Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (2.1)

İkinci dərs

İnsanın kəraməti

İnsanın varlığı və xilqəti, digər varlıqların xilqəti ilə müqayisədə çox üstündür.

İnsanın özünün əldə etdiyi və qazandığı kəramət, təqva və alicənablıqdır. Bu vasitə ilə də insan izzət qazanır və Allahın dərgahında uca məqama sahib olur.

Quranın xəbər verdiyi kəramət isə, insanın varlığının daxilidir və bu, böyük bir sərmayədir. Ona görə də Allah buyurur: Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik.

«لَقَدْ کَرَّمْنَا بَنِي آدَمَ»

Muminun surəsinin 14-cü ayəsində cismin dəyişməsi, ət, sümük və digər üzvlərin yaranmasından söhbət açılır. Ruh isə fərqli və böyük bir sərmayədir və insan bu böyük sərmayə ilə yaradılıbdır. İnsanın varlığında gizli sərmayə, onun ruhudur. Quran buyurur ki, siz insanlar dünyaya gələndə bir şey bilmirdiniz, amma Allah, sizə bəxş etdiyi ət, göz, ağıl, qəlb və bu kimi vasitələr ilə, sizə bəzi elmləri öyrətdi ki, bunların köməyi ilə elm və təcrübə qazanasınız. Lakin bəzi elmlər, insanın yaradılışının ilk günündən, onun daxilində mövcud olub. Bu elmləri Allah-Taala insanın daxilinə ilham etmişdir.

İnsan varlığının əsas cövhəri də, elə həmin elmlərdir. (Günah və təqva insanın ruhu və varlığına ilham olunmuşdur).

Fücur yəni pisliyi dərk etmək, başqasına zülmü dərk etmək, başqasının haqqının tapdanmasını dərk etməkdir ki, bu halların dərkinin öyrənməyə ehtiyacı yoxdur. Bu halların dərki fitri və zatidir və insanın varlığı ilə bağlılığı vardır.

Allah buyurur: And olsun nəfsə, onu yaradıb surət verənə, ona şər və xeyir duyğularını ilham edənə (and olsun)!

Yəni Allah bizə bildirir ki, insanı varlıq sərmayəsi ilə yaradıb, onun vicdanında xeyir və şərri qalıcı olaraq ilham edib.

Allah-Təala insanın bu gizli sərmayəsini Peyğəmbərlər (s), İmamlar (ə) və səmavi kitablarla qüvvətləndirir. Allah pislik (fücur) və yaxşılığı (təqva) insanın daxilində yerləşdirmişdir. Bunları dərk etmək üçün insanın yüz faiz Peyğəmbər (s) və səmavi kitablara ehtiyacı yoxdur, lakin Peyğəmbər (s) və səmavi kitablar, təqva və hidayət yolunda inasanı daha da qüvvətləndirir.

İnsandakı elm, iki növ sərmayə şəklində mövcuddur:

Belə ki, insanın daxili varlığı futbol meydançası kimi deyil. İnsanın daxili varlığı zərərli şeyləri uzaqlaşdırır, faydalı və yaxşıları isə cəzb edir. İnsan pisliklərə nifrət edir və uzaqlaşır, yaxşılıqlara meyl edir. Elə bu, insandakı böyük sərmayənin varlığının göstəricisidir.

«لَقَدْ کَرَّمْنَا بَنِي آدَمَ»

İkinci dərsin xülasəsi

Kəramət və daxili sərmayələr

İnsanın zati kəramətinin hissələrindən biri də, insanın xilqətinin əzəmətidir. Belə ki, insan çox dəyərli olan daxili bir sərmayə ilə yaradılmışdır. Şəms surəsinin 8-ci ayəsində bu mövzuya işarə edilir. Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)!.

Fücur və təqvanın ilhamından məqsəd aşağıdakılardır:

A) Mərifət və agahlıqla yaxşı və pisin seçilməsi

Yəni insan öz daxilindəki pak vicdan və agahlıq vasitəsi ilə yaxşılıqları seçir, pis işlərə qarşı isə ikrah hiss edib, onlardan uzaqlaşır.

B) Təmayül və istəklə yaxşılıqlar və paklıqlara daxili meyl, pisliklərə isə daxili nifrət

Məqsəd budur ki, insan öz istəyi və seçimi ilə yaxşılıqları seçir, pis işləri isə kənara atır.

Bu barədə Allah buyurur: Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür.

قُد اَفلَحَ مَن زَکّها وَ قَد خابَ مَن دَسّها

Zikr olunan ayəyə istinadən, əgər insan daxili sərmayəsini puç edib, öz pak fitrətinin üstünü örtsə, onun daxili nuru sönər.

Nur surəsinin 40-cı ayəsinə əsasən insan günah nəticəsində daxili sərmayələrini zülmətə çevirər və bu günahlar nəticəsində nəinki paklıqları görməkdən aciz qalar, bəlkə öz varlığından da qafil olar.

Yaxud (o kafirlərin əməlləri) dərin bir dənizdəki qaranlığa bənzəyər. (Elə bir dəniz ki,) onu dalğa üstünə dalğa örtər. Onun da üstündən bir bulud! Bir-birinin üstündəki qaranlıqlar! O, əlini çıxartsa, az qala onu görməz. Allah bir kimsəyə nur (hidayət) verməyibsə, artıq onun nuru (hidayətdən nəsibi) yoxdur.

OXŞAR VIDEOLAR