Məhəmməd Baqir Saivər - İnsan (14.1)
İnsanın imtahanı
Əgər Quran ayələrinə diqqət etsək, gərərik ki, Qurandakı “İnsanşünaslıq” mövzusunda, insanın imtahanı barədə çox danışılır.
Hər bir insane sınağa çəkilməlidir. Bu, Allahın dəyişməz bir qanunudur.
Allah-taala Ənkəbut surəsinin 2ci ayəsində buyurur: İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?
أَحَسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ
Yəni əgər insanlar dildə “İman gətirdik” desələr də, yenə də sınağa çəkiləcəklər.
İmtahan fərdi yox, bəlkə ümumidir. Addi insanlar sınağa çəkildiyi kimi, hətta peyğəmbərlər (ə) belə imtahana olunacaqlar. Amma sınaqların keyfiyyəti fərqlidir.
Həmçinin Allah Əraf surəsinin 168-ci ayəsində buyurur: Onları (İsrail oğullarını) yer üzündə tayfalara ayırdıq. Onlardan əməlisaleh olanlar da, olmayanlar da vardı. Bəlkə, (haqq yola) qayıdarlar deyə onları yaxşılıq və pisliklərlə imtahan etdik.
وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا ۖ مِنْهُمُ الصَّالِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَاهُمْ بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
Ayəyə diqqət etsək, görərik ki, imtahanın keyfiyyəti fərqlidir. Amma yenə də bilməliyik ki, hər kəs mütləq sınağa çəkiləcək.
Mütəal Allah Kəhf surəsində buyurur: Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq. (Kəhf, 7).
Yəni Allah ayədə bizə bunu başa salır ki, yer üzərində yaratdığı hər bir şey, insanın özünün yox, bəlkə yerin zinətidir.
Bəzən insan, yerin zinəti ilə, özünün həqiqi zinətini səhv salır. Allah-taala bütün bu bəzək və gözəllikləri ona görə yaradıb ki, insanlar dünya həyatından yorulmasınlar. Sanki Allah insanlara elə bir süfrə açıb ki, dünya yaşayışı onlar üçün böyük bir qonaqlıq kimi olsun. Amma eyni zamanda da, bu qonaqlıq vasitəsi ilə insanları sınağa da çəkir. Allah bunu ona görə edir ki, nemətə şükr edib, etməyənlər ortaya çıxsınlar. Quran ayələrinə əsasən, Allah həm yer, həmdə ki, insanlar üçün zinət meyarı müəyyən edib. Misal üçün Allah-taala Hucərat surəsinin 7-ci ayəsində buyurur: ...Lakin Allah sizə imanı sevdirib onu qəlblərinizə gözəl göstərdi....
Bu ayəyə əsasən başa düşülür ki, Allah-taala imanı, İnsanın zinəti kimi tanıtdırır.
Ona görə də, Allaha iman, insan üçün zinətdir. Necə ki, yer üzündə yaşıllıqlar və ağacların sayı nə qədər çox olsa, bir o qədər də, yer zinətlənib,gözəlləşər. Eləcə də, Allaha iman və məhəbbət nə qədər çox olarsa, insanın qəlbinə də bir o qədər zinət verilər.
Qəbul olmayan dualardan biri də budur ki, insan Allahdan, sınağa çəkilməməyini istəsin. Amma belə dua anlamsız bir duadır. Çünki hər kəs sınağa çəkiləcək və bu, Allahın dəyişməz bir qanunudur. Yaxşı olar ki, insan “İlahi! imtahanlardan başı uca çıxmağı nəsib et!” deyərək dua etsin.
İmtahan mövzusunu araşdıranda, bir neçə sual ilə qarşılaşırıq. Həmin suallar aşağıdakılardan ibarətdir:
Hər kəs sınağa çəkilr və bu imtahan ümumidirmi? İmtahanın fəlsəfəsi nədir və nə üçün insanlar imtahana çəkilir?
İmtahanla bağlı Quran ayələrinə əsasən, Allah imtahanı özünə aid edir və imtahan mövzusu barədə danışarkən, onu “Rəbb”-ə aid etmişdir. Rəbb Allahın adlarından biridir və mənası, “Tərbiyə edən”-dir. Ona görə də, imtahanı Rəbb götürür. Allah şagirddən imtahan götürən müəllim kimidir. Allah insanı ona görə sınağa çəkir ki, insan bu vasitə ilə möhkəmlənib, digər çətinliklərə də hazır olsun.
İnsan istedada malik olan bir varlıqdır. Ona görə də, onun istedadı məhsuldar və yetkin olmalıdır. Hadisələr, müsibət və çətinliklər insanı kamala çatdırır.
İmtahanın əsas məqsədi, insanın kimliyinin müəyyən olması deyil, bəlkə insanın seçdiyi məqam və məqsədə çatmağını müəyyənləşdirməkdir.
Eləcə də, bilməliyik ki, imtahan qarşısındakı davranışın seçimi də, insanın öz ixtiyarı və seçimi ilə olur.
Yəni sınaqlar qarşısında sitədiyi kimi davranmağı da, insanın özü seçir və o, bu məsələdə tam ixtiyar sahibidir.
İnsanın həqiqi dəyəri və onun mənəvi ölçüsü, müxtəlif hadisələr zaman üzərə çıxır.
Sınaqlar ortaya çıxdığı vaxt, insanın təqvalı, yoxsa təqvasız, düz danışan, yaxud da yalançı olduğu da ortaya çıxır.
Allah Fəcr surəsinin 15-ci ayəsində buyurur: İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.
فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ
Ayəni oxuyanda, başa düşürük ki, Allah insana ruzi və neməti ona görə verir ki, insan mənəvi və ruhi baxımından güclənsin, nemət bolluğu zamanı özünü itirib, tüğyan etməsin və öz yaşayışında daim Allahın varlığını hiss etsin.
Verdiyi hər neməti ondan alıb, nemət və ruzisini azaldanda isə, insanın səbr xasiyyətini gücləndirmək üçün edir.
On dördüncü dərsin xülasəsi
İmtahanın qaydası
Ənkəbut surəsinin birinci ayəsinə əsasən imtahan qaydası ümumi olsa da, imtahanın keyfiyyət və növləri insanlar üçün müxtəlifdir. Əraf surəsinin 168-ci ayəsinə əsasən, imtahanlar yaxşı və pis işlər olaraq, iki yerə bölüb tanıtdırılır:
A) Gözəlliklərlə imtahan: Məqsəd, nemətlərlə sınağa çəkilməkdir.
B) Pisliklərlə imtahan: Məqsəd, insanlara verilən nemətləri onlardan almaqla, onları sınağa çəkməkdir.
Allah-taala mütləq alimdir. Buna görə də insanların gələcəyindən xəbərdardır.
İlahi imtahanın fəlsəfəsi, Allahın bilməsi üçün deyil. Fəcr surəsinin 15 və 16-cı ayələrinə əsasən, Allahın insan üçün “Rəbb” (Tərbiyə edən) olması, insan imtahanının mənşəyidir. Allah insanın rəbbi olduğuna görə, onu imtaha çəkir.
İmtahandan məqsəd ya yetkinlik və çiçəklənmə, ya da tənəzzülə çatmaqdır.