Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (2)

Loğman surəsinin təfsiri (2)

 

 Bismillahir rəhmanir rəhim.

“Və minən-nasi mən yəştəri ləhvəl hədis liyuzillə ən səbililləhi biğəyri ilmin və yəttəxizəha huzuva”

İnsanlar dünyada iki cür ticarət edirlər. Biri budur ki, maddi və iqtisadiyyatları üçün ticarət edirlər. (Misal üçün mal alıb satmaq kimi)

İkincisi isə, mənəviyyatlarını düzəltək və ya xarab etmək üçün ticarət edirlər. Bu ticarət, Qurani-kərimdə “ticarət, al-ver” kəlməsi ilə işlənib.

Quran buyurur ki, bəzi insanlar imanlarını verirlər və küfr alırlar. Allaha olan imanı, qiyamət gününə olan imanı satırlar, əvəzinə küfr alırlar. Yaxud dünya həyatlarını alırlar, axirət həyatlarını satırlar. Burda insan xəsarətə (ziyana) düşür. Buna bənzər  ticarət, bəzən elə pul xərcləməklə də olur, səfərə çıxmaqla da olur.

Bəzi insanlar  var ki, Quran bunları ağılsız insanlar bilir. Çünki, onlar  gedirlər Allahın dininin və Quranın ayələrinin qarşısını alsınar.

Quran İbrahim, İshaq, Yəqub, Musa peyğəmbərlərdən danışır və bunlarla insanı hidayət edir. Lakin bir dəstə insanlar səfərə çıxırlar, pul xərcləyirlər və başqa ölkələrdən nağıllar və romanlar alıb gətirirdilər. Bu nağıllarla camaata demək istəyirdilər ki, əgər Quran sizə İbrahim, Yusif, Musa peyğəmbərin hadisəsini deyirsə, mən də sizə filan padişahın, filan əfsanənin hadisəsini nəql edirəm. Öz nəzərlərində bunun vasitəsilə istəyirdilər ki, Quranın qapısını bağlasınlar və insanları özlərinə tərəf cəlb etsinlər.

Allah taala burada bu məsələyə işarə edir. 

“Və minən-nas” bir dəstə insanlar, mən yəştəri ləhvəl hədis” gedirlər alırlar ləhvul hədis. “Ləhvul hədis” yəni, o sözlərdir ki, bihudə və mənasızdır. Bəzi sözlər hikmətdir.”Ayatul kitabil həkim”.  Keçən ayələrdə dedik “Sizə mən hikmət deyirəm”. Düzdür ki, bəzən sizə hikməti qissə yolu ilə deyirəm. İbrahim peyğəmbərin hadisəsi  ilə hikmət deyirəm. Yusif peyğəmbərin hadisəsi  ilə hikmət deyirəm. Amma məqsədim sizə hikmət verməkdir.

Amma bəzi romanlar var ki, məqsəd hikmət vermək deyil, bəlkə məqsəd insanları məşğul etməkdir, insanların vaxtını almaqdır.

Ayədə buyurulur, bəzi insanlar gedirlər, pul xərcləyirlər, səfərə çıxırlar taki, bir sıra məşğuledici (ki, “Ləhv”dir, insanın fəqət  vaxtını alır, insanın fəqət ömrünü alır, insana bir şey vermir, insana hikmət vermir) alırlar, “liyuzillə ən səbililləhi” taki, insanları  Allah yolundan azdırsınlar, “biğəyri ilmin” nadanlıqlarına görə və Allahın yolunu da lağa qoysunlar.

Bəzən görürük, uşaq ağlayanda ona süd əvəzinə başqa bir şey verərlər ki, uşaq ağlamasın. O uşağa verilən süd deyil, nə də ki, yeməli bir şeydir, amma onun vasitəsilə uşağın ağlamasının qarşısını alırlar.

