Məhəmməd Baqir Saivər - İnsan (16.1)
İnsanşünaslıq övzusu (üstünlük)M
Quranda danışılan mövzulardan biri, “Təsxir” mövzusudur. Təsxir ərəb sözüdür və mənası “İxtiyara buraxmaq”-dır. Bu sözü daha geniş şəkildə açıqlamadan öncə, bu barədə olan ayələrdən birinə diqqət yetirək.
Allah-taala buyurur: Göyləri və yeri yaradan Allahdır. O, göydən su endirib onunla sizin üçün ruzi olaraq meyvələr yetişdirdi. Əmri ilə dənizdə üzsünlər deyə gəmiləri, eləcə də çayları sizin xidmətinizə verdi. O, (öz orbiti üzrə) dövr edən Günəşi və Ayı da sizin xidmətinizə verdi. Gecəni və gündüzü də sizin ixtiyarınıza verdi.
O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur. (İbrahim, 32-34).
اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ ۖ وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِيَ فِي الْبَحْرِ بِأَمْرِهِ ۖ وَسَخَّرَ لَكُمُ الْأَنْهَارَ وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَائِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ
Ayədən məlum olur ki, Allah gəmini insanların ixtiyarınıza buraxdı ki, onlar hərəkət edə bilsin, ay və günəşi, gecə və gündüzü, eləcə də yerdə göydə olan hər bir şeyi insanın ixtiyarında qoydu. Təsxir sözünün geniş mənası budur ki, Allah öz nemətlərini insanın ixtiyarında buraxıb. Burada ortaya belə bir sual çıxır ki, Allahın bu nemətləri insana xidmət etmək üçündür, yoxsa, yox, bu nemətlər sadəcə insanın ixtiyarına qoyulub? Və ya bu nemətlər, insanın xeyrinədir, yoxsa sadəcə insanın istifadəsi üçündür?
Bu suallara cavab vermək üçün “Təsxir” barədə bir qədər izaha ehtiyac var.
Təsxirin iki ümumi mənası vardır. Onlardan biri, nemətlərin insanın göstərişi ilə olduğu mənasınadır. Digəri isə, nemətlərin insanın göstərişi ilə olmadığı anlamındadır.
Misal üçün ay və günəş ki, bunlar insan üçün həm nemət və həmdə ona xeyir verənlərdir. Amma eyni zamanda da, bunların hər ikisi insanın göstərişi ilə onun ixtiyarına buraxılan nemətlər deyil.
Allah-taala Loğman surəsində buyurur: Allahın göylərdə və yerdə nə varsa, hamısını sizə ram etdiyini, açıq və gizli olan nemətlərini sizə bol-bol verdiyini görmədinizmi? İnsanlardan elələri var ki, elmi, doğru yol göstərən bir rəhbəri və aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edər. (Loğman, 20).
Və ya Mütəal Allah Casiyə surəsində buyurur: O, göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, düşünüb öyüd alanlar üçün bunda (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır. (Casiyə, 13).
وَسَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِنْهُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ
Həmçinin Nəhl surəsində buyurur: Təzə ət yeyəsiniz və bəzək əşyalarını çıxarıb istifadə edəsiniz deyə, dənizi də sizin xidmətinizə verən Odur. Gəmilərin orada suları yara-yara üzdüyünü görərsən. (Bütün bunlar) Onun lütfündən istəməyiniz və şükür etməyiniz üçündür. (Nəhl, 14).
وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُوا مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
Həmçinin Həcc surəsində də belə buyurur:
Görmürsənmi ki, Allah yerdə olanları və Onun əmri ilə dənizdə üzən gəmiləri sizin xidmətinizə vermişdir?! Göyü də izni olmadıqca yerə düşməməsi üçün tutub saxlayır. Şübhəsiz ki, Allah insanlara qarşı çox şəfqətli və mərhəmətlidir. (Həcc, 65).
أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاءَ أَنْ تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ ۗ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ
Yuxarıda qeyd olunan ayələrdən belə nəticəyə gəlmək olar ki, “Təsxir”, insana fayda çatdırmaq üçün, nemətlərin onun ixtiyarına buraxılması deməkdir.
Təsxir mövzusu, insanın əzəmətli bir varlıq olduğunu göstərir. Belə ki, aləmdə olan hər şey insanın ixtiyarına buraxılıb. Elə bunu nəzərə alaraq, insanın varlıqlar arasında ən üstün varlıq olduğunu başa düşmək olar. Allah-taala yerdə və göydə olan nemətləri, insanın kamala çatması üçün yaradıb və onun ixtiyarına qoyub.
İnsan göy və yerin hədəfidir.
Bu ayələr onu göstərir ki, Allahın insna verdiyi ixtiyar və üstünlüklər, insanın xeyrinədir. İnsan Astronomiya, geologiya və bu kimi elmləri öyrənməlidir. Çünki bu elmlərin hamısı onun xeyrinədir.
Bunları nəzərə alaraq, “Təsxir”-in iki qism olduğu anlaşılır:
Onlardan bir qismi, insanın xidmətində olan nemətlər, digəri isə, insanın ixtiyarına buraxılan nemətlərdir.
İnsan, ixtiyarında olan bütün bu nemətlər ilə, aləmdəki varlıqları öz ixtiyarı altına salar, onlara nəzarət edər və onları öz məqsədi üçün yönləndirə bilər.
İnsan aləmdəki bütün nemətlərin onun ixtiyarına buraxıldığını dərk etsə və bu təsəvvürü özündə gücləndirsə, yavaş-yavaş bu dünyadan, eləcə də bu dünyada olan hər bir şeydən azad olar və bununla da, mənəvi azadlığa yetişər.
Varlıqların təsxiri
Quranda insanşünaslıq məsələlərindən biri “insan üçün varlıqların təsxiri” mövzusudur.
İbrahim surəsinin 31-34-cü ayələrində Allah-taala təsxirin növlərinə işarə edir.
Təsxir həm insanın ixtiyarında olan işlərə, həmdə ki, Allahın əmri ilə insanın xidmətində olan nemətlərə şamildir.
Quranda təsxir ayələrinin mesajı
1- İnsanın əzəməti – Bu dünyanın ən kamil varlığıdır.
2- Aləmi tanımaq üçün insanın həvəsləndirilməsi. Bütün bu kainat insanın əhatəsində ola bilər.
3- İnsanın məxluqları ixtiyarında saxlamasının mümkün olması.