Saytımızda axtarın

     MENU
Məqalə

Quranın təfsir üsulları

Quranın təfsir üsulları

Qurandakı şəfaət ayələrindən nəticə almaq olar ki, qiyamətdə şəfaət vardır, amma onun da şərtləri mövcuddur. Bu şərtlər həm şəfaət edən, həm şəfaət olunan, həm də əmələ aiddir.

Birinci qrup- Şəfaəti inkar edən ayələr:

«Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir.» (Bəqərə surəsi, ayə 48)

İkinci qrup- Yəhudilərin baxışında şəfaəti inkar edən ayələr:

«Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi və onlara heç bir köməyin də göstərilməyəcəyi gündən çəkinin» (Bəqərə surəsi, ayə 123)

Onların əqidəsi belədir ki, biz peyğəmbərlərin övladıyıq və bizim günahımızın yükü nə qədər ağır olsa da, atalarımız bizə şəfaət edəcək.

«Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.

 (Maidə surəsi, ayə 18)

«Və dedilər: «Cənnətə yəhudi, ya xristiandan başqa əsla heç kəs daxil olmayacaqdır.» Bu, onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin.» Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.»

(Bəqərə surəsi, ayə 111,112)

Üçüncü qrup- Qiyamət günündə kafirlər qrupu üçün şəfi və şəfaətçinin olmadığı və ya şəfaətçilərin şəfaətinin onların halına fayda verməyəcəyini deyən ayələr.

«Yoxsa onlar onun təvil və yozumundan başqa bir şey gözləyirlər? (Onlar Quranın cəza və mükafat vədlərinin Qiyamətdə eynilə gerçəkləşməsindən başqa şey gözləyirlər?) Onun təvili gələn gün onu əvvəldən unutmuş kəslər «doğrudan da Rəbbimizin peyğəmbərləri bizə həqiqəti gətirdilər (lakin biz qəbul etmədik), buna görə də, görəsən (bu gün) bizim üçün bizə şəfaət edəcək şəfaətçilər varmı, yaxud etdiklərimizdən qeyrilərini yerinə yetirməyimiz üçün (dünyaya) qaytarıla bilərikmi?» deyəcəklər. (Xeyr) onlar (həmin gün) şübhəsiz özlərini ziyana uğratmışlar və iftira etdikləri (yalandan Allaha şərik qoşduqları) şey onların gözlərindən itib.» (Əraf surəsi, ayə 53)

«Çünki sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq». «Bizi yalnız günahkarlar (fəsad törədən alimlər, zalım hakimlər və azğın dostlar) azdırdılar». «İndi, (bu gün) bizim nə bir şəfaət edənimiz, nə də mehriban və səmimi bir dostumuz var». (Şuəra surəsi, ayə 98-101)

Dördüncü qrup-Bütlərin şəfaətçi olmasını tənqid edən ayələr.

(Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir».

(Ənam surəsi, ayə 94

«Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır». (Yunus surəsi, ayə 18)

«Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər».

(Yasin surəsi, ayə 23)

Beşinci qrup - elə ayələrdir ki, şəfaəti Allaha məxsus bilirlər və deyirlər ki, şəfaət bütünlüklə Allaha məxsusdur.

De: «Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram.»

(Ənam surəsi, ayə 15)

«Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Quran vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (İlahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz   versə,  ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (İlahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.» (Ənam surəsi, ayə 70)

De: «Şəfaət və vasitəçilik bütünlüklə (istər səbəb və nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə də axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur. (Çünki,) həqiqi mülkiyyət və göylərin və yerin hakimiyyəti Ona məxsusdur. (Ona görə ki, hər bir şeyin yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun əlindədir.) Sonra sizin hamınız Ona tərəf qaytarılacaqsınız.» (Zumər surəsi, ayə 44)

Altıncı qrup - elə ayələrdir ki, Allahdan qeyrisinin şəfaətini şərtlərlə də olsa şübhəsiz bir əsas kimi qəbul edirlər. Onun mühüm şərti budur ki, şəfaət Allahın izni ilə olmadan heç vaxt bir təsir etməyəcək.

«Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgü tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməl-lərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.»

 (Bəqərə surəsi, ayə 255)

«Həqiqətən sizin Rəbbiniz göyləri və yeri altı gün(ə bərabər olan bir müddət)də (yaxud altı gecə və gündüzdə, ya da altı mərhələdə) yaradan, sonra taxta (qüdrət və tədbir taxtına) hakim olan Allahdır. İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə edir. (Dünyanın səbəb və nəticələri arasında) Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur. Budur Rəbbiniz olan Allah. Buna görə də Ona ibadət edin. Heç öyüd-nəsihət almırsınız?»

(Yunus surəsi, ayə 3)

Bu ayələr qrupuna həmçinin Məryəm surəsinin 87-ci ayəsi, Taha surəsinin 109-cu ayəsi və Səba surəsinin 23-cü ayələrini misal çəkmək olar.

 

Yeddinci qrup- Qiyamət günündə şəfaət edəcək şəfaətçilərin xüsusiyyətlərini təyin edən ayələr.

«Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).» (Nəcm surəsi, ayə 26)

«(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!» (Qafir surəsi, ayə7)

Apardığımız araşdırmalara əsasən deyə bilərik ki, Quran bəzi şəfaətləri qəbul edir, bəzilərini isə qəbul etmir.

Q) Elmi kitablarda yayılmış nizamdan çıxmaq

Quran insanı hidayət etmək üçün bəzi yerlərdə bir sualın cavabı əvəzinə başqa suala cavab verir ki, bu sualın həmin şəkildə soruşulmalı olmadığını demək istəyir.

«Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir.» (Bəqərə surəsi, ayə 215)

Həmçinin görürsən cümlənin tərzini bir yerdə dəyişir ki, bu dəyişmənin özü də hidayətə xidmət edir.

«O gün ki, malın və oğulların bir faydası olma-yacaq».«Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (Şuəra surəsi, ayə 88,89)

Mal və övladdan söz getdiyi halda istiqamət dəyişərək sağlam qəlbə tərəf yönəlir.

Yəni Quran vəsflərin sayılmasında həssas yerə çatanda vəsf olunmuşlardan söz açır ki, bilmək məqsədi əməllə nəticələnsin və vəsflərdən vəsf olunmuşlara çatsın.

Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir.»

 (İbrahim surəsi, ayə 7)

Bu ayədə Allah vədəsini qeyd edir, əhdini isə işarə və təkvini yolla çatdırır. Çünki vəidə yox, vədəyə xilaf çıxmaq qəbahətli sayılır.

Bütün bunlara görə Quran ayələri bir-biri ilə təfsir olunmalıdır. Və necə də olmasın ki, Quran hər bir şey üçün nurdur.

«Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik.» (Nəhl surəsi, ayə 89)

Quran mütəşabih və möhkəm ayələrə bölündüyündən mütəşabihi möhkəmə çevirməklə mütəşabih ayənin mənası aydınlaşır.

Taha surəsinin 5-ci ayəsi və Fəcr surəsinin 22-ci ayələrinin zahiri mənasına əsasən Allahın cismi olma-sı fikri yaradılmış və Allahın ayaqları olduğu qeyd edilmişdir.

«Rəhman olan Allah (varlıq aləminin səltənət və hökmranlıq) taxtın(ın) üzərində qərar tutmuşdur».

«Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi».

Şura surəsinin 11-ci ayəsinə nəzərən yuxarıdakı ayələrin mənası aydın olur.

«(O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!»

Həmçinin Qiyamət surəsinin 22-ci, Ənam surəsinin 103-cü ayəsini misal olaraq çəkmək olar. 

«O gün neçə – neçə üzlər şad-xürrəm olacaq!» 

«Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.»

İmam Rza (ə) buyurmuşdur:

«Kim mütəşabihi möhkəmə çevirsə müstəqim sirata doğru hidayət olundu.» Sonra buyurdu: «Bizim hədislərimizdə də mütəşabih vardır. Onları də möhkəm hədislərə çevirin. Mütəşabih hədislərin ardınca getməkdən çəkinin ki, zəlalətə düşərsiniz.»

D) Bildiyimiz kimi Quranın batini və zahiri vardır və batininin də batini vardır. Quranın batini də batinlə dərk olunur.

«Sonra (başı qırxmaq, ehramdan çıxmaq və qüsl verərək təmizlik işləri aparmaqla) öz (bədənlərinin) bulaşıq və çirklərini yox etsinlər. Və öz (boyunlarında olan) nəzirlərinə vəfa etsinlər və həmin əziz, qədim və azad evin ətrafında təvaf etsinlər!»

Züreyh Məharibi bu ayədə «Təfəhhum»u İmam Sadiqdən (ə) İmamın görüşü kimi açıqlamışdır.

Abdullah ibn Sənan İmamın xidmətinə getmiş və həmin bu ayə haqqında soruşmuşdur.İmam(ə) buyurmuşdur: «Dırnağı tutmaq və bığı qısaltmaqdır.»

Sonra Abdullah ibn Sənan deyir: «Canım sənə fəda olsun! Səndən nəql olunur ki, buyurmuşsunuz:: «Təfəhhüm İmamın görüşüdür.»

İmam buyurur: «Züreyh də düz deyir, sən də düz deyirsən. Quranın zahiri və batini vardır.» Yəni İmamın görüşü bu ayədə ayənin batininə bağlıdır.

Sonra buyurur: « Züreyh kimilər belə məsələləri dərk edirlər.»

8) Məsum imamların hədislərinə müraciət.

Bu özü çox geniş mövzudur ki, bu kiçik məqalədə onu geniş izah etmək mümkün olmaz.

Məqaləni İmam Sadiqdən(ə) nəql olunan bir hədislə sona çatdırıram.

İmam Sadiqdən nəql olunmuşdur: «İzzət və cəlal sahibi olan Allahın kitabı dörd şeydən, ibarə, işarə, lətafət və həqiqətlərdən ibarətdir. İbarələr ümum üçün, işarələr xüsus üçün, lətifliklər övliyalar üçün, həqiqətlər isə peyğəmbərlər üçündür.»

 

 

 Məhəmməd Baqir Saivər

 

 

 

OXŞAR MƏQALƏLƏR