Məhəmməd Baqir Saivər - İnsan (12.1)
İnsanın ixtiyarı və işlərə cavabdeh olamsı
Qiyamət, cənnət və cəhənnəm, peyğəmbərlər (ə), təlim və tərbiyənin zəruriliyi və bu kimi mövzuların varlığı, ixtiyarla əlaqəli olan mövzulardır.
Allah quranda buyurur: Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir). (İnsan surəsi, ayə 3).
إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا
Amma insanın ixtiyar sahibi olduğunu şübhə altına apara biləcək bəzi mövzular var. Misal üçün Allahın qəza və qədər mövzusu kimi. Bəziləri deyirlər ki, əgər insan ixtiyar sahibidirsə, bəs Allahın insanlar üçün yazdığı işlər ilə, seçim məsələsi necə uyğunlaşır?
Əlbəttə qəza və qədər mövzusu, geniş və uzun bir mövzudur. Amma qeyd olunan şübhəyə cavab vermək lazımdır. Ona görə də burada azda olsa, qəza və qədər haqqında danışmaq lazımdır.
Qəza və qədərin mənası
Allahın iradəsi dedikdə, bu nəzərdə tutulur ki, aləmdə olan hər bir şey, Allahın iradəsindən xaric deyil.
İlahi elm dedikdə isə, məqsəd budur ki, Allah hər şeyi əzəldən bilir və ilahi elm əzəlidir. Əgər Allah gələcəkdə hər hansı bir işin baş verəcəyini bilirsə, o hadisə mütləq baş verməlidir və mümkün deyil ki, nəsə onun baş verməsinə mane olsun. Əgər Allahın elmi qəti və əməli olmasa, bu cəhl hesab olar. Bir halda ki, Allahın elmi qəti və dəqiqdir və o, bəşərin əməllərindən agahdır. Amma Allahın elmi, heçdə insanların öz seçimlərində məcbur olduqları anlamına gəlmir. Yəni insanlar, etdikləri əməlləri nəticəsində, özlərinin gələcəkdəki yaşayışlarına mənfi və ya müsbət təsir göstərirlər. Bu təsirlər qəti şəkildə olsa da, olmasa da, bu Allahın elmində olur. Bu baxımdan da, Allahın elmi və insanın ixtiyarı mövzusu, bir-birinə zidd deyil.
Eyni zamanda da, Allah öz işlərini qəti şəkildə bilir.
Varlıq aləmində iki növ hadisə var:
A) Səbəbləri ixtiyarsız olan və şüura malik olmayan hadisələr.
Allahın elmi həmin ixtiyarsızlıq əsasındadır və bəzi səbəblər ixtiyarladır və şüura malikdir.
B) Zərurət cəbr anlamında deyil.
1- İnsanın ixtiyarı – qəza və qədər şübhələri varlıq aləmində heç bir şey, Allahın iradəsindən ayrı deyil. Əgər Allah istəsə, istənilən iş sona çatar, yox əgər istəməsə, həmin hadisə baş verməz.
2- Qəza və qədərlə münasibətdə iradə şübhəsi.
Şübhə və dəlilin fərqi:
Dəlil, insanın elə bir sübut tapmasına deyilir ki, başqa bir şeydə ixtiyara sahib olmasın.
Şübhə isə, ixtiyarın olduğunu bildirir. Yəni insan şübhə etdiyi şey barədə soruşur, amma problemi tapıb, həll edə bilmir.
Bu deyilənlər, insanın ixtiyarsızlığına səbəb deyil. Amma bəziləri şübhə yaradırlar ki, əgər insan muxtardırsa, onda Allahın iradəsi mövzusu necə olur? Və ya əgər insan ixtiyar sahibidirsə, bəs Allahın elmi necə olur?
İradə aləmdə baş verən hadisə ilə bağlıdır. Allah insanın bu aləmdə ixtiyarla yaşamasını istəmişdir. Məsələn, Allah isdəyib ki, atəş yandırıcı xasiyyətə malik olsun.
