Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (4.1)

Dördüncü dərs

Əsmaullahın təlimi

Quran Bəqərə surəsinin 31-ci ayəsində, insanın bütün əsmanı öyrənə biləcək bir varlıq olduğuna işarə edir və diqqəti, onun bu qabiliyyətinə tərəf yönəldir. Beləliklə, Allah-Taala insana həmin təlimi verdiyini söyləyir «وَ عَلَّمَ آدَمَ الْأَسْمَاءَ کُلَّهَا»

Burada ortaya belə bir sual çıxır ki, Əsmadan məqsəd nədir?

İnsan bütün əsmanı öyrənə bilər? Allahın təlimindən məqsəd nədir?

İlk öncə bilməliyik ki, “Əsma” ismlər mənasındadır və ayədəki Əsma sözündən məqsəd, onun lüğət mənası deyil. Belə deyil ki, həzrət Adəm lüğətşünas olub.

  • Bəzi təfsirlərdə əsmadan məqsəd belə izah olunur ki, insan aləmdəki məxluqatın varlıq sirlərini öyrənə bilər. Yəni insanın aləmin sirlərini öyrənmə qabiliyyəti vardır.
  • Əsmanın başqa bir təfsiri isə, əsmaullahdır. Yəni İnsan Allahın bütün isimlərini özündə cəmləşdirə bilər. Çünki insan, xəlifətullah olan yeganə varlıqdır.

Bütün varlıqlar Allahın nişanəsidir və Allahın 101 adını özündə cilvələndirə bilən kəs Xəlifətullah olar.

Mələyin iki məsələdə insanla fərqi vardır:

A) Mələk təklikdə və birbaşa Allahdan öyrənə bilməz və insan vasitəsilə öyrənməlidir. Buna görə də Allah Həzrət-Adəmə buyurur: “Ey Adəm, bunların adlarını onlara bildir! (Bəqərə, 33).

قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ

Mələklər kamil insandan öyrənməlidirlər (təlim). Bu ayədən nəticə alırıq ki, kamil insan elə bir mənəvi dərəcəyə çata bilər ki, mələklərə müəllimlik edə bilər.

  1. Mələklər təlim verə bilmir və yalnız müəyyən xəbərlərə maliki ola bilərlər.

Belə ki, mələklər yalnız aləmin sirləri və əsmaullahdan xəbərdar ola bilərlər. Amma insan, aləmin sirləri və əsmaullahı öyrənmişdir.

«أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ »

“Bunların adlarını onlara bildir!”(Bəqərə, 33).

 

İnsanın xəlifətullah olması cərəyanında səcdə hadisəsi də vardır. Həmin hadisədə, Allah əmr edir ki, mələklər Adəmə səcdə etsinlər.

« وَ إِذْ قُلْنَا لِلْمَلاَئِکَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلاَّ إِبْلِيسَ أَبَى وَ اسْتَکْبَرَ »

Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və kafirlərdən oldu.(Bəqərə, 34).

 

Mələklərin səcdə etməsinin vacibliyi haqqında bir neçə təfsir vardır:

  1. İnsan mələklər üçün qiblədir, çünki bu səcdəni mələklərə Allah əmr etmişdi. (Bu, insanın əzəmətini çatdırır).
  2. Mələklər səcdə etməliydilər, çünki mələklərin yaranışı kamil insan olmağın xilqətindədir.

 

Şeytanın Adəm qarşısında səcdə etməməsinin səbəbi:

 

1 – Şeytan şəriət aləmində yox, ümumiyyətlə Allahın əmrindən çıxıb, səcdə etmir və bu səcdədən imtina edir.

2 – Şeytanın yaranışı, insana xidmət etmək yox, bəlkə onu vəsvəsə etmək üçündür.

İnsan yer üzündə yaşamaq üçün beş təlim kursunu keçməlidir:

  1. Öz dəyərini bilməlidir: İnsan əsmaullahın, bütün aləmin sirlərinin maliki hətta mələklərin müəllimi ola bilər.
  2. Öz dostunu tanımalıdır: Mələklər insanın ixtiyarındadır və o, mələklə dost ola bilər.
  3. Öz xarici düşmənini tanımalıdır: İnsanın düşməni Şeytandır və Şeytan, onun inkişafına maneçilik törədir.

Şeytanın insana qarşı olan düşmənçiliyinin səbəbi budur ki, o and içmişdir ki,

A) Vəsvəsə edəcək, B) Səcdədən imtina etmişdir.

  1. İnsan öz daxilindəki düşmənini də tanımalıdır: Tamah insanın daxili düşmənlərindən biridir və insanın ayağını sürüşdürüb, harama tərəf çəkə bilər.
  2. İnsan tövbə edə bilər: İnsan günah edib, mənəvi yolda yıxıla bilər və bununla da hər şey bitər.  Amma Allah tərəfindən onun üçün rəhmət vardır və bu rəhmət, tövbə qapısıdır.

Dördüncü dərsin xülasəsi

Təlim kursu

Allah tərəfindən əsmanın təlimi prosesində “Əsma”-dan məqsəd:

  1. Əşyaların fəlsəfə, sirlər, keyfiyyət və xüsusiyyətləri
  2. Əsmaullah (Allahın adları).

İnsanın mələkdən iki fərqi vardır.

  1. İnsan birbaşa Allah tərəfindən təlim alır, mələk isə, kamil insan vasitəsilə.
  2. İnsan elmə çatır, amma mələk yalnız xəbər əldə edə bilər.

Kamil insanın xəlifəliyi və Adəmin (ə) yerə enməzdən qabaq xəlifətullah olmaq prosesində, Allah-Taala insan üçün beş təlim kursu təşkil edir ki, həmin beş təlim kursunun vasitəsi ilə, insana yerdə yaşamaq şəraiti hazırlanmış olur. Bu beş təlim kursu aşağıdakılardan ibarətdir:

  1. İnsan dəyərinin tanınması (Xəlifətullah ola bilər).
  2. Xəlifətullah olma yolunun tanınması (Əsmanın təlimi).
  3. Kamal yolunda insanın dost və yardımçısının tanınması (Mələklərin səcdəsi).
  4. İnsanın daxili və xarici düşməninin tanınması (Şeytanın təkəbbürü və Adəmin vəsvəsəsi).
  5. Məğlubiyyətdən sonra qayıdış yolu (Tövbə).

OXŞAR VIDEOLAR