Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (13.1)

On üçüncü dərs

İnsan ixtiyara malikdir.

* İnsan, öz işləri qarşısında cavabdehlik daşıdığı üçün, ixtiyara malik olan bir varlıqdır.

* İnsanın öz vicdanına müraciət edən zaman, ixtiyar sahibi olduğunu başa düşür. Həmin vaxt o, etdiyi hər bir işin, öz istəyi ilə yerinə yetirib və ya ondan uzaqlaşmağa qadir olduğunu bilir.

* İnsanda “Bu işi yerinə yetirim, yoxsa yox, filan yerə gedim, yoxsa getməyim” suallarının yaranması, onun ixtiyara malik olmasını sübut edir.

* Elmi baxımdan insanın şəxsiyyətini üç amil müəyyən edir. Bu üç şey, cəmiyyətdə insanın taleyini və şəxsiyyətini formalaşdırır:

 A) Genetika, B) Mühit, C) Mədəniyyət.

* Quranda bu üç amilə işarə olunur.

Əgər genetik amili misal ilə açıqlamaq istəsk, Şoran torpağı missal gətirə bilərik. Belə ki,şoran torpaqda, toxum çıxmaz və ya çıxsada, oradan lazım olan və gözlənilən məhsulu ələd edə bilmərik.

İnsanların bəzisi yüksək ağıla, bəziləri isə az ağıla malikdir. Bəzi insanlar xoş əxlaqlı, digərləri isə pis əxlaq və davranışa malikdilər. Bütün bunların insan genetikası ilə bağlılığı vardır.

Ona görə də, yuxarıda qeyd olun üç amil, insanın həyatına təsir edib, onun formalaşmasında ciddi təsir edir.

Quran Nuh surəsinin 12-ci ayəsində Həzrət Nuh (ə) haqqında buyurur. Nuhun qövmü Allahdan bu qövmün məhvini istəyəndə Nuh Allahdan bu qövmün nəslinin məhvini istəyir. Çünki bu qövmün nəsli gələcəkdə həmin cür olacaq. Belə ki, bu qövmün çoxalması da ziyanlıdır. Beləliklə, irsliyin insan şəxsiyyətində mühüm təsiri vardır.

* Məsum İmamlardan (ə) bəzi hədislər nəql olunur ki, həmin hədislərdə imamlar (ə) hansı xüsusiyyətə malik olan nəsillərlə ailə qurub, qurmamağı tövsiyə edirlər ki, bu tövsiyələrə əməl etməklə,insanlar gələcəkdəki bir çox problemlərdən uzaq durmuş olsunlar.

Burada ortaya belə bir sual çıxır ki, genetika insanın ixtiyarını ondan alırmı?

Varislik həm cismə həm anatomiyaya, həm də  ki, insanın ruhuna təsir edir. Amma bu təsir yüz faizlik deyil.

Allah buyurur: (Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız. (Rum, 19).

Təfsir kitablarına əsasən, ayədəki “Diri” sözü “Mömin”, “Ölü” sözü isə “Kafir” mənasını ifadə edir.

İnsan bunu bilməlidir ki, əgər daxili istəkləri ilə mübarizə aparsa,özünü müsbət yöndə dəyişə bilər.

Eyni zamanda da unutmaq lazım deyil ki,hər bir işdə son sözü insanın özü deyir. Bunu nəzərə alaraq, deyə bilərik ki, hər bir halda insan ixtiyar sahibidir.

Amma yenə də, genetika, mühit və mədəniyyətin insan şəxsiyyətinə təsir etməsi danılmaz bir faktdır.

Mühit amili

İnsanın dağda, səhrada, quru, rütubətli, soyuq və ya isti yerdə yaşaması, onun şəxsiyyətinə təsir edir. Amma bizim danışdığımız mövzu, bu məkan təsirləri haqqında deyil. Yəni misal olaraq biz deyə bilmərik ki, dağda yaşayan insanların hamısı filan xasiyyətə, səhrada yaşayan insanlar isə başqa bir xasiyyətə malikdilər. Və ya soyuqda yaşayanların hamısı, filan əxlaqi davranışa malikdilər.

