Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (1)

Loğman surəsinin təfsiri (1)

 

 Bismillahir rəhmanir rəhim.

Allah taala hidayətini səmavi kitabların vasitəsi ilə yerinə yetirir. Səmavi kitabları o vaxt nazil edib ki, insanın ruhu uyğun olsun, zaman cəhətindən də hazır olsun. Ramazan ayı Quranın baharıdır. Çünki insanın qəlbi hazırlanır, oruc ilə təqva kəsb edir və bu təqva səbəb olur Quranın hidayətindən faydalanıb, qidalansın.

Ramazan ayı bir fürsətdir insan özünü islah etsin, Allaha yaxınlaşsın, bir fürsətdir ki, insan ayılsın, oyansın və bir fürsətdir insan İlahi süfrədən qidalansın.

Allah taala Ramazan ayında böyük bir ziyafət açıbdır. Bu ziyafətin bir mənası da Quran ziyafətidir. İnsanın qəlbinə, ruhuna qida olur və bunun vasitəsilə insan dirçəlir. Hədislərimizdə var ki, “Oxuyun və gəlin yuxarıya”. Yəni, qiyamət günündə Cənnətə gedən insan, (Quranın ayələri qədər cənnətin dərəcələri var) hər ayə ilə ki, ünsiyyət tapıb və o ayəyə əməl edib, o ayə ilə yaşayıbsa, yuxarı dərəcəyə qalxacaq.

Loğman surəsinin təfsirinə başlayırıq.

Quranda Loğmanın hadisəsi təkcə bu surədə gəlibdir. Allah taala bu surədə, Loğmanın oğluna etdiyi bir sıra moizələrini gətiribdir. Lakin Loğmanın sözləri o qədər hikmətlidir  ki, Allah taala Loğmanın sözlərini “Kəlamullah” kimi nazil edibdir. İnsan o qədər yüksələr ki, danışıqları olar “Kəlamullah”. Bu böyük bir məqamdır ki, insanın danışığı “Kəlamullah” ola.

Loğman peyğəmbər deyildi. Lakin hikmət sahibi idi. Bu surənin əsnasında hikməti məna olunar və hikmətin mənşəyi izah olunar və hikmətli sözlər ki, Loğmandan bu surədə deyilib və bu surənin təfsirində var, xidmətinizə ərz edərik.

Bismillahir rəhmanir rəhim. Rəhman və rəhim Allahın adı ilə.

“Əlif Lam mim”

Bu ayə barəsində  çoxlu surələrdə söhbət olubdur. Bir mənası budur ki, bu hikmətli sözlər ki, Biz sizə nazil etmişik, həmin siz danışdığınız kəlmələrdən ibarətdir.

Görürsən ki, bəzən insan kəlmələri bir-birinin yanına düzür, söyüş alınır. Allah taala deyir, amma, Biz bu kəlmələri bir-birinin kənarında düzürük, olur hikmət.

Bəs, müşkül kəlmələrdə və ya əlifbada deyil, müşkül bəşərin özündədir ki, bu əlifbadan pis istifadə edir. Bu əlifba Allahın əlində olanda hikmət olur. Bəzi insanların əlində olanda söyüş olur.

Və buyurur ki, siz bu kəlmələrdən ədəb, elm və hikmət düzəldə bilərsiniz.

Bəs, bu möcüzə ki, Mən yaratmışam, onun materyalı sizin əlinizdə var. Eynilə bir binanın bir memar və ya mühəndisə tapşırsan, gözəl bir bina inşa edər. Əgər bu binanın bənna və yaxud mühəndislikdən anlamı olmayan birinə tapşırsan, xarab bir bina inşa edər.

Buyurur bu “Əlif lam mim” in bir mənası budur. Yəni ki, bu Quran, bu möcüzə ilə, bu hikmət ilə hamısı, həmin hərflərdən, həmin sözlərdən düzəlib ki, siz işlədirsiz.

“Tilkə ayatul kitabil həkim”. Onlar, hikmətli Kitabın ayələridir.

Burda “Tilkə” ni “onlar” kimi tərcümə etdim. Eyni halda ki, məqsədi Bu ayələrdir. Yəni, Allah taala buyurmaq istəyir ki, Bu ayələr, hikmətli kitabın ayələridir.

