Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (31.1)

Otuz birinci dərs

Ruhun inkişaf etməsi

 

İnsanşünaslığa aid olan dörd mövzudan biri də, insanın digər insanlar ilə münasibətidir. Quranın bir çox ayələrində Allah-taala insanlara xitab edərək, buyurur ki, insan başqalarının malını qəsb etməməli, onların mallarını ucuzlaşdırmamalı və onların mallarını öz dəyərində və münasib qiymətə almalı, insanları öldürməməli, onların cisminə zərər vurmamalı və abırlarını qorumalıdılar.

 

Mütəal Allah hücərat surəsində buyurur: “İnsanların abrını saxlayın, onların eybini üzlərinə vurmayın, zənn-güman etməyin, insanları pis ləqəb ilə çağırmayın, bir-birinizi yaxşı adlarla səsləyin. Sülhə tərəf gedin və dava etməyin. Bir-birinin iffətinə təcavüz etməyin və həyalı olun. Başqalarının namusuna toxunmayın”. (Hucərat, 11-13).

Əgər quran ayələrinə diqqət etsək, görərik ki, Allah-taala insanlara başqaları ilə münasibətdə ümumi olaraq aşağıdakı dörd şeyi tövsiyə edir:

 

1 – Başqalarının mallarını qorumaq və onlara qarşı məsuliyyətli olmağın vacibliyi. 2- Başqalarının canını qorumaq və bu işdə məsuliyyətli davranmaq. 3 – Başqalarının abrını qorumaq. 4 – Başqalarının namusunu qorumaq.

 

Deməli hər birimiz qeyd olunan dörd mövzuda başqalarının haqqını qorumalı və insanlara həmin sahələrdə zərər yetirməməliyik.

Gərək başqalarına qarşı kəramət, insaf və elm əsasında rəftar edək. Əgər insan başqalarına qarşı hüquq, əxlaq, fiqh və şəriət elmlərinə uyğun şəkildə riayət etsə, Allah dərgahında böyük mükafat qazanmış olar.

 

İnsan öz ruhunu böyütmək üçün, gərək əql və iradəsini inkişaf etdirsin. Bunun üçün o, öz müstəqil əqli ilə əqidə seçməli, kor-koranə və başqalarının sözü ilə heç bir əqidədəni qəbul etməməlidir.

 

İnsan iradəsinin tərbiyəsi üçün, iki mərhələyə ehtiyac vardır. Onlardan biri budur ki, insan öz iradəsini gücləndirməlidir. Bu ona görə lazımdır ki, insan güclü iradə vasitəsi ilə təbii meyllərinə nəzarət edə bilsin. Misal üçün insanın iradəsi güclü olsa, yemək, qəzəb, şəhvət və  digər meyllərə qarşı öz nəzarətini bərpa edə bilər. Bu məsələni bir qədər geniş izah etmək istəsək, oruc tutmaq və onun fəlsəfəsini misal gətirmək olar. Belə ki, insan oruc tutanda, öz nəfsinə və şəhvətinə nəzarət edir və oruc tutmaqla, nəfsini və şəhvətini tənzimləyə bilir. Bunun üçün də güclü iradə lazımdır.

Güclü iradəyə malik olmaq üçün də, təqvaya ehtiyac var.

Əgər insanın nəzarət qüvvəsi çoxalarsa, təqvası da artar. Allah-taala quranda buyurur ki, Sədəqə ver ki, dünyapərəstlik meyli nəzarət olunsun. Namaz qıl ki, iradə artsın və günahın müqabilində dayan. Əgər insan iradə cəhətindən inkişaf etsə, özünə hakim olar və təbii meyllərini nəzarətə alar. İnsan öz meyillərinə nəzarət etməklə, onları normallaşdırıb, düzgün qaydaya sala bilər. Yanlış meyillərdən azad olmaq, mənəvi azadlıqdır.

 

İnsanın tərbiyəsində ikinci mərhələ, öz meyllərini əhatə etməsidir. Yəni insan mənəvi cazibələrini yaşayış meydanına gətirib, mənəvi meyllərin inkişafı və həqiqətpərəstliyi bəsləməli və bu yolda müqavimət göstərməlidir.

 

Quran ayələrinə diqqət etsək, görərik ki, Allah insanı seçilmiş varlıq olaraq tanıtdırır. Bu səbəbdən də onun missiyası və məsuliyyəti var. İnsan təsadüfi səbəblərə görə dünyada qüdrətə malik olmayıb.

Bəşərə aid olan, fərdi, ictimai, cismi, ruhi, maddi, mənəvi, fikri, atifi və bu kimi bir çox istedadlar, islam təlimlərinin diqqət mərkəzindədir.

 

İnsanın ruhunun inkişaf etməsi, iki istiqamətdədir: 1 – Ağıl və fikrin bəslənməsi

Yəni insan öz ruhunu inkişaf etdirmək üçün, gərək fikri cəhətdən azad olsun və öz əcdadı, böyükləri və digər şəxslərin rəftarını təqlid etməkdən uzaqlaşıb, bu işdə nəfsi ilə mübarizə aparsın. İslam dini bu işə çox əhəmiyyət verir.

 

2- İradənin böyüdülməsi

İnsan gərək güclü iradə ilə, öz meyil və istəklərinə qarşı çıxıb, nəfsini mənəvi azadlığı və iradəsinin hakimiyyəti altına salsın.

 

 

Otuz birinci dərsin xülasəsi

 

Ruhun inkişafı

 

Quran  ayələrində  insanın  seçilmiş varlıq olduğundan  danışılır. Elə buna görə də insanın

 

 

 

missiya və məsuliyyəti var. İnsan təsadüfi səbəblərdən dünyada qüdrətə malik olmamışdır.

 

İnsanın bütün cəhətlərinin, o cümlədən fərdi, ictimai, cismi, ruhi, maddi, mənəvi, fikri və atifi istedadları, islam təlimlərinin diqqət mərkəzindədir.

 

İnsan ruhunun böyüməsi, iki sahədə diqqət mərkəzində olur:

 

1 – Ağıl və fikrin böyüdülməsi

Yəni fikri azadlığın qazanılması, əcdad və böyüklərin, eləcə də əksəriyyətin rəftarını təqlid etməmək və əksinə, bu yolda mübarizə aparmaq, İslamın əhəmiyyət verdiyi mövzulardan biridir.

 

2 – İradənin böyüdülməsi

Yəni nəfs üzərində malikiyyəti qazanıb, meyillərin hakimliyindən mənəvi azadlığa tərəf yüksəlmək.

 

OXŞAR VIDEOLAR