Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (8)

Loğman surəsinin təfsiri (8)

 

 Bismillahir rəhmanir rəhim

“Ya bunəyyə əqimis sələtə vəmur bil mərufi vənhə ənil munkəri vəsbir əla ma əsabəkə innə zalikə min əzmil umur”

Qurani-kərimdən Loğmanın övladına moizələrini, öyüd-nəsihətlərini oxuyurduq. İki öyüd-nəsihətini ki, etiqad barəsində idi, əqidə və inam barəsində idi, keçmiş ayəyərdə oxuduq. Biri, tövhid idi, Allaha şərik qoşmamaq. İkincisi, budur ki, insan bilə, Qiyamət günü insanın dünyada gördüyü bütün əməllərini Allah taala gətirəcəkdir. Bəs, Tövhid və Qiyamət. İnam və əqidə baxımından olan bu iki nəsihəti Loğman öz oğluna edir.

İnsanın kamal və dirçəlişi müxtəlif sahələrdə olur. Birincisi əqidəvidir, ikincisi əməlidir, üçüncüsü əxlaqdır. İnsan gərək həm əqidəsini təmizləyə, həm əməllərini təmizləyə, həm də xasiyyətlərini təmizləyə.

İnsan Qiyamətə inamını tənzim və islah edə.

Xasiyyət cəhətdən əgər insan qəzəblidirsə, tələsəndirsə və ya eqoistdirsə, onları gərək içəridən islah edə.

Əməldə isə, düzgün və saleh əməllər edə.

Bəs, insanın kamalı və dirçəlişi, əqidə, əməl və əxlaqdır. Üç sahədə insan gərək inkişaf etməlidir. Üç sahədə insan islahat aparmalıdır. Və insanın siratı bu üç sahədir. Bilirsiz ki, sirat asfalt yolu deyil, insanın şaquli yoludur. Öz içərisindən yüksəlib böyüməkdir və bu üç sahədədir. Əqidə, əxlaq və əməl.

Loğman öz övladına bu sahələri izah və öyüd-nəsihət edir. Əgər insan bu üç sahədə inkişaf etsə, bu insan hikmət yolunda yaşayar və bu insan həkim insan olar.

“Ya bunəyyə” Ey əziz oğlum “əqimis sələt” namaz bərpa eylə. Bilirsiniz ki, fəqət İslam dinində deyil, bütün dinlərdə namaz var idi. Bu ayə bizə göstərir ki, Loğmanın dövründə də namaz olub. Məryəm surəsində, İsa peyğəmbər, anasına edilən töhmətin qarşısında Allahın əmri ilə beşikdə danışır və anası Məryəmi müdafiə edir. Onun danışdığı sözlərdən biri budur, “Allah mənə namaz qılmağı tövsiyə edibdir” Hədislərimizdə də var ki, bütün dinlərdə namaz vardır. Bu ayə də göstərir ki, Loğmanın da öz övladına etdiyi tövsiyələrdən biri namazdır “əqimis sələt” namaz bərpa eylə.

Qurani-kərimin ifadəsində “səllu” kəlməsi deyil, “əqimis sələt” bərpa eyləmək işlənibdir. Bunu keçmiş ayələrdə də izah etmişik. Allah taala namazı sütun görür, (“Əssəlatu əmududdin” Namaz dinin sütunudur) heç vaxt sütuna deməzlər, sütunu qıl. Sütun qılınası deyil, bəlkə qaldırılmalı, bərpa edilməlidir. Ona görə iqamə deyən zaman, “qəd qamətis səlat” sütunun bərpa olma vaxtı yetişdi, deyirik.

Əqimis sələt” bu namazı ayağa qaldır. Sütun olduğuna görə bu terminlərdən işlədilib ki, insana həmişə xatırlatsın ki, Mən sütun baxışı ilə namaza baxıram. Sən də həyatında namazla, sütun baxışı ilə davran. Yəni, istəsən öz evində İslamın sütunu bərpa olsun, o zaman namaz qıl, istəsən şəhərində islam, müsəlmançılıq sütunu bərpa olsun, şəhəri namaz qılmağa dəvət eylə.

Bəs, namaz sütundur. Yəni, islamın cəmiyyətdə və fərddə sütunudur.

Quranda namazın ayrı məsələləri də vardır ki, özü bir böyük sahədir. Quran bir yerdə buyurur ki, namazın iki xeyri vardır. Bir xeyri isbat xeyridir, təsdiq xeyridir. Bir xeyri isə, inkar xeyridir.

Təsdiq xeyri budur ki, Allahı zikr etdirir, Allahı yadına salır. “Namaz qıl Mən yadına düşüm” kimi. Yəni, Mən həyatında yadına düşsəm, sənə köməkçi olaram. O vaxt ki, mən yadından çıxıram, özün də yadından çıxırsan. “Onlar Allahı unutdular. Allahı unutmağın cəzası budur ki, onlar özlərini unutdular”

Bəs, Məni unutmasan, özün də yadında olarsan, özünün mənəvi tərəfin də yadında olar, “Allah insanla qəlbinin arasındadır” sən Allahı unutsan, qəlbini də unudarsan.