O qədər ayələrə ülvidir, mənaları ucadır ki , Allah taala “tilkə” və “zalikə” ilə işarə edir. Yəni, uzaqla “onlar”, o cənab. Bəzən biz də işlədərik, O cənab, eyni haldaki həmin şəxs yanımızda əyləşib. Onun əzəmətini bildirmək üçün, onun ucalığını bildirmək üçün uzaq işarəsi ilə işlədərik, nəinki, yaxın işarə ilə.

“O ayələr” məqsəd elə “bu ayələr”dir. Amma əzəmətə görə buyurur “tilkə”.

“Tilkə ayatul kitabil həkim”

Ayələrdir hikmətli kitabdan.

Hikmətin iki mənası var. Bir mənası möhkəm kitab. Yəni, o kitab ki, batil ona yol tapa bilməz. Təhrif oluna bilməz. Möhkəm bir qaladır.

Bir də məzmunu hikmətlidir.

Quran terminindəki  hikmət, indiki müasir terminlərdə işlədiləndən fərqlidir. İndiki müasir terminlərdə hikmətin, fəlsəfəyə yaxın  mənası vardır. Lakin, Quranın işlətdiyi o hikmət, təkcə fəlsəfəyə yaxın mənada deyil. Quran İsra surəsinin 17- 18 ayəsində Allahın ümumi qanunlarını insanın həyatında izah edir. Buyurur ki, Alaha şərik qoşmayın, ata-ananıza ehsan edin, zülm etməyin, adam öldürməyin, araşdırmamış söz qəbul və inkar etməyin, qulağınız, gözünüz, ağzınız məsuldur və cavab verməlisiniz.

Bunların bir hissəsi ailə barəsindədi, bir hissəsi etiqad barəsindədi, bir hissəsi iqtisadiyyat barəsindədi (baha satmayın, satış zamanı başqasını aldatmayın) İsra surəsinin ayəsində olan nöqtələri sayır və davamında buyurur ki, ya Rəsuləllah bunlar hikmətdir sənə vermişəm.

Görürsüzmü, hikmət həm etiqadi, həm əxlaqi, həm ictimai qanunlara işlənibdir.

O qanunlar ki, məsrəf tarixi yoxdur, ona hikmət deyərlər. Bəzi sözlər var, qəzet sözüdür, gündəlikdir, sabah qüvvədən düşər. Bəzi sözlər var, bir iki il dərdə dəyər. Misal üçün,  parlamentdə bir qanun qəbul edərlər, bu qanun beş-altı ildən sonra görərsən ki, müxtəlif səbəblərdən (zamana dəyişilər və ya anlayarlar ki, səhv qanun qəbul ediblər) dəyişilər.

Bəzi qanunlar var ki, 5-6 illik deyil, 50-60 il və ya yeni nəzəriyyə gələndən sonra o biri nəzəriyyə ləğv olar.

O qanun ki, heç vaxt ləğv olmaz, bəşər həyatında ona həmişə ehtiyaclıdır, məsrəf tarixi yoxdur və həmişə bəşərə nurdur, o qanun hikmətdir.

Qurani kərim hikmətdir. Əvvəla, buna görə hikmətdir ki, batil ona yol tapa bilməz, ikinci cəhətdən buna görə hikmətdir ki, məsrəf tarixi yoxdur ki, bu əsrə və yaxud keçən əsrə aid olsun. Bu nəsil insanlara aid olsun, gələn nəsil insanlara  aid olmasın. O qanunlar ki, istər ailə sahəsindədi, istər iqtisad sahəsindədi, istər etiqad sahəsindədi, istər ictimada bir-biriləri ilə əlaqə sahəsindədi, bunların hamısında məsrəf tarixi yoxdur, həmişə insana xeyri var, həmişə nurdur və bu hikmətdir.

Buyurur bu, hikmətli kitabın, möhtəvalı və möhkəm kitabın ayələridir.

“Hudən və rəhmətən lil muhsinin”

Bu ayələr və bu kitab, hidayətdir və hidayətdən əlavə rəhmətdir, yaxşı adamlara. (muhsin insanlara)

Qurani kərimdə Bəqərə surəsinin 2-ci ayəsində buyurulur ki, “Bu kitab təqvalılara hidayətdir”.

Təqvalı ona deyərlər ki, haqqı qəbul etməklik ruhu insanda diri ola. Bəzi insanlar var ki, o qədər kinəlidirlər, qəlbələri o qədər günahla doludur ki, haqqa təslim olmaq ruhiyyələri yoxdur. Onlar ki, haqqa təslimçilik ruhiyyələri var, belə insanlar təqvalıdır.

