Saytımızda axtarın

     MENU
LOĞMAN SURƏSİNİN TƏFSİRİ

Loğman surəsinin təfsiri (14)

Loğman surəsinin təfsiri (14)

 

Bismillahir rəhmanir rəhim

“Ma xəlqukum və lə bəsukum illə kənəfsin vahidətin innəllahə səmiun bəsir”

Allah taala keçmiş ayələrdə sonsuz elmindən danışdı. Ki, Allahın kəlmələri qurtarmaz, Allahın məlumatı məhdud deyil.

Bu ayədə Allahın sonsuz qüdrətindən danışır. Buyurur ki, sizin hamınızı yaratmaq və hamınızı diriltmək (həm əvvəldə yaratmaq, həm də qəbirlərdən sonra hamınızı diriltmək) “Ma xəlqukum və lə bəsukum” Sizi yaratmaq və sizi diriltmək (Allah üçün) “illə kənəfsin vahidəh” ancaq bir canı yaradıb diriltmək kimidir.

“innəllahə səmiun bəsir” Allah eşidən və görəndir.

Bəzi təfsir alimləri bu ayəyə bir şəni-nüzul yazıblar ki, Qüreyşdən bir dəstə kafirlər Qiyamət məsələsi haqqında (ki, hamı birdən diriləcək, hamı qəbirlərdən qalxacaq) təəccüblə soruşurlar; “axı biz ki, yarananda doqquz ay, nütfə, ələqə, muzğə bu mərhələləri keçirtmişik (özü də hər bir insan) İndi, Qiyamət günü, hamının bir yerdə, bir saatda qəbirdən durmağı, hamının bir yerdə dirilməyi, bu qüdrətdən xaricdir, bu ola bilməz”. Ayələr nazil oldu ki, asan və çətinlik biz məhdud məxluqlara aiddir. Amma qüdrəti, elmi sonsuz olan Allaha asanlıq və çətinliyin bir aidiyyəti yoxdur.

Bəzən Quranda “asanlıq” (bizim ifadəmizlə) işlənibdir. Yasin surəsində və başqa yerlərdə Qiyamət barəsində Allah taala buyurulur ki; O ki, birinci dəfə yaradıb, ikinci dəfə yaratmağı asandır. Bu asanlığı Allah taala mənim düşüncəm əsasında izah edir. Allaha asanlıq çətinlik ifadəsi yoxdur, hamısı eynidir. Sonsuz qüdrətə asanlıq, çətinlik  mənası yoxdur. Sonsuz elmə asanlıq, çətinlik  mənası yoxdur. Ona görə Allah taala bu ayədə buyurur ki, “Ma xəlqukum və lə bəsukum illə kənəfsin vahidəh” Sizin hamınızı yaratmaq, hamınızı qəbirdən qaldırmaq elə bil, bir canı yaratmaq və diriltmək kimidir.

Bunun bir neçə izahı var. Bir izahı, həmin sonsuz qüdrətdən irəli gəlir. İkinci izahı da budur ki, Allah taalanın iş görməyi, (failliyi) insanların və məxluqların iş görməyi kimi deyil. Ki, materyala ehtiyac ola, şərait düzələ və bir sıra hazırlıqlar ola taki, bir işi görsün. Allah taalanın iş görməsi “bil iradə”dir. “İnnəma əmruhu iza əradə şəyən ən yəqulə ləhu kun fəyəkun” Allahın iradəsi ilə bir şey olar. O vaxt ki, iradə ilə bir şey olursa, daha ona asanlıq, çətinlik, azlıq və çoxluğun mənası yoxdur. O vaxt ki, iş iradə ilə baş tutur, iradəyə fərqi yoxdur, bir nəfər ola, ya on nəfər, yaxud da sonsuz insanlar.

Bəs, birinci məsələ, Allahın sonsuz qüdrətindən irəli gəlmədir ki, ona asan və çətinliyin mənası yoxdur.

İkinci məsələ, Allahın iradəsi ilə işin baş tutmasıdır. “Failun la bil hərəkat”dır. İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur; Allahın failliyi (iş görməyi) bizim hərəkətlərimiz kimi deyil. Misal üçün biz, bir binanı inşa etmək istəsək, gərək binanın materyalı ola, tədricən divar qoyula, tədricən tavan qoyula və bu hərəkatla bina inşa ola. Allahın iş yaratması “bil iradə”dir, iradəsi ilədir. O vaxt ki, iradə eylədi “kun fəyəkun” olar.

Ona görə buyurur ki, sizin xilqətiniz və besətinizin, (xilqət yəni, yaranış, besət yəni, qəbirdən durmaq) heç fərqi yoxdur, hamınız bir yerdə elə bil bir cansınız.

Burada üçüncü təhlili də eyləmək olar. O ki, sonsuz elmə malikdir, sistemdə fərqi yoxdur çoxluq və azlığa. Fərz edək ki, bir çıraq, bir söndürüb-yandırana bağlıdır və ya yüz çıraq bir söndürüb-yandırana bağlı olsun. Bir söndürməklə, yüzü sönər, bir yandırmaqla da yüzü yanar. O söndürüb-yandırana, bir və ya yüz dənə çırağın olması fərq etməz.

