Loğman surəsinin təfsiri (4)
Loğman surəsinin təfsiri (4)
Bismillahir rəhmanir rəhim.
“Xələqəs-səmavati biğəyri əmədin tərəvnəha”. Allah taala bu ayələrdə öz məxluqatından birazını izah edir. O məxluqat ki, insanın dünyada sakit yaşamasına hazırlıq yaradıbdır. Allah taala proqramla insanı dünyada yaşadıbdır. Yəni, insanın xilqətində məqsəd var. Allah taala aləmi elə yaradıbdır ki, yer kürəsində sakit yaşayış üçün şərait olsun. İkinci etapda həmin yer kürəsində müxtəlif heyvanlar yaradıb. Üçüncü etapda həmin yer kürəsində bu heyvanlara su və qida yaradıb. Beləliklə, bu aləmdən ikinci mənzilə köçənə qədər, Allah taala insana şərait yaradıb taki, insan bu yerdə sakin ola bilsin və yaşaya bilsin.
Bəs, Allah taala birinci mənzil üçün insana şərait yaradıb. Buyurur, baxın, Allah göyləri sütunsuz yaradıb, bu göylər, bu qalaktika, cazibə qüvvəsilə göydə dayanır. Yeri dağlarlarla möhkəmlədib. Dağlar, (insanın rahat yaşaması üçün) yerdə olan hərəkətlərin, tufanların və atmosferdə baş verən digər hadisələrin vasitəsilə yaranacaq lərzənin, sürətli hərəkətin qarşısını alar. Dağlar mismar rolunu oynayır və maraqlıdır ki, dağların kökü, çoxu bir-birinə bağlıdır. Yəni, bunlar səbəb olur yer üzündə sakitlik hakim olsun.
Bu işləri görəndən sonra ayənin davamında buyurur, “Və bəssə fiha min kulli dabbəh” Yer üzündə cürbəcür heyvanlar yaymışdır.
Yəni hər növ heyvanlar bu yer üzündə vardır və bunların da hərəsinin öz rolu və faydası vardır.
“Və ənzəlna minəs səmai maən” Bunlardan əlavə bu yer üzündə, süfrə də açıb ki, süfrəsiz də yaşamaq olmazdı. Və göydən su nazil etmişik.
“Fəənbətna fiha min kulli zəvcin kərim” Biz bu yer üzündə hər bitkidən iki dənə bitirmişik, özü də bərəkətli. Yəni, bitkilərdə də zövciyyət var, bitkilərdə də cütlük var, özü də bu bitkilər bərəkətlidir. Yəni, yarpağı da bərəkətdir, meyvəsi də bərəkətdir, kökü də, ağacı da. Bitkinin təkcə meyvəsi faydalı deyil, bitkidə hər nə varsa, kökü, yarpağı, gövdəsi, meyvəsi bunların hamısının faydası var, insana nisbət xeyri vardır, ona görə ki, kərimdir. Kərim yəni, bərəkətli.
Burada bir nöqtə var, o da budur ki, Allah taala yer üzündə şərait yaradıb ki, insan yaşasın.
Allah taala bu söz içində bir elmi möcüzəyə də işarə etir. O da budur ki, bitkilər aləmində də cütlük var. “zəvcin kərim”
Bu ayələr nazil olan zaman, insanların elmi o səviyyədə deyildi ki, biləydilər bitkilər aləmində də cütlük vardır.
Bu cütlük, erkək və dişilik mənasını da verə bilər, bundan başqa digər mənaları da var, vəhşi və əhli bitkilər, dağ bitkiləri və bağ bitkiləri kimi. Yəni, bitkilər aləmində cütlük bir neçə mənada ola bilər. Allah taala buyurur, hamısı da bərəkətlidir. Hamısının bərəkətli olması insanı, bitkilərlə tanış olmağa, bitkilərdən müxtəlif sahələrdə istifadə etməyə bir növ yönəltməkdir.
