Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 24

Yasin surəsinin təfsiri (24-ci dərs)  

 “İnnəma əmruhu iza əradə şəyən ən yəqulu ləhu kun fəyəkun”.

Allah taala bu ayədə özünün  qüdrətini göstərir və təsvirə çəkir bizlər üçün ki, Mənim qüdrətim yaradmaqda necədir.

Biz insanlar bir iş görmək istəsək misal üçün bir bina inşa etmək istəsək gərək material tapaq, maneə olmamalıdır. Mümkündür materialımız ola amma maneə ola misal üçün bir nəfər maneəçilik edə binanın tikilməsində və yaxud həmişə yağış yağa. Maneə gərək olmaya materialım ola, şərait düzələ və nəticədə bir iş görə bilək.

Məgər Allah bir mövcud yaradanda yaratmaq üçün şəraitmi hazır etməlidir? Buyurur “İnnəma əmruhu” Allahın əmri budur.

Mərhum Əllamə buyurur “Əmr” yəni şəən. Allahın Allahlıq şəəni budur. Yəni əgər Allah şünaslıq etsən görərsən ki, Allahlığının xasiyyəti budur. “Əmruhu” yəni Əmrullah, Şəənullah. Allahın Allahlığının tələbi budur ki, “İza əradə şəyən” o vaxt ki, Allah istədi bir şey olsun “ən yəqulu ləhu kun” Ol desə kifayətdir. Ol deməkliyidə bu mənaya deyil ki, ləfz (söz) ağzından çıxartsın desin Ol. Əmirəl-möminin (ə) Nəhcül-bəlağədə buyurur; Ol deməyin mənası bu deyil ki, Səs çıxartsın özündən. Biz necə ki birinə deyərik filan işi gör Allah da bir mövcuda desin Ol.

Çünki o olmamışdan əvvəl bir dənə məxluq yaratdı əvvəldə. Bunun əqaid, ilahiyyat elmində ayrı problemləri var  ki, ləfz yarada, ləfzdən sonra ola. Ləfzin özünü istəsə desin Ol,  gərək bir ayrı ləfz ilə deyə Ol.

Allahın bu “Yəqul” sözü ki burada, istəsə bir şey olsun ona Ol deyər, demək burda eyni ilə yaratmağıdır. Burada “demək” ləfz deməyi deyildir. Ol, yəni iradə etdi olmağı. Həmən an ki, iradə etdi olmağı “Fəyakun” o da olar.

Yəni maneə olmasın, şərait düzəlsin Allahın Allahlığının xasiyyəti, Allahlığının iqtizası budur ki, Allah hər nə isitəsə olsun, həmin an olar.

Bunu bu ayədə gətirməklə istəyirdi buyursun ki, Mənim qüdrətimi istəsəniz tapasınız ki, aya sizləri yenidən yarada bilərəm ya yox, bir özünüzə baxın (keçmiş ayələrdə) bir aləmə baxın (keçmış ayələrdə) bir də Allahı tanıyın. Allah şünaslıq etsəniz (bəs bir insan şünaslıq edin ta “nəsiyə xəlqəhu” baş verməsin ta belə olmasın ki, öz yaranışınızı unudasınız. Öz yaranışınızı unutmasanız daha bu sualı verməzsiniz ki, “Mən yuhyil izam” bu sümükləri kim dirildəcək.

İkinci budur ki, xilqət şünaslıq edin. Xilqət şünaslıq etsəniz, mənim nümunələrimi görərsiniz, məxluqlar nümunələrimi. Bu məxluqları görsəniz yenidən bu insanı diriltmək, yenidən bunu kimisini gətirmək mənə rahatdır. Xilqət şünaslıq edin. Bəs birinci İnsan şünaslıq edin özünüzə baxın. İkincisi xilqət şünaslıq edin aləmə baxın.) Bu ayə ondan da dərindir deyir ki, Allah şünaslıq edin.

