Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 23

Yasin surəsinin təfsiri (23-cü dərs) 

“Əvələysəl ləzi xələqəs-səmavati vəl-ərzə biqadirin əla ən yəxluqə misləhum, bəla vəhuvəl-xəllaqul-əlim”.

Allah-mütəal Yasin surəsinin bu axır ayələrində Qiyamət məsələsini danışır. Qiyamət məsələsini neçə cür Allah-mütəal bu ayələrdə izah eləyir. Burda istəyir Allah öz xilqətindən Qiyamətə sübut gətirsin, öz xaliqliyindən nəticə alsın ki, bəs Mən qadirəm, bunların tayını yaradam, bunları yaradam.

Qabaqkı ayələrdə Allah-mütəal buyururdu: özünə baxsınlar, özlərinə baxsalar görərlər ki, olar. Dünən ki, özləri yarandılar “ləm təku şəyən məskura” bunlar heç nə deyildilər, yox idilər var oldular. Özlərinə baxsınlar yox idi, var oldu; indi vardı dağınıqdı, yığacağıq var olsun. Ruhu bədənə qaytaracağıq, bədəni pərakəndədir; yığacağıq olacaq ruh və bədən. O zaman nə o var idi, nə bu var idi; nə bədən var idi, nə ruh var idi. Biz xəlq elədik bədəni, ruhu xəlq elədik oldu bu insan. Bəs keçmişinə baxsın, özünə baxsın.

Ona görə buyurur ki, o ki,  şübhə eliyirdi sümüyü toz halında gətirirdi, bizə deyirdi ki, “mən yuhyil-izam və hiyə rəmim” bu sümüyü kim yaradacaq, təzədən dirildəcək? Bu sümüyü o halda ki, çürümüşdü “Qul yuhyihəl ləzi ənşəəha əvvələ mərrə” Buyurdu: o ki, əvvəl dəfə bu işi görübdür. Hətta bəzi ayələrdə deyir ki, sizin ki, öz baxışınızda bu asandır, daha asandır. Allaha aid baxsaq Allaha aid asan, çətin yoxdur; Allaha nə o asandır, nə bu çətindir. Amma sizin öz eynəynizlə cavab versək, bu ki, asandır. İnsan ülgüsüz yaranmaz, ülgü ilə yaranmağı rahatdır. Sən bir dülgərsən bir dənə stul düzəldirsən. İlk stul ki, o forma indiyənəcən heç kim düzəltməyib bu çətindir; çün o insanın xəritəsi, forması yoxudu. Amma ülgü ilə baxırsan şəkilə onun tayını yaradırsan. Bir dəfə bu işi görmüşdün, ikinci dəfə haman cür  düzəldirsən o stulu. Bu rahatdır ki, sizin öz açkinizdə. Bizim açkimizdə çətin, rahat yoxdur; amma sizin açkinizdən baxsaq bu ikincisi daha rahatdır birincisindən.

Bəs bir ayələr budur ki, özünüzə baxın. Özünüzə baxsanız görərsiniz ki, daha rahatdır, hətta özünüzün açkinizlə.

İkinci budur ki, aləmə baxın, göylərə baxın, yerə baxın, bu əzəmətə baxın. Bu əzəmətə ki, hələ insan yetişməyib axırına. Haradır axırı? İlk ulduzun nə qədər insanla fasiləsi vardır. Bu əzəmətə baxın, xilqətin, göylərin və yerin, məxluqların əzəmətinə baxsanız görərsiniz ki, Allah bu insan, bu balaca mövcud ki, “min nutfətin” bir nütfədəndir; bu aləmin içində maddi baxımdan hesablasaq bir zəif mövcuddur. Düzdür ruhi baxsaq əşrəfi məxluqatdı, amma maddi baxsaq ki, bu mövcudatın içində bir balaca mövcuddur. O əzəmətdə mövcudat, göyləri, yeri yaradan, bunu da yarada bilər. Bunu bu ayədə istəyir desin. Keçmiş ayədə deyirdi özünə bax, bu ayədə deyir çölə bax, aləmə bax