Bitkilərin tibbi cəhəti də vardır, qida cəhəti də vardır. Bitkinin qida cəhətində, insan meyvəsindən və başqa hissələrindən qidalana bilər. Bitkinin tibbi cəhətində isə, bir çox dərmanlar bitkilərdən düzələr və istifadə olunar.
Burada insanı yönəldir ki, siz həyatınızda bitkişünas da olun, bilin ki, bitkilər kərimdirlər, hər cəhətdən bərəkətlidirlər.
“Haza xəlqullah” Allah taala bir neçə mərhələdə məxluqlarının birazını bu ayələrdə izah etdi. Buyurur, “Haza xəlqullah” bu Allahın məxluqlarıdır, Allah bunları yaradıbdır.
Sizlər ki, Allahdan başqasına pərəstiş edirsiniz,onların məxluqları bəs hanı?
“Fəəruni maza xələqəl-ləzinə min dunih” Xəbər verin mənə, göstərin görüm, Ondan başqaları nə yaradıblar. (Onlar ki, Allahdan başqasıdı və siz də onlara pərəstiş edirsiniz, onları özünüzə məbud seçmisiniz, onların məxluqları hansıdır)
Burada Allah taala insanın fitrəti ilə danışır. Buyurur, o ki, heç nə yaratmayıb, o ki, fitrətinə baxsan görərsən ki, aləmdə heç bir əsəri yoxdur, necə bəs ona pərəstiş edirsən? Necə onun qarşısında əyilirsən? Bu ki, Allahın məxluqudu, görürsən, fitrətinlə dərk edirsən?
Əgər insan pərəstiş məsələsində çaşır və düzgün qərar çıxartmırsa, o zaman özünə zülm etmiş olur. Çünki, xaliq Rəbbdir, ibadət də Ona olunasıdır.
“Bəliz-zalimunə fi zəlalin mubin” Onlar ki, zülm edirlər, (burada zülmün bir mənası budur, o ki, ona layiq deyil, ona verirsən. Bütlərin o bacarığı və o xüsusiyyəti yoxdur ki, tədbir etsinlər və bu aləmdə bir şey yaratsınlar. Lakin siz tədbir və xilqəti bütlərə verdiyinizə görə zülm edirsiniz) Buyurur, bu zülm də nəticə olaraq sizi yoldan azdırır, özü də aydın yoldan azdırır.
Burada bir nöqtə vardı, Allah taala burda sifətləri özünə nisbət verir, “Biz” “ənzəlna”, “ənbətna”. Əvvəldə buyururdu “xələqə” Allah yaratdı. Qayib idi, yəni, O Allah yaratdı göyləri. Amma biraz danışandan sonra buyurur “və ənzəlna” Biz.
Buna elmi termində, fəsahət və bəlağət elmlərində “iltifat” deyərlər. Yəni, xitab qanununu dəyişmək. Əvvəl Allah qayib olaraq var idi, “O yaratdı” indi buyurur, “Biz”.
Bunun sirri burada budur ki, demək istəyir, yağış nazil etmək və bitki bitirmək əhəmiyyətlidir. Yəni, su ilə bitkinin əhəmiyyətini vurğulamaq üçün ki, bu fərq edir o birisi etaplarla, bu etapda dirilik məsələsi baş verir, bu etapda həyat məsələsi baş verir, bu etapda insanın yer üzündə yaşamağa şəraiti yaranır, burada Allah buyurur “ənzəlna” Biz. Bu “iltifatın” sirri burdadır.
Ayənin davamında Allah taala buyurur ki, Biz Loğmana hikmət verdik. “Və ləqəd atəyna Luqmanəl hikməh” Bu surə Loğman surəsidir, qabaqkı sözlər bir müqəddimə idi.
Qabaqkı sözlər bu idi - siz hikmətli Quranla tanışsınız, Allah hikmətli Quran nazil edibdir. Sonra Allah taala biraz xilqətindən söhbət etdi. Daha sonra bəzi insanlardan danışdı ki, hikmətin müqabilində “ləhvul hədis” alırdılar və satırdılar. Bəzi insanlar hikmət, bəzi insanlar isə “ləhvul hədis” arxasıncadılar.
İndi bu yerdə əsl məsələyə keçir, o da budur ki, Biz Loğmana hikmət verdik “ləqəd atəyna Luqmanəl hikməh”
Amma hikmət nədir?, Loğmana nə verildi? Hikmət haqda müxtəlif təriflər olub, amma bir tərif də budur ki, Loğmanın danışdığı o sözlər, onlar özü hikmətdir.
Hikmətin iki budağı var.
Hikmətin bir budağı budur ki, insan düşüncə sahəsində hikmətə malik ola, sözləri möhkəm ola, sğzlərinin zəəfi olmaya. Bəzi sözlər var gündəlikdir, bəzi sözlər var həmişəlikdir. O söz ki, həmişəlikdir, möhkəm sözdür və həmişə dərdə dəyəndir, o hikmətdir. (Bu düşüncə sahəsindədir)
Bir sahə də var, (insanın düşüncə sahəsi deyil) insanın davranış sahəsində hikmətə malik olması. Misal üçün; tez qəzəblənməyə, tələsməyə, özünü şəhvətlə çaşdırmaya və özünü möhkəm saxlaya.
Möhkəm düşüncələr, möhkəm saxlamaq, buna “əməli hikmət” deyərlər, ona isə “nəzəri hikmət”. O insan ki, həm cəzmi var, həm də əzmi var. Cəzm, möhkəm düşüncələrə deyərlər. O kəs ki, sübutlu düşüncələrə malikdir. Bəzi insanların həyatda düşüncələri gümandı, düşüncələri xəyaldı. Düşüncəsinin sübut və əsası yoxdur. Düşüncəsini bir elmə, bir sübuta əsaslandıra bilməyib. Belə bir adam elmi böhrandadı. Amma o kəs ki, düşüncəsini möhkəmləşdirdi, sübutla bünövrələndirdi, buna cəzm sahibi deyərlər və bu hikmətdir.
Amma o kəs ki, içəridə əzm sahibidir, Əzm sahibi, o kəsdir ki, şəhvət, qəzəb buna qələbə çalmaz, özünün kontrolu o həddədir ki, özünə hakim ola bilir. O zaman ki, insan özünə davranışında hakim oldusa, bu əməli hikmətə sahibdir.
Bəs, bəzi insanlar nəzəri hikmətə malikdirlər (onlar ki, düşüncələri bir səviyyədədir, sübutlu sözlər qəbul ediblər. Sübutla yaşayırlar, elm səviyyəsində qəbul edərlər, elm səviyyəsində inkar edərlər. Bunlar, nəzər aləmində həkimdir)
Bəzi insanlar isə, əməl aləmində, yaşayış aləmində həkimdirlər. Onlar da əzmlə yaşayarlar və özlərinə hakimdir.
Bu ikisinə hikmət deyərlər. Biri nəzəridir, biri isə əməli. İkisinin də mənası budur ki, insan öz qüvvələrinə hökuməti ola.
Əgər əql qüvvənə hökumətin oldusa və hər şeyi yersiz inkar etmədinsə, yersiz təsdiq etmədinsə demək ki, əql qüvvənə hökumətin var.
Əgər şəhvət və qəzəb qüvvənə hökumət etdinsə, o zaman gərək hər bir şeyi ki, nəfsin istədi və səni yoldan azdırdı, kontrol edə biləsən.
Əqlə, şəhvət və qəzəbə hökumət etmək, səbəb olar insan həkim olsun. O vaxt ki, insan həkim oldu, danışığı da, davranışı da hikmət olar və bu hikmət səbəb olar, insan yaşayışını da nuraniyyətlə yaşasın. “Hər kimə hikmət veriblərsə, böyük xeyir ona veriblər”....