Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 1

Yasin surəsinin təfsiri (1-ci dərs)

“Ya Sin”. “Vəl Quranil həkim”. “İnnəkə ləminəl mursəlin”...

Şükr Allaha ki, mənə tofiq verdi sizlərə Quran təfsirini deməyi. İlk Yasin surəsinin təfsirini başlayırıq və Quranın bərəkətindən həyatımızda qidalanırıq. Allah mütəal Yasin surəsinə çoxlu inayəti vardır bəzi hədislərdə Quranın qəlbi sayılır. Amma niyə Quranın qəlbi deyərlər? Buna müxtəlif nəzəriyyələr var. Biri budur ki, bu ayəyə görə “İnna əhsəynəhu kulla şeyin fi imamin mubin” bəziləri qəlbi quran deyirlər axırıncı ayəyə görə “İnnəhə əmruhu iza əradə şəyən ....” ta axırcan. Yasinin axırına görə bu surəyə deyiblər qəlbi Quran. Hərəsinin öz izahında dərin mənasın izah edəcəyik amma ilk növbədə Allah mütəal “Bismillah” ilə başlayır bütün Quran surələri “Bismillah”la başlayıb məgər ki, Nəml surəsi ki,  iki “bismillahı” var, məgər tövbə surəsi ki, Tövbə surəsi “Bismillah”ı əvvəlində yoxdur. Nəticədə Quran 114 surədə 114 “Bismillahı” var Tövbə surəsinin yoxdur Nəmlin iki dənə var.  Quran surələri bölünür iki qismə Məkki və Mədəni. Məkki surələr o surələrdir ki hicrətdən əvvəl nazil olubdur indi yolda da hətta nazil olubdur Məkkə şəhərinin içində nazil olmayıb Məkkidi. Mədəni surələr onlardır ki, hicrətdən sonra nazi olubdur. İndi lazım deyil ancaq Mədinə şəhərinin içində nazil ola, Bədrdə də nazil ola Mədənidir, Uhudda da nazil ola Mədənidir, Məkkənin özündə də nazil ola hicrətdən sonra Mədənidir. Bu bölmə zaman etibarı ilə bölmədir. Məkki hicrətdən əvvəl, Mədəni hicrətdən sonra. Bəzi təfsirçilər bir ayrı bölmə də Məkki və Mədəni surələri buyurublar o da zamanla yox məkanla buyurblar. O da budur ki, Məkki surələr olardır ki, Məkkədə nazil olub, Mədəni surələr olardır ki, Mədinədə nazil olub. Bu bölmə ilə yanaşsaq məsləyə bir sıra surələr nə Məkki olar nə Mədəni çün məkanla bölsək bəzi surələr var Ühudda nazil olub, Bədrdə nazil olubdur, Məkkə-Mədinə yolunda nazil olubdur, Hüdeybiyyədə nazil olubdur bunlar olar nə Məkki nə Mədəni. Nəzərə gəlirik ilk bölüş zamanla bölmə Hicrətdən əvvəl, Hicrətdən sonra. Bu bölüş diqqətlidir və təhqiqə uyğundur və bu bölüşün də faydası vardır. Çünki, Peyğəmbər Məkkədə ilk əqidə bəhsləri edibdir, Məkkədə ilk insanların əqidəsini təmizləyibdir, şiriklə mübarizə eliyibdir. Mədinədə isə Peyğəmbər hakimiyyət təşkil edibdir, Allahın əhkamı Mədinədə gəlib çoxu, namazdan başqa bütün hökümlər  orucdur, xumsdur, zəkatdır, cihaddır və s. hökümlər, hicab ayəsidir bunlar Mədinədə gəlibdir. Bəs Məkkə etiqad məntəqəsidir, əqidə vaxtıdır. Mədinə Hicrətdən sonra şəriətdir, hakimiyyətdir və Allahın hökmləri tədricən nazil olmasıdı və bu da təbii tərbiyətdə prosesdi insan əvvəl əqli, zehni tənzimlənə, düşünə Allaha iman gətirə, Qiyamətə iman gətirə sonradan bu hökümlərə boyun əyə və hökümləri qəbul eliyə, şəriəti qəbul eliyə. Bu proseslə Allah mütəal təbii insanları tərbiyə edir. 13 il Məkkədə əqidə, ilahiyyat, dini qəlbdə iman yaratmaq və Məkkənin zamanı qurtarandan sonra Mədinədə şəriəti icra etmək və bu hökmləri hazır qəlbərə gətirmək. Yasin surəsi Məkki surədir ona görə baxsaz bu surəyə  əqidə bəhsləridir, əməl bəhsləri ümumi mənadadır. Biz məqsədimiz bu deyil ki, Məkki surələrdə əməl ayələri yoxdur. Məkki surələrdə də əməl var, ümumidir: Allaha pərəstiş eləyin hətta bəzi hökümlər ki, insanın fitrəti olari daha qəbul eliyir, şəriət gəlməsə də adam öldürməyin, zina etməyin bunlar da Məkki surələrdə vardır amma ayrı model hökümlər ki, rəsmi şəriət hökmləridir və fitrətdən xalis alınmır Allahın şəriətindən alınır. Hicab bu modeldə, zəkat bu modeldə, xums bu modeldə. Mümkündür hicab bir model fitridir amma bu model ki, İslam hicabı məna elibidir şəriətə bağlıdır ona görə də Allah onları Mədinədə gətiribdir. Məkki surələr əqidələrdən danışır. Yasin də əqidələrdən danışır amma bəzən Allah mütəal surələrdə tövhiddən başlayır, məada sonra keçir nübuvvətə. Amma bu surədə Allah mütəala əvvəl nübuvvətədən başlayır sonra keçir tövhidə sonra gedir məada yəni prosesi bu fomadır. İlk addımı bu surədə Peyğəmbərin nübuvvətidir. Buyurur ki : “Ya sin”. Yasinin adına termində deyərlər hurufi müqəttəə. Müqəttəə yəni qətəə qətəə oxunur adları ilə oxunur “Y” ya –dır ərəb dilində “S” sin-dir “yasin” qətəə-qətəə oxuyursan. Bunların mənaları nədir? Bir ümumi nəzəriyyə var , ümumi “hurufi müqəttəə” barəsində o da biri budur ki, rəmzdir, tablodur hər surəyə ki, vardır. O surənin rəmzidir. Biz tam o rəmzi aça bilmirik amma o surənin rəmzidir. İkinci budur ki, Allah mütəal istəyir xatırlatsın Quranın materiyalını. Quranın materiyalı o hərflərdəndir ki, bizlər də danışırıq. Əlif, Lam, Mim, Ba, Ya sin, Qaf bu cür o hərflər ki, əlifbadır. Yəni Allah mütəal istəyir desin ki, mən bu möcüzəli Quranı, bu dərin mənalı Quranı həmin əlifba ilə gətirmişəm ki, siz də danışırsız,  siz bu kəlmələrdən istifadə edirisiz, öz gündəlik həyatınız üçün bir günlük məsrəf olub kəlimənin. Mən bu kəlimələrdən düzmüşəm bir əbədi möcüzə gətirmişəm “Yasin” bir mənası budur.

