Məhəmməd Baqir Saivər - İnsan (9.1)
Doqquzuncu dərs
Haqqa dəvət (1)
وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا
Quranda insanşünaslıq mövzusu, müxtəlif baxımlardan izah olunur. Bu mövzunun mühüm cəhətlərindən biri də, insanın qəlbi mövzusudur ki, mənəviyyat və irfana aiddir.
Quran buyurur: İnsan əvvəldə daxili sərmayə ilə birlikdə yaradılmışdır. Keçmiş bəhslərdə açıqladıq ki, Allah-taala insana iki növ sərmayə bəxş edib. Onlardan biri daxili, digəri isə xarici sərmayədir.
وَنَفْسٍ وَمَا سَوَّاهَا فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
Daxili sərmayədən məqsəd, insanın vicdanı və nəfsidir. Məhz həmin vicdan və nəfs vasitəsi ilə insan paklığa və haqqa tərəf yönəlir. Bu dəyərli sərmayə vasitəsi ilə insan həqiqətləri görüb, haq yolda addımlayır.
Xarici sərmayə isə, peyğəmbərlər (ə) və səmavi kitablardır. Deməli, insanı haqqa və xeyir işlərə tərəf dəvət edənin biri daxildən, digəri isə xaricdəndir. İnsanın bu iki dəvətə müsbət ya mənfi cavab verməsinin fayda və zərərləri barədə, keçən dərsdə danışmışıq.
Qeyd etmişdik ki, əgər insan Allahın hidayətini qəbul etsə və Allaha itaət edib, ona təslim olsa, qəlbi haqqa uyğun şəkildə böyüyər, haqqı görmək və haqqı yerinə yetirmək onun üçün asanlaşar. Ona görə də əgər insan dünya işləri barədə düşünüb, xeyir işləri yerinə yetirməkdə bir qədər yubansa, nigaran qalar və həmin xeyir işi təxirə sala bilər. Amma sədəqə və xeyir əhli olsa, artıq düşünmədən həmin xeyir işləri yerinə yetirər və bu işlərin icrası onun üçün rahat olar.
Ona görə də Allah ayədə buyurur:
Biz də ən asan olanı onun üçün asanlaşdırarıq.(Ləyl,7).
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ
Əksinə, əgər Allahın hidayət və dəvətinə, eləcə də daxili dəvəti, peyğəmbər (ə) və səmavi kitabların dəvətinə müsbət cavab verməsə və günah işlərə davam etsə, aşağıdakı ayənin misdaqına çevrilər.
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
Ayənin mənası belədir: Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! (Şəms,8).
Yəni insan iatətsizlik etsə, nəfi ona şər işləri ilham edər. Yox əgər insan haqqa itaət etsə, nəfsi ona xeyir işləri ilham edib, bu işləri ona asanlaşdırar və beləliklə də onun qəlbi xeyir işlər üçün böyüyər. Nceə ki, Allah buyurur: Biz də ən asan olanı onun üçün asanlaşdırarıq.(Ləyl,7).
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ
Allahın hidayətinə qarşı cavab verməyin keyfiyyəti, ruhun böyüməsi, təslim və ya küfr üçün şərhi-sədrə malik olmaqda, çox təsirə malik olan bir amildir. Əgər insan Allaha təslim olmaq üçün şərhi-sədri haqqa tərəf yönəlsə, xeyir iş görər, şərhi-sədri küfr üçün böyüyəndə isə, rahat şəkildə günah edər və bu günah işləri davam etmək üçün, haqqa qarşı inadkarlıq göstərər.
Mümkündür ki, bəzi insanlar ilk dəfə yalan danışan zaman, üzləri qızarır, nigaran və narahat olurlar. Amma yalan danışmağa davam edəndə, yalan onlarda adət şəklinə və həyatlarının ayrılmaz bir xasiyyətinə çevrilir. Yalan danışmaq onlar üçün nəfəs almamaq kimi mümkünsüz bir hala çevrilir. Belə insanlar yalan danışarkən xəcalət çəkmir, əksinə bu günahdan ləzzət də alırlar.
Quran ayələrinə əsasən, əgər insan hidayət və haq dəvəti qəbul edərsə, onun anlamaq hissləri daha da fəal olar. Bu mövzu, insanın xeyir işləri qəbul edib, onları icra etməsinə dəlalət edən məsələyə aiddir.
Şərhi-sədr mövzusunda, insanın vəzifəsi yaxşı işlərin daha çox həddə yerinə yetirməsidir. Çünki insanın qəlbi böyüdükcə, daha çox yerinə yetirdiyi işlərə qarşı adət edir və bununla da qəlbi həmin işlərin icrasına qarşı genişlənər. Əgər insan Allaha yaxın olub, hidayət yolunda daha çox fəal olarsa, haq və batili görər və nəticədə Allaha təslim olar. Bu barədə Allah buyurur:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (Ənfal,29).
