Loğman surəsinin təfsiri (12)
Loğman surəsinin təfsiri (12)
Bismillahir rəhmanir rəhim
“Numəttiuhum qəlilən summə nəztərruhum ilə əzabin ğəliz”
Allah taala keçmiş ayələrdə buyurdu ki, ya peyğəmbər, əgər bir insan naşükürlük yolunu seçərsə, küfr yolunu seçərsə, Allaha üsyan yolunu seçərsə, narahat olmağın yeri yoxdur, sən məsuliyyətini, öhdəndə olanı yerinə yetiribsən. Bəs, onun naşükürlüyü, onun küfrü, onun inkarı “La yəhzunkə kufruh” səni narahat etməsin. Davamında buyurdu ki, Biz onlarla hesab-kitab edəcəyik “iləyna mərciuhum” onlar Bizə tərəf qayıdacaqlar və əməllərinə Biz xəbər verəcəyik.
Bu ayə, o məsələnin davamıdır. Mümkündür ki, insanların zehninə belə gələ ki, Allah taalanın dünyada bu adamlara nisbət əhatəsi yoxdur və təkcə axirət aləmində onları hesab-kitab edəcək. Allah taala bu ayədə, bu məsələni vurğulayır ki, dünyada əgər nemətlər vardırsa, dünyada əgər bunların bir yaşayışları vardırsa, o da Bizim əhatəmizdən xaric deyil. Biz istəmişik bunlar dünyada müvəqqət və asılı nemətlərlə bəhrələnsinlər, bu o demək deyil ki, Bizim əhatəmizdən xaricdir. Bəs, axirətdə onlar Biznəndilər, hesab-kitab verəcəklər. Dünyada da, Bizim iznimizlə yaşayırlar. Bizim iradəmiz və məşiyyətimiz belə olub ki, bunlar dünyada nemət içində yaşasınlar, dünyada qüdrətlə yaşasınlar, bu o demək deyil ki, Biz acizik. Dünyanın xasiyyəti məktəb olduğuna görə, Biz buna ixtiyar vermişik. Bu ixiyarı Biz vermişik və Bizə asılıdır.
“Numəttiuhum qəlilən” dünyada onları Biz bəhrələndirmişik, amma “qəlilən” bir az.
O dünya malından, dünya əmtəəsindən bunları Biz bəhrələndirmişik, amma Biz bu işi görmüşük, Bizim iznimizlədir, Bizim iradəmizlədir.
“summə nəztərruhum” dünya məsələsi baş tutdu, qurtardı, məktəb və sinif qurtardı, “summə nəztərruhum ilə əzabin ğəliz” bunları şiddətli əzaba məcburi aparacağıq.
Bu ayənin məzmunu budur ki, onların dünyadakı vəziyyətləri də Bizim əlimizdədir. Bizim əhatəmiz fəqət axirətə deyil, həm də dünyayadır. Lakin, dünyada Bizim iradəmiz budur ki, insanlar öz ixtiyarı ilə ya tənəzzül etsinlər, ya da inkişaf etsinlər. Düzdür ilk istəyimiz budur ki, hamı inkişaf etsin, hamını hidayət etmək istəyirik. Amma bəzi insanlar bu hidayətdən naşükür olaraq, bu hidayəti inkar edərək, bu hidayətə qarşı çıxaraq, tənəzzül edərlər və xəsarətə düşərlər. Amma Bizim ümumi dünyaya nisbət qəzavu-qədərimiz, dünyaya nisbət məşiyyətimiz, dünyada ixtiyarlı olaraq seçim etməkdir. Biz dünyada insana bu fürsəti vermişik. Çünki dünya bu cəhətdədir ki, insan becərilsin, bu cəhətdədir ki, insan inkişaf etsin ya yuxarıya, ya da aşağıya (tənəzzül ya inkişaf)
Bəs, Biz ki, deyirik, “iləyna mərciuhum” onların qayıdacaqları Bizədir. Bu zehnə gəlməsin ki, fəqət qiyamətdə Bizim onlarla hesab-kitabımız var, dünyada Bizim onlarla işimiz yoxdur, acizik, dünyada Biz onlara dəxalət edə bilmirik, bu yanlış fikirdir. Onların dünyaları da Bizimlədir. Lakin, dünyanın xasiyyəti məktəb olduğuna görə, Biz onlara seçim və ixtiyar vermişik. Bu seçim və ixtiyar səbəb olur, bəzi insanlar xəyal etsinlər ki, Bizim əlimizdən, Bizim əhatəmizdən xaricdirlər. Bu ixtiyar da asılıdır, bu seçim də Biz verdiyimizdir, Biz onlara bunu istəmişik, çünki dünya məktəbdir.
Bəs, indi də Bizim əhatəmizdədirlər. Fəqət Qiyamət günü Bizim əhatəmizdə olmayacaqlar. Belə deyil ki, Biz acizik. İndi də “numəttiuhum qəlilən” Biz onlara dünya mətaınnan, dünya malından bəhrələndirərik, o dünya malı ki, azdır. Bir müddət sonra Biz bunu da əllərində alarıq.
Ayənin davamında Allah taala tövhidə, Allahı tanımaq məsələlərinə başlayır. Bilirsiniz ki, insanın ən əsas maarifi ki, başqa maariflər də ona bağlıdır, hətta əməl də ona bağlıdır (həm başqa maariflər, həm də əməl ona bağlıdır) o, tövhiddir, Allahı tanımaqdır, Allahı sifətləri ilə tanımaqdır.
Məkkədə bütpərəstlər başqa yerdəki ateistlərlə fərq edirdilər. Bəzi insanlar var idi ki, ateist idilər. Bunlara dini termində “Mulhid” deyərlər. “İlhad” yəni, tam inkar etmək ki, aləmdə Xaliq yoxdur, bu aləm şüursuz olaraq yaranıb, təsadüfən bu hala gəlib çatıb. Bu aləmin bir proqram əsasında, bir şüur əsasında, bir tədbir əsasında bu vəziyyətə gəlməsini inkar edirlər. Bu ateistlikdir, “llhad”dır.
Məkkə bütpərəstləri belə deyildilər. Onlar Xaliqə inanırdılar, Rəbbdə problemləri var idi. Yəni, İbrahim dininin birazını götürüb, bütpərəstliklə qarışdırmışdılar. Ona görə də, Xaliq olaraq Allahı qəbul edirdilər, Rəbb olaraq da bütləri qəbul edirdilər.
Allah taala bu ayələrdə bu fəzada danışır buyurur, Xaliq həm də Rəbbdir. Belə olmaz, biri Xaliq ola, biri də Rəbb. İzahı budur ki, Rəbblik özü də bir növ Xaliqlikdir. Yəni, o vaxt ki, bir varlıq başqasına Rəbb olursa, onu kamala tərəf aparır, onu dirçəlişə tərəf aparır. Rəbbliyin içində Xaliqlik də olmalıdır. Hər Rəbb o vaxt ki, birini tədbir edir, o vaxt ki, birini yuxarı aparır, o yuxarılığı ona bəxş etməlidir, o kamalı ona verməlidir (yəni, xəlq etməlidir) Bəs, Rəbb, içində xilqət də var, xaliqlik də var.
Əlavə olaraq, Rəbb gərək tanıya, Xaliq fəqət öz məxluqunu tanıyır. Bəs, həm tanıma baxımından xaliqdir Rəbb, həm də Rəbblik bir növ xilqətdir, onda kamal yaratmaqdır. Ona görə, hər iki sübuta əsasən, Xaliq, Rəbbdir.
Buyurur, sizə nə olubdur, xaliqliyi Allahda inanırsınız, amma Onun əsərini, Onun Rəbbliyini inkar edirsiniz.
Buyurur, “və ləin səəltəhum” əgər onlardan soruşsan “mən xələqəs səmavati vəl ərzə” Göyləri və yeri kim yaratmışdır? “ləyəqulunnəllah” onlar deyərlər, Allah.
Allah taala burada onları bu əsasda tərbiyə edir. “Qulil həmdu lillah” De; həmd də Allahındır. Əgər xaliq Allahdırsa, həmd də Allah üçündür.
Həmd o yerdə gələr ki, sənə bir nemət də verə. Buyurur, xilqət özü bir nemətdir. Xilqətin davamında, rəbbi də xaliqlikdən irəli gələr. Hər kim rəbbdir, gərək xaliq də ola. Çünki, rəbblikdə minimum kamal yaratmaq var, rəbblikdə məxluqu tanımaq var və o xaliqin əlindən gələr.
Bəs, həmd Allahındır. Siz niyə bu bütlərə həmd edirsiniz? Bu bütlərə niyə pərəstiş edirsiniz? Bu bütləri niyə tərif edirsiniz? Tamam həmdlər, Allahındır.
“bəl əksəruhum la yələmun” təəssüf ki, bütpərəstlərin əksəriyyəti, sözlərinin davamını, sözlərinin əsərini bilmirlər “la yələmun”. Əgər bilsələr, Xaliqdən Rəbbə yetişərlər, əgər bilsələr, Xaliqdən həmdə yetişərlər. Bilərlər ki, O ki, yaradıb odur Məhmud, O ki, yaradıb odur Məbud.
Davamında buyurur ki, “Lillahi ma fis səmavati vəl ərz”
Qabaqkı ayə xilqətdən danışırdı, Allahın xaliqliyindən. Bu ayə isə, Allahın malikiyətindən danışır. Göylər və yerin milki Allahındır. Tamam aləm Allah üçündür. Çünki, O yaradıbır, Onun məxluqudur, Onun əsəridir. “Lillahi ma fis səmavati vəl ərz” Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur.
Bu milkiyyət, bir - mərifəti məsələdir. Ki, hər kim Xaliqdir, məxluqunun malikidir. Bir də - əxlaqi məsələdir. Ki, insan aləmdə Allahın milkində yaşayır, Allahın milkini təsərrüf edir. Ona görə, Allahın izninə ehtiyacı var. “Lillahi ma fis səmavati vəl ərz”
“İnnəllahə huvəl ğəniyyul həmid” Həqiqətən, Allah Zəngindir, bəyənilmiş ehtiyacsızdır. Bəyənilmiş ehtiyacsız odur ki, başqalarının ehtiyaclarını da ödəyər, həmdə layiqdir, çünki başqalarına nemət əta edir.