Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 21

Yasin surəsinin təfsiri (21-ci dərs) 

“Əvələm yərəl-insanu ənna xələqnahu min nutfətin fəiza huvə xəsimun mubin”.

Bu ayələrə təfsir kitablarında “şəni nüzul” yazıblar. “Şəni nüzul” o hadisəyə deyərlər ki, o hadisədən sonra ayə nazil olubdur o hadisəyə aid. Nəql eləyirlər təfsir kitablarında ki, bir şəxs bütpərəstlərdən, bu şəxsin adında üç cür nəqli var Übəyy ibn Kəəb, Üməyyət ibn Xələf, As ibn Vail. Bu üçünün də adı gəlibdir nəqlilərdə. Bunların biri səhrada bir sümük tapır, bu sümük o halda idi ki, çürüyübdür. Öz nəzərinə deyir ki, mən ən yaxşı sübut tapdım Qiyamətin olmamağına. Ən yaxşı sübut tapdım məadın düz olmamağına və indi gedərəm bu ki, iddia eləyir mən peyğəmbərəm, bu ki, bizə deyir bu dünyadan başqa ayrı aləm var, onunla mübahisə eləyərəm və ona qalib gəlləm və onu susduraram ki, bax olmaz, ən yaxşı sübut tapmışam. Bu sümük bu çürümüş halda kim bunu yenidən dirildər, kim bu sümük ki, pərakəndə oldu, üzvləri dağıldı təzədən yığa bilər və yenidən dirildə bilər? Bu ayələr nazil oldu: “Əvələm yərəl insanu”. Əvvələn aya, insan görmədi “ənna xələqnahu min nütfətin” ki, bu insanı biz nütfədən yaratmışıq. “fəiza huvə xəsimun mubin”. birdən bu insan böyüyür-böyüyür  o nütfədən olur “xəsim”. “Xəsim” yəni spor eliyən, “mubin” yəni aydın və aşkar spor eliyən. İstəyir desin ki, qayıt özünə bax, özün nədənsən? Özün bir nütfədənsən, nütfə bir maye sudur. Bu nütfənin içində bir sellol var, bir hüceyrə var, o hüceyrənin vasitəsi ilə cins, müxalif cinsin də həmçinin belə bir maddə var, bunlar birləşirlər olur bir dənə nütfə, uşaq nütfəsi. Ta 9 ay mərhələdə bu böyüyür-böyüyür muzğə olur, ələğə olur və Quranın 6 mərhələdə 9 ay ananın bətnindəkini izah eləyir. Bu böyük mərhələlər ki, Quran gətiribdir. Buyurur bu nütfədən başlayır O cür aydın spor eliyən olur. Əvvəldən ki, aydın spor eliyən deyildi. Bunun iki dənə mesajı var. Biri budur ki, əvvələn öz prosesinə baxsın; bir iylənmiş nütfədən düzəlmisən indiyəcən və bu indi qürur, təkəbbür, eqoistlik hardan? Bu ki, gəlirsən eqoistliknən deyirsən peyğəmbəri mən indi susduraram. Keçmişinə bax sən bir iylənmiş nütfəsən, gələcəyinə bax bir iylənmiş cəmdəksən, nəyə təkəbbür eliyirsən? Bir bu məsələ var. İkinci məsələ də elmi bir məsələ: bu mayedən, bu nütfədən bu insanın yaranması, bu proses göstərir ki, olar, bu çürümüş, bu sümükdən də insan təzədən yarana. O ki, nütfədir, iylənmiş nütfədir bu da çürümüş sümük, bu ki, insan olmuşdu əvvəl bu sümük, o nütfə ki, hələ insan olmamışdı bir maye idi, bir su idi, iylənmiş bir su idi. Məqsədim budur ki, insan qayıdıb keçmişinə baxsa, qayıdıb baxsa ki, nə idi qane olar, qəbul elər ki, ola bilər yenidən də insan kimi bərpa olsun, insan kimi gəlsin səhneyi varlığa. Ona görə davamında buyurur ki,

“Və zərəbə lənə məsələn” Bizə məsəl vurdu bu adam o sümüyü götürdü əlinə gətirdi bizim yanımıza və bizə məsəl vurdu. “Məsəl” burda bu mənaya ki, yəni istədi bu bir dənə nümunə deməknən sübut gətirsin “və nəsiyə xəlqəh”  lakin öz yaranışını unutdu. Unutmasaydı bu sözü bizə deməzdi. “qalə mən yuhyil-izam” dedi ki, bu sümükləri kim ehya eliyər, kim dirildər bu sümükləri “və hiyə rəmim” O halda ki, bu sümüklər çürümüş haldadır, çürüyüblər, bu sıxırsan, sümük olur toz. Bunu kim dirildər?

 “Qul yuhyihəlləzi ənşəəha əvvələ mərrəh” De, peyğəmbər, o adama, dirildəcək onu, yəni  o sümükləri dirildəcək “əlləzi ənşəəha əvvələ mərrəh” o ki, inşa eləyib, yaradıb o sümükləri birinci dəfə. Birinci dəfə yaradana ikinci dəfə yaratmaq ki, rahatdı.

“və huvə bikulli xəlqin əlim”. Allah hər yaranışa, hər məxluqa da agahdır, elmi vardır. Mümkündür sən gəlib deyəsən ki, indiki məsələdə bir problem var, o da budur ki, bunun üzvləri pərakəndədir; hardan bilir hansı üzv hardadı, dağılıbdır, sümük çürüyüb toz olubdur, üzvlər xırda səviyyədə dağılıbdır. Buyurur: Allah hər məxluqa agahdır, çün bilir hər məxluq hardadır yığa bilər. Qüdrəti bu xatirədir ki, baxın yaradıbdır, keçmişinə baxsan görərsən Allahın qüdrəti var. elmi də, Allah hər məxluqa agahdır, çün hər məxluqa agahdır bəs yığa bilər.

Bu ayələr bilirsiz ki, Qiyamət məsələsində üç mərhələ var Qiyamətin izahında. Quran üç mərhələynən Qiyaməti izah eləyibdir. Şayəd Qiyamətin əsli olmağını üç mərhələ ilə izah eləyibdir. Ondan sonra olan əsli olmağı qəbul eliyəndən sonra, ayrı mərhələlər də var. İzah elərəm.

 Birinci budur ki, Qiyamət imkanı var, elə deyil ki, mümkün olmayan bir şeydir. Allah-mütəal bu ki, Qiyamət imkanı var bunu neçə etapda izah eliyibdir Quranda. Bir – özünün, insanın xilqəti, insanın xaliqliyini isbat eləməknən. O adam ki, məbdəyi qəbul eliyir gərək məadı qəbul eləyə. O ki, qəbul eləyir insanı bu Allah yaradıb, gərək qəbul eliyə ki, O da eliyə bilər bunu təzədən yaratsın. Problem onlarda ki, Qiyaməti danırlar, Bu etapda məadı danmaq deyil, tövhidi danmaqdır, yəni Xaliqliyi qəbul eliyə bilmirlər. Xaliqliyi qəbul eləsələr, yaxud xaliqliyi unutmasalar çarəsiz qəbul eləməlidirlər ki, Allah da yenidən yarada bilər. Bəs məsələ bu oldu o Allah ki, əvvəldə yaradıb bu insanı, indi də təzədən yarada bilər. Bu bir məsələ.

Bəzən Quranda yox, insana təkid eləmir demir ki, insan, bu əvvəla 77-ci ayədə ki, (Yasin surəsində) oxuduq, aya, insan görmür Biz onu nütfədən yaratmışıq? Bu haman insana təkid eləməkdir. Bu ki, insan öz yaranışına baxsa, qayıdıb insanşünaslıq eləsə, xilqət mərahilinə baxsa görər bu xilqət mərahili də indi bu sümük çürümüş haldan ta insan olmağa kimidir. Bu xilqət mərahilində nütfədir, iylənmiş mayedi, sudur gəlir olur insan. Burda da çürümüş bir torpaqdır, çürümüş bir sümükdür gəlib olacaq insan. Onunla bunun mərhələlərdə fərqi yoxdur, o mayedir bu çürümüş torpaqdır. O da o mərhələləri keçirdibdir, bu da keçirdə bilər. Bəs insanın xilqət mərahilinə diqqət eləsən həm Allahın əzəmətinə yetişərsən, həm Allahın hikmətinə yetişərsən, həm Allahın qüdrətinə yetişərsən. Xilqət mərahili insanın həm tövhidə aydın sübutudur, Allahın qüdrətinə, Allahın sifətinə, həm də məada aydın sübutudur. Yəni Allah bu ki, yenidən bu insanı yarada bilər, çün qanunu əlindədir. Qanun əlində olsa o prosesi təzədən ehya eləyə bilər, təzədən dirildə bilər. Bu ayələr o cürdür, hətta 78-ci ayədə buyurur “ zərəbə lənə məsələn və nəsiyə xəlqəh” Bizə məsəl vurdu və yaranışını unutdu bu da haman izahdır, yəni öz yaranışına qayıdıb baxsa bu məsələni vurmaz ki, kim yaradacaqdır? O yaradacaqdır ki, birinci dəfə yaradıbdır.

Bu məsələdə insanşünaslığa dəvət eləyir. İnsanşünaslığın iki etapı var Quranda. Bir-insanın maddi tərəfini tanımaq, bədən tərəfini tanımaq. Maddi tərəfini təcrübə elmiynən tanımaq, biologiya elmiynən tanımaq. Bu elmlərlə tanısa görər ki, bu incə mərhələlər ki, keçibdir incə mərhələlər əvvəldən elə insan kimi deyildi. Əvvəldə bir cansız idi, cəmad idi, su idi, torpaq idi sonra bitki halında oldu nütfənin içində ki, inkişaf eliyirdi; lakin şüur yox idi, hissi yox idi, sonra getdikcə olur heyvani hisslər kimi olur, ta ruh beləsinə, insan ruhu beləsinə verilir və insani olur. Görürsüz bu mərhələlər insanşünaslıq bu ki, bədən hansı mərhələləri keçirdibdir, Allahın həm əzəmətini göstərir, həm Qiyamətin olmağını. Çün bu proses Allahın əlindədir, qanun necə yaranmaq Onun əlindədir. Necə yaranmaq Onun əlində olsa, təzədən də haman proseslə yaradacaqdır. Bir də ruhşünaslıq var, insanşünaslığın bədən prosesi yox, ruh prosesi var ki, o da bir incə bəhsdir ki, yenə Quran o da bəşəri hidayət üçün neçə ayələr o barədə var ki, ona Quran qəlb deyir. Quran insanın ruhuna o ifadələrdən ki, işlədib biri qəlbdir. Buyurur: Allah-mütəal insanla qəlbinin arasındadır, Allahı unutsan qəlbini də unudarsan, ruhunu da unudarsan. Ruhunu fikirləşməsən, qəlbini fikirləşməsən bu da bir etapdır ki, adam nə qədər bu ruhla tanış olsa, nə qədər mərifət tapsa öz qəlbinə, həm irfandır təmizləməkdir özünü, nöqsanını görməkdir, eyiblərini görməkdir və Allahın hərəmini. evini, insanın içərisindəki Allah məhəbbəti, Allah imanı, Allahın bağlılığı bu qəlblə insanladır, çün Allah insanla qəlbin arasındadır bunu hiss eləyə bilər. Nə qədər insan qəlbini təmizləsə, nə qədər insan qəlbini dirçəltsə o qədər Allaha yaxınlaşıb, o qədər Allahla əlaqəsini gücləndirib.

Bəs həm bədənşünaslıq var ki, o bədənşünaslıqla sən yetişirsən Allaha, yetişirsən tövhidə, yetişirsən məada. Həm Allahın sifətlərini tanıyırsan, həm bu ki, bu təzədən yarana bilər tanıyırsan. Həm ruhşünaslıq var ki, onunla da yenə öz ruhunu təmizləməyə, təqvaya, Allah mərifətinə də yenə çatırsan ki, o qəlbi təmizləməklə, qəlbi pak eləməklə, Allah məhəbbəti, Allah imanı, Allah nuru qəlbdə yerləşir və qalır. Bu ayat adətən bədən etaplarıdır, bədən mərhələləridir izah eləyirdi ki, insan istəsə Qiyamətin mümkün olmağını tapsın bir yolu budur ki, insan gələ özünü tanıya, öz bədəninin mərahilini tanıya ki, necə maddədən, sudan gəlib  olur insan, sonra da eliyə bilər torpaqdan proses gəlsin olsun insan. İkinci mərhələ ki, sonrakı ayatda gələcəkdi, təkcə insana təkid eləmir Allah, kulli xilqətə təkid eləyir. Deyir xilqətə bax, Mənim əzəmətimi gör. Elə bil bir mühəndisdir, bu mühəndisə deyirsən ki, sən mənə bina tikə bilərsən? Bu bina ki, istəyirsən, bəzən deyir hə, eyni onun tayını mən tikmişəm. Onun tayı elə mənim evimdə, elə sən deyən xəritədədir. İlk təkid bu idi. Yəni bu insan ki, Mən istəyirəm təzədən yaradım, elə bunu əvvəldə Mən yaratmışdım. Bunu mən tikmişəm, mən mühəndislik, mən memarlıq eləmişəm buna. Bəs bunun memarlığı rahatdır. İkinci etap budur yox, bunun tayın mən memarlıq fərz elə mən eləməmişəm, amma göstərirəm, deyirəm ki, bundan böyük memarlıqlar eləmişəm. Mənim göylər və yer xilqətimə bax. Göylər və yer xilqətimə baxsan. Filan binanı mən tikmişəm, filan binanın xəritəsi məndəndir, memarlığı məndəndir, 20-30 dənə siyahı verirəm. O baxır görür ki, tanınmış binalar ki, bu şəhərdə var hamısına bu memarlıq eləyibdir. Deyir, hə bu da bir şey deyil, bunu da eliyə bilər . Mənzurun budu ki, Allah-mütəal bəzən bu ki, gəlir xilqət, göylərin və yerlərin xilqətindən insanın yenidən dirilməsinə sübut gətirir. Bunlar əlbətdə hər iki sübut ki, təkid eləyək insanın özünə ki, bu ayələrdədir ki təkid eliyək xilqətə, yəni göylərin və yerin xilqətinə ki, təkcə insana yox. Hər ikisi də bunu göstərir ki, bu aləmdə yenidən yaranma imkanı var. İmkan səthinə Allahın qüdrətini ki, yarada bilər, yenidən ruhu bədənə qaytara bilər, yenidən bu bədəni bərpa eliyə bilər bunu göstərir. Amma gərək ola, ya yox o bir başqa bəhsdir. Burda gərəklikdən danışmırıq imkandan bir mərhələ imkandı. Ərz elədim Quran Qiyaməti üç mərhələdə izah eləyibdir. Bir mərhələ oldu imkan.

İkinci mərhələ imkandan yuxarı. Deyir əslən ölüb-dirilmək, dirilib-ölmək bunlar hamısı təbiidir. Aləmin əslən qanunu dirilib-ölməkdir. Siz qayıdın gecə-gündüzə baxın, fəsillərə baxın; fəsillərdə ağac, torpaq ölür, ağac yatır sonra bahar gəlir, təzədən bu torpaq dirilir. Əslən dirilib-ölmək, ölüb-dirilmək bu aləmdə aləmin əslən təbii qanunudur. Bir nəfər bu tərəfdən ölür, bir nəfər balinsadadır dirilir, hər gün belədir, qəbirstanlığa da adam aparırlar, balinsadan da uşaq çıxardırlar. Ölmək, dirilmək təbiəti aləmdir. Ağaca bax fəsillərdə, insanlara bax qəbristanla balinsada. Bəs sən təəccüb eləmə, necə ölüb-dirilmə var. Ölüb-dirilmə bu aləmin əslən prosesin təbiətidir. Bu da yenə yaxınladır zehnə ki, belə təəccüb eləmə ki, elə bil əvvəldən hər nə var idi konkret diriydilər, yox, bu tərəfdən dirilirlər, o tərəfdən ölürlər. Bu ikinci mərhələ.

Üçüncü mərhələ ki, Quran yanaşır Qiyamət məsələlərinə, orda da istəmir desin Qiyamət dirilmək imkanı var, ya bu aləmdə elə təbii bir məsələdir. Yox, istəyir desin əslən gərək ola. Buna deyərlər termində zərurəti var, Qiyamət gərək ola. Allah bəzi ayələrdə bunu istəyir desin ki, Qiyamət gərək ola. Ruh həmişəlikdir, ruh əslən aradan getməz, ruh əbədidir. Çün ruh əbədidir daha aradan getmir, ta deyək ki, yenidən dirildək, ruh bədənə yenidən qayıdır, bu ruhun əbədiliyi. İkinci məsələ Allahın ədaləti, Allahın ədaləti hökm eləyir ki, gərək Qiyamət ola. Xilqət hökm eləyir mümkündür Qiyamət ola. Allahın qüdrəti var, istəsə eliyər. Amma daha ədalət demir istəsə eliyər gərək istəyə. Allahın ədaləti iqtiza eliyir, tələb eliyir ki, Qiyamət ola.

Üçüncü sübutda ədalətdən başqa hikmətdir, Allahın həkimliyi də, boş iş görməməyi də bunu isbat eləyir, bunu iqtiza eliyir, bunu tələb eliyir ki, gərək Qiyamət ola. Bəs Qiyaməti Quran üç etapda izah eləyir. Bir-bu ki, imkanı var; ikincisi-ondan bir az yuxarı təbiidir;  üçüncü- gərəkdir, olmasa bu xilqətdə naqislik yaranar. Ya Allahın ədaləti sual altına gedər, ya Allahın hikməti sual altına gedər. Allahın bəs bu etaplar ki, mən ərz elədim xidmətinizə Quranda Allahın qüdrətindən istifadə olunur, Allahın elmindən, ədalətindən və hikmətindən və Qiyamət məsələsi sübut olunur......

OXŞAR VIDEOLAR