Həmçinin Allah insanın ixtiyara malik olmasını istəyir. Əgər Allah istəməsəydi, insanın ixtiyarı da olmazdı. Ona görə də, insanın bu iradə və ixtiyarı Allaha bağlıdır. Əgər Allah istəməsə, bizim heç bir iradə və ixtiyarımız olmaz. İnsan əməllərinə görə cavabdehlik daşıdığına görə, ixtiyara malik olmalıdır.
Amma Allah bu iradəni əbəs yerə insana verməmişdir. Əgər Allah istəsəydi, hamı Allaha iman gətirər, kimsə Allaha
küfr etməz və hamı düzgün yola qədəm basardılar. Amma əgər bu cür olsaydı, bu icbari iradə olar və insanın kamal və məqamının dəyəri qalmazdı.
İnsanın kamala çatması üçün, Allah ona iki yolu göstərir:
Onlardan biri, yaxşı və düz yolu ona göstərməsi, ikincisi isə, ona pis yolu göstərməsidir.
Şeytan əvvəldə şərr qüvvə deyildi, amma öz ixtiyarı ilə şərri seçdiyi üçün, şər qüvvəyə çevrildi. Belə bir sual ortaya çıxır ki, nəyə görə Allah şər qüvvə olan Şeytana, qiyamətə kimi möhlət verdi? Həmçinin bu sual yaranır ki, niyə ona bu möhləti, məhz qiyamətə kimi verdi? Niyə Allah şərr və vəsvəsəyə malik olan, eləcə də insanı vəsvəsəyə sürükləyən bir varlığa qiyamətə qədər möhlət verir?
Cavab: Bu vəsvəsə və şərr, insanın ixtiyarını ondan almır və onun iki yol qarşısında seçimə buraxır. Əgər insan öz ixtiyarı ilə iki yoldan, düzgün yolu seçsə, kamala çatar.
Əgər vəsvəsə və şərrin, eləcə də xeyir və yaxşılığın cazibəsi olmasaydı, insanın daxilində xeyir və şərr ilhamları olmazdı.
İnsanın daxilindəki vəsvəsə, elə həmin batini vəsvəsə və nəfsidir. Xarici vəsvəsə isə, həmin şeytan və iblisdir.
Həmçinin xarici ilhamlar peyğəmbərlər (ə), imamlar (ə) və səmavi kitablardır ki, əgər bu cazibələr olmasaydı, insanın ixtiyarı güclənməzdi. Elə bu cazibələr vasitəsi ilə də, insan ya kamala çatır, yada ki, süquta uğrayır. İnsanın ixtiyarının inkişaf səbəbi, daxilindəki cazibələrdir. Bu cazibələr vasitəsi ilə insan kamala çatır və həmin insanda həmin cazibələrin olması, onu digər varlıqlardan fərqləndirir.
Bütün bu deyilənləri nəzərə alaraq, məlum olur ki, Allahın iradəsi, insanın ixtiyarı ilə ziddiyyət təşkil tapmır.
On ikinci dərsin xülasəsi
Cəbrilərin şübhəsi
Cəbrilərin şübhələrindən biri:
* İnsan və onun hərəkətləri İlahi qəza və qədərin nəzarəti altındadır. Allah-taala insanın hansı işləri görəcəyindən xəbərdardır.
Başqa sözlə dsək, Allahın mütləq elmi, insanın hərəkətlərinə də şamil olunduğundan insan məcburdur.
Bu şübhəyə cavab
* İlahi elmin insanın hərəkətlərinə bağlılığı üsulu fərdin ixtiyari hərəkəti kimidir. Çünki elm məluma tabedir, məlum elmə yox.
Cəbrilərin şübhəsi: İlahi iradəyə əsasən bütün aləm ilahi iradəyə bağlıdır.
Əgər hamı, o cümlədən insanın hərəkətləri ilahi istəkdən asılıdırsa, insan işlərində məcburdur.
Cavab:
İnsanın işi öz iradəsi ilə gerçəkləşir və həmin nizam (insanın iradəsi ilə yerinə yetirilən iş) ilahi iradəyə bağlıdır. Allah da, insanın iradə ilə yaşamasını istəmişdir. Deməli, işlər Allahın izn və iradəsinə bağlı olsa da, bu o demək deyil ki, insan etdiyi işləri məcbur olaraq və seçim etmədən yerinə yetirir.