Yasin surəsinin təfsiri - 2
Yasin surəsinin təfsiri (2-ci dərs)
Əla siratin mustəqim. Tənziləl əzizil rəhim. Litunzirə qəvmən ma unzirə əbauhum .
Yasin surəsinin təfsirində yetişdik bu nöqtəyə ki, Allah mütəal and içdi Qurana ki, sən peyğəmbərsən, peyğəmbərlərdənsən, göndərilmişlərdənsən özü də Sirat üstündəsən. Siratın izahında iki nöqtə ərz elədi, biri budur ki, dünyada insanın yolu var hər cür yaşamaq olmaz. İstəsə insan səadətə yetişsin Allah mütəal buyurur yol var, hər yolla sən səadətə yetişə bilməzsən. Yol var, Sirat var, səbil var, hidayət var, zəlalət var. Bu terminlər göstərir ki, insanın yolu var. Gərək o yolnan gedə, ta o məqsədə çata. Bəs məbdəədən məqsədə yetişmək yolu vardır, o yolu mən tənzim eləmişəm. İkinci nöqtə də bu oldu ki, bu yol üfüqi deyil, bu yol şaqulidir.İnsan vaxt ki, istəsə yüksəlsin, gərək daxilindəki üç sahəsini yüksəldə onda Siratda olar.
Birinci əqidələrini yüksəldə, natəmiz əqidələri özündən çıxarda təmiz əqidələrə malik ola, düzgün əqidələrə malik ola, ateistliyi ata, Allahı tanıya, Allaha iman gətirə, məada iman gətirə, tənha o ki, ölümlə həyat qurtarır bu batil əqidədi insan əbədi bir varlıqdı, dünyadan köçür bərzəxə, bərzəxdən köçür Qiyamətə bunlar pak əqidələrdi ki, insan bunlarla dirçələr, bir əqidə dirçəlişidir. Bir əxlaq dirçəlişidir insan istəsə dirçəlsin daxilində gərək əxlaqı da dirçələ. Bəzi şeylər var ki, insanda olmamaılıdır ki, rəzilə ad veririk. Bəzi şeylər də var gərək insanda olsun ona fəzilə ad veririk. İnsan rəzilələri həyatından ata fəzilələri həyatına gətirə. İnsan gərək sədaqətli ola, qəzəbi həyatından ata, təvazökar ola, təkəbbürü həyatından ata, qənaəticil ola, tamahkarlığı həyatından ata bu proseslər əxlaq təmizliyidir insan bunları görsə əxlaqi çəhətdən dirçələr və nəticədə insan Siratda olar.
Bəs 1-ci Əxlaq təmizliyidir. 2-ci Əqidə təmizliyidir. 3 –cü isə insanın təmziliyi Əməl təmiziliyidir. Əxlaq xasiyyətdir. İnsan daxilində bir sıra xasiyyətləri olar: qəzəbli olar, tələsən olar, təvazökar olar. Əməl xasiyyət deyil, işdir. Mən yatıram bu əməldir, xörək yeyirəm bu əməldir amma, paxılam bu xasiyyətdir. Bu əxlaqda bəhs olunur, əməl əhkamda bəhs olunar, hüquqda bəhs olunar, fiqhdə bəhs olunar, şəriətdə bəhs olunar. İnsan da gərək düzgün əməl eyləyə, fasid əməllərdən, əyri əməllərdən uzaqlaşa. İnsan gərək başqasının haqqını yeməyə, başqasının malını yeməyə, başqasının malına tamahı olmaya , öz malını yeyə və başqa sahələrdə də insan Allaha pərəstiş əhli olmalıdır və əməlində namaz qılan olmalıdır, əməlində oruc tutan olmalıdır, gözünü əməlində kontrol eləməlidir. O vacibat, o haramlar adına deyərlər əməl, adına deyərlər şəriət, adına deyərlər əhkam, olarda da insan gərək halalı götürə haramı ata və bununla da əhkam cəhətindən də təmizlənə. Bəşər