Məhəmməd Baqir Saivər - İnsan (17.1)
Təkvini vilayət
Ötən dərsdə qeyd etmişdik ki, İnsanın əzəmətini sübut edən mövzulardan biri də, “Təsxir” mövzusudur. Həmçinin bunu da öyrəndik ki, Təsxir ərəb sözüdür və mənası “İxtiyara buraxmaq”-dır. Bu mənada ki, Allah-taala Varlıq aləmində olan hər bir şeyi insanın ixtiyarında (təxsirində) qoyub və insan da gərək bu nemətlərdən düzgün şəkildə istifadə etsin. İnsanın ixtiyarına buraxılan, ay, günəş, gecə və gündüz, heyvanlar, meşələr, dənizlər və bir çox digər nemətləri misal gətirmək olar.
Təbii ki, insanın xidmətinə verilən nemətlərin həddi var. Amma bəzi hallarda, Allah tərəfindən yaradılmış nemətlərin insana olan faydalarının dəyişməsi və bu dəyişikliyin insanın ixtiyarına buraxılması da mümkündür.
Allah-taala Quranda Süleyman (ə) peyğəmbər haqqında belə buyurur:
وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ
Biz dağları və quşları da Davudun xidmətinə vermişdik. (Ənbiya, 79).
Başqa ayədə də belə buyurur: Şiddətli küləyi də Süleymanın xidmətinə vermişdik. Onun əmri ilə külək bərəkət verdiyimiz yerə doğru əsirdi. Biz hər şeyi bilirik! (Ənbiya, 81).
وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ
İti küləyin Süleymanın (ə) əmri və ixtiyarına buraxılması, insanın ruhi əzəmətə çata bilməsi və Allahın iradəsi ilə aləmin məxluqlarını öz ixtiyarında saxlaya biləcəyini sübut edir. Həmçinin Həzrət Yusif (ə) buyurur: Mənim bu köynəyimi aparıb atamın üzünə qoyun, o görməyə başlayacaq. Sonra da bütün ailənizlə mənim yanıma gəlin!” (Yusuf, 93).
اذْهَبُوا بِقَمِيصِي هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا وَأْتُونِي بِأَهْلِكُمْ أَجْمَعِينَ
Ayədən məlum olur ki, Yusifin (ə) ruhu köynəyə təsir edir və bu təsir nəticəsində də, atasının gözləri açılır. Bu güc, Yusifin (ə) mənəvi qüdrətinin göstəricisidir.
Allah bütün aləmi bütünlüklə insanın xeyrinə yaradıb və əgər insan kamil olsa, aləm onun təsxiri və ixtiyarında olar.
Quranda insanın əzəmətinə aid olan mövzular, bir neçə mövzuda qeyd olunub:
İnsan Allah tərəfindən seçilmiş xəlifətullahdır(Allahın yer üzündəki nümayəndəsidir).
İnsan Allahın əmanətdarıdır.
Kəramət ayələrinin bir-biri ilə əlaqəsi vardır.
İnsanın əzəməti və təsxir ayələri bir mənada təkvini vilayətdir. Bu mənada ki, aləm insanın ixtiyarında ola bilər.
Təsxirin ibtidai tərifi budur ki, bütün aləm insanın xeyrinədir. Təsxirin ikinci açıqlaması isə budur ki, Süleymanın (ə) ixtiyarında olan iti külək, Davudun (ə) ixtiyarında olan dəmir, Həzrət Yusifin (ə) köynəyinin şəfa olduğu kimi, aləm də Allahın iradəsi ilə insanın ixtiyarında ola bilər.
Ali-İmran surəsində Həzrət İsanın (ə) möcüzələri haqqında danışılır. Həmin surədə Allah-taala İsanın (ə) dediklərini gətirərək, buyurur: Və o, İsrail oğullarına peyğəmbər (olacaqdır). (İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır.(Ali-İmran,49).
وَرَسُولًا إِلَىٰ بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ ۖ أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ ۖ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَىٰ بِإِذْنِ اللَّهِ ۖ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
Bu möcüzələrin hamısı, İsaya (ə) verilən mənəvi bir qüdrətdir. Ona görə də, insan bilməlidir ki, bu möcüzələr insanın ixtiyarında ola bilər.
Təsxirin başqa bir növüdə budur ki, insan bərzəx aləmi ilə əlaqə yarada bilər. Bəzi peyğəmbərlər qövmün həlak olmasından sonra bərzəx aləmində onlarla əlaqə yaradırdılar. Mütəal Allah bu barədə, öz qövmü ilə əlaqə yaradan həzrət Saleh və Şüeyb (ə) haqqında Əraf surəsində (18,78,93) danışır.
Yuxarıda deyilənlər, insan ruhunun böyüklük, mənəvi qüdrət və Allah tərəfindən nemətləri onun ixtiyarında buraxıldığını sübut edir.
On yeddinci dərsin xülasəsi
Təkvini vilayət
Varlıqların İnsan üçün təsxir edilməsi, təkvini vilayətlə bağlıdır. Belə ki, təsxirin mənalarından biri, aləmi ixtiyarda saxlamaqdır.
Quran ayələrinə əsasən, insan ruhi əzəmətə nail olaraq, aləmi Allahın izni ilə təsxir edə bilər. O, elə bir qüdrətə nail ola bilər ki, varlıqları öz ixtiyarı altına salsın. (Ənbiya 81, Yusif 93 və …).
Ali-İmran surəsinin 49-cu ayəsində, Həzrət İsanın (ə) möcüzələri haqında danışılır və bununla da, insanın ölünü diriltmə, gildən quş düzəltmə, anadangəlmə kora şəfa vermə və qeybdən agah etmək qüdrətinə malik olduğu bildirilir.
Quranın başqa ayələrində, təkvini vilayətin varlığını sübut edən çox sayda dəlillər var.
Buna misal olaraq, “Bir göz qırpımında Bilqeysin taxtını gətirmək, Quşlarla danışmaq qüdrəti, dəmirin əriməsi” və.s. kimi nümunələri gətirmək olar.