“Əvələysəl ləzi xələqəs-səmavati vəl-ərz” Aya, O ki, “xələqə” yaradıb göyləri və yeri, aya, “ləysə bi qadirin” O qüdrəti yoxdur? Siz düzgün Allahşünaslıq eləsəz, xilqəti düzgün mütaliə eləsəniz, Allahın qüdrətini kəşf elərsiniz. Təəssüf ki, indi, indiki dünyada təbiətşünaslıq olur, xilqətşünaslıq olmur. Xilqət həmin təbiətdir, amma iki fərqi vardır. Elə bil bir kitabı bir nəfər yazıb, sən bu kitabın iki hissəsini silmisən. Bir kitabın müəllifini silmisən, əvvəl səhifəsini cırmısan; bir də son məqalə ki, istəyirdi bu kitabdan nəticə alsın, müəllifin o son hissəsini də cırmısan. Həm məbdəəyi cırmısan müəllifi, həm məqsədi, nə nəticə nə məqsəd istəyirdi alsın. Bu olub təbiət. Vəxti məbdəəyi görmüsən, vəxti məqsədi görmüsən, müəllifi görmüsən, nəticəni görmüsən olur təbiət. Amma haman bu təbiəti baxsan məbdəəyilə, kim bu təbiəti gətirdi; Xaliqliyə baxsan, ondan sonra bu xilqətin nəticəsiylə baxsan, bu xilqət ki, özbaşına olmaz. Biz ki, oynamırdıq yaradanda, istəmirdik biz batil yaradaq. Vəxti o müəllifnən baxsan ki, Allahdır, xaliqdir, vəxti məqsədiynən baxsan ki, hikmətnən yaradar, boş yaratmaz olur xilqət. Xilqətşünaslıq olunsa Allahı görərlər. Vəxti Əmirəl-möminin buyurur: mən heç şeyi görmədim, heç şeyə baxmadım məgər ondan əvvəl, onla bir yerdə, ondan sonra Allahı gördüm, xilqətşünasi idi, təbiətşünasi deyildi. Bəzən insan təkcə həsr eliyir özünü bu ağacın qanunlarını tapır, insanın qanunlarını tapır. Tap, amma insanın bu qanunları insana verəni də gör, müəllifi də gör. Bu insana bu prosesdə, bu incəlikdə qanun yaradıb məqsədi gör, özbaşına ki, bu işi görməz. Biz ki, “laib” deyilik. Allah-mütəal buyurub: “laib”-yəni oynayan. İdman oynamırdıq, ləğv iş görmürdük, özümüzü məşğul eləmirdik bəs xilqətşünasi.

Xilqətşünas da olsan, Allahın qüdrətini görərsən. Xilqətşünas ol göylərə bax necə yaratdıq, yerə bax necə yaratdıq. Onda görərsən ki, “Əvələysəl ləzi xələqəs-səmavati vəl-ərz” Aya, O ki, göyləri və yeri yaradıb bu qadir deyil “ələysə bi qadirin” qüdrəti yoxdur, nəyə qüdrəti yoxdur? “əla ən yəxluqə misləhum” ki, bunların tayını yaratsın. “Misləhum” barəsində, “misləhum” nədir?  Bunların tayı, yəni kim? Yəni bu göylərin və yerin tayı?. Bir məna belə eliyiblər. Yəni göylərə bax, yerə bax. Aya, Allah qadir deyil bunların tayını yaratsın? Bunların tayı belənçi xilqətdi, yəni bu forma xilqət yaratsın, yəni insan bu mənada. Bu kitabları mən yazmışam bu on dənə bu sahədə. Aya, mən qadir deyiləm, bunların tayını da yazam? Məndən soruşurlar ki, sən filan sahədə də yazarsan? Deyirəm bunları yazmışam, bunu yazmışam. Bunu sual vermək olar aya, bu ki, bunları yazıb, bu kitabı bu mövzuda yaza bilməzmi? Onların tayıdır, da. Bu bir istidlal.