Yaşadığımız dünyada belə şeylər çoxdur. Həqiqətin, hikmətin və maarifin əvəzinə, insanlara məşğuledici düşüncələr verərlər, məşğuledici oyunlarla insanı məşğul edərlər. Nəticədə insanın ömrünü, vaxtını, ruhunu, qəlbini alarlar. Bəzən də insan ruhunu ləkələyərlər və qəlbini qaranlıqlaşdırarlar.

Buyurur, bu insanlar ki, beləsi al-verə düşürlər, Quran başqa ayələrdə buyurur, bəzi tacirlər var ki, özləri ölüdürlər. Əgər özləri, ruhları ölü olarsa, belə ticarətlərdə də qazanmazlar. Çünki, ölü ruh düzgün al-ver edə bilməz. Buyurur,  “Kanu qovmən bura” Bəzi qövmlər var ki, bairdilər. İnsanlar özləri bairdirlər. Bair bir termindir. Ağac bitməyən, ölü bir yerə bair deyərlər. Buyurur bunlardan ağac bitməz, çünki, bunlar içəridən ölüblər, ölü yer də münbit ağaclar bitirməz. Bunlar həyatda səadətlərinin, dirçəlişlərinin, kamallarının arxasınca deyillər. “Qovmən bura” Ölü yerdilər.

Başqa bir ayədə buyurulur, “fə ma rəbihat ticarətuhum” Bu al-verlərində qazanmazlar. Ticarətlərindən xeyir götürə bilməzlər.

Bəs, fəza budur, şəni-nuzul da bunu gəstərir. Amma düzdür ki, “ləhvəl hədis” kəlməsinin bir nümunəsi ayənin şəni-nuzulunda gəlib. Yəni o romanlar, o əfsanələr ki, insanın fəqət vaxtını tutur.

Amma bizim bəzi hədislərimizdə var, bəzi haram musiqilər də “ləhvəl hədis”dir. İnsanın vaxtını alır, insanı süni həyata sürükləyir, insanı həqiqi həyatdan uzaqlaşdırır. Onlar da tətbiq olunub bu ayəyə ki, sonralar geniş ərz edərəm.

Ayənin davamında Allah taala buyurur ki, “uləikə ləhum əzabun muhin”  Bunlar üçün xaredici və zəliledici əzab var.

Əzab Quranda iki cürdür. Biri cism əzabıdır. Quran buyurur, O vaxt ki, onların dərilərini yandırırıq, yenidən dəri bitiririk və yenə o dəriyi yandırırıq. Bu dəri yandırmaq cismanı əzabdır.

Digər əzab isə, mənəvi əzabdır. “Əzabəl xezy” rüsvay edən əzab, abır aparan əzablar kimi. Muhin” yəni rüsvaylıq. Çünki bu dünyada bunların fikri-zikri bu idi ki, dini lağa qoysunlar, dinin, dindarın abrını aparsınlar. Bu kimi fikirlər onların şəhvətlərinə, dünya maraqlarına və nəfslərinin müşküllərinə  görə idi. Bəzi adamların müşkülləri bilməmək deyil, onların müşkülləri nadanlıqdır. Yəni, şübhə deyil, şəhvətdir. Yəni, belə deyildir ki, yolu görmürdü, bəlkə həyatda başqa maraqları  var. Ona görə də, belə bir adam dini lağa qoyur. Çünki, bunu məqam, sərvət, vəzifə çaşdırıb. Bu çaşdırmalar səbəb olub ki, dini lağa qoysun. Bu dünya maraqları səbəb olubdur ki, özünü yuxarı tutsun, dini və dindarı isə aşağı saysın.

Buyurur ki, qiyamət günü buna təkcə cism əzabı verilməyəcək, buna xaredici əzab da veriləcək.