Qurani kərim hamı üçün gəlib, amma müttəqinin qapısı açıqdır. Çünki, onda təslimçilik ruhu vardır. Bundan yuxarı mərhələ isə (təslimdən sonra, ehtiyac var) əməldir. İnsan gərək əməl edə. Onlar ki, əməl edərlər, mömin sayılarlar. Onda olur, “Hudən və buşra lil muminin”.  Möminlərə hidayət və bəşarətdir. (Nəml surəsi)

Bəs, birinci mərhələ təslim olmaq mərhələsidir ki, insan olar müttəqi, təqvalı.

İkinci mərhələ isə, insan təslim olandan sonra, qəlbi iman gətirə və əməl də edə. Həyatında tətbiq edə. Bu olar mömin.

Bəs, təslimçilikdən sonra iman gətrdi, əməl məqamında da həyatında bunu tətbiq etdi.

Təslim, iman, əməl, olar Muhsin.

O vaxt ki, insan muhsin oldu, buna bəşarətdən əlavə rəhmət də verərlər. Məqsədə çatdırarlar.

İnsan ruhu gərək  əvvəldə bir cür olmalıdır ki, haqqa təslim olmağa hazırlığı ola, bu olar Müttəqi.

O vaxt ki, haqqı eşitdi, əməldə iman gətirə, əməldə təsdiq edə, bu olar Mömin.

Təsdiq etdikdən sonra, həyata keçirə. Həyata keçirərsə, bu olar Muhsin.

Muhsin o adama deyərlər ki, onun nəinki zatı düzdü, bəlkə əməli də düzdür. İman gətirməyindən əlavə, həyatında da o göstərişləri tətbiq edib və yaşayıbdır. Bu insan nə təkcə hidayət oldu, bəlkə hidayətdən sonra, Allah bəşarət verdi və əlavə olaraq rəhmət də buna nazil etdi. “Hudən və rəhmətən lil muhsinin”

Bəs, bir ayə buyurur; “Hudən lil muttəqin”, bir ayə buyurur; “Hudən və buşra lil muminin”, bir ayə isə yüksək buyurur; “Hudən və rəhmətən lil muhsinin”.

Muhsin yəni, gözəl iş görən və gözəl adam mənasınadır. Həm içəridən düzdür, həm də əməli düzdür. Bəzi insanlar vardır ki, nə içəriləri düzdür, nədəki, əməlləri düzdür. Qurani kərim Məsəd surəsində buyurur; Əbu Ləhəbin həm iki əli kəsilsin, həm özü.

İki əli kəsilsin, yəni ki, əməlləri zaydır, özü kəsilsin, yəni, özü də zaydır.

İnsan bəzən, həm içəridən özü xarab olar, həm də əməlləri xarab olar. Bəzi insanlar var, əksinədir, Həm zatları düzdür, həm də əməlləri düzdür. O ki, içəridən pak ola və əməli də pak ola, belə bir insana Muhsin deyərlər.

Buyurur ki, bu adam, bu muhsin insan, üç məsələdə diqqət edibdir və bu üç məsələdə yaşayır.

Biri budur ki, Allahı ilə əlaqəsini düzəldibdir. “Əlləzinə yuqimunə səlat”. Muhsin odur ki, namaz bərpa edir. “Yuqimunə” yəni, namaz dində sütundu, daha bu qılınmalı deyil, bəlkə bərpa edilməlidir. Sütunu bərpa edərlər.

Buyurur, muhsin odur ki, sütunu bərpa edər, namaz qılar.

“Və yutunəz-zəkat”. Və zəkat verər.

 “Və hum bil axirəti hum yuqinun". O halda ki, bu adamların axirətə də yəqinləri vardır.

“Hum bil axirəti hum yuqinun". Yəni, içəriləri düzdür. Axirətə yəqinlə yaşayırlar. Axirətə inanır və elə yaşayırlar. Buna görə də içəriləri düzdür. Eşikdə də əməlləri düzdür. Əməllərin düzlüyü də  “yuqimunə səlat”, “və yutunəz-zəkat”. Həm namaz bərpa edərlər, həm də zəkat verərlər. Niyə ikisi? Həm namaz, həm zəkat? Çünki, namaz Allahla əlaqədir, zəkat isə xalqla əlaqədir. O ki, yaxşı adamdır, həm Allahla əlaqəsini düzəldər, namaz simvoludur. Yaxşı adam, həm də xalqla əlaqəsini düzəldər, zəkat onun simvoludur.