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا
Ayədən məlum olur ki, əgər insan təqvalı olsa, daxili və xarici dəvət və hidayətə müsbət cavab verər.
يَجْعَلْ لَكُمْ فُرْقَانًا
Ayənin mənası budur ki, təqvalı olan şəxsə, Allah “Fürqan” verirər. Furqan haqqı batildən ayıran düşüncə və əqlə deyilir. Yəni insan təqvaya sahib olsa, onun anlamaq və dərki çoxalar. Məqsəd budur ki, ola bilər ki, insan əvvəllər bəzi məsələləri dərk edə bilmirdi, amma ona “Furqan” verildiyi üçün, artıq bilmədiklərini öyrənir və bir çox məsələləri daha yaxşı dərk edə bilir.
Ona görə də Allah buyurur: Əgər Allahdan qorxsanız...
إِنْ تَتَّقُوا اللَّهَ
Yəni necə ki, ikinci sinif dərslərini oxumaq, birinci sinifin dərslərini oxumağa bağlıdır, eləcə də “Furqan” əldə etmək üçün, “Təqva”-ya yiyələnmək lazımdır.
Allah başqa bir ayədə bəzi insanların “Nur” vasitəsi ilə hərəkət etdiyini bildirir. Bu barədə Allah buyurur: Özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs (Ənam,122).
وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ
Allahın əmrinə təslim olan şəxsin həyat və yaşayışında nur var. İnsan həmin nur vasitəsi ilə yeni dərklər əldə edir və bu dərk, insanı ətrafındakılardan fərqləndirir. Ona görə də Allah buyurur: Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər (Ənfal,29).
إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا
Əlbəttə zikr olunan ayənin mənasına diqqət yetirsək, başa düşərik ki, əgər insan ayənin mənasına əməl etməsə (Təqvaya yiyələnməsə), əksinə Günah edib, kafir olub və Allaha şərik qoşsa, furqandan məhrumn qalar.
ان عصیتم و کفرتم و اشرکتم
Bu baxımdan, Furqana nail olmaq üçün, zikr olunan ayəyə əməl etmək lazımdır.
إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا
Çünki əgər insan həmin ayəyə əməl etməsə, haqla batil arasında fərq qoyub, onları bir-birindən ayırd edə bilməz.
Bu mövzuyu Allah-taala digər bir ayədə fərqli şəkildə açıqlayır.
Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik.(İsra,45).
وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا
Ayədən anlaşılır ki, davamlı günah etməklə məşğul olanlar “Furqan”-dan uzaq düşər və həmin insanlar ilə peyğəmbər (s) arasında mənəvi pərdə yaranar.
Bu insanların ruhu ciddi şəkildə kirlənər və sonunda elə vəziyyətə düşərlər ki, haqqla batil arasında fərq qoyub, onları bir-birindən ayıra bilməzlər.
Ayənin “Sən Quran oxuduğun zaman” və “Axirətə inanmayanlar” cümlələrini oxuyub, onların mənası haqqında diqqətlə düşünəndə, məlum olur ki, mənəvi kar və korluğa, eləcə də hidayət yolu və furqandan uzaqlaşmağın səbəbi, günah və imanın yoxluğudur. Yəni imansızlıq və günahdır ki, insanın mənəvi korluğuna və Peyğəmbər (s) ilə arasında hicab yaranmasına səbəb olur.
|
|
|
Ayənin sonunda “Məstur” sözü işlənib. Bu söz “Gizli” anlamını verir. Ona görə də ayə, “Səninlə onların arasında biz Gizli hicab yerləşdirdik” olaraq tərcümə edilib.
Insanın yaşayış mühitindəki bəzi maneələr olduğu kimi, mənəvi aləmdə də bəzi maneələr olur. Misal üçün, yaşadığımız evin otaqları arasında, onları ayıran divarlar var. Bu divarlar otaqlar arasında bir maneədir. Biz bir otaqdan digər otağı görmədiyimizin səbəbini anlayırıq. Bilirk ki, otaqlar arasında divar var. Eyni zamanda da həmin maneələri görürük. Amma bəzən daxilimizdə maneələr var və həmin maneələr bizimlə mənəvi aləm arasında divar rolunu oynayır və biz o maneələri görmürük.
Bu baxımdan Mütəla Allah ayədə “Gizli” sözündən istifadə edir və quran ayələrinə əsasən bu gizli hicab, qəlbin (ruhun) üzərindəki mənəvi hicabdır.
Haqqa dəvət (2)
İnsanın etdiyi günahlar, axirət əzabından əvvəl insanı dünyada böyük bir əzaba giriftar edir və o da budur ki, günahlar nəticəsində onun qəlbinə pərdə
çəkilir, artıq haqqı görmür, eşitmir və demir. Allahın dəvət və hidayəti iki daxili və xarici sərmayə əsasındadır.
|
|
|
Əgər insan günah edib, Allahın dəvətini qəbul etməsə, Allah yenə də ona möhlət verər.
Ona görə də Allah bəzi ayələrdə buyurur: Ola bilsin ki, onlar (haqq yola) qayıdarlar. (Səcdə, 21).
لَعَلَّهُمْ يَرْجِعُونَ
Tövbə edib, Allaha tərəf qayıtsınlar deyə, onlara möhlət verilir. Amma əgər qayıtmasalar və tövbə şansını əldən versələr, qəlbləri qaralıb, möhürlənər. Quran bu barədə buyurur: Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə, 7).
خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
Hər kəs bilir ki, qurtarmış və bitmiş şeylərə möhür vurulur. Misal üçün məktubu yazıb, bitirdikdən sonra, ona möhür vurulur. Məktuba möhür vurulmasının mənası budur ki, məktubda yazılası və deyiləsi sözlər qurtardı.
Insanın qəlbinə möhür vurulmasının mənası da budur ki, artıq həmin insanın hidayət olma şansı qalmayıb. Çünki ona deyiləsi sözlərin hamısı deyilib, verilər fürsətlər də qurtarıb. Tövbə fürsətlərini əldən verdiyi üçün, onun qəlbinə mənəvi möhür vurulur.
Həmin insanlar şəhvətlərinə tabe olduqları üçün haqqı tanımır, görmür və demirdilər. Günah işləri nəticəsində, sanki “bizim qulaqlarımız ağır, gözlərimiz kor və dilimiz laldır” deyirdilər.
Günahlarına davam etdikləri üçün, Allah bunları öz halına buraxdı. Nəticədə isə, həqiqətən kor, kar və lal oldular. Günahı təkrarlama və davam etmə onlarda hicab yaratdı və bununla da artıq haqqı görə bilmədilər.
Həmin insanlar, ilk günlərdə haqqı görsələrdə, ona qarşı inad edib, şəhvət və qəzəblərinə müsbət cavab verirdilər. Onlar, davamlı şəkildə günaha aludə olaraq, (Günahın mənası budur ki, insan əməldə və ya həm dildə, həmdə əməldə haqqı qəbul etməyib, onu eşitməsin və dilində də onu təsdiq etməsin) elə bir vəziyyətə çatdılar ki, sağlam düşüncə və ağılın qəbul edə biləcəyi “Vəhy”, “Hədis” və “Quran ayələri” kimi həqiqətləri danıb, onları uydurma hesab etdilər.
Özlərini belə səviyyəyə düşürən insanları, Allahın əzabı ilə qorxutmağın heç bir mənası yoxdur. Ona gərə də Allah buyurur:
Onlar dedilər: “Öyüd versən də, verməsən də, bizim üçün fərqi yoxdur. (Şüəra,136).
قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُنْ مِنَ الْوَاعِظِينَ
Ayəyə diqqət yetirsək, görərik ki, qəlbi korlanan insanlar üçün nəsihətin belə faydası yoxdur. Hatta onlar, özləri bunu etiraf edir.
Başqa bir ayədə isə, mütəal Allah qəlbi korlanan insanlar barədə Peyğəmbərə (s) belə buyurur: Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər. (Yasin,10).
وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُون
Allah ayədə Peyğəmbərə (s) bu həqiqəti çatdırır ki, qəlbi məhv olmuş insanı cəhənnəm əzabı ilə qorxutmaqla, qorxutmamağın heç bir fərqi yoxdur. Yəni olnların daxilində artıq mənəvi maneə yaranıb və onlar həqiqə
Ona görə də Allah İsra sxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik.(İsra,45).
Yəni Qəlb mənəvi hicabla örtüləndə, artıq həm xaricdəki, həmdə öz daxilindəki nidaları eşitmir. Belə insanlar, sözün həqiqi mənasında mənəvi kar, kor və laldılar.
Allah-taala digər surənin ayələrində bu mövzunu başqa cür izah edərək, buyurur: Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək! (Mutəffifin,15).
كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ
Ayənin mənası budur ki, həmin insanlar qiyamət günü qəlbləri ilə rəbblərini görə bilmirlər və Allahın rəhmətindən uzaq düşəcəklər. Əlbəttə ki, burada “Uzaq düşmək” sözünün mənası, məkan məsafəsi anlamında deyil. Məqsəd budur ki, qəlblərində hicab yaranan insanlar, həmin mənəvi maneəyə görə Allahdan uzaq düşəcəklər. İnsanın qəlbi mənəvi hicaba bürünəndə, həqiqətlərə yaxın olsa da, onları görmür. Çünki günahlar nəticəsində insanın qəlbi kirlənir və nəticədə də həqiqətləri görməkdən aciz qalır.
