Məhəmməd Baqir Saivər - İnsan (11.1)
On birinci dərs
İnsan ixtiyar sahibidir
Allahın adlarından biri olan “Xaliq” sözünün mənası, yaradan deməkdir. Mütəal-Allah Quranın bir çox ayələrində bildirir ki, varlıq aləmindəki bütün varlıqları o və ondan üstün digər bir varlıq yoxdur. (Rəd surəsi: 16, Ənam surəsi: 101-102, Zumər surəsi: 62, Ğafir surəsi: 43).
Burada qarşıya belə bir sual çıxır ki, əgər Allah hər bir şeyi yaradıb, deməli insanın işləri də Allahın xilqətinə aiddir? Yəni insanların işlərini də Allah yaradıb və insanlar bu işlərin icrası üçün yalnız vasitə rolunu oynayır?
Bu suala cavab tapmaq üçün, aşağıda açıqlanan mövzuya diqqət yetirmək lazımdır.
Yaranışda tövhid:
Allahın xəlq etməkdə şəriki olmadığı və xaliqlikdə vahid olması, yaranışda tövhid deməkdir. Aləmdə hər bir şey, Allahın iradə və səbəbi ilə baş verir. Zahirdə görünən hər şey səbəb yox, bəlkə vasitədir. Quranda bu mövzuya aid bir çox ayələr mövcuddur. Misal üçün Allah buyurur:
Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır!(İbrahim,32).
Yəni Allahın əmri ilə yağdırılan yağış vasitəsi ilə, insanlar üçün meyvə və ruzi göndərilir. Bu su insanlar üçün səbəb və vasitədir. Ona görə də deyə bilərik ki, insanlar öz əməllərinin səbəb və vasitələridir.
Fəsad, pislik və təfriqə insanın özünün vasitə və səbəbi ilə həyata keçirilir. İşlərin çoxunun səbəbi, yerinə yetirilən işin özüdür.
Bütün səbəb və vasitələrin varlığı, Allahın varlığınna qayıtdığı kimi, vasitə və səbəblərin xasiyyəti də, Allahın varlığına qayıdır.
Amma işlərin bəzisi qeyri-iradi və insanın meyli üzündən baş vermir. Məsal üçün od yandıran xasiyətə malikdir. Amma Allahın iradəsi olmadan, odda olan bu xasiyyət, özünü göstərə bilməz. Və ya başqa bir misal ilə açıqlamaq istəsək, su və ona aid xüsusiyyəti misal gətirə bilərik. Suda batmaq insanın havasız qalaraq, boğulmasına səbəb olur. Bu, suyun xüsusiyyətidir. Amma yenə də, Allahın istəyi olmasa, suda bu xasiyyət qalmaz. Necə ki, atəşin İbrahimi (ə) yandırmadığı, suyun Musanı (ə) boğmadığı kimi.
Səbəb və nəticə qanunu qəbul normal və olunan bir qanundur. Allahın tək Xaliq olduğu da inkar edilməz bir qanundur. Varlıq aləmində Allahdan başqa kimsə vahid (tək) deyil. İradə və ixtiyar aləmində insanın əməlləri səbəb olur, amma bu müstəqil iradə deyil. İnsanın iradəsi Allahın istəyinə bağlıdır, amma bu o demək deyil ki, Allah insanın iradəsini əlindən alıb.
Allahın istəyi iradə əsasında olmasıdır. Belə ki, həm iradənin olması və həmdə İradənin təsiri Allahdandır.
İnsanın işlərinin necə baş verməsi barədə, üç fikir söyləmək olar:
1- İnsan etdiyi işlər qarşısında məcburdur və onun bu işlərə dair ixtiyarı yoxdur.
Bunu açıqlamaq üçün, çırağı misal gətirmək olar. Yəni necə ki, lampa birbaşa yanır və yandırıb- sönməkdə onun heç bir ixtiyarı yoxdur, eləcə də insan etdiyi işlər qarşısında ixtiyara malik deyil. Bütün işləri məcbur və qeyri ixtiyari şəkildə yerinə yetirir.
2- İnsan tamamilə azaddır.