Şeyx Tusi “Tebyan” təfsirində, istəyir bu ayəni “Mədəni” ayəsi elan etsin. Bu ayədə “zəkat” kəlməsi olduğuna görə, buyurur ki, bu ayə “Mədəni” ayədir. Surə “Məkki”dir, lakin bu ayə “Mədəni”dir.

Amma bilməliyik ki, zəkat kəlməsinin iki mənası vardır. Bir zəkat mənası, vacibi zəkatdır, o Mədinədə nazil olubdur. Zəkat 9 şeyə öz nisabıyla, səhmi ilə vacibdir ki, şəriət mələlələrində gəlibdir. O cür düsturları ilə, bu ayə Mədinədə nazil olub.

Amma zəkat, ümumi mənadadır. Allah yolunda sədəqə vermək və infaq mənasındadır, yəni ki, Allah yolunda başqasına kömək edib əlindən tutmaq deməkdir. Bu infaq həm fitridir, həm Məkkədə də var idi, həm də dindən qabaq əql buna hökm edir. “Məkki” ayələrində də “yutunəz-zəkat” bu mənaya, gəlibdir.

Bəs, bu ayədəki kəlmədən anlaşılır ki, bu insan namaz qılar (yəni, Allahı ilə əlaqəsi olar, Allahla əlaqəni kəsməz) və yoxsullara, fəqirlərə kömək edən, infaq əhlidir.

O adam ki, əməlləri bu iki işdə düzdür. Zatı da, yəqini var və arxayındı qiyamət gününə. Qiyamət gününə yəqinlə yaşayır. Zatı pak, əməli pak, belə şəxs olar Muhsin..

Elə ki, bu adam muhsin oldu, Allah taala buyurur ki, “Uləikə əla hudən min rəbbihim” Bu insan Allah tərəfindən hidayət üzərindədi. Bu hidayət, mükafat hidayətidir. Yəni, məqsədinə çatıbdır.

Quranda hidayət iki mənada gəlib.

Birincisi, yol göstərməkdir ki, Allah taala hamıya yol göstərər. “Hudən lin-nas” yəni, tamam insanlara Biz yolu göstərmişik. Bəzi insanlar bu yola təslim olarlar, bunlar olar, “hudən lil-muttəqin”. Bəzi insanlar təslimçilik ruhu ilə yolu düşünüb iman gətirərlər “hudən və buşra lil-muminin”. Bəzi insanlar əməldə də həyata keçirərlər və bu yolu gedərlər. O vaxt ki, bu yolu getdilər məqsədlərinə çatarlar. Elə ki, məqsədə çatdılar “Uləikə əla hudən min rəbbihim” bunlar hidayət tapdılar, bunlar məqsədlərinə çatdılar, indi hidayət üzərində yaşayırlar. O adam ki, hidayət üzərində yaşayır, başqasını da apara bilər. Bu adam hidayətin üstündədi. Hidayət buna elə bil, mərkəbdir, elə bil, minik vasitəsidir bu da onun üzərində gedir.

“Və uləikə humul muflihun”

Nicat budur ki, insan məqsədə çata. Nicat tapmaq budur ki, insan həyatında hidayətə yetişə.

Bu ayələrdə bir nöqtə vardır, o da budur ki, bəzi insanlar var dünya axtararlar, axirət axtarmazlar. Beləsi insan fəqət dünya dalınca olar. “Rəbbəna atina fid dunya” Mənə dünyada ver, dünyam olsun. “Rəbbəna atina fid dunya həsənə” dünyada “həsənə” ver, demir. Deyir, “Rəbbəna atina fid dunya”.

Bəqərə surəsində buyurur ki, bəzi insanlar belə deyərlər, “atina fid dunya”.

Davamında buyurur ki, bəzi insanlar belə deyillər, dünya axtarsalar da “Rəbbəna atina fid dunya həsənə” dünyada “həsənə” axtararlar. “Həsənə” yəni, halal, pak mal, halal yol.

O vaxt ki, insan dünyada “həsənə” axtarsa onun axirəti də olar.  Amma təkcə dünya axtarsa, “həsənə” axtarmasa, Allah taala buyurur ki, “Bunun axirətdə heç səhmi olmaz”.

Ona görə də insan gərək axirətə yəqini ola, axirət üçün çalışa, elə ki, axirət üçün çalışdı, dünyada da bir şey axtarsa, “həsənə” axtarsın nəinki, fəqət dünya...

OXŞAR VIDEOLAR