Bir də budur ki, gələk deyək, yox, “misləhum” yəni bu insanların tayı, Allah bu insanların tayını yarada bilməz təzədən? Mislin yarada bilməz? “bəla” yarada bilər, Allah hətmən yarada bilər.  İnsan fitrətlə baxsa, vicdanla baxsa, insafla baxsa görər ki, bu aləm Allahın qüdrətini göstərir, Allahın qüdrətini ki, görürsən. Bir dənə balaca tabloya, mənzərəyə baxanda rəssamın qüdrətini görürsən; bir balaca binaya baxanda memarın qüdrətin, bənnanın qüdrətini görürsən; bir maşına baxanda bu maşını ixtira eliyənin qüdrətini görürsən. Bu aləm, bu əzəmətə baxanda aya, Allahın qüdrətini görmürsən? “Bəla”  Allah ki, yarada bilər “və huvəl-xəllaqul-əlim” O Allahdır xəllaq, çox-çox xəlq eliyən, çün göylərə baxanda fəqət Allahın xaliqliyi sübut olmaz, xəllaqlığı da sübut olar və əlim fəqət xilqəti yox, bilməyi də , çün xilqətində də incəliklər işlədib ki, fəqət xaliqlik sübut olmaz, əlim də biləndir də, o da sübut olar. Bir mənzərəyə baxanda rəssamın fəqət rəssamlıq qüdrəti sənə sübut olmur. Bəzən görürsən o rəsmlə rəssamın ayrı sifətlərini də, incə ruha malik olduğunu da o rəsmdən alırsan, ayrı xasiyyətləri də o rəsmdən mümkündür alırsan. Deyir, sən bu aləmə bax xilqətşünaslıq eylə, görərsən nəticə alarsan “huvəl xəllaq”. O xəllaqdır nəticə alarsan, “huvəl əlim” O biləndir, daha çox biləndir, daha çox xəlq eliyəndir.

Yaxşı, niyə “misləhum” deyib bəs? Axı, biz özümüz təzədən diriləcəyik. Quran bəzən “misləhum”u deməkdə təfsirçilər buyururlar ki, axı bədən baxımından baxsaq bədən vəxti dağıldı, təzədən bu bədəni yığdıq. Düzdür, həmin materiyalnan yığıldı, amma bu daha həmin surət deyil. Yığıldı həmin materiyalnan həmin material yığılacaq, amma hər surət o materialnan bir yerdə zaman baxımından ki, ayrıdılar. Əslən insanın özü hər 7-8 ildən bir hüceyrələri dəyişilir. Çün tədricən dəyişilir, görmür. Material baxımından indi eyniyik, amma 7-8 ildən  bir hey hüceyrələrimiz dəyişilir. Bu əlbətdə bundan incədir məsələ. İnsan bədən baxımından məsələyə baxsa misl olar, çün hər 7-8 ildən bir dəyişilir bədən. O ki, insanı insan eləyir daha misl olmur, o ruhudur. Baxın, sən hər nə paltar geysən, paltar baxımından baxsan mislidir. O bunun tayıdır. Amma paltarı sənlə baxsalar, məsələni danışsalar sənsən. Ağ kostyum da geyinsən sənsən, qara kostyum da geyinsən sənsən. Əlbətdə bu misalı vurdum bu baxımdan ki, ruh insanın həqiqəti ruhudur. O həqiqət ki, heç vaxt ayrılmayacaq o mənəm. Eyni insan təzədən bərpa olacaq və o bədən gələcək eyni o ruha. Amma bu bədən yığılacaq necə ki, dünyada 8 ildən bir dəyişilirdi, yığılmağı da eybi yoxdur həmindir. İnsan ki, on yaşında bir cinayət eliyib, 80 yaşında da tutsalar hamandır. Eyni halda ki, bədəni dəyişilibdir, surət forması dəyişilibdir, hər 7-8 ildən bir hüceyrələri kamil dəyişibdir.

Bəs diqqət eləsək bu ki, “misləhum” deyir maddi baxımdan  danışır. Axı göylərə, yerlərə misal vurmaq ta insan Allahın qüdrətini dərk eləsin bu baxımdan düzdür ki, insanın onlara nisbət baxanda deyək ki, insan kiçikdi, insan balacadır.