 Amma bəzi surələrdə bu hurufun ümumi mənasından başqa xüsusi mənası da var o cümlədən Yasində. Yasini “ya insan” məna ediblər, “ey insan”. Ya Yasin bir təfsirlərə görə Peyğəmbərin ləqəblərindəndir. “Ali Yasin” yəni Peyğəmbərin ali, “Ali –Taha” yəni Peyğəmbərin ali. Ya sin “ya Muhəmməd” mənasındadır.(s)) “Ya insan” mənasındadır. Bu ey Peyğəmbər, ey insan “vəl Quranil həkim” and olsun həkim Qurana. Həkim  Quranın sifətlərindən biridir. Quranın bir adları var: Qurandır, Nurdur, Tənzildir, Zikrdir bunlar Quranın adlarıdır. Bir Quran özüdür, Kitabdır. Quran yəni oxunmalı. Bir də Quranın siftləri vard. Həkim Quranın sifətlərindəndir. Həkimin iki mənası vardı: Bir mənası yəni möhkəm, çün Quran təhrif olunmaz. “La yəhtihil batil” Batil Qurana gəlməz. Heç kim Quranı dəyişə bilməz ona görə möhkəmdir. And olsun möhkəm Qurana, and olsun təhrif olunmayan Qurana bir mənası budur. İkinci mənası da Həkim yəni hikmətli. And olsun hikmətli Qurana, Quran doludur hikmətlə. Həm maarif  ki, nə var nə yoxdu, Quran onları izah edir bizə həm o izahat ki, nə iş görməliyəm nə görməməliyəm. Hər ikisi də hikmətdir. Bilirsiz ki, hikmətin iki budağı var:

 Hikməti nəzəridir o budaqda izah edir ki, nə var nə yoxdu. Allah var, məad var, nübuvvət var, büt yoxdu, şans yoxdu, təsadüf yoxdu bunlar nə var nə yoxdu izah eliyir. Bir də nə olmalıdır  nə olmalıdır, buna deyirlər “Hikməti əməli”. Nə halaldır nə haramdır, nə səhihdir nə səhih deyil, nə düzdü nə düz deyil. Hər iki sahədə Quran hikmətə malikdir. Çün Quran hər iki sahədə hikmətə malikdir bizə hikmət deyir ona görə “Vəl Quranil Həkim” And olsun hikmətli Qurana. “İnnəkə lə minəl murəslin” “innə” yəni həqiqiətən, “kə” yəni sən “Həqiqətən sən - lə minəl mursəlin” “mursəl” yəni göndərilmiş “lə minəl mursəlin” yəni göndərilmişlərdənsən. Allah mütəal burda and içir, andının məzmunu budur ki, sən Peyğəmbərsən, sən rəsulların birisən, mursəllərdənsən. Məhkəmədə and içərlər o vaxt ki, insanın sübutu olmaya. Bir fiqhi mübahisədir.

