SÖHBƏTLƏR

 

QURANDA AİLƏ 

 

Rahatlıq cismi xəstəlikləri olsa belə, sağlam ruhu olan cəmiyyətə xas olan dəyərdir. Lakin ruhların xəstə və sıxıntılı olduğu cəmiyyət xoşbəxt ola bilməz, çünki orada böhranlar hökm sürər. Biz abortla, varlığın insan olmasına diqqətsizlik etməklə əxlaq və insanlıq əleyhinə müharibə böhranı yaratmışıq..

Ümumi olaraq islamın və xüsusi olaraq Quranın əhəmiyyət verdiyi məsələlərdən biri ailədir. Quran ailəni rəhmət və məhəbbət mədəni bilir. Bizim cəmiyyətimizdə insanlar mərhəmətli və mehriban tərbiyə olunmaq istəyirlərsə, rəhmət və mehribanlıq mədənini ailədən əxz etməlidirlər, yox əgər ailədə bunlar olmazsa, cəmiyyət məhrəmət, mehribanlıq və  digər ülvi hisslərdən məhrum olacaq.

Başqa sözlə, əxlaqi cəmiyyət ailədən asılıdır. Əgər ailədə əxlaq çiçəklənməzsə, cəmiyyətdə bu nemətdən məhrum olarıq. Buna görə də istər hüquqi, istər tərbiyəvi, istərsə də düşüncə baxımından ailə məsələlərinə diqqət etmək cəmiyyətdə öz təsirini birbaşa qoyacaq.

Araşdırdığımız silsilələr bölməsi fiqhi sahəyə aid olacaq. Çünki fiqhi sahənin daxilində kəlam, əqidə və baxış da vardır. Buna görə də həmin məsələlərə diqqət və onlara məntiqi yanaşma ailələrin sağlam və Quran əsasında tərbiyə olunmasına səbəb olacaq.

Ümumdünya cəmiyyətinin problemlərindən biri “abort” məsələsidir. Abortla bağlı statistika yol qəzasında ölənlərin sayından çoxdur. Abortla bağlı rəqəmlər qəsdən törədilmiş qətllərin sayından çoxdur. Amma insanlar sönmüş çıraqla bu faciənin yanından ötüşürlər və bu faciə ailələrdə baş verir. Bu məsələ ailələrin baxışı və onlardakı münasibət formalarından asılıdır.

“Abort”un mənası budur ki, “mənim qüdrətim vardır və uşaq müdafiəsiz olduğuna görə hər bir qüdrətli müdafiəsiz üzərində hakimdir”. Bu baxışın çox mənfi təsirləri vardır.

“Abort”un digər mənası budur: İnsanlığı ayaq altına atmaq, hətta azadlığın özünü ayaq altına atmaq həddində olan azadlıq.

Abort dünyada “bəşər hüququnun ayrıseçkiliyi”ni göstərir. Bir tərəfdən insanın öldürülməsini əllərində bayraq edib deyirlər niyə öldürüldü? Digər tərəfdən minlərlə insan öldürülür, buna göz yumurlar, bəzən qanuniləşdirib ona icazə də verirlər.

Bəziləri cinsi azadlıq üçün insan hüquqlarına istinad edib deyirlər: Bütün insanlar bəşərdirlər və hər bir işi görməkdə azaddırlar. Bu cinsi azadlığın nəticələrindən biri kimi qeyri-qanuni və arzuolunmaz hamiləliyin yaranmasının şahidi oluruq. Davamında görürük ki, cinsi azadlıq və arzuolunmaz hamiləliklə insan hüququ öz iddialarını da ayaq altına alır.

Maraqlıdır! İnsan hüququ ilə azadlığı istəyirdilər, çünki bu azadlığın nə əvvəli bilinir, nə də axırı. Özləri də istəmədən onun nəticələri yarandı, bu da azadlığın ayaq altına atılması, məzlum uşaqların öldürülməsi ilə nəticələndi.

“Abort” hadisəsi ilə müəyyən olundu ki, onların azadlıqdan məqsədi heç bir ipə-sapa yatmayan azadlıqdır. Əgər belə olmasaydı, “abort”la insan hüququ prinsipləri ayaq altına alınmazdı.

