Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (15.1)

On beşinci dərs

Ümumi imtahan

Quran ayələrinə görə, insanların sınağa çəkilməsi barədə bəzi əhəmiyyətli və diqqət yetiriləsi məsələlər var. Aşağıda həmin məsələlərə işarə edəcəyik.

1- İmtahan ümumi və hamı üçündür.

2- İmtahanı insandan “Rəbb” (tərbiyə edən) olan Allah götürür, müəllim yox. Bu sınaqda, İnsanın bilib, anlama və öyrənməsi yox, onun  püxtələşməsi lazımdır.

3- İnsanlar müxtəlif üsullar vasitəsi ilə sınağa çəkilir.

İnsanlar bir-birindən fərqli olduğu kimi,onların sınaq zamanı da fərqlidir. Bəzən onlara nemət verilməklə imtahana çəkilir, bəzən əllərindəki nemət alınaraq, bəzi vaxtlar da imtahanın başqa növləri ilə sınağa çəkilirlər.

Misal üçün “Yəhud” qövmünün halal-haram əhvalatı, şənbə günü ayın tutulması və bu kimi hadisələr, onlar üçün imtahan idi.

Yaxud da, İbrahim (ə) üçün oğlu İsmaili (ə) qurban olaraq kəsmə əmri, ağır bir imtahan idi.

Beləliklə, imtahan bəzən insandan nemət almaq, bəzən də ona nemət verməklə baş verir.

Allah Quranda buyurur: Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə, 155).

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ

Ayədən də məlum olur ki, Allah insana verdiyi neməti azaldıb, kəsməklə, onu sınağa çəkərək, səbr xasiyyətini gücləndirir. Ona görə də Allah ayənin sonunda buyurur: Səbr edənlərə müjdə ver. (Bəqərə, 155).

وَبَشِّرِ الصَّابِرِينَ

Bəzən də insan nemət və mal verilməsi ilə imtahan olunur.

Allah Quranda buyurur: Kitabdan xəbəri olan (bir başqa) kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə ) möhtac deyildir, Səxavətlidir!” (Nəml,40).

فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَٰذَا مِنْ فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ

Süleymanın vəziri Bilqeysin taxtını gətirəndə Süleyman bu sözləri demişdi: Allahın mənə bu səhabələri, (Dost və köməçi və şagird) verməsi, mənim üçün bir fəzilətdir. Amma eyni halda da, bu mənim imtahanımdır ki, həmin nemətlərlə özümü mənəvi yöndə böyüdürəm və Allaha yaxınlaşıram.

Allahın insana verdiyi nemətlər vasitəsi ilə, insan bəzən şöhrətə çatır, bəzən də maddi var-dövlətə. Təəssüf ki, bəzi hallarda, insanın mal-dövləti artanda,məğrur olur, tüğyan və təkəbbür edir.

İnsanın Allah qarşısında şükr etməsi, Allahın buna ehtiyacı olduğuna görə deyil. Allahın heç kimə və heç bir şeyə ehtiyacı yoxdur. Çünki o, həm zəngin, həm kərim və həmdə bəxş edən və ehtiyacsızdır. Əslində Allaha şükr etməklə, insan özünü kamal həddinə çatdırır.

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.(Bəqərə, 155).

Yuxarıdakı ayədən bu nəticəni əldə edirik ki, imtahanın keyfiyyəti müxtəlifdir. Bəzən Allah nemət verməklə imtahan edir və bəzən də nemət və ruzini almaqla. Mütəal Allah Əraf surəsində bu məsələni daha yaxşı və daha ətraflı şəkildə bəyan edərək, buyurur: Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar vardır. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə (doğru yola) dönələr.(Əraf,168).

 

وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا ۖ مِنْهُمُ الصَّالِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَاهُمْ بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ

Əgər insan hər hansı bir mənəvi məqam və dərəcəyə çatıbsa, mütləq imtahandan keçərək, həmin məqamı əldə etmişdir.

Həzrət Əmirəlmöminin (ə) hicri 36-cı ildə Azərbaycanın hakimi Əşəs bin Qeysə məktubunda belə yazmışdır:

“Öhədəndə olan iş sənin nan-xuruşun deyil, əksinə, sənin boynunda bir əmanətdir. Səni həmin işə təyin edən kəs əmanətin gözətçiliyini öhdənə qoymuşdur. Belə olmasın ki, istədiyini rəiyyətə buyurasan, göstəriş verilmədən mühüm bir işə addım atasan. Sənin əlindəki mal, izzət və cəlal sahibi olan Allahın mallarındandır. Və sən onun xəzinədarı olaraq,onu mənə tapşıramalısan. Ümidvaram sənin üçün ən pis valilərdən olmayım, vəssəlam."

Ona görə də insan hər hansı bir məqama çatanda, əmanəti necə qoruyacağını fikirləşməlidir.

Təfsir alimləri, Muzzəmmil surəsinin 2-ci ayəsinin açıqlamasında belə yazırlar: Həzrət Muhəmmədə (s) peyğəmbərlik verilən zaman, o həzrət öz evinə daxil oldu, daha sonra əbasını başının üstünə çəkərək, öz-özünə bu sözləri dedi: Mən ümmətimi necə hidayət edəcəyəm, bu məsuliyyətin yükünə necə dözəcəyəm? Elə həmin anda da, bu bir ayə nazil oldu. Ayədə Allah Peyğəmbərə (s) buyurdu: Allahla ol ki, qalib olasan, ümidsiz olma.

İnsan bəzən nemətin bolluğu, bəzən isə nemətin azalıb, kəsilməsi ilə imtahana çəkilir. Ona nemət verildiyi vaxt, öz iman və iradəsini gücləndirmək üçün çalışır və bu davamlı çalışmalar nəticəsində də,nemətlər ilə düzgün şəkildə davranmağı öyrənir.

Nemətin bolluğu zamanı, insan nemət sahibi olan Allahı unutmamalı və əlində olanlardan münasib zamanda istifadə etməlidir.

Amma bəzi insanlar nemətə çatanda tüğyan edir, imtahandan kəsilməyə səbəb olan digər işləri görürlər. Allah-tala Yunus surəsində bu barədə buyurur: İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.(Yunus,21).

وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُمْ إِذَا لَهُمْ مَكْرٌ فِي آيَاتِنَا ۚ قُلِ اللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ

Təfsirçilərin bəzisi bu fikirdədir ki, dünya yalnız nemətlər dünyası deyil. Allah Quranda buyurur ki, İnsan dünyanın meyvəsini yox, bəlkə yalnız onun çiçəyini görür.

İnsan, dünya nemətlərini əhatə etdiyini xəyal edir və tamamilə əhatə olunanda isə, dünyadan  getmək vaxtı çatır. İnsan nemət sahibi olanda hiyləgər olur. Pulları çox olan kəslər ailələrini belə unudurlar.

İnsanların bir qrupu nemət əldə edəndə, şükr əvəzinə, tüğyan edir və hiylə işlədirlər.

Mütəal Allah bu barədə buyurur: Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qal-dılar. (Ənam, 44).

Yəni insan nemət əldə etdiyi vaxt, daxildən şad olur, xaricdən isə bununla iftixar edir.

Allah tərəfindən insana nemət veriləndə, bu o demək deyil ki, insan başqaları qarşısında buna iftixar edib, özünü böyük göstərib, başqalarına isə kiçik gözlə baxsın.

Quranda işarə olunan üçüncü məsələ isə, Bəni-İsrail ilə bağlıdır.

Allah-taala buyurur: Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu (bunu) bilmir.(Əraf,131).

فَإِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ قَالُوا لَنَا هَٰذِهِ ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا بِمُوسَىٰ وَمَنْ مَعَهُ ۗ أَلَا إِنَّمَا طَائِرُهُمْ عِنْدَ اللَّهِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

İnsanlar nemət əldə etdiyi zaman, üç hissəyə bölünürlər:

1- Bəziləri Hiylə işlədir

2- Bəziləri bununla Fəxr edirlər.

3- Bəziləri isə, Neməti verəni unudur və bu nemətin mənbə və səbəbkarının özləri olduğunu zənn edirlər.

Amma insanlar içərisindən bəziləri də var ki, nemət qarşısında uca Allaha şükür edir və hər bir nemətin səbəbini Allahdan bilir və onu heç vaxt unutmurlar.

Ona görə də Süleyman (ə) buyurur: “Bu, Allahın mənə nemət və fəzlidir”. (Nəml,40).

On beşinci dərsin xülasəsi

İlahi nemətlər

Bəqərə surəsinin 155-ci ayəsində, insanlardan nemətin alınmasının aclıq, mal və canla imtahan kimi, müxtəlif növləri bəyan edilir.

Zahiri məqama çatmaq və ilahi nemətlərdən faydalanmaq da, imtahanın başqa bir növüdür. (Nəml surəsinin 40-cı ayəsində bu barədə danışılır).

Quran müxtəlif ayələrində, Allahın neməti qarşısında insanların fərqli davranışları açıqlanır.

Belə ki, insanlar nemət qarşısında fərqli davranır və o davranış növləri aşağıdakılardan ibarətdir:

1- İnsanların bəzisi nemət əldə etdikləri zaman, günah etmək üçün hiylə və çirkin plan cızmağa əl atırlar. (Yunis surəsi, ayə 21).

2- Bəziləri də özlərini başqalarına böyük göstərməklə məşğul olurlar (Hud surəsi, ayə10).

3- Bəziləri də, əllərindəki nemətləri özlərinin hünəri ilə qazandıqlarını düşünüb, Allahı unudurlar (Əraf 131).

4- Allah övliyaları isə, neməti İlahi fəzl bilirlər (Nəml 40).

OXŞAR VIDEOLAR