İnsana iki baxış var. İnsana o vaxt ki, ruhən baxırıq onda insan böyükdür; insan göylərdən də böyükdür, yerdən də böyükdür. İnsanın ruhu “təbarəkəllah əhsanul xaliq”. Amma o vaxt ki, insana bədənlə baxırıq, maddəylə baxırıq, cismlə baxırıq onda insan yerdən də balacadır, göylərdən də balacadır. O vaxt ki, insan o forma baxıldı balacadır. Allah-mütəal burda çün mənə istəyir desin ki, ey insan, mənim məxluqlarıma bax, səndən də böyük məxluqlarım var, səndən də əzəmətli məxluqlarım var: göylər və yer. Bəs səni yaratmaq təzədən rahatdır. Bu sən ki, burda deyir çün səndən böyük məxluqlar da var olar bədən, bədən deyəndə misli danışır  Allah eliyə bilər, O Allah ki, göyləri yaradıb və yeri yaradıb bu insanların mislin bu bədənləri təzədən yığsın. Dağılıbdır, toz olubdur deyir “mən yuhyil-izam” O ki, göyləri və yeri yaradıb “yuhyil-izam” haman bu sümükləri yığacaqdır bu baxımdan.

Amma ruh baxımından məsələyə baxsaq ruh eyni odur, əslən insanın ruhu əbədidir, dağılmır, aradan getmir. O ki, dağılır cisimdir, o ki, dağılır bədəndir. O vaxt ki, bədənə ayrıca baxsan sənin indiki bədənin səkkiz ildən sonrakı bədəninlə ayrıdır, bədənə ayrıca baxılsa. Amma ruha baxılsa sənsən, ruhla bədənə bir yerdə baxılsa yenə sənsən. Sən hamansan, 80 il sonra da hamansan.

Bəs deyir, sən əvvələn özünə qayıt özünə bax, bəs görərsən ki, Allah yarada bilər. İkinci etap budur ki, bu ayədə danışır- aləmə bax, xilqətə bax, amma xilqətə bax nə təbiətə bax. Xilqətdə müşkülün var, sən təbiət görürsən xilqət görmürsən. Təbiət, yəni Allahın xaliqliyini dərk eləsən ki, Allah bu aləmi yaradıb, göyləri yaradıb, yerləri yaradıb daha insanı təzədən diriltməyi daha asandır. Bu əzəmətli mövcudatın qarşısında bu işi görmək ki, rahatdır

“İnnəma əmruhu” Budur, bundan qeyri deyil. Allahın əmri budur “iza əradə şəy`ən” o vaxt ki, Allah-mütəal bir şey iradə elədi “ən yəqulə ləhu kun” iradə elədi ki, bu olsun “fəyəkun” onda bu olar.

Bilirsiz ki, Yasin surəsi qəlbi Quran adlanır. Niyə Yasinə qəlbi Quran deyərlər? Bəzilərinin izahı budur ki, Yasinə qəlbi Quran deyərlər “inna nəhnu nuhyil movta” o ayəyə görədir. Biz ölüləri dirildirik “və nəktubu ma qəddəru və asarəhum və kulli şəyin əhsəynəhu fi imamin mubin” bu ayəyə görə Yasin Quranın qəlbidir. Çün bu ayə elə peyğəmbərlərin təbliğatlarının qəlbidir. Yəni əslən peyğəmbərlər nə qədər gəliblər nə desinlər, bu ayəyi istəyiblər desinlər.

İkinci məsələ budur ki, yox, Yasin Quranın qəlbi sayılır nə o ayəyə görə, Quranın qəlbi sayılır bu ayəyə görə ki, oxuyuruq. Yasin surəsinin axırıncı ayəsinə görə ki, “İnnəma əmruhu iza əradə şəy`ən” ki, Allahın əmri belənçidir, bir şey iradə eləsə daha lazım deyil vəsait. Desə ol, o olar........

 

OXŞAR VIDEOLAR