Birinci məsələ: Abort bir insanın öldürülməsi kimidir

Bilmək lazımdır ki, bu nütfə ruhun üfürülməsindən sonra insandır. Belə ki, insan öldürülməsi ilə bağlı bütün dəlillər aborta aiddir. Bu dəlillərdən insan öldürülməsi ilə bağlı ayələri göstərmək olar:

«مِنْ أَجْلِ ذلِكَ كَتَبْنا عَلى‏ بَنِي إِسْرائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْساً بِغَيْرِ نَفْسٍ أَوْ فَسادٍ فِي الْأَرْضِ فَكَأَنَّما قَتَلَ النَّاسَ جَمِيعاً وَ مَنْ أَحْياها فَكَأَنَّما أَحْيَا النَّاسَ جَمِيعاً وَ لَقَدْ جاءَتْهُمْ رُسُلُنا بِالْبَيِّناتِ ثُمَّ إِنَّ كَثِيراً مِنْهُمْ بَعْدَ ذلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ» (مائده: 32)

Buna görə də İsrail oğullarına yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara  açıq möcüzələr gətirmişdilər. Bundan  sonra da onların bir çoxu yer üzündə həddi aşdılar. (Maidə 32)

İkinci məsələ: Abort islam cəmiyyətində bir müsəlman insanı öldürmək kimidir.

Əgər islam cəmiyyətində abort hadisəsi baş verərsə, bir müsəlmanın qətli dəlillərini ona aid etmək olar. Çünki bu uşaq hələ ki, müsəlman olmasa da, amma islam hökmünə görə müsəlmandır.

حدثني محمد بن الحسن قال حدثني محمد بن الحسن الصفار عن أحمد بن محمد عن الحسن بن سعيد عن محمد بن أبي عمير قال حدثني غير واحد عن أبي عبد الله علیه السلام قال: من أعان على قتل مؤمن بشطر كلمة جاء يوم القيامة بين عينيه مكتوب آيس من رحمة الله تعالى» (ابن بابويه، محمد بن على، ثواب الأعمال و عقاب الأعمال - قم، چاپ: دوم، 1406 ق؛ ص 276)

Üçüncü məsələ: Abort ilahi əmanətə xəyanət kimidir

 Liberal dünyada bu barədə naqis dəlil müzakirə olunur ki, deyilir: “Bu cism, bu uşaqlıq mənimkidir”. Ana deyir: “Mən bu uşağı daşımaq istəmirəm, mən öz cism və ruhuma hakim olduğum üçün abort edə bilərəm!”

Bu dəlillər Allahın yox, insanın üstün tutulmasını göstərir. Bu dəlillər ondan xəbər verir ki, insan özü üçün yaşama qanunları müəyyənləşdirir. Hakbuki dini və inanclı bir cəmiyyətdə qanunu Allahdan alır.

Allaha inanan ana bilir ki, hətta öz üzvlərinə belə hakim deyil, o ki qaldı onun bətnində olan əmanətə hakimliyi. Amma liberalların gətirdiyi dəlil belədir: Mən öz üzvlərimlə bağlı azadam. Buna bənzər dəlillər hicab və iffət məsələlərində də vardır ki, əlbəttə aborta da aiddir.

İnsan öz üzvlərinə hakim deyil, insan öz malına-mülkünə hakimdir. Bu da şəriətin icazə verdiyi həddə. İnsan öz üzvlərinə hakim deyil. Öz gözünü kor etmək, öz əlini kəsmək icazəsi yoxdur. Haqq insanın yaradıcısı və maliki kimi Allaha məxsusdur ki, insana verilir və Allah heç vaxt belə haqqı insana verməmişdir. Bu baxımdan insanın cismi və ruhu onun tabeliyində deyil. Buna görə də intihar əməli haramdır, insan üzvləri üçün təhlükə yaradan işlərə əl atmaq da haramdır.

Bu dəlillərin əksəriyyəti humanizm təfəkkürünə əsaslanır. Allah kənarlaşdırılaraq insan Onun yerinə qoyulur.

Dedik ki, abort insan qətlinə bərabərdir və insanın ilahi əmanət olan öz üzvlərinə xəyanət etməyə haqqı yoxdur.

Abort və ikinci dəlillər

İslam realist bir dindir və əslində insanı tərbiyələndirmək istəyir. Bəzi işlərdə çarəsizlik, sıxıntı, çətinlik kimi məsələlər qaşıya çıxa bilər. Din bunları rəsmi olaraq tanımışdır. Əgər nəsə bu sözlərin dəlillərindən olarsa, onda din ona icazə verir və onu cayiz sayır.