O vaxt ki, xilqət sistemi, yaratma sistemi aydındı, o zaman hamısı oxşuyur bu söndürüb-yandırana. Yandırıb-söndürəndə fərq eyləməz bir nəfər, yüz nəfər yaxud min nəfər.

Bəs, birincisi Allahın sonsuz qüdrətindən irəli gəlir. İkincisi, Allahın iş görməyi iradə ilədir və iradədə azlıq çoxluğun mənası yoxdur. Üçüncü məsələ də budur ki, sistemə alim olan, sistemdə o vaxt ki, yandırıb-söndürən düzəldi, bir yandırmaqla yüzü yanar, bir söndürməklə də yüzü sönər.

Buyurur ki, innəllahə səmiun bəsir” Həqiqətən, Allah eşidən və görəndir. Bu ayədə niyə bu iki sifət vurğulanıb? Bəlkə, bu yerdə Allah taala qüdrətini vurğulamalıydı? Çünki, bu, məhkəmə məsələsidir – yəni, insanlar qəbirlərindən dururlar məhkəməyə gəlsinlər. Məhkəmədə qüdrət məsələsi daha rol oynamır. Bəlkə, görmək və bilmək məsələsi rol oynayır. Deyir, sizi ki, qəbirdən qaldırdıq, siz ki, hamınız Qiyamətdə yığışdınız, Mən həm eşidənəm, həm də bilənəm. Həm sizin sözlərinizi eşitmişəm, həm də sizin etdiyiniz işləri görmüşəm. Siz, məhkəmədə beləsi bir Xaliqnən, beləsi bir Varlıqla üzbəüzsünüz. Sizi həm qəbirlərdən qaldıracaq, həm də “səmi” və “bəsir”dir. Siz onu aldada bilməzsiniz. Sizin sözlərinizi eşidib, dünyada danışıqlarınızı görüb və eşidibdir. Ona görə bu iki sifəti vurğulayır “innəllahə səmiun bəsir”

“Bəəs” məsələsinin davamında qüdrət rol oynamır çünki, məhkəməyə girirlər. Məhkəmədə əhəmiyyətli məsələ odur ki, “görmüşəm” və “eşitmişəm”, “öz qulağımla eşitdim, bu sözləri danışdı”, “öz gözümlə gördüm, bu işləri gördü”. Allah taala da buyurur, Biz sizin əməllərinizdən xəbərdarıq. O əməllər ki, danışmısınız - bəzi əməllər dillə olar, bir çox günahlar var dillə edilər. Qırxa yaxın dilin günahı var. Misal üçün, insan yalan danışar, yalanlarına and içər, başqalarını istehza edər, töhmət vurar, qeybət edər, başqasına tənə vurar, söyüş edər, yaltaqlıq edər və s. Qırxa yaxın günahı dil ilə edər. Allah taala buyurur, Biz onları eşidirik, elə düşünməyin ki, sizin danışığınızı eşitmirik. Hər nə indi danışsanız, hamısını eşidirik.

Bir sıra əməllər də var, daha eşitmək deyil, görməkdir. Misal üçün, başqasının malını oğurlamaq, kimisə təhqir etmək, təcavüz etmək, qarət etmək və s. Buyurur ki, bunları da Biz görürük.

Bəs, həm görürük, həm də eşidirik. Ona görə özünüzü kontrol edin. Siz hamınız qəbirdən duracaqsınız, bu Bizə çətin deyil. Sizi Biz, indi görürük həm də eşidirik. Bu da “səmiun bəsir”liyimizdən irəli gəlir. Bəs, özünüzü kontrol edin. Dünyada olduğunuz müddət, özünüzdən mühasibə alın. Dünyada olduğunuz müddət, öz danışığınıza, əməllərinizə və davranışınıza diqqətiniz, muraqibətiniz olsun. Dünyada muraqib olmasanız “innəllahə səmiun bəsir” ilə üzbəüzsünüz.

Allah taala ayənin davamında yenə Özünün yer üzündəki nişanələrindən danışır. Bu ayələr insanda tövhidi möhkəmləşdirməkdir. İnsan Allahla nə qədər çox tanış olsa, o qədər də imanı möhkəmləşər, o qədər də əməldə insan iradələnər. Ona görə çoxlu ayələr tövhid ayələridir. Bu ayələr insanı Allahla tanış edir.

Buyurur ki; “Ələm tərə ənnəllahə yulicul ləylə fin nəhar və yulicun nəharə fil ləyl” Aləmdə nəzm hakimdir. Aləmdə nəzmin müxtəlif sahələri var, müxtəlif misalları var. İnsan bu aləmdə nə qədər nəzm-intizamı görsə, Xaliqi ilə bir o qədər tanış olar. “Sən bu nəzmə bax Məni gör və hədəfi gör”. Bu nəzm bir məqsədi də çatdırır ki, bunlar öz başına qurulmayıb, bütün bunlar bir məqsəd daşıyır.

Buyurur; (Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını görmürsənmi? 

“və səxxərəş şəmsə vəl qəmər” Günəşi təsxir edibdir, günəşin hərəkətləri nəzmlədir, ayın hərəkətləri nəzmlədir, ixtiyardan, kontroldan çıxmayıblar.

“kullun yəcri ilə əcəlin musəmma” Hamısı müəyyən bir müddətə qədər hərəkət edirlər.

“və ənnəllahə bima təməlunə xəbir” Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır...

OXŞAR VIDEOLAR