Bu barədə Allah, yuxarıdakı ayədən öncə nazil olan ayədə buyurur: Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür. (Mutəffifin,14).
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ
Bəzən insan hər hansı bir şeyin üzərində örtük olduğu üçün, onu görmür. Misal üçün
üzərinə pərdə salınmış kitaba baxdığımız zaman, təbii ki, həmin kitabı görməyimiz mümükün deyil. Amma əgər kitabın üzərində həmin pərdə olmasa, biz o kitabı görüb, üzərində yazılanları da oxuya bilərik.
Allah peyğəmbərə (s) buyurur: Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən! (Qaf,22).
فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ
|
|
|
Bu ayədə Allah peyğəmbərə (s) xitab edir və qiyamət günü pərdələrin götürüləcəyini bildirir. Ayədən məlum olur ki, Allah ilə insan arasında mənəvi maneənin yaranma səbəbi, insanın özündədir. Məhz daxildəki pərdə nəticəsində insan bir çox həqiqətləri görə bilmir.
İnsan öz günahları ilə, qəlbinə və mənəvi dəyərinin varlığına hicab çəkir. Öz varlığını hicaba bürüdüyü vaxt, xaricdə olan həqiqətləri görmür və haqqı qəbul edə bilmir.
Bu insanlar barədə Allah buyurur:
Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.(Bəqərə, 18).
صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ
Əgər insan günah etməyə davam etsə, gözü kor, dili lal və qulağı kar olar. Əksinə, əgər Allahın hidayətinə müsbət cavab verib, günahlardan uzaqlaşaraq, itaət əhli olsa, Allahın əmr və göstərişlərinə təslim olar.
Mütəal Allah, onun hidayət yolunu qəbul edib, haq yola təslim olan şəxs barədə buyurur: Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? (Zumər? 22).
أَفَمَنْ شَرَحَ اللَّهُ صَدْرَهُ لِلْإِسْلَامِ فَهُوَ عَلَىٰ نُورٍ مِنْ رَبِّهِ
İtaəti qəbul edib, günahlardan uzaqlaşan şəxsə, Allah tərəfindən bir nur verilər. İnsan həmin nur vasitəsi ilə haqqı görüb, onu batildən ayırmağı bacarar.
Amam əgəg insan itaətsizlik və batil yolu seçsə, həmin nurdan məhrum qalıb, mənəvi qaranlıqda qərq olar. İnsanşünaslıq mövzusunda qeyd etdik ki, insanın həm daxilində, həmdə xaricində bir sərmayəsi var. Əgər insan həmin dəyərli və əhəmiyyətli olan sərmayələrə qarşi bilərəkdən etinasız davransa, bədbəxt olar.
Necə ki, Allah buyurur: Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms,10).
وَقَدْ خَابَ مَنْ دَسَّاهَا
Çünki artıq həmin iki sərmayə yoxdur, amma ilk günlərdə insan onlardan istifadə edib, düz yolu taparaq, hidayət nurunu əldə ede bilərdi. Amma atrıq bu fürsəti əldən vermiş oldu. Ona görə də özünü belə vəziyyətə slan insan, öz halına buraxılır. İnsan da öz halına buraxılan zaman, sərmayəsini dəfn edir, qəzəb, şəhvət və xəyalla yaşamağa davam edir.
Amma əksinə, əgər insan bu sərmayədən düzgün istifadə edərək, öz mənəvi dəyərini yüksəyə qaldıra bilsə, həmin sərmayələr də dəfn olmaz. Yəni insan bu sərmayələr vasitəsi ilə həm daxili, həmdə xarici dəvətlərə müsbət cavab versə, lazimi addımlar atsa, haqqı qəbul etsə və təslim olsa, bu vaxt onun fürqan və nuru çoxalar, dərki genişlənər, artyar və mənəvi uğur qazanmış olar.
Ona görədə Allah buyurur: Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. (Şəms, 9).
قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا
Doqquzuncu dərsin xülasəsi
Haqqa dəvət
İnsan iki növ“Daxili” və “Xarici” sərmayə ilə haqqa dəvət olunur.
İnsan bu iki sərmayəni qəbul edəndə, onda yeni baxış və fürqan yaranaraq, ona yeni nur əta olunur. Məhz bu nur vasitəsi ilə insanın hidayəti artaraq, inkişaf edir.
Əgər insan haqqın dəvətini qəbul etməsə və hidayət nuruna daxildən və xaricdən cavab verməsə, həqiqətdən mənəvi hicaba düçar olar.
Quran ayələrinə əsasən, Günah və Üsyan, Nur, Dərk və Ağıl çırağı ilə bir-birinin əksinə olan həqiqətlər kimi tanıtdırılır.