Qəlb, Quranda insanın mələkut tərəfinə deyərlər. İnsanın ülvi tərəfinə deyərlər. Bilirsiniz ki, insan bir cisimidir, bədənidir, torpaq tərəfidir, bir də ülvi, ruhi tərəfidir, mələkuti və səmavi tərəfidir. Bir fərş tərəfidir, (yer tərəfi) bir də ərş tərəfidir (yuxarı tərəfi)

İnsan əgər Allahı unutsa, ərş tərəfini unudar, yüksəklik və mələkut tərəfini unudar. Buyurur, sən namaz qıl taki, ruhi tərəfini xatırla çün, Məni xatırlayacaqsan. Elə ki, Məni xatırladın, özün də, mələkut tərəfin də, ruh tərəfin də unudulmaz. Bu namazın isbattəsdiq cəhətidir.

Namazın inkar tərəfidə budur ki, Qurani-kərim buyurur ki, “Namaz insanı pisliklərdən çəkindirər”. İnsan nə qədər namaz əhli olsa, o qədər də günahdan uzaqlaşar, o qədər də pisliklərdən uzaqlaşar.

Əlbəttə, namazın özünün dərəcələri var. Hər dərəcə namaz, o dərəcə insanı təmizləyər. Mümkündür ki, insanın əli qaradır, sabunla yuyur, amma bəzən olur ki, insanın əli qır olur, o qır daha sabunla getməz, o gərək başqa maddələrlə yuyla ki, getsin.

Hər namaz özünə uyğun günahı təmizləyər. Zahiri namaz, zahiri günahları təmizləyər, Həqiqi, batini namaz, batini günahları təmizləyər. Ona görə də, insan nə qədər namazın keyfiyyətində diqqətli olarsa, o qədər də ruh təharətində, ruh təmizliyində müvəffəq olar və uğur qazanar.

Bəs, namazın həm müsbət faydası var, həm də mənfi faydası var. Müsbət faydası Allah yada düşməkdir, mənfi faydası isə, insanları günahlardan çəkindirir (səlbi faydasıdır)

Ayə buyurur ki, “əqimis sələt” ey oğlum, mən sənə öz məhəbbətimdən bu moizəni edirəm “ya bunəyyə əqimis sələt” namazı bərpa eylə. Həyatında Allahınla əlaqəni unutma. Allah taala istəyir, insan dünyada Ondan uzaqlaşmasın. Allahla əlaqəsini uzaqlaşdırmasın. Ona görə, Allah taala namazı pərakəndə vaxtda təyin edib. Məsələn, on yeddi rəkət namazı bir vaxtda təyin etməyib. Beləliklə, insan dünyaya, ticarətə, işə məşğul olarkən, Allaha nisbət qəflətə düşür. Namaz vasitəsilə insan bu qəflətdən çıxa bilər. Namaz insanı qəflətdən çıxarandır.

Namaz, bəzi hədislərimizdə insanın evinin qabağından axan suya bənzədilib (arx) ki, insan orada hər gün yuyunar. (Burada cismdir, orada da ruhdur) İnsan ruhu dünyada çirklənir. Ruh bu dünyada, dünya işlərinə məşğul olmaqla çirklənir. Əgər Allaha bağlanarsa, ruh bu çirkabdan təmizlənir.

Ona görə də hədislərimizdə var ki, durun, əlinizlə qazandığınız odu, namaz qılmaqla söndürün. Yəni, namazın söndürücü xasiyyəti vardır.

Bəs, namaz dinimizdə önəmli və mühüm əməllərdən biridir. Loğmanın da ilk əməl moizəsi, namazı bərpa etmək oldu.

“vəmur bil məruf” buyurur, oğlum, yaxşı işlərə göstəriş ver, “vənhə ənil munkəri” pis işləri qadağan elə. Yaxşı işə “məruf” deyərlər, pis işə isə, “münkər” deyərlər.

“Məruf” lüğətdə tanış mənasını verir, “münkər” isə yad mənasındadır. Düz əməllər insanın ruhu ilə məhrəmdirlər, tanışdırlar, ona görə “mərufdur”. Günah əməllər isə, insanın ruhuna yad və naməhrəmdirlər, ona görə “münkərdir”.

İnsan bir məsələyə fitrət, vicdan və daxili ruh təmizliyi ilə baxsa, görər ki, günah “münkərdir”, yaxşı əməl, savab isə “mərufdur”.

İnsan “məruf” və “münkərləri” bir görməməlidir. Çünki, sağlam ruh da onları bir görmür. Cəmiyyətdə əgər “məruf” və “münkər”, günah və savab bir reaksiya ilə qarşılansa, getdikcə bunlar öz yerlərini itirərlər, “münkər” “məruf” olar, “məruf” isə “münkər” olar.

Ona görə, insan reaksiya göstərməlidir, insanları pis işlərdən çəkindirməli və yaxşı işlərə yönəltməlidir.