odur ki, əqidəsini təmizləyə o ki, vardır həqiqətən ona inana o ki, yoxdur yoxduya aldatmaya özünü inamaya. Bəzi şeylər insanın həyatında mirajdır inanır amma yoxdur. İnsan ateistliyə inanır, insan həyatı qurtulmağa inanır dünya ilə gedər o biri dünyaya görər guya qiyaməti yoxdur. Bu inanmalar batil əqidələrdir. İnsan bunları öz daxilində, əqlində, zehnində təmizləyə, bu proses yarana. Əxlaq təmizliyi, əhkam təmizliyi bu insan gedər yuxarıya və budur sirat. Bəs sirat yüksəlməkdir insan öz daxilində. Sirat üfuqi deyil, şaqulidir. İnsan dünyaya gəlib bu üç sahəsini getdikçə dirçəltsin. Vəxti gəlib bu 3 sahəsini dirçəltsin olacaq insani kamil. Buyurur ki, ya Rəsullallah “innəkə lə minəl mursəlin” Sən göndərilmişlərdənsən bir dənə də səndə sifət var “ Əla siratin müstəqim” düz siratın üzərindəsən. Sirat ki, din təyin eliyib müstəqim xasiyyətlədir. Müstəqim düz yola deyərlər, yolda iki dənə problem ola bilər bəzən insanın yolda problemi budur ki, yol qət olur ortada, məsələn bəzi yollar var görürsən bir yeri asfalt ediblər orta da yol yoxdur, qət olub, hələ düzəltməyiblər. Bu bir növ oldu. Bir növ də budur ki, yol əyrilənir, düzəlir, bu saf yol deyil, düz yol deyil, əyri yolluğu çoxdur amma müstəqim oldur ki, nə qət olur ortada nə də əyrilənir ortada. Düzdür, ən yaxın yoldur və yoldur da qət olmur. İnsan siratını gərək tapa və tapandan sonra gedə. Bir nöqtəyə istəyirəm burda 3-cü nöqtə olaraq sirat barəsində ərz eləyim. Bəs birinci nöqtə bu oldu ki, insanın yolu var, hər yaşayışla insan məqsədinə çata bilməz. Əslən nübuvvət də buna görədir, din də buna görədir, təlimat da buna görədir və terminlər ki, Quran gətirib hidayət, zəlalət onlar da buna görədir. İkinci nöqtə budur ki, bu sirat ki, din bizə buyurur bu sirat üfuqi deyil şaqulidir. Üçüncü nöqtə bu oldu ki, bu yol ki, din bizə buyurur sirat olaraq bu 3 sahədə inkişafdı, insan öz əxlaqında, öz əməlində və öz əqidəsində. Bu sirata nisbət insanın iki problemi olar. Bəzən insan yolu görməz, bəzən insan yolu görəndən sonra gedə bilməz. Bəzi insanların gözləri kordur, görmürlər yolu, haqqı tapa bilmirlər. Bəzi insanların gözləri kor deyil, yolu gördülər amma görəndən sonra gedə bilmirlər bunlar da ifliçdilər, bunların da ayaqları işləmir. Quran həm hidayət edir insanı siratda yolu göstərsin, insana çıraqdır ta yolu görsün. Həm Quran hidayət edir, yolu görəndən sonra insan yolda getsin həm Quran “Hudən lin nas”dır həm “Hudən lil muttəqin”dir. “Hudən lin nas”dır Quran çünki hamıya yol göstərtmək istəyir, hamıya istəyir yolu tapsın. Həm “hudən lil muttəqin” dir istəyir insanı aparsın da, həm göstərir, həm aparır. Həm istəyir insanın gözündən pərdəyi götürsün, həm istəyir insanın ayağından zənciri açsın və insan bildiyini yaşasın, düşündüyünü getsin.
