Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (18)

Loğman surəsinin təfsiri (18)

 

Bismillahir rəhmanir rəhim

“Ya əyyuhən nas ittəqu rəbbəkum vəxşəv yəvmən la yəczi validun ən vələdihi və la məvludun huvə cazin ən validihi şəya

Bu ayə Loğman surəsinin 33-cü ayəsidir. Allah taala keçmiş moizələrin xülasəsini bu ayələrdə buyurur.

Buyurur ki, tövhidin fikrində, qiyamətin fikrində olun. Moizələrin qısası bu ikisidir. Bu ikisini unutma. Allahı və Qiyamət gününü unutma. “Ya əyyuhən nas” özü də tamam insanlara xitab edir.

Quranın xitablarının bəzisi möminlərədir “Ya əyyuhəl ləzinə amənu kutibə ələykumus siyam” Oruc sizə yazılıbdır, çünki insan əvvəla gərək Allaha iman gətirə, sonra ardından əhkam və şəriət gələr. Bəs, bir sıra xitablar möminlərədir.

Bir sıra xitablar, əhli kitaba, nəsarayadır. “Ya əhləl kitab”.

Bir sıra xitablar isə ümumbəşəridir, hamı üçündür. Millətindən, dinindən asılı olmayaraq hamı gərək bu nöqtəni öz həyatında tapa. Allahı tapa və Qiyamətin fikrində ola.

“Ya əyyuhən nas” Ey cammat, ey insanlar “ittəqu rəbbəkum” Allaha nisbət təqvalı olun, həyatınızda Allahı unutmayın, günah etməyin, Allahın göstərişlərindən çıxmayın. “vəxşəv yəvmən” bir gündən qorxun ki, “la yəczi validun ən vələdihi” bir ata öz övladına heç bir fayda verə bilməyəcək və la məvludun huvə cazin ən validihi” və həmçinin bir uşaq da ataya heç bir şeylə kara gələ bilməyəcək.

Övlad, dünyada ata qocalan zaman və ya xəstələnən zaman, onu xəstəxanaya aparardı və onun qulluğunda olardı. Amma axirət aləmində, hamı özünün taleyinə, hamı özünün səadətinə məşğul olur. Buyurur, o gündən qorxun ki, hamı özünün nicat tapmağının fikrindədir.

“İnnə vədəllah həqqun” Allahın vədəsi haqdır. Yəni, qiyamət məsələsi, Allahın vədəsidir və haqdır.

Quranda vədə sözünün iki mənası var. Birincisi, vədə xoş xəbərlərə deyərlər, “vəid” müqabilində. (“Vəid” yəni, bəd xəbərlər)

İkincisinin isə, ümumi mənası var. Həm xoş xəbərin, həm də bəd xəbərin ikisinə də vədə deyərlər.

Allahın vədəsi qiyamətə nisbət haqdır. Həm təqvalılara olan vədəsi ki, xoş xəbərdir, bəşarətdir, həm də təqvasızlara olan vədəsi ki, bəd xəbərdir, inzardır.

Allah taala vədə verib qiyamət olacaqdır, hesab-kitab olacaqdır və insanın ruhunun əbədiliyi də onu göstərir. Allahın hikmətinin və ədalətinin də iqtizası odur. Eyni halda, bu sübutlardan əlavə Allah taala vədə də veribdir.

Yəni, qiyamətin sübutları müxtəlif cəhətlərdəndir. Biri, insanşünaslıq cəhətindəndir. İnsan öz ruhu ilə tanış olsa, bilər ki, ruh əbədidir. Ruh, cisim kimi deyil ki, qəbristanda çürüyə. Ruh əbədidir.

Əgər Allahla tanış olsa (Allahın hikməti var, ədaləti var) bunlar iqtiza edər ki, qiyamət günü olsun. Bunlardan əlavə də Allahın verdiyi vədəsidir. Allah taala Quranda qiyamətin olmağını vədə veribdir. “İnnə vədəllah həqqun”

Dünyada iki şey insanı çaşdırar. Birincisi, insanın içərisi. İnsan bəzən nəfsi ilə yönələr və günah edər. Bəzən insan öz nəfsini kontrol edə bilər, amma pis dost, şeytan və ya insanın ətrafındakılar onu aldadarlar.

Bəs, insanın aldanmağının iki səbəbi var. Birincisi, içəridən, daxildən aldanmaq (burada insan özünü pak etməyib, özünü tərbiyə etməyib ki, aldanır) İkincisi isə, xaricdən aldanmaq (pis dost, pis mühit, şeytan insanı çaşdırır və insan aldanır)

Bəzi insanların hər iki cəhətdən qalaları var. Birincisi içəridən, boş işlərin arxası ilə getməzlər, günah arxası ilə getməzlər. Muminun surəsində buyurur ki, möminlərin sifətlərindən biri budur ki, bunlar ləğvdən uzaq olarlar. Ləğv yəni, boş iş deməkdir. Boş işlərdən qaçarlar, bunlar faydasız işlərin dalınca getməzlər. (Yəni, içərilərində belədirlər)

İkinci məsələ isə, Nur surəsində buyurur, bunları heç nə Allahın zikrindən uzaq edə bilməz. Bunları nə ticarət, nə alver Allah zikrindən uzaq edə bilər. Xaricdə olan amillər Allahı bunların əlindən ala bilməz.

Bəs, nə özləri gedərlər, nə də başqaları bunları apara bilərlər. Bunlar kamil insanlardır. Həm özlərinin içəridən qalaları vardır, ləğvə, boş işə tərəf, günaha tərəf yönəlməzlər, həm də xaricdən bunlara təsir qoymaq və günaha tərəf aparmaq olmaz.

Bəzi insanlar belə deyillər, naqisdirlər. Ya iki tərəfli naqisdirlər, ya da bir tərəfli naqisdirlər. Ona görə, Allah taala Loğman surəsinin bu ayəsində, bu iki insanın zəif nöqtəsinə (biri içəridən, digəri isə xaricdən) işarə edir.

Buyurur ki, “fəla təğurrənnəkumul həyatud dunya” sizi dünya həyatı aldatmasın. Yəni, daxildəki nəfsinizi bir cür kontrol edin ki, dünya cazibələri sizi özünə tərəf çəkməsin. İnsan əgər özünü içəridə tərbiyə etməsə, dünya cazibəsinə cəzb olar. Nəfsi, dünya gözəlliklərinə bağlanar və məşğul olar. Allahdan uzaq olar, qiyamət gününü fikirləşməz və özünün mənəviyyəti yaddan çıxar. “Nəsulla fəənsahum ənfusəkum” Bəzi insanlar var ki, bunlar öz həyatlarında Allahı unudarlar. Elə ki, Allahı unutdular, nəticəsi belə olar, (Allah onlara belə cəza verər) özlərini də unudarlar. Özlərini unutmaqdan məqsəd budur ki, unudan da özləridir, unudulmuş da özləridir. İnsanın iki hissəsi vardır. Bir, bədən hissəsi var (torpaq hissəsi, maddi hissəsi, nəfsani hissəsi) Bir də, ilahi mələkuti, ülvi hissəsi var. İnsan o vaxt ki, Allahı unutdu, o mələkuti hissəsini unudar, ülvi hissəsini unudar. Daha kamalının fikrində olmaz, dünya ləzzətinin fikrində olar. Daha ülvi müqəddəsliyinin, mələkut aləminə uçmağının fikrində olmaz. Belə bir şəxs fəqət heyvani hisslərini qidalandırmaq fikrində olar. Dünya həyatının cazibəsinin fikrində olar.

Ayə buyurur ki, “fəla təğurrənnəkumul həyatud dunya” Dünya həyatı sizi aldatmasın. İçərinizi təmizləyin. Ruhunuzu, mənəviyyətinizi becərdin. Qoymayın sizə fəqət bədən hakim olsun, qoymayın sizə fəqət nəfsiniz hakim olsun. Mənəvi tərəfinizi, mələkuti tərəfinizi və ruhi tərəfinizi də ucaldın taki, o hakim olsun.

İnsan gərək imkan verməyə əqli, nəfsinə əsir olsun. Əmirəl-möminin (ə) Nəhcül-bəlağədə buyurur ki, bir sıra əqllər var ki, bu əsirdir. İnsanın kamal tərəfində olsa, şaquli həyata, mənəvi həyata tərəf dirçəlsə, normal budur ki, əql hakim olar, həvayi-həvəs əqlin kontrolunda olar, şəhvət və qəzəb əqlin kontrolunda olar. Bəzən insan daxildən xarabdır. Əgər daxildən xarab olarsa, o zaman əksinə yaşayar. Əmirəl-möminin (ə) buyurur, əks yaşamaq nədir? İnsanın şəhvət və qəzəbi yuxarı gələr, əqli isə aşağı gedər. O vaxt ki, beyin aşağı gəldi və ayaq yuxarı getdi, insanın şəhvət və qəzəbi hakim olar, əqli isə əsir olar.

Əql əsir oldusa, əqldən əsgər kimi faydalanarlar nəinki, komandir kimi. Əsgər odur ki, ona gösəriş verilən proqramı yerinə yetirər, daha özü göstəriş verməz. Həva-həvəs nə göstəriş verdisə, əql o göstərişə uyğun xəritə çəkər, o göstərişə uyğun rəsim çəkər. Bu cür hiylə və hoqqadan çıxmaq əsir əqlin nəticəsidir. Buyurur, sizi aldatmasın, əqlinizi əsir etməyin, ruhunuzu əsir etməyin.

Hədislərimizdə və ayələrdə də var ki, bəzi insanların canları, əməllərinin girovunda olar. “Kullu nəfsin bima kəsəbət rəhinə” O vaxt ki, can, əməlin girovunda oldu, əməl bunu hara istəsə aparar. Günah əməllər, o canı alədə edər, çünki onun girovundadır. Buyurur, xilas edin özünüzü, azad edin özünüzü. Canınızı günahdan azad edin, əqlinizi əsarətdən azad edin. Bəs, bir aldadıcı özünüzdür. Özünüzə nəzarət edin, özünüzü kontrol edin.

“və la yəğurrənnəkum billahil ğərur” Aldadan da sizi aldatmasın. Allaha nisbət, o aldadan şeytan, pis dost, hər nə ki, “ğərur”du sizi aldatmasın. Həm içəridən qala düzəldin (ibadətlə, mənəviyyətlə, nəzarətlə) həm də eşiyə nisbət özünüzün qalanız olsun. Allahın qalasına daxil olsanız, eşikdən atılan oxlar sizə dəyməz...

OXŞAR VIDEOLAR