“Əmr” və “nəhy” nə deməkdir? İslam dinində neçə dənə termin var, bunlar bilinməlidir.

Biri budur ki, insan başqasına təlim verə, xatırlada, onlara elm öyrədə. Bunlar o zaman olur ki, qarşı tərəf bunları bilməyə. Misal üçün, bir nəfər bilməyə ki, günah nədir, savab nədir, bilsə də unutmuş ola. Bu vaxt insan, belə bir şəxsə elm öyrətməlidir, təlim verməlidir, yol göstərməlidir.

Amma “əmr be məruf” və “nəhy əz münkər” o fəza deyil. O fəzadan çıxıbdır. Daha təlim tapıb və öyrəniblər. Günah və savabın nə olduğunu artıq bilir, amma əməl etmir. Burada artıq yol göstərmək deyil, reaksiya göstərməlisən və bu işə göstəriş verməlisən ki, yaxşı işi əməl et, pis işdən çəkin (çünki, günah və savabın nə olduğunu bilir)

Bəs, “əmr be məruf” və “nəhy əz münkər” ikinci mərhələdir. Birinci mərhələ təlimdir, birinci mərhələ başa salmaqdır, taki, bilsin pis nədir, yad nədir, tanış nədir, gözəl iş nədir, halal-haram iş nədir.

İkinci mərhələ, öyrənəndən sonra bilə-bilə əməl etməyə. Bu zaman burada gərək göstəriş verəsən, bu işi gör (namaz qıl) yaxud günahdan əl çək, bu günahı etmə (şərab içmə) Burada “əmr” və “nəhy” o birinci mərhələdən sonradır. Belə olması ona görədir ki, islamda insanın inkişafı önəmlidir. Cəmiyyətdə insanın inkişafına fəza hazır olmalıdır. Əgər cəmiyyətdə yad və tanış, günah və savab bir-birinə qarışarsa, insanın təmizlənməsi üçün daha fəza hazır olmaz.

Ona görə də bir nəfər xəlvətdə günah edirsə o bir məsələdir. Cəmiyyətdə, başqalarının gözünün qabağında günah edirsə, bu ikinci məsələdir. İkincisi daha pisdir, sanki, gəmidə oturduğu yerdən dəlik açmağa bənzəyir. Düzdür ki, zahirdə özünün oturduğu yerdən dəlik açır, amma əslində suyun içəri dolması nəticəsində gəmidə olanların hamısının boğulmasına səbəb olur.

Ona görə də, Allah taala vilayət qərar veribdir. Vilayətin bir mövzusu da eninədir. Möminlərin bir-birinə, hamının bir-birinə haqqı var, hamının bir-birinə vilayəti var. İnsanların qapıları bir-birinə açıq olmalıdır ki, əgər bir nəfər xəta edirsə, səhv yoldadırsa, başqası deyə bilsin.

Bəs, “əmr be məruf” və “nəhy əz münkər”, yaxşı işə göstəriş vermək və pis işdən çəkindirmək, bir ictima qanunudur. Buna görə ki, ictimada insanların işləri bir-birilə qarşılıqlı təsirləri vardır. İnsanın işi fəqət özünə nisbət dəfn olmur, başqasına da sirayət edir və ötürülür (gəmi içində dəlik açılması kimi). Allah taala insanlara bir-birinə nisbət bu açıq qapını qoyubdur. “Möminlərin bəzisi bəzisinə vilayətləri vardır ki, bir-birilərinə əmr be məruf və nəhy əz münkər etsinlər”.

Oğlum, bu işi cəmiyyətdə susdurma, bu işi dayandırma. Özün namaz qılırsan, fərdi dirçəlişini fikirləşirsən, bu iki qanun ki, sənə dedim, ictimada da cəmiyyətin sağlamlığını fikirləş. Fəqət öz şəxsi həyatında diqqətli olma.

vəsbir əla ma əsabək”

Dördüncü məsələdə, ya bu qayıdır ikinci və üçüncü qanunun davamına ki, insan adətən, cəmiyyətdə istəsə başqasını yaxşı işə yönəltsin və pis işdən çəkindirsin, səbr və dözümə ehtiyacı var. İnsan səbr əhli olmasa, dözə bilməsə, cəmiyyətdə uğur qazana bilməz. Ona görə də, Loğman tez oğluna deyir ki, oğul, o vaxt ki, dedim, cəmiyyətdə reaksiyan olsun, hətta birinci məsələdə də o vaxt ki, dedim, Allaha namaz qıl, bərpa eylə (o itaət) və cəmiyyətdə də aktivlik. Burada ehtiyacı var ana məsələyə. O da, səbr və dözümdür. “Səbr işlərin başıdır” Əgər səbr düzəlməsə, namazın davamı olmaz, səbr düzəlməsə, ictimai hadisələrdə də yorularsan. Ona görə də buyurur, səbr et. Hər nə müsibət sənə gəlsə, səbr et. Çünki, səbr o məsələlərdəndir ki, insanın inkişafında mühüm önəmi var...

OXŞAR VIDEOLAR