Buna görə bizim hədislərimizdə var “Əs siratu əhəddu minəs səyf və ədəqqu minəşşəər” Sirat qılıncdan itidir və tükdən nazikdir. Haqqı tanımaq, düz yolu tanımaq tükdən nazikdir. İnsan gərək təfəkkür eyləyə, insan gərək təkəbbürü qoya kənara, insan həqiqətpərəst ola, həqiqəttələb ola ta düz yolu tapa. Tapandan sonra insanı bəzən maqnitlər qoymaz getsin, gərək o maqnitlərdən özünü xilas eyləyə. Həvəspərəstlikdən, şəhvətpərəstlikdən, dostun marağından, mənfəət marağından, dünyapərəstlik marağından və sair maraqlardan ki, insanın həyatında xilas olmalıdır, ta tapdığını yaşasın, gördüyünə əməl etsin, tapdığı yolu yaşasın. Bu “əhəddu minəs seyf”. Bu qılıncdan itidir. Ona görə bu Sirat mübahisəsi çox incə və dərin mübahisələrdən biridir, mən qısa olaraq sizə ərz elədim. Bu geniş bir mövzudur – Sirat Quranda. Mən nöqtə-nöqtə sizə bu surənin təfsirində dedim “Əla siratim mustəqim” Sən düz, sirati mustəqim yolunun üzərindəsən. “Tənziləl əzizir Rəhim” Bu Quran ki, nazil olunubdu, o Allah ki, əzizdir və rəhimdir onun tərəfindən. Tənzil o nazil olmağa deyərlər ki, tədricəndir. İnzal yəni birdən nazil olmaq. “İnnə ənzəlnəhu” – Biz onu birdən nazil elədik. “Nəzzələ” - yəni tədricən nazil elədik. Çünki Quranın tədricən nazil olmağı da 23 ildə olubdur, Tənzil də adlarından biri. Quranın bir adı Qurandı, digər adı Tənzildir. O Quran ki, nazil olunubdu tədricən, özü də kimin tərəfindən nazil olunubdu – “Əl əzizir Rəhim”. O Allah ki, əziz-rəhimdir. “Əziz” Allahın sifətlərindən biridir. Əsmaul-husnanın biri Əzizdir. Bir bəhs var, Quran nədən nazil olubdu? Allah-mütəal bəzi yerlərdə buyurur: Quran Allahın hikmətindən və əlimliyindən nazil olubdur. Çünki Allah Həkimdir və Əlimdir Quran nazil edibdir. Burda da buyurur ki, Allah Əzizdir və Rəhimdir, Quran nazil edibdir. Biz bu sifətlər ki, nuzuli Quranda Allah müxtəlif ayələrdə gətiribdi. Quranda həm hikmət var, həm Quranda izzət var, həm Quranda elm var, həm Quranda insanların rəfəti var, məhəbbəti var, vəhdəti var. Bunlar hamısı o Allah ki, Əzizdir nazil edib, bəs dərsi izzət verir Quran. O Allah ki, Rəhimdir nazil edib bəs dərsi rəhmət verir Quran, o Allah ki, Əlimdir nazil edib bəs dərsi elm verir Quran, o Allah ki, Həkimdir nazil edib, bəs dərsi hikmət açıb Quran. Bəs süfrəsi həm elmdir, həm hikmətdir, həm izzətdir, həm rəhmətdir, niyə? O Rəhimi, Əzizi, Ğəfuru bunların tərəfindən nazil olubdur. O sifət, o ismi-husna bu özünü Quranda cilvələndirib və göstərir. Əziz o varlığa deyərlər ki, qalibdir və məğlub olmaz. Heç vaxt Allahla müharibə edib qalib gəlmək olmaz Allaha. Məsələn kim Allahla müharibə eləsə özü aradan gedər. Baxın, Allahın hakimiyyəti kulli aləmdədir, Rəbbul aləmindir. Tarixin təəccüblü yerlərindən biri budur ki, Firon ki, istədi Musanı öldürsün, ta özünün öz gümanında düşmənini aradan aparsın, Allah verdi öz qucağında böyütdü. Allahla müharibə eləmək olmaz. Allah “Ğalibun əla əmri” – Allah öz əmrinə qələbə eylər, öz əmrinə qalib gələr. Əziz budur. Quran da heç vaxt təhrif olmaz. Quranda dərsi izzət var Əziz tərəfindəndir, izzət dərsi verir. Quran bir də rəhmətdən irəli gəlibdir “Ər-rəhman ənzələl Quran”. Allah-mütəal Rəhmandır Quran nazil edib və rəhmətindən bizə qanun veribdir. Bizə Allah qanun verməsəydi dirçəliş qanunumuzu haradan alacaqdıq? Öz əqlimizə kifayətlənəcəkdik, təcrübəyə kifayətlənəcəkdik. Bunlar isə kifayət eləmir. Kulli aləm ki, yaşayacağıq kulli bu aləmdə təcrübə və əqlnən biz yaşayaq. Biz əgər dünya qədəriyik, mümkündür dünya qədəri əql və təcrübə kafi ola. Mümkündür o da. O da imkandır bu xatirə dedim ki, gündə də dəyişilir, təcrübə deyir başqa cür gündə qanunlar dəyişilir. Amma burda bəşər bilməlidir bu qanun ki, bəşərə lazımdır dünya qədəri deyil. O qanun ki, bəşərə lazımdır Bərzəxin də gərək fikrində ola, Qiyamətin də gərək fikrində ola. O qanun ki, bu üç aləmi əhatə edir lazımdır. İnsan özü edə bilməz, çünki xəbəri yoxdur o aləmdə nə var. Ta o aləmə nisbət qanun qoysun, o aləmə nisbət yaşasın ki, o aləmdə səadətