Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 22

Yasin surəsinin təfsiri (22-cü dərs) 

“Əlləzi cəələ ləkum minəş-şəcəril-əxzəri narən fəiza əntum minhu tuqidun”.

Allah-mütəal bu ayələrdə Qiyamət barəsində danışır. Ərz elədik Qiyamət barəsində Quranda üç qrup ayələr var. Bir, Qiyamət mümkündür. Olar ki, Qiyamətin olmağına şübhələri var, ya şübhə eliyirlər eyni halda ki, mümkündür şübhələri olmaya. Bu ifadə bu xatirədir ki, Quranın nəzərində bir sıra Qiyaməti dananların şübhəsi yoxdur, şəhvəti vardır “bəl yuridul insan liyəfcurə əmaməh” Qiyamət surəsində buyurur ki, “yəsəlu əyyanə yovmul qiyamə” gəlir soruşur: Qiyamət günü nə vaxt olacaq, danır. Allah-mütəal vəsf eliyir Qiyamət bu vaxt olacaq, qiyamətin nişanələrini deyir. Sonra deyir ki, bilirsiz müşkül nədir, problem hardadır “bəl yuridul insan liyəfcurə əmaməh” Bu ki, soruşur Qiyamət nə vaxtdır, istəyir Qiyaməti dansın “yuridu” istəyir bu insan  “ən yəfcurə əmaməh” qarşısında hər nə bilir eləsin, beləsinə sərhəd qoymasınlar, bu olmaz, bu fisqidi, bu fücurdu, günahdı bunlar olmaz. Bunları deməsinlər deyə ona görə əvvəldən danır. Məsuliyyət götürməsin danır. Bəs bəzən Qiyamət danılar, çün şübhə var insanda. Onun yolu budur ki, insan gedə öyrənə,  kitab oxuya, alimdən soruşa suallarına cavab tapa. Amma bəzi insanlar belə deyil ki, şübhələri var. Düzdür şübhə formasında deyirlər, amma şübhələri yoxdur, həqiqətdə şəhvətləri vardı. O şəhvətə görə istəyirlər Qiyamət olmasın, məsuliyyət qəbul etməsinlər, çün desələr Qiyamət var bəs namaz qıl, oruc tut, bəs Allahın sözünə bax, məsuliyyət hiss elə; bunlar olmasın Qiyaməti danır.

Hər halda bu məsələdəki insanlar Qiyamət barəsində şübhələri var, ya şəhvətləri var, bunlar üç qrupdurlar.

Buyurur ki, Allah-mütəal üç etapda məsələni danışır. Bir-deyir Qiyamət mümkündür, yəni sən ki, deyirsən Qiyamət olmaz, Allahın qüdrətinə baxsan mümkündür. Allah öz qüdrətini iki formada göstərdi. Bir budur, bax özünə, özünə baxsan görərsən təzədən özünün yaranması mümkündür. O ki, səni əvvəldə yaradıb, sonra da yarada bilər. O ki, səni ülgüsüz yaradıbdır, yox idin “ləm yəkun şəyən məskura” Quran buyurur: insanı biz o vaxt xəlq elədik əslən heç nə idi, yox idi. Yoxdan olan indi vardan ola bilər. Vardı, vəli pərakəndədir, dağınıqdı. Bəs bir bu ki, insan özünə baxsın “nəsiyə xəlqəhu” olmasın “zərəbə ləna  məsələn və nəsiyə xəlqəh” Bizə məsəl vurdu, məsəl burda yəni əfsanədir. Bizə əfsanə vurdu və öz yaranışını yaddan çıxartdı.

İkinci budur ki, qayıt bax xilqətə, özünə də baxmasan aləmə bax. Bu mühəndis, bu memar gör nələr memarlıq eliyibdir: aləmi yaradıbdır, göyləri, dağı, məlaikəni, insanların hamısını. Hamısına bir yerdə bax, onda Allahın qüdrətinə nəticələnəsən ki, olar Qiyamət. Təzədən bu insanı yaratmaq olar, bunlar imkan səthində idi. Amma ikinci məsələ bu idi ki, Qiyamət təbiidir. Siz “fəəksiru ərrəbiə” baharı çox yad eləyin “əksiru zikrə rəbi” “fəzkiru rəbiə” Bu baharı, bahar fəslini yad eliyin, xatırladın, çox xatırladın. Niyə? Çün baharla Qiyaməti yada salarsınız. Baharda ölü torpaq dirilir, Qiyamətdə də ölü insan dirilir. Bəs bir də bu ki, təbiidir. Hər il bu baş verir, bu ikinci etapdır.

Üçüncü etap Allahın ədalətindən yapışırıq bəhs eliyirik, Allahın hikmətindən yapışırıq bəhs eliyirik. Bir etap da insanın özündən ki, bu üçüncü etapa aiddir bunlar hamısı, insanşünaslıq eliyirik. İnsanda bir ruh var, bu ruh əbədidir, aradan getmir. Bu əbədi ruh qalmalıdır bəs məad, Qiyamət gərək olar. Çün Allah adildir –bir, çün həkimdi –iki, çün insan əbədi ruha malikdir -üç. Bu sübütlar Quranın sübutlarıdı Qiyamətə nisbət.

Amma bu ayədə yeni bir söz danışır. Qiyamət ayələrinin içindədir bu ayə. bu ayə gərək məna ola. Allah-mütəal burada nə buyurur, əvvəl mən tərcüməsini izah eləyim. “Əlləzi” o Allah ki, “cəələ ləkum” qərar verdi sizin üçün “minəş şəcəril əxzər” yaşıl ağacdan qərar verdi “narən” yaşıl ağacdan od qərar verdi “fəiza əntum minhu tuqidun”. Bəs siz nagahan o oddan alovlanırsız, o oddan istifadə eliyirsiniz. O od vasitəsi ilə ya o ağacın vasitəsilə alov icad eləyirsiniz, alov düzəldirsiniz. “Minhu” ikinci mənada qaytardım “minəş şəcəril əxzər” bu yaşıl ağacdan siz od düzəldirsiniz, od təşkil edirsiz. Bunu Allah-mütəal niyə Qiyamət ayələrində veribdir. Məruf təfsir bu ayədə budur ki, istəyir Allah-mütəal buyursun ki, iki ziddi Allah yığa bilər, imkanı var. Su ilə od, yaşıllıqla ki, içində su var, rütubət var; sululuqla od bir-biriylə uyğun deyil, bir-birinə təzadı var. Amma Allah-mütəal bu odu onun içindən çıxardır, bu mərufdur. Qədim zamanda iki dənə ağac var idi, indi də var.  Bu ağacların birinin adı Mərfdi, o birinin adı da Əfardı ki, bunlar iki növ ağac idilər, qədim zamanlar od yandırmaq üçün istifadə eliyərdilər. Mərfi qoyardılar aşağıya, Əfar ağacını sürtərdilər Mərfə, bundan od çıxardı. Deyir baxın bu yaşıl ağacdan biz sürtdük, od çıxdı. Bəs o Allah ki, suyun içindən od çıxardır, yaşıllıq içindən atəş çıxardır, bu Allah ölümün içindən də həyat çıxardar, həyatın içindən də ölüm çıxardar. Bəs bu ki, Allah dirildə bilər ölünü, bunun məsəli eyni budur ki, Allah-mütəal yaşıl ağacın içindən od çıxardar.

Bu bir təfsir ki, bu ayəyə eləyiblər.

Deyir, baxın odu nə cür yandırarsınız? O zaman ki, spiçka yox idi, kibrit yox idi. Elə bu ağacları bir-birinə sürtərdilər bəzi yerlərdə, bəzi yerlərdə çaxmaq daşı bir-birinə sürtərdilər od çıxardı və bundan alov düzəldərdilər, xörək bişirərdilər və istifadə eləyərdilər hərarətindən. Deyir, baxın orda o iki ağac ki, yaşıldı, hətta yaşıl ağac ilə vururdular və od çıxırdı. Bu Allah-mütəal ki, cəm eləyibdir odla suyu, yaşıllıqla atəşi; cəm eliyə bilər ölümlə həyatı. Bu bir məna, ikinci məna ki, bu ayədə eliyiblər təkcə məsələ bu iki ağac, müəyyən bu iki ağaca aid deyil “əş şəcərul əxzər” yaşıl ağac, yəni kulli yaşıl ağac “şəcər” burda deyək ümumi mənadadır. İkinci təfsir budur ki, deməyək o müəyyən ağac ki, siz özünüz indi faydalanırsınız, yox, kulli ağaclar belədir, bir-birinə vursan od çıxar. Ona görə meşələrin çoxunda bu od yanma, meşə od tutması həmişə insandan əmdi, qəsdlə olmaz ki, bir nəfər qəsdlə gələ meşəni od vura. Bəzən ağacların bir-birinə dəyməsindən meşə odlanar və ağaclar dəyər bir-birinə; bu tərəfdən də külək bir zərrə əssə, od çıxar; o küləknən hər yerə dağılar və meşə od tutar. Deyir, baxın bu yaşıllığın içindən od çıxardaram; bəs həyatın içində ölüm çıxardaram, ölümün içində həyat çıxardaram. Bu ikinci məna, birinci mənanın genişidir. Birinci məna fəqət o ağaclara aiddir, lakin ikinci məna ağac, ümumiyyətlə.

Bunlardan dəqiq məna da vardı. O dəqiq məna budu ki, əslən sən yaşıl ağacın prosesinə bax. Əslən yaşıl ağacda Qiyamət olur. Allah-mütəal istəmir misal vursun bizə, oxşatma vursun ta biz məsələni dərk eliyək. Bəli, bəzi ayələrdə misal vurur Allah. Allah-mütəal buyurur: Mənim Quranda üslubum budur ki, Quran hamı üçündür. Ona görə hər qanun üçün bir misal vurmuşam; qanunu dərin insanlar dərk eliyirlər, misalı da orta insanlar və bir az insanlar ki, savad baxımından, təhsilat baxımından ki, azdılar onlar dərk eliyirlər “zərəbna li kulli şəyin məsəla” Mən Quranda hər şey üçün məsəl vurmuşam, üslubum mənim bir növdür ki, Qurandan hamı istifadə eliyə bilər; alim də istifadə eliyə bilər, adi insan da istifadə eliyə bilər. Qabaqkı təfsirlər bu ayəyə təfsirlər idi, bu baxımdan ki, ayə misaldır. İstəyir desin ki, ölümün içində həyat, həyatın içində ölüm bunlar bir-birinin içində olma bu ağaca oxşayır, yaşıl ağacların içindən od çıxır. İndi müəyyən bir ağac o ağacların ki, adını ərz elədim, ya müəyyən ağac yox, ümumiyyətlə ağacların içindən od çıxır.

Bu üçüncü izah o deyil. Üçüncü izah istəyir desin ki, baxın, ağacda da Qiyamət var, ağac da yığdığını bir gün qaytarar. Bilirsiz ki, insan indiki elm, təcrübə elminə diqqət eləsə, indiki təcrübi elmdə proses ağacın yaşıllığında nədir? Proses budur ki, ağac vəxti yaşıldı günəşdən qidalanır, torpaqdan qidalanır, sudan qidalanır günəşdən də. Günəşdən necə qidalanır?  Günəşdən vəxti nur alır, oksigeni qaytarır, karbonunu yığır. İçində bu karbonu vəxti yığır, yaşıl vaxtı bu işi görür. Vəxti bu ağacı qurudu, apardın yandırasan, yandırma prosesinin mənası nədir? Elmi baxımdan ağacın yanması, yəni yığdığı karbonu qaytarmaq aləmə. Bu ki, almışdı günəşdən karbonu, o günəşdən aldığını qaytarır. Yanma prosesi ağacda ağacın Qiyamətidir,  yığdıqlarını qaytarmaqdı. Buyurur ki, özü də bu iş fəqət yaşıllıqda olar, ha. Quru ağac daha heç vaxt günəşdən ala bilməz bu karbonu. Quru ağacda heç vaxt yoxdur bu proses ancaq “əş şəcərul əxzər” yaşıl ağacda bu almaq var ki quruyanda qaytarsın, yananda qaytarsın.

“huvəlləzi cəələ” O Allah odur ki “cəələ minəş şəcəril əxzəri narən”  yaşıl ağacdan od qərar veribdir ki, “fəiza” nagəhan siz, “minhu” yaşıl ağacdan “tuqidun” od düzəldirsiz, yaşıl ağacın içindən od düzəldirsiz.

 Yaxşı, bəs siz insanlar da o cürsünüz. Ağacın Qiyamətini gördün? Yaşıllığında necə bu ağac od yığır və o vaxt ki, Qiyaməti baş verir, bu yığdığı odları qaytarır; sizin Qiyamət də eynidir. Siz yaşıllığınız vəxtində, cavan vəxtinizdə, enerjiləriniz olma vəxtində, o vaxt ki, bədəniniz sağlamdır, bədəniniz yaşıldı o vaxtlar yığırsınız. Bu odları yığırsız. Günahla yığırsız, hərarəti yığırsız, nuru yığırsız, savabı da yığırsız o birisini də “kulli insanin əlzəmnahu tairəhu fi unuqih”  İsra surəsində Allah-mütəal buyurur ki, hər insanın əməlini öz boynunun üzərinə qoymuşam, heç vaxt ayrılmaz ondan. Siz yığırsınız, əməlləriniz sizə nurdu ya oddur yığırsınız; vəxti yığdınız bunu, Qiyamət günü bu qayıdacaq, qaytaracaqdır. Proses ki, yaşıl ağacda var, elə sizdə də var. Həmin qanundur: yığmaq və qaytarmaq. Vəxti dünyadasınız, cavansınız, enerjiniz var əməlləri, odları yeyirsiniz; Quran günahlara od baxır. Nisa surəsində buyurur: onlar ki, yetim malı yeyirlər od yeyirlər, görmürlər. “Əlləzinə yəkulunə əmvaləl yətama innəma yəkulunən nar” onlar ki yetim malı yeyir od yeyirlər, görmürlər.

Ya hədisdə var ki, durun ayağa namaz qılın. Neyniyin, namaz qılın, durun ayağa öz əlinizlə qazandığınız odları namazla söndürün. Yəni namaz söndürücüdür. Nəyi söndürür? Nə, o gün odu ki, Qiyamətdə olacaq, burda da od var, burda eşiyə çıxmır. O od yanır, siz yanırsınız içəridə. Namazla o yanmağınızı söndürün, qoymayın bu yanmaq sizin içərinizdə təsir qoysun; qəlbiniz yansın, qəlbiniz kor olsun, qəlbiniz kar olsun eşitməyəsiz həqiqəti, həqiqəti görməyəsiz, qəlbiniz möhürlənsin, qoymayın yansın. Vəxti bədəniniz yanır gözünüz mümkündür kor ola, qulağınız eşitməyə, ruhunuz da yana bilər. Ruhu da yandıran günahdır “əmatə qəlbi əzimu cinayəti” İmam Səccad (ə) buyurur ki, mənim qəlbimi öldürər, öldürər qəlbimi “əzimu cinayəti”  mənim cinayətimin böyüklüyü, böyük günahlar məni öldürər. Bəs bu ayə bunu istəyir desin ki, yaşıl ağacsınız, yaşıl ağac ola-ola od yığırsınız. Qiyamət günü ki, baş verdi sizin bu yığdığınız odlar necə o yaşıl ağacdan çölə çıxır, sizin də eşiyinizdən çölə çıxacaqdır......

 

OXŞAR VIDEOLAR