ مُقِيمٍ

 

“Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar.(Şura, 45).

 

Bəzən insan yalnız maddi xəsarətə yox, bəlkə daxili və mənəvi xəsarətə də uğrayır. Quran ayələrinə diqqət yetirsək, görərik ki, ayələrin bəzilərində Allah bizə özümüzün həqiqi dəyərini bilib,ehtiyatlı olub, ziyana uğramamızı tövsiyə edir.

 

Mütəal Allah Şura surəsində buyurur ki,

Həqiqətən insanlar öz özlərinə ziyan edirlər. (Şura, 45).

Yəni öz varlıqlarını ucuza satır və bahalı malı çox aşağı qiymətə dəyişirlər.

İnsanın mələkuti ruhu və fitrəti var. Bununla belə, insan öz yaşayışında bəzi günahlara aludə olur və nəticədə onların qiymətini aşağı salır və özünü alçaldaraq, qiymətdən düşürür.

 

Ənam surəsində isə Allah-taala buyurmuşdur: Özünə ziyan vuranlar ziyana düşür və özlərini aşağı dərəcəyə düşürürlər. (Ənam, 12).

Nəticədə isə, Allaha iman gətirmək üçün daxillərindəki movcud olan sərmayə, yox olub, aradan gedir.

Çünki insan davamlı günah və tüğyan nəticəsində, özünə zərbə vurur və həmin batini hiss fəaliyyətdən düşür. Ona görə də özlərini bu vəzyətə düşürən insanlar iman gətirmirlər.

 

Allah-taala Zumər surəsinin 15-ci və Muminun surəsinin 103-cü ayələrində də buyurur ki, Əməlləri və çəkisi ağır olmayan kəslər, əzəmətli ruhu aşağı salmış və ziyana uğramış olarlar.

Misal üçün əgər ailədə yaranan ixtilaflara diqqət etsək, görərik ki,

 

çox vaxtlar sadə, kiçik və əhəmiyyətsiz məsələlərə görə arada ixtilaf yaranır.

İnsanların ruhu kiçik olduğuna görə, elə kiçik məsələlər də onlar üçün böyük kimi görsənir və nəticədə də hər bir xırda şeyi böyüdürlər.

Kiçik işlərdə ilişib, qalanlar, özlərinə ziyan vurmuş olurlar.

Buna görə Quran bizə xəbərdarlıq verir ki, insan bəzi hallarda özünü xəsarətə uğradır.

 

İnsanın öz varlığının xəsarətə düşməsi ilə, mal və mülk xəsarətinə düşməsi arasında fərq var.

Belə ki, maddi xəsarəti aradan aparmaq olar, amma əgər insan ruhunu ucuz satıb, tövbə etməsə, qiyamətdə uduzduğunu dərk edər buna görə də təəssüf edib, həsrət çəkər. “Youmul-Təğabun” yəni öz xəsarətini bildiyi və dünyada öz xəsarətini hiss etdiyi gün deməkdir.

 

Allah Quranda buyurur ki, Sizin qiymətiniz cənnətdir, onu ucuz satmayın və sizin həqiqi və əbədi eviniz, Rizvanullah Əkbərdir. (Allahın razılığı). (Tövbə,111).

Əməldə xəsarət etmək, bəyənilməyən işləri yerinə yetirmək mənasındadır.

Varlıqda xəsarət  etmək isə, Adəm övladlarına verilən kəramət və dəyərə qarşı unutqanlıq edib, onu tənəzzülə tərəf aparmaq manasındadır.

Yəni insan dəyərli əmanətin sahibi olan halda, ona qarşı laqeyd qalır və nəticədə onun dəyərini aşağı düşürür. Bununla da özünü xəlifətullah kimi aparmır və mənəvi cəhətdən aşağı enir. Məhz bu hal, varlıqdakı xəsarət anlamına gəlir.

 

Bəzi vaxtlar isə insan əməldə zərərə uğrayır. Yəni insanın zəhmətləri faydasız olur. Quran bu növ xəsarəti Əbu Ləhəbdə nisbət verərək, buyurur: Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Məsəd, 1).

 

تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ

 

Yəni Əbu Ləhəbin həm əlləri, həm də özü həlak oldu.

 

Ayədəki “Əllər” sözündən məqsəd, işi yerinə yetirən əməllər mənasındadır. Yəni Əbu-Ləhəb və onun kimlərinin həm işləri faydasızdır, həmdə ki, özləri də öz varlıqlarında həlak olub, xəsarətə uğrayıblar.

 

Bəzən insan 20 il faydasız yolda zəhmət çəkir və heç bir faydalı nəticələr də əldə edə bilmir.

Buna nümunə olaraq, ilğımı su təsəvvür edib, ona tərəf addımlayan insanı misal gətirmək olar. Quran Kəhf surəsində buyurur: O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf, 103-104).

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?

