Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (27.1)

İyirmi yeddinci dərs

İnsanın nicatı

 

Qurandakı hidayət mövzusuna aid olan bəhslərdən biri də, insanın özünə qayıdışı, özünü dərk edib, dəyərli varlığını ucuz satmayıb, öz dəyərinin əhəmiyyətini dərk etməsidir.

İnsan gərək varlığına yetişəcək xəsarətlərə qarşı diqqətli olsun. Bu baxımdan Allah bizə buyurur: Ey iman gətirənlər, siz özünüzə baxın! (Maidə, 105).

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ

Yəni Allah-taala bizə buyuru ki, ehtiyatlı olun, özünüzü ucuz satmayın, daxilinizdə böyük sərmayələrin olduğunu untmayın və çalışın həmin sərmayələri inkişaf etdirin.

 

Burada qarşıya belə bir sual çıxır ki, insan xəsarətdən necə nicat tapa bilər?

 

Mütəal Allah Əsr surəsində xəsarətdən xilas olma haqqında belə buyurur: Əgər insan öz varlığını Allaha imanla inkişaf etdirsə, yaxşı iş görsə xəsarətdən uzaqlaşa bilər.

 

İradənin zəiflədiyini gördükdə bir-birini səbrə tövsiyə edirlər.

Ümumi olaraq bunu deyə bilərik ki, insanı xəsarətdən xilas edəcək dörd amil və qayda var:

 

1- Allaha iman (qəlb Allahın zikri ilə dolur və Allahı tanıyır).

 

2- Saleh əməl: İman və saleh əməlin qalması və qorunması üçün üçüncü və dördüncü şərt lazımdır.

 

3- Haqqa tövsiyə

 

4- Səbrə tövsiyə

 

Vəl-əsr surəsi inkişaf və xəsarətdən uzaqlıq surəsidir.

 

İnsan addımladığı haqq yolu görməli və dərk etməlidir ki, bu yolda ona yoldaşlıq edən, onun  Allaha olan imandır. Bu baxımdan insan gərək həmin yolda addım atsın. (saleh əməl). Əgər insan haqqı görməkdə problem ilə üzləşərsə, gərək haqqa sifariş etsin və əgər getməkdə problem olsa, səbrə tövsiyə etməlidir.

 

 

İnsan xəsarətdən xilas olmaq üçün də fərdi işlər yerinə yetirməli və pak olan cəmiyyətdə yaşamalıdır. İnsan xəsarət ilə üzləşdiyi zaman, bunu zəmanənin üstünə atır. Allah-taala əsrə and içməklə bizə bunu başa salır ki, zəmanə və şərait pis deyil və həyatını korlayan, əslində zəmanə yox, bəlkə insanın özüdür. Çünki insan öz ixtiyar və seçimi ilə ziyana düşür və Allah insanın gətirdiyi zaman bəhanəsinin üstündən xətt çəkir. Fərdi cəhətdən insanı xəsarətdən uzaqlaşdıran məsələ, Allaha iman və insanın öz əməlləridir. Yəni insan gərək əməli və şübhə baxımından müəyyən olmayan şeyləri həll etsin və bununla da yolu yaxşı görmüş olsun.

İnsan yolu gördüyü vaxt, artıq kor deyil və gözü açılır. Gərək ilk olaraq insanın gözü açılsın. Çünki insanın gözü açılanda, o düşünməyə başlayır. Yəni insan düşüncə vasitəsi ilə imana çatır. İmana çatdıqda artıq onun imanı xəsarətdən nicat tapır və Quran çox ayələrdə “amənu”-nun ardınca “əmilus-salihat” ı gətirmişdir.

Yəni iman təklikdə kifayət deyil və gərək insan saleh əməllər də yerinə yetirsin ki, həmin əməllərdən sonrakı imanın da faydası olsun. Əgər insan tamamilə xəsarətdən nicat tapmaq istəsə, bütün yaxşı əməlləri yerinə yetirməlidir. Belə olduğu təqdirdə, insan həm əli ilə yaxşı işlər ilə məşğul olar, həmdə saleh olan gözləri ilə. Insanın ayağının işləri də saleh olmalıdır. Bəzilərinin əməllərinin bir hissəsi salehdir, bəzilərinin isə yox. Əməlləri yaxşı olan şəxslər, “əmilus-salihat”(Saleh işlər yerinə yetirənlər) cümləsinə aid olanlardır.

İnsanın bütün işləri saleh olmalıdır və bunlar fərdi işlərdir.

İnsanlar adətən təklikdə təklikdən nicat tapa bilmirlər və yalnız böyük iradəli insanlar bu problemdən başı uca çıxa bilirlər.

Özü bir ümmət olan Həzrət İbrahimi (ə) buna misal gətirmək olar.

Adi adamlar möminlərin əhatəsində olmalıdılar, “amənu” və “əmilus-salihat”dan sonra bütün möminlərin vəzifəsi budur ki, haqqa tövsiyə etsinlər ki, imanlarını qoruya bilsinlər, səbrə tövsiyə etsinlər və nəticədə də saleh əməl yerinə yetirə bilsinlər.

İmanı saxlamaq bu mənadadır ki, insanlar şübhə və suallara cavab vermək üçün, bir-birinə elm və mərifət ötürməli, düyün və şübhəni həll etməklə, imanın qalıcı olmasına zəmin yaratmalıdır. Əlbətdə insan bəzən bu yolda yorulur və çətinliyə düşür. Amma unutmamalıyıq ki, saleh əməlləri yerinə yetirmək üçün, səbrə ehtiyacımız var. İnsanın iradəsini zəiflədən amillər də var ki, insanı doğru yolda addımlamaq və saleh əməlləri yerinə yetirməkdən uzaqlaşdırır. Amma bu maneələrin qarşısını almaq üçün, möminlər gərək bir-birini səbrə tövsiyə etsinlər.

 

 

İyirmi yeddinci dərsin xülasəsi

 

İnsanın nicatı

 

Əsr surəsinin 3-cü ayəsinə əsasən insanın xəsarətdən nicat tapması üçün dörd önəmli qaydaya ehtiyac vardır:

 

1 – Allaha iman

 

2 – Saleh əməl

 

3 – Haqqa tövsiyə (Bir-birini haqqa sifariş etmək)

 

4 – Səbrə tövsiyə (Bir-birini səbrə tövsiyə etmək)

 

İnsan haqq yolu görməlidir və bu da Allaha imanla yanaşıdır. Həmçinin insan gərək bu yolda addım atsın. (saleh əməl).

 

Əgər insan haqq yolu görməkdə problem ilə üzləşərsə, gərək bir-birini haqqa sifariş etməklə bu işi həll etsinlər. Eləcə də əgər yolu getməkdə problem yaranarsa, bir-birilərini səbrə tövsiyə etməklə bu problemi həll etməlidilər.

 

“İnsanlar xəsarətdən xilas olmaq üçün, gərək həm fərdi işdə və həmdə ümumi işlərdə kamala tərəf hərəkət etsinlər.

 

İnsan fərdi işlərdə iman və saleh əməl ilə, ümumi işlərdə isə haqqa və səbrə tövsiyə etməklə özünü xəsarətdən xilas etməlidir.

 

 

OXŞAR VIDEOLAR