Bu nəzəriyyəyə əsasən, insan bütün işlərində öz başına buraxılıb, iradə etdiyi bütün işləri yerinə yetirə bilər. Belə ki, Allah belə, onun işlərinə dəxalət etmir. Yəni işlərdə, insanı dayandıran heç bir qüvvə yoxdur.
3- İnsan azaddır, amma malik olduğu hər azadlıq qarşısında da, məsuliyyət daşıyır və onlara görə cavab verməlidir.
Təbii ki, insanın azadlığı var, amma o, həmin azadlığa cavabdeh olmalıdır. Bu dünya sınaq dünyasıdır. İnsan malik olduğu ixtiyarla, özünü kamala çatdıraraq, mənəvi cəhətdən yüksəlir. İnsan malik olduğu ixtiyar vasitəsi ilə, ruhunu əzəmət və böyüklüyə çatdıra biləcəyi kimi, eyni zamanda da,öz seçimi ilə, özünü süqut və tənəzzülə düşürə bilər .
İnsan ixtiyar sahibi olması, Allahın istəyidir. İnsanın bu dünyada kifayət qədər ixtiyar və iradəsi var, eyni zamanda da bu ixtiyarın həddi və hüdudu da var. Elə düşünməməliyik ki, Allah insanların işlərinə dair sakit qalıb, heç dəxalət etmir.
Bilməliyik ki, insanlar hətta ixtiyar və iradə qüdrətinə sahib olduğumuz halda belə, yenə də, tamamilə Allaha möhtacıq. İnsanlar bilməlidir ki, hər zaman Allaha möhtacdılar.
Allah istəsə, insanın ruzisini kəsib, yaşayışına son qoyub, onun sahib olduğu hər bir şeyi əlindən ala bilər.
Deməli insanın həyatı, qüdrəti, ixtiyarı və varlığı Allaha bağlıdır. Əgər O istəsə, hər bir şeyi insandan alar.
Allaha bağlı və ona möhtac olmaq, “Əfali tövhidi”-ni dərk etməkdir.
Xaliqlikdə tövhid, səbəb və nəticənin Allaha bağlılığı anlamındadır.
Bilmək lazımdır ki, varlıq aləminə hakim olan, yalnız Allahın güc və qüdrətidir.
Bu aləmdə, Allahın qüdrətindən başqa, hər hansı bir işin yaranmasına səbəb olan, digər bir qüdrət yoxdur. Hər bir şeyin yaranışı, Allahın hakimiyyəti altındadır. Allah bu barədə buyurur: Allahın insanlar üzərində əhatəsi vardır. (Buruc, 20. Bəqərə, 19).
Allahın aləmdəki hakimiyyəti haqqında danışılanlardan belə nəticə alırıq ki, insan öz işlərində tam şəkildə məcbur deyil, eləcə də tam ixtiyara malik deyil. Yəni insan, etdiyi işlər qarşısında nə məcbur deyil, nə də tam ixtiyar sahibi. Bəlkə o, bu iki hökmün arasındadır.
On birinci dərsin xülasəsi
Yaradılışda tövhid
Cəbr məktəbinin şübhələrindən biri də, İlahi xaliqiyyətdə tövhiddir.
Belə tövhidə görə bütün əşyaların, o cümlədən insanın hərəkətlərinin yaradıcısı Allahın özüdür. Bu şübhənin cavabı belədir ki, aləmdə müstəqil bir failimiz (işi görən) var. İşlərin İlahi qüdrət, eləcə də onun feyzi və izni sahəsində baş verməsi, digər faillərin də olması ilə ziddiyyət təşkil tapmır.
Quran ayələri və məsumların (ə) hədislərindən belə məlum olur ki, insanın felləri iki işin arasında yer tutur. Yəni həm ixtiyar sahibidir, həmdə ki, ona aid olan bəzi işlər, onun ixtiyarı olmadan baş verir. Yəni insan bir çox işləri öz seçimi ilə edir, amma eyni zamanda da tam olaraq öz öhdəsinə də buraxılmır. İnsan nə tam azaddır və nə də tam şəkildə məcbur. Çünki belə olsa, o, Allahın səltənət dairəsindən xaric olmuş sayılardı. Belə bir şeyin baş verməsi də, mümkün deyil.