Əlbəttə əgər bu suallar cavab versə, insanın yaşadığı mühitlə uyğunlaşdığını da görə bilər. Amma eyni zamanda da, mübarizə yolu ilə yaşadığı mühitin əksinə olan şəraitlə də yaşaya bilər. İnsanın mübarizə aparması, onun ixtiyara malik olmasını sübut edir.

Bunu daha yaxşı izah etmək üçün, Həzrət Musanın (ə) yaşadığı şəraiti misal gətirib, açıqlamaq olar. Bilirik ki, Musa (ə) Fironun sarayı və evində böyüsə də, müvəhhid (Tək Allahı qəbul edən) oldu. Yaxud Asiya diktator mühitində Fironla yaşayırdı. Bu iki şəxsin misalı, onu sübut edir ki, insan öz mühitinin yaratdığı şəraitə qarşı çıxıb, çətinliklə də olsa, mübarizə apararaq, kamala çata bilər.

Bunları nəzərə alaraq, yenə unutmamalıyıq ki, son sözü və nəhayi qərarı, insanın özü, öz azad seçimi ilə müəyyən edir.

İradəsi zəif olanlar, öz mühitlərinə qalib gələ bilmir və həmin şəraitə adət edirlər. İradəsi güclü olanlar isə, mühitin şəraiti ilə mübarizə aparıb, həmin mühitə qalib gəlir və hətta bəzən mühitin şəraitini dəyişdirirlər.

Buna görə insan mühit və irsi təsirlərə qalib gəlib, özünü dəyişdirə bilər. Bu mövzunu daha ətraflı dərk etmək üçün, İbrahim Peyğəmbərin (ə) həyatında baş verən bir hadisəyə diqqət yetirək. Həzrət İbrahim (ə) bir şəhərdə yalnız idi. Bu mənada ki, şəhər əhli bütpərəst idi, amma o, həmin şəhərdə öz imanını qoruyurdu. Bütpərəstlər şəhəri tərk edəndə, Həzrət İbrahim (ə) bütləri sındırdı. Şəhərdəki bütpərəstlik mühiti, İbrahimə (ə) öz imanını qoruyub, saxlamaqda maneə törətmədi.

Həmçinin mühitə qalib gələnlər Asiya və Musa (ə) şəxsləri nümunə gətirmək olar.

Əshabi-Kəhf də, həmçinin mühitlə mübarizə aparıb, kamala yetişən şəxslərdən idilər.

Onlar rifah halında yaşayırdılar, məqam sahibi idilər. Amma bununla belə,rifah və məqamları onlara mənfi təsir göstərə bilmədi və yeganə olan Allahı seçdilər. İxtiyarları öz əllərində olub, doğru yolu seçdikləri üçün də, kamala çatdılar.

Beləliklə, mühit və şərait pis olsa da, son sözü insanın iradəsi deyir.

On üçüncü dərsin xülasəsi

İnsanın taleyi

İnsan taleyində inkar olunmayan amillərdən biri də, “İrsi təsir” amilidir.

Ruhi və əxlaqi xüsusiyyətlər cismani xüsusiyyətlər kimi genetik amillər yolu ilə (genlər) valideyndən övladlara ötürülür. Amma bu, insanın öz işlərində məcbur olduğu mənasında deyil.

İrsi təsir, şəxsin rəftar və əməllərinə tam yox, bəlkə müəyyən qədər təsirə malikdir ki, insan mübarizə yolu ilə həmin mənfi təsirləri özündən uzaqlaşdıra bilər.

İnsan şəxsiyyətinə təsirli amillərdən biri də, “mədəniyyət və mühit”-dir. 

İnsanlar yaşadıqları mühitin rəngini alır və böyüdükləri mədəniyyətə uyğun formada rəftar edirlər.

Yenə də unutmamalıyıq ki, İrsi təsir, mühit və mədəniyyət amillərinin təsiri, o həddə deyil ki, insanın ixtiyarını aradan aparsınlar.

İnsanın iradəsi mövcud mühit və mədəniyyətə hakim ola bilər.

OXŞAR VIDEOLAR