Allahlığın şəni nədir? Allahlığın xasiyyəti nədir? Allahı düz başa düşə bilsəniz Allahlığın xasiyyəti budur “Əmruhu”. “Iza əradə şəyən” o vaxt ki, Allah iradə etdi bir şey olsun, olar. Allahın iradəsi icadıdır, yaratmağıdır. Bunu ilə sizin Qiyamət məsələniz həll olar. Daha qiyamət məsələsində Allah bir şeyin olmağını istəsə, olar.

Qabaqkı ayələrdə qeyd elədik ki, Yasın surəsinə Quranın qəlbi deyirlər, bir cəhəti də bu ayədir. Bu ayə Quranın dərin ayələrindəndir.

Allah taala davamında buyurur ki, Fəsubhanəlləzi biyədihi mələkutu kulli şəyin. Pak və nöqsasızdır o Allah ki, tamam əşyanın mələkutu onun əlindədir. Və “iləyhi turcəun”. Ona tərəf bu aləm qayıdacaq. Siz hamınız ona tərəf qayıdacaqsınız.

Əvvələn bu ayə göstərir ki, hər şeyin mələkutu var. Özü də o mələkut Allahın əlindədir. İndi mələkut nədir?

Bir aləmi Mulk var. Bir də aləmi mələkut var. Mülk aləmi “Təbarəkəlləzi bi yədihil mulk” Allah mübarəkdi bərəkətlidir o Allah ki, mülk əlindədir.”Biyədihi mələkutu” Mələkut da əlindədir.Həm bir mülk varımızdır həm də bir mələkut.

Mülk hər şeyin zahiri aləminə deyərlər. Misal, bizim bədən tərəfimiz, cism tərəfimiz mülkdür.”bi yədihil mulk”.

Bir də hər şeyin mələkurtu var. Bu ayə göstərir ki, hər şeyin mələkutu var. Məlkut tərəfi də Allahındır. Biz daşa baxsaq, daşın mülk tərəfi, zahiri cansızdır. Amma “ma min şəyin illa yusəbbih bi həmdi” Aləmdə hər şey Allaha təsbih edir, öz həmdi ilə. Daş da deyir əlhəmdulillah, daş da deyir Bikə ya Allah. Təkcə insan dili ilə zahirdə demir Bikə ya Allah, o mülk aləminin Bikə ya Allahıdır.

Mələkut aləminin Bikə ya Allahını görsə insan, görər ki, bütün aləm Bikə ya Allah deyir. Bütün aləmin bağlılığı Allahadır “biyədihi mələkutu kulli şəyin” Bütün aləm içərisində Allaha bağlıdır. İnsan bu aləmin batini tərəfini görsə, görər ki, daş da təsbeh deyir, ulduz da səcdə edir, “Vən nəcmu vəş səcəru yəscudan”. Ağac da səcdə edir, nəcm yəni budaqsız bitkilər, misal taxıl məhsulları kimi. Həm ağac Allaha səcdə edir həm də bitkilər Allaha səcdə edir. Bəs insan bu səcdəni görmür axı? Fəqət bunu görür ki, ağac böyüyür, ağac yarpaqlayır, ağac meyvə verir, ağac quruyur. İnsan fəqət bu mülk tərəfini görür, bu zahir tərəfini görür. Deyir əgər sən bu batin tərəfini görsən, ki, “biyədihi mələkut” Mələkutu da var, o mələkut tərərfindən Allaha səcdə edir.

Bəs hər şey Allaha təsbeh edir, hər şey Allaha səcdə edir. Bu hər şey Allaha təsbeh və səcdə edirsə bu mələkut tərəfindən baş verir. Mələkut aləmin batinidir.

Bu ayə deyir hər şeyin batini var və o batin də Allaha bağlıdır.

Bəs siz bir az gözünüzü açsanız görərsiniz ki, bütün aləm Felullahdır. Necə ki, Quran Kəlamullahdır və gərək izah oluna, aləm də Felullahdır və gərək izah oluna.

