Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (7.1)

Yeddinci dərs

Qəlb, ruh (1)

Qurani-kərim, insanşünaslıqla bağlı müxtəlif mövzulara işarə etmişdir. Bu barədə ayələrin çoxusunda danışılan mövzu, insanın bədən və ruha malik olduğu haqqındadır. Belə ki, həmin ayələri mütaliə edəndə, insanın maddə və ruha sahib olan bir varlıq olduğu məlum oldu.

Allahın yaratdığı heyvanlar kimi bəzi varlıqlar, yalnız yerə aiddir və yerdə yaşayırlar. Bəziləri isə yalnız göyə aiddirlər. Misal üçün mələklər kimi. Amma bu iki növ varlıq arasında elə bir dəyərli varlıq var ki, həm yerdə yaşayır, həmdə ki, mələklərin yaşadığı mənəvi göylərə səfər edib, orada da yaşamağa qabiliyyəti var. Bəli, həmin varlıq, insandır.

Dərsin davamında insan bədəninin xəstələndiyi kimi, ruhunun da xəstələnə biləcəyi mövzusunu araşdırmaq istəyirik. Əgər Quranın bəzi ayələrini diqqətlə oxusaq, görərik ki, quranda da həmin mövzuya işarə edilir. Yəni Bədənin xəstəliyə düçaar olduğu kimi, bəzən insanın ruhu da xəstələnə bilər.

Bədən öldüyü kimi, bəzən ruh da ölür. Bu baxımdan da, quranda insanşünaslıq mövzularından biri də, ruhun xəstələnmə və ölməsi mövzusudur. Ruh ölən vaxt, insan hələ də  nəfəs alsa belə, onun yaşayışının mənəvi inkişafı olmur.

Allah-taala ruhu ölmüş dirilər barədə buyurur: Onlar kar, lal və kordurlar. Buna görə də (doğru yola) qayıtmazlar. (Bəqərə, 18).

صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ

Ayəyə diqqət yetirsək, görərik ki, ruhu ölən şəxslər, “Həqiqətə qarşı kar və kor” olarlar.

Qəlb və ruhun ölümü bəhsi çox genişdir.

Ruhu ölən kəslər « میت الاحیاء » (canlı meyyitdirlər). Quran belə adamları nəfəs alan ölülər adlandırır. Bəzi insanlar üfüqi ölülərdir ki, Məlikül-məut (Ölüm mələyi) vasitəsilə Allah tərəfindən canları alınır və qəbirstanlıqda dəfn olunurlar. Amma bəzi insanların evləri qəbirstanlıqdır.

Peyğəmbəri-əkrəm (s) buyurur: “Evlərinizi Quran oxumaqla  zinətləndirin və onu            qəbirə çevirməyin”.

زَیّنوا بیوتکم بتلاوة القرآن و لا تتخذوها قبورا

Hədisin mənası budur ki, əgər insan Allahla öz əlaqəsini kəssə və Quranla ünsiyyətdə olmasa, həmin insan mənəvi və ruh baxımından ölər və onun  evi qəbirstanlıq olar.

Belə ölülərə, üfüqi ölü yox, şaquli ölü deyilir. Yəni nəfəs almasına baxmayaraq, ruhi cəhətdən ölüdür.

İnsan ruhunun digər xəstəlik mövzularından birinə də, Quranın bir neçə ayələrində  rast gəlmək olar. Belə ki, əhzab surəsinin 32-ci ayəsində Allah

Buyurur: Ey Peyğəmbər zövcələri! Siz başqa qadınlar kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, (yad kişilərlə) ədalı danışmayın, yoxsa qəlbində xəstəlik olan bir kimsə (sizə qarşı) ümid bəsləyər. Düzgün danışın!

يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا

Ayədəki “Qəlbindəxəstəliyi olan” - ifadəsi onu çatdırır ki, qəlbdə də xəstəlik ola bilər.

Öz şəhvətini nəzarətdə saxlaya bilməyən insanın, əxlaqi xəstəliyi vardır.

Allah-taala Əhzab surəsinin başqa bir ayəsində isə belə buyurulur: O zaman münafiqlər və qəlblərində xəstəlik olanlar: “Allah və peyğəmbəri bizə yalnız yalan şeylər vəd ediblər”, - deyirdilər. (Əhzab,12).

وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورًا

Ayədən məlum olur ki, bəzi insanların etiqad xəstəliyi vardır və imanları zəifdir. Onların Allahı və Peyğəmbəri tanımaqla bağlı problemləri vardır. Bir qədər çətinliyə düşəndə, Allah və Peyğəmbərə etiqadları sual altına gedir və deyirlər ki, Allah və Peyğəmbər bizə vədə verdi və sapındırdı.

 

 

 

Quran isə buyurur ki,  Bu sözləri əlblərində nifaq olan  münafiqlər deyir, ya da ki, qəlblərində xəstəlik olan və imanları zəif olanlar. Bu cür insanlar, Allah və Peyğəmbərə (s) qarşı çox zəif imana malik olduqları üçün, kiçik çətinlik və sadə şübhə ilə, dərhal daxilindəki xəstəliyi aşkar edirlər.

 

Allah-taala yenə insanın ruh və qəlbinin xəstəliyinə işarə edərək, Bəqərə surəsinin 10-cu ayəsində belə buyurur: Onların qəlblərində xəstəlik (küfr, nifaq) vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır.

فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

Allah və möminləri aldatmaq istəyən münafiqlərin işləri hiyləgərlik və yalançılıqdır. Daim aldatmaqla məşğul olan kəsin qəlbində xəstəlik olar.

Nəticədə isə, ruh həm ölür, həm də ki, xəstələnər.

Quran buyurur: Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.  (İsra, 82).

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا

Ayədən məlum olur ki, Quran şəfa verəndir. Yəni xəstələnmiş ruh, quran vasitəsi ilə sağala bilər.

Deməli, insanşünaslıq mövzusunda ruh xəstələnə bildiyi kimi, müalicə də ola bilər. Ruhun müalicə olması üçün ilk öncə ona bəzi məlumatlar verilməli, daha sonra isə, ruh məşq etdirilməlidir. Əgər bu iki mərhələ lazım olan kimi tətbiq olunsa, ruh şəfa tapar və mənəvi xəstəliklərdən sağalar.

Qəlb-ruh (2)

يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

İnsanın ruhu şəhvət, tamahkarlıq, nifaq və bu kimi günahlar nəticəsində xəstələnir.

Quranın bəzi ayələrində, insanın ruhunda baş verən xəstəliklər barədə, geniş şəkildə danışılır.

 

Quran buyurur ki, əgər insan şəhvət, tamah və dünyapərəstliklə yaşasa, “Qəlbində xəstəlik olar”(Bəqərə,10). Əgər o, cənnətə daxil olmaq istəyirsə, qəlbini sağaltmalıdır.

Qiyamət günü insana heç kəs və heç bir şey kömək edə bilməyəcək. Allah-taala buyurur: O gün nə mal-mülk, nə də övladlar fayda verər.(Şüəra, 88).

يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ

Başqa bir ayədə isə Allah belə buyurur: Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən əvvəl sizə verdiyimiz ruzidən infaq edin! İnkar edənlər əsil zalımlardır. (Bəqərə, 254).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ ۗ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

Bu ayədə mal və mülkünün bir başa özünə yox, alqı-satqısına işarə edilir. Məqsəd budur ki, dünyanın qayda-qanunlarında hər hansı bir evi alıb, onu icarəyə vermək olar, amma bu işlərin qiyamətdə insana heç bir faydası olmaz. Əslində malın orda heç bir dəyəri yoxdur.

Əvvəlki ayədə isə belə buyurur: nə də övladlar fayda verər.(Şüəra, 88).

وَلَا بَنُونَ

Yəni insanın dünyadakı əlaqələri, qiyamətdə ona heç bir fayda verə bilməz. Əslində insan qiyamətdə, dünya qaydalarına olduğu kimi, öz mənzilində rahatlığa çata bilmir. Eləcə də, ata, övlad və digər yaxınlarla qurduğu bağlılıq və münasibəti, qiyamətdə təşkil edə bilmir. Yəni Qiyamətin şərtləri, dünya şərtlərindən çox fərqlidir.

 

 

 

Elə isə biz nə etməliyik? Qiyamətdəki şəraitimizi yaxşıya doğru tənzimləmək üçün bizə nə lazımdır?

Bu suala Allah Şüəra surəsində cavab verir. Belə ki, Allah buyurur: Ancaq təmiz bir qəlblə Allahın hüzuruna gələn kimsə bundan istisnadır! (Şüəra,89).

إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

Yəni dünyada qəlbini mənəvi çirkablardan təmizləyən şəxs, qiyamət günü bir çox əzab və çətinliklərdən uzaq olar.

Saffat surəsində də həmin mövzuya toxunulur. Belə ki, Allah buyurur: Bir zaman o, Rəbbinin hüzuruna təmiz bir qəlblə gəlmişdi. (Saffat, 84).

إِذْ جَاءَ رَبَّهُ بِقَلْبٍ سَلِيمٍ

Bu ayə onu göstərir ki, qəlb xəstə ola bildiyi kimi, sağalada bilər. Belə bir sual ortaya çıxır ki, qəlbin xəstəliyinə səbəb  olan şey nədir və həmçinin onu sağaltmağın yolu nədir? Bir qədər əvvəldə açıqladığımız ayələrədən bu nəticəyə gəldik ki, şəhvət və tamah qəlbin xəstəliyinə səbəb olur.

Həmin ayəni diqqətlə oxuyanda, qəlbin xəstələnmə səbəbi məlum olur. Allah buyurur ki, tamahkarlıq və şəhvani nəfsə tabe olmaq, insanın qəlbinin xəstələnməsinə səbəb olar.

“Ey Peyğəmbər zövcələri! Siz başqa qadınlar kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, (yad kişilərlə) ədalı danışmayın, yoxsa qəlbində xəstəlik olan bir kimsə (sizə qarşı) ümid bəsləyər. Düzgün danışın!”( Əhzab,32).

فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ

Nifaq və bu kimi günahlar, qəlbin xəstəliyinin amilidir. Əgər insan öz ruhunu bu günahlardan təmizləməsə, Allah dərgahına sağlam qəlblə gələ bilməz. Ona görə də insan gərək diqqətli olsun ki, dünyada qəlbi zərər görüb, korlanmasın. Əgər insan davamlı olaraq günah etsə və özünü islah etməyə çalışmasa, tədricən günah onun qəlbi xəstələndirər və o həddə çatar ki, artıq onu sağlamlıq mümkün olmaz.

Allah bu barədə buyurur: Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlblərini bürümüşdür (kirlətmişdir). (Mutəffifin, 14).

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ

Ayədə zikr olunan “ران” “رین”   sözündən götürülüb. “Rin” sözü isə, çirk mənasındadır. Belə anlaşılır ki,  davamlı olaraq günah edib, həmin günahlardan çəkinməyənlərin qəlbinə, çirk yığılar. İnsan günah edəndə qəlbinə çirk düşür. Qəlb çirklənəndə xəstələnir və onun sağlamlığı aradan gedir və belə olduğu təqdirdə, artıq insanın qəlbi, “qəlb-i səlim” (Quranda zikr olunan sağlam qəlb) ola bilmir. Bu səbəbdən bizə sifariş olunmuşdur ki, xəstəliklərdən

uzaq durmağa çalışaq və bu da onu göstərir ki, bədən və cism xəstələndiyi kimi,  ruh da xəstələnir.

İnsan öz bədənini tanımağa çalışdığı kimi, ruhunu da tanımalıdır. Bədənin həkimə ehtiyacı olduğu kimi, ruhun da həkimə ehtiyacı var.  Əgər insan ruhunu tanıyıb, onu xəstəliklərdən qorusa,  onun ruhu sağlam olar.

Yeddinci dərsin xülasəsi

Qəlb = ruh

İnsan ruhunun bədən kimi müxtəlif dəyişiklikləri vardır.

  1. Ruhun sağlamlığı
  2. Ruhun xəstələnməsi
  3. Ruhun ölümü
  4. Və s.

Quran ayələrində müxtəlif ruhi xəstəliklərə işarə olunmuşdur:

  1. Əxlaqi xəstəlik (Əhzab 12-32) insanın tamahkarlığı kimi.
  2. Etiqadi xəstəlik (Bəqərə 10 – Əhzab 12) imanın zəifliyi,

 

Nifaq və.s kimi.

 

  1. Siyasi xəstəlik (Maidə 52)

 

Quran bir çox ayələrdə Qiyamət günü insanın nicatını sağlam qəlbə malik olmaqdan asılı bilir.

OXŞAR VIDEOLAR