Əgər mütəxəssisin müəyyənləşdirdiyinə görə ana və övladın ölüm təhlükəsi vardır və ya yalnız uşaq ölə bilər ağıl abort hökmü verir. Çünki hər halda uşaq öləcək. Bəzən də abort vacibdir, çünki belə vəziyyətin problemi yoxdur.

Amma əgər ya ana, ya uşaq öləcəksə burada sıxıntı olmamalıdır. Bir canı digərindən üstün tuta bilmərik. Burada ana ilə uşağın fərqi yoxdur, hər ikisinin ruhu vardır və insandırlar.

Belə ki, problem bəzən birinin ya ikisinin ölümündədir, əgər ana ya övladın ölüm təhlükəsi vardırsa, bu zaman uşağı abort etmək olmaz.

Abort və iqtisadi şübhələr

 Bəzən aborta bəraət üçün iqtisadi və yaşayış şübhələrini önə çəkirlər və deyirlər bir ailə bunları necə idarə edə bilər. Quran övladın öldürülməsi ilə bağlı deyir: Biz həm sizə ruzi verərik, həm də onlara ruzi verərik.

Cahiliyyət dövründə övladlarını üç səbəbdən öldürürdülər.

Birinci amil: Əqidə və dini xurafat amili: Bütlərə qurban etmək. Bu zaman qızları və oğlanları öldürürdülər.

«وَ كَذلِكَ زَيَّنَ لِكَثِيرٍ مِنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلادِهِمْ شُرَكاؤُهُمْ لِيُرْدُوهُمْ وَ لِيَلْبِسُوا عَلَيْهِمْ دِينَهُمْ وَ لَوْ شاءَ اللَّهُ ما فَعَلُوهُ فَذَرْهُمْ وَ ما يَفْتَرُونَ» (انعام: 137)

 Beləcə, ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. Onları da, uydurduqları yalanları da başlı-başına burax!(Ənam: 137)

«وَ إِذا بُشِّرَ أَحَدُهُمْ بِالْأُنْثى‏ ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَ هُوَ كَظِيمٌ (58) يَتَوارى‏ مِنَ الْقَوْمِ مِنْ سُوءِ ما بُشِّرَ بِهِ أَيُمْسِكُهُ عَلى‏ هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرابِ أَلا ساءَ ما يَحْكُمُونَ (59)»

İkinci amil: Qızlarını öldürmək cahillik qeyrəti sayılırdı. Nəhl surəsində oxuyuruq:

Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. (58)Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər! (59)

Üçüncü amil: İqtisadi və məişət məsələlərinə görə qızlar və oğlanlarını öldürürdülər: Bu üçüncü amil haqqında Allah buyurur: Sizin ruzinizi Allah verir. Bu övladı öldürməyə heç bir əsas vermir.

«... وَ لا تَقْتُلُوا أَوْلادَكُمْ مِنْ إِمْلاقٍ نَحْنُ نَرْزُقُكُمْ وَ إِيَّاهُم...» (انعام: 151)

Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Ənam: 151)

Əlil övlada rəhm səbəbindən abort

Bəzən mütəxəssis həkim müəyyənləşdirir ki, uşaq dünyaya əlil gələcək. Buna görə həmin embriona rəhm səbəbindən abort edilir. Əlbəttə, bu halda abort anaya da rəhm sayıla bilər, çünki əlil övladın saxlanması üçün çoxlu xərclər tələb olunur.

Əgər həqiqətən bu məsələ çətinliklə nəticələnəcəksə, bu başqa mövzudur. Amma övladlar ilahi imtahandır. Bu dünyada hər kəs ilahi imtahan aşırımlarından keçməlidir.  «فکّ رقبه»  Etməli, «اطعام فی یوم ذی مسقبه» yerinə yetirməlidir. Xoş günlərdə insan inkişaf etmir. İnsan çətinliklərlə üzləşən zaman inkiaf edir. Allah hər bir insanı çətin hadisələrlə üzləşdirir ki, insanın fəzilətləri yüksəlsin.

Belə bir iş imtahandan kəsilmək deməkdir. İqtisadi vəziyyətə görə bir dövlətin bütün kasıblarını öldürmək olmaz. Bu təfəkkürün kökü meşə qanunlarına gedib çıxır.

Abort məsələsində əsas məqam budur ki, insan bəzən öz qədrini itirir, rahatlığını abortda görür. Bu bütün mənəvi dəyərləri mənasız görmək mənasındadır. Özünün rahatlığı üçün bu pis işi görür.

 

 

 

155
Reza LTD