 

قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

 

Haqq yolu görmək və gördükdən sonra həmin yolda addımlamaq lazımdır. Yolu görmək dedikdə, iman gətirmək nəzərdə tutulur.

 

İnsan Allahla əlaqəni kəsməməlidir. Əgər insanın Allaha olan imanı yalnız zahirdə deyilsə, gərək insan bunu öz yaşayışında da əks etdirə. Yəni iman yalnız dildə olmamalıdır. Həqiqi imanın təsiri və cilvəsi, saleh əməldir. Əgər insanın qəlbində Allaha iman olsa, varlığına xəsarət yetirməkdən uzaq durar. Əgər insan saleh əməl yolunda çalışsa, əməlinin xəsarətə uğramasından da uzaqlaşar.

 

Bildiyimiz kimi “Sirat”,düzgün yolu görmək və həmin yolda addımlamaq deməkdir. İnsan bəzi vaxtlar yolu görmür (kordurlar) və bilmir ki, hansı tərəfə getsin. Bəzən isə gözləri kor deyil və yolu görür, amma doğru yolda addımlaya bilmir.

Çünki əl və ayağı zəncirlənmişdir. Misal üçün bəzən insan sədəqə verə bilmir, məscidə gedə bilmir və ya dua edə bilmir. Bəzən insnaın qəlbində Allah qorxusu olmur. Bəzən də Allah qəlbində olsa da, iman zəif olur və həmin zəif imanı yaxşı iş görmək üçün ona kifayət etmir.

 

Allah-taala Əsr surəsində isə belə buyurur: Bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa.(Əsr,3)

 

وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

Bəzən insan yolu görür, amma məqsədi itirir. Məsal üçün şübhələr, yolun doğruluğunu dərk etməməyə və şübhə böhranının yaranmasına səbəb olur. Bu şebhələr həm elmi, həmdə ki, şəhvətə aid olan şübhələr ola bilər.

 

İnsan həmin şübhələrdə qalmaqla, getdiyi yolda şəkkə düşür. Ona görə də əgər insanlar xəsarətdən xilas olmaq istəsələr, gərək bir-birilərini haqqa tövsiyə etsinlər. (Getdikləri düz yolda, itirdikləri ünvanı ona göstərsinlər).

 

 

وَتَوَاصَوْا بِالصَّبْرِ

 

Bəzən haqq yolu görməkdə insanın heç bir problemi olmur. Amma yolu gedən vaxt, problemlə üzləşir. Və ya çətinlik, tənhalıq, ağır sınaqlar və ya hər hansı başqa bir səbəbə görə, yolunu davam etdirə bilmir.

 

İnsan faydasız iş gördüyü halda ziyana düşür və elə zənn edir ki, yaxşı iş görüb. Ona görə də bu insan iki qat xəsarətə uğramış sayılır. Əgər onun yanlış xəyalı olmasa və ziyanı dərk etmiş olsa idi, əlbətdə ki, onun zəhmətinin qarşılığı verilərdi. İnsan gördüyü işin faydasız olduğunu dərk etsə, o işə qarşı bir çarə tapmağa çalışar. Amma əksinə, faydasız işin yaxşı və düzgün olduğunu düşünən insan, həmin işi islah etmək şəraiti əldə edə bilməz.

Ona görə də bu cür insanlar əməl baxımından həqiqi xəsarətə düşmüş sayılar.

Bu cür insan, həm öz ömrünü məhv edir, həmdə başa düşmür ki, günbə-gün ömrünü itirir. Həmin insan çalışıb, zəhmət çəksə də, çalışmasının əyri yolda olduğuna diqqət etmir və elə xəyal edir ki, etdiyi işlər düzgün işlərdir və onu xoşbəxtliyə aparacaq. Ona görə də zyanda olduğunu bilmir və ona çarə tapmağı da düşünmür.

 

İnsan gərək çox diqqətli olsun ki, nə öz varlığında, nə də əməllərində xəsarətə uğramasın.

Yəni çalışmalıyıq ki, Allahın razılığını qazandıran işləri yerinə yetirək.  Eyni zamanda da Allahın varlığını da unutmayaq.

Çünki əgər insanın Allaha bağlılığı azalsa və ya ümumiyyətlə onunla bağlılığı kəsilsə, insanın varlığı xəsarətə uğrayar.

 

 

 

 

 

 

 

İyirmi altıncı dərsin xülasəsi

 

Xəsarət

 

Quranda xəsarətlə bağlı çox sayda ayələr var. Nümunə üçün Möminin 103, Ənam 12, Şura 45 və.s. ayələri misal gətirmək olar.

 Quranda iki növ xəsarət vardır:

 

A) Varlıqda xəsarət

 

Yəni özünü itirmək, öz dəyərini nəzərə almamaq, liqaullahda göz yummaq.

 

B) Əməldə xəsarət:

İnsan bəyənilməyən işlər ilə məşğul olarsa, əməldə xəsarət etmiş sayılar.

 

OXŞAR VIDEOLAR