“İza tutla ələyhi ayatuna”  O vaxt ki, bizim ayələrimiz buna tilavət olunurdu  “Vəlla mustəkbira”  Bu təkəbbürlə üz çevirirdi. Yəni, o qədər özünü yuxarı tuturdu ki, özünü qulaq asmağa endirmirdi. Bəzi insanların təkəbbürlükdən qulaq asmaq hissi ölübdür.

Buyurur, “Kəən ləm yəsməəha” Elə bil eşitmir. Eşidir, amma elə bil eşitmir. İnsan bəzən bir ruhiyyəyə düşər, o ruhiyyə təkəbbür ruhiyyəsidir və nəticədə elə bil ki, başqasının sözünü eşitmir. O qədər sərvətə, vəzifəyə, dünyaya sərxoş olubdur ki, daha elə bil ki, başqasının sözünü eşitmir. Elə bil qulağında ağırlıq var. Qulağı var, amma qulağında ağırlıq var, eşitmə qüvvəsi zəifləyib. Eşitmə qüvvəsinin zəifləməsi cismindən deyil, bəlkə, ruhunun problemidir. Təkəbbür ruhu, sərxoş olma ruhu səbəb olubdur ki, başqalarını əksik görsün, başqa təfəkkürləri, başqa məktəbləri, başqa fikir sahiblərini lağa qoysun.

Buyurur ki,  “Fəbəşşirhu bi əzabin əlim” Eybi yoxdur, ona sən müjdə ver. “Bəşşirhu” Allahın burda kinayə (söz atmasıdır) yəni, o sizi necə məsxərə edirsə, siz də ona bəşarət verin. Allah taala demir ki, onu qorxudun, bəlkə  bəşarət verin buyurur. Deyir, muştuluq olsun sənə dərdli əzab. Sən ki, bizi lağa qoyursan, biz də sənə bəşarət veririk. Bizim bəşarətimiz nədir? Əzabdır, dərdli əzabdır.

Bu ruhiyyə insanın daxilini kontrol etmədiyindən irəli gələr. İnsan gərək ruhunda elə bir təmizlik apara ki, haqqa nisbət təslim ola. Təkəbbür və eqoistlik mənəvi bir maneədir. Quran İsra surəsində buyurur, bir sıra maneələr vardır ki, “hicabən məstura”dır. “Hicab” yəni, maneə. “Məstur” yəni, gizli, gizli maneə. Bəzi maneələr vardır ki, aşkar maneədir. Məsələn, divar başqa yerə maneədir, pərdə maneədir.

Amma təkəbbür, kin bunlar gizli maneədir. Bunlar qəlbdə olar, görünməyən maneədirlər. Bu maneələr olsa insan haqqı görməz, haqqı eşitməz. İnsan gərək bunları da düzəldə.

İnsan bir şeyi görməsə iki amildən irəli gələr. Biri budur ki, əşyanın üstündə pərdə var və onu görə bilmir. Misal üçün, kitabı görmür çünki, üzərində bir pərdə var.

Bəzən isə insanın gözündə pərdə olar, qulağında pərdə olar. Müşkül insanın özündə olar. Bu “hicabən məstura”dır, gizli hicabdır. Bu gizli hicab səbəb olar ki, belə insan haqqı eşitməsin və haqqı görməsin. Buyurur ki, bəzi insanlar bu cürdürlər.

Qarşı tərəfdəki insanlar ki, muhsin idilər və muhsinlikləri bundan idi ki, həm imanları var idi, həm saleh iş görürdülər. Həm içəriləri düz idi, həm əməlləri düz idi.

Quran buyurur, “İnnəl ləzinə amənu və əmilus salihat” onlar ki, iman gətiriblər və saleh iş görüblər, “ləhum cənnatun nəim” onlar nemətli cənnətlərdə yaşayacaqlar.

Bir dəstə insanlar “əzabul muhin”də rüsvayedici əzabda, bəziləri isə nemətdolu cənnətlərdə yaşayacaqlar.

 

 

OXŞAR VIDEOLAR