Peyğəmbəri Əkrəm (s) buyurub ki, “ əl bəyinnəti lil muttəi vəl yəminu ələl munkir” o vaxt ki, sübut olmadı bir məsələyə o birisi and içir. Allahın and içməyi sübut olmamaqdırmı? Yox. Allahın andı sübutdur da içində maraqlıdır ki hər yerdə ki Allah and içib kənarında sübutun gətiribdir. Baxın “And olsun Qurana Sən Peyğəmbərsən” yəni bir nəfər istəsə Peyğəmbərin peyğəmbərliyini tanısın elə bu andla ki, Allah and içib ondan tapa bilər. Yəni nəyə and içib onun özü sübutdur da, o özü dəlildir də çün Qurandır  Peyğəmbərin möcüzəsi, Qurandır Peyğəmbərin peyğəmbərliyinin sübutu. Ona görə maraqlıdır burda and “bəyinnənin” müqabilində deyil, yəni sübutun müqabilində deyil ki, sübutun olmayanda and iç, burda and özü sübutdur. And özü içində izah vardır “And olsun hikmətli Qurana” sən bu hikmətli Quranı araşdırsan, bu möhkəm Quranı araşdırsan bu nəticəni alarsan ki, “innəkə lə minəl murəslin” Həqiqətən sən murəslindənsən.

Burda andda bir necə məsələ var birini ərz elədim. Biri bu oldu ki, insan vəxti and içir adətən o vaxt and içər ki, sübutu yoxdur onda and içər, amma Allah mütəal vəxti and içir andanın içində sübüt var bu bir nöqtə. İkinci nöqtə budur ki, ona ki, Allah and içir onun da əhəmiyyətin də izah edir. Həm sübütdur həm onun əhəmiyyətini  izah eləmkdir.  Nətəridir  yəni əhəmiyyətini izah eləmək? Yəni Allah o şeylərə ki, and içir oları bizə dəvət edir ki, gedin oları axtarış edin. Quran and içməli bir şeydir o qədər əhəmiyyəti var Mən Allah da Qurana and içirəm. Bəs get əhəmiyyətini axtar, əhəmiyyətini axtarsan görərsən and içməlidir. Bununla insan söz sübut eliyə bilər. Eyni halda o birinci nöqtədəki Quranın özü əslən möcüzədir, Peyğəmbəri sübut eləməyə bu da ikinci nöqtə. Buyurur ki, “ İnnəkə lə minəl mursəlin” Həqiqətən sən göndərilmişlərdənsən. “Əla siratin mütəqim” Düz yol üzərində. “Əla siratin mustəqim” “sirat” yoldur, “müstəqim” yəni düz yol. Burda bir mübahisələr olmalıdır o da biri budur ki, Allah mütəal Quranında bunu istəyir bəşərə çatdırsın ki, bəşər, sənin yolun var. Hər yolunla məqsədə çata bilməzsən, yəni insan vaxti dünyaya gəlibdir dünaya hər forma yaşamaqla məqsədə çata bilməz. Bəs yol beləsinə vardır, ona görə Quranda baxsaz bu terminlərdən istifadə edib Allah mütəala “həda” “zəllə” “azdı” “yolu tapdı”, “səbil”, “sirat” bunlar hamısı bunu göstərir ki, insanın dünyada yolu vardı. Əgər o yoldan çıxsa məqsədə çatmaz, yolu azar və Allahın qəzəbinə də düşər. İndi bu yol ki, Allah mütəal burda “sirat” adında buyurubdur əgər sizi mövzuyi izah axtarsaz Qurandan sirat ki, Quran buyurur üfuqi deyil, şaqulidir.

İki cür yol vardı, bir yol vardı “Üfuqi” yoldur yəni sən heyvanların yolu, sən o maşın yolu. Bir yol da var şaquli yoldur. Quranın izahında bəşərin yolu ki, sirat adındadı şaqulidir yuxarıya çıxmadır. Sən siratda ol, yəni yuxarıya çıx. Əgər üfuqi getsən siratda deyilsən, şaquli getsən yuxarıya ona görə Quran bir yerdə buyuru ki, Filankəs fəqət “həva” düşdü. Düşmək o vaxtdır ki, yuxarıya çıxmaq olsun. Əgər yuxarıya çıxmaq var düşməyin mənası vardır. Sirat ki, Quran bəşərə deyir o sirat şaqulidir amma nədə insan dirçəlir inşallah gələn cələsə ərz edərəm....

OXŞAR VIDEOLAR