Adətən təbiətşünaslıq edirlər, əgər təbiətşünaslıq etməsələr, xilqətşünaslıq etsələr, yəni aləmə Allahın feli kimi baxsalar ki, bu incəlikdə ağac, bu formada  olan meyvələr, hamısı bir Nazimin əlindədir, nəzm verənin əlindədir, bir hikmət sahibnin əlindədir, bir Xaliqin əlindədir.Əgər belə olsa o zaman sən xilqətşünaslıq etmisən. Buyurur ki,  bunun mülkü var və mələkutu var. Mələkutu bizim əlimizdədir. Mülkü də bizim əlimizdədir “Təbarəkəlləzi bi yədihil mulk”. Mələkut da bizim əlimizdədir ki, mələkut yəni batin.

O vaxt ki, hər şeyin batini oldu, biz insalnarın da batini vardır. Quran bəzi ayələrdə buyurur ki, Biz bu aləmin mələkutunu bəzi adamlara göstərdik. Məsələn, bu aləmin mələkutunu Həzrət İbrahimə göstəribdir, ta bu aləmin mələkutundan xəbərdar olsun. Aləmin batini tərəfini görsün. Görsün ki, divar da səcdə edir, görsün ki, divar da Allaha deyir, Bikə ya Allah.

Yəsəluhu mən fis səməvati vəl ərz ayə buyurur ki, Allahdan tələb edir, istəyir Allahdan, hər nə göylərdə və yerdə var. Hamı istəyir, daş da istəyir Allahdan, qum da ağac da istəyir, insan da istəyir Allahdan.

İnsan ağzı ilə də istəyir, bu səviyyədə ki, hamı istəyir, insan da varlığı ilə istəyir. O, ağz ilə istəmək ayrı bir şeydir. Tamam aləm öz varlıqları ilə istəyirlər. Amma bu “Yəsəluhu”nu kim dərk edər.”Yəsəluhu” nu o adam dərk edər ki, mələkut ilə tanışdır.

O vaxt ki, hər şeyin batini ilə insan tanış oldu, görər ki, “Yəsəluhu mən fis səməvat”...”İn min şəyin illa yusəbbih bi həmdih” “Vən nəcmu vəş şəcəru yəscudan” Bunlar həmən o mələkutdur ki, “biyədihi mələkutu kulli şəyin”.

Quranın incə maarifindən biri budur ki, bizi mulkdan mələkuta aparır. Hər şeyin zahirindən bizi aparır içərisinə. O zaman ki, batinini gördük, daha insan bu dünyaya qane olmaz. Dünyanın batinini görsə, Axirətin batinini görsə, günahın batinini görsə, savab işlərin batinini görsə “Əssəlat meracul mömin” o batinidr “Əssəlat meracul mömin”, “Əssovm cunnətun minənar” Oruc qalxandır oddan. Bunlar batinidir, mələkutudur. Namaz şəfiidir, şəfaətçidir, Quran şəfaətçidir. Bunlar batinləridir. İnsan bu aləmin mələkutu ilə tanış olsa, daha balaca bir dünyaya qane olmaz. “Mətau  dunya qəlilu”

Bəs, ənbiya gəliblər ki, bizim gözümüzü açsınlar. Peyğəmbərlər gəliblər ki, fəqət biz bəsər əhli olmayaq, bəsirət əhli də olaq. Bəsər yəni bu göz fəqət mələkutu görər. (mülkü) Bəsir yəni, fəqət mülkü görmür mələkutu da görür. Bəzən insan yarpağı görür, ağacı görür. Deyir onun səcdəsi də var, onun “yəsəluhu” Allahdan tələbi də var, Bikə ya Allahı da var. “Yusəbbihu bi həmdi” onun təsbihi də var. Təsbihi görsən, olarsan bəsirət əhli. Amma əgər fəqət ağacı və yarpağı görsən, olarsan bəsər əhli, fəqət göz.

Bizə deyirlər “Fənzuru ila mələkuti səmavati vəl ərz” Baxın, əgər mələkutu görmək imkanı olmasaydı dəstur verməzdi. O vaxt ki, Allah taala mənə dəstur verir, göylərin və yerin mələkutuna bax, demək məlum olur ki, adi insanlar da, qeyri peyğəmbər də bu aləmin mələkutu ilə tanış ola bilərlər.

Əgər insan aləminin mələkutuna baxsa, görsə Qiyamət məsələsi həll olar, töbhid mələləsi həll olar, Allahın rübubiyyəti həll olar bunun üçün. Görər “Lillahil əsmaul husna” tamam “Husna” adlar Allahındir. Biz mulk ilə baxırıq ona görə də sübuta, dəlilə ehtiyacımız var. Əgər mələkut ilə baxsaq mələkutda dəlil, sübut lazım deyil ki, hər şeyi görürsən. Bağlılığını görürsən. Əgər günahın həqiqətini görsə insan, daha lazım deyil desinlər ki, bu günahdır, yanmağın görür insan. Mələkut ilə tanış olsan daha Qiyamət elm lazım deyil. Elm əqli inkişaf edər. Amma o elə səviyyədədir ki, insan mulk ilə baxır məsələsyə, mələkut ilə məsələyə baxsa, bu şahid olur və görür.

“Ləv təələmunə ilməl yəqin lətərəvunnəl cəhim”. Siz əgər elmul yəqin kəsb edə bilsəniz, elmul yəqin qazana bilsəniz, cəhənnəmi burda görərsiniz. Orda cəhənnəmi görəcəksiniz, çünki məcburi aparacaqlar sizi. Dünyadan aparacaqlar qəbrə, qəbrdən aparacaqlar Qiyamətə. Məcburi görəcəksiniz. Amma dünyada da görə bilərsiniz, mələkut ilə tanış olsanız görə bilərsiniz. Cəhənnəmi görə bilərsən, günahların həqiqətini görsən, görərsən ki, yanırsan. Quranda ayə var cəhənnəm kafirləri əhatə edibdir. Nəinki, orda cəhənnəm əhatə edəcək, cəhənnəm burda əhatə edib. Bəs bu aləmin mələkutunda cəhənnəm var. Amma biz bu cəhənnəmi görmürük. “Uiddət lil kafirin”. Quranın ifadəsinə fikir verin, cəhənnəm hazırlanıbdır kafirlər üçün. Nəinki, cəhənnəmi hazırlayacağıq, hazırlanıbdır yəni var. Amma çün mən mələkutu görmürəm, gördüyüm yalnız daş, qum, ağac, ev, maşın, paltardır. Mülk ilə tanışam. Özü də mülkün bir hissəsi ilə tanışam. Mülkün əzəməti ilə hələ tanış deyiləm. “Təbarəkəlləzi bi yədihil mulk” ilə də tanış deyiləm. Əgər “bi yədihil mulk” ilə tanış olsaydım, deyərdim “Təbarəkallah”. Mən fəqət öz ətrafımdakı mövcudat ilə tanışam ona görə də heç “təbarəkə” də deyə bilmirəm. Əgər tamam aləm ilə tanış olsam o zaman deyərdim “təbarəkə”. Hələ bundan da dərin, o vaxt ki, gəldim “Təbarəkə” dən çıxdım və mələkut ilə tanış oldumsa o zaman deyərəm “Subhanəllah”. Allah bütün nöqsanlardan pakdır.

Bəs mülk ilə tanış olsam, nəhayət deyərəm, “Təbarəkə” Allah bərəkətlidir. Mələkut ilə tanış olsam Allaha “Sübhanəllah” deyərəm.

Ona görə də peyğəmbərlərin bir öhdəçilikləri də bu idi ki, bizlərin əlindən yapışsınlar, gətirsinlər aləmin həqiqəti ilə tanış olaq. Aləmin mələkutu ilə tanış olaq. Ona görə demək istəyir ki, Qiyamət məsələsini həll etmək istəyirsənsə, Bir budur ki, özünə bax, İkincisi aləmə bax, Üçüncüsü Allah şünaslıq et, Allahlığın xasiyyətinə bax. Allahlığın xasiyyəti budur ki, əmri “Kun fəyəkun” ilə həll edir.”Kun fəyəkun” ilə həll edən Xaliq, yenidən yaratmaq Onun üçün çətin deyil. Dördüncüsü budur ki, mələkut ilə tanış olsan, əslən bəhs, ləfz, elm, sübut bunlardan yuxarıya çıxar.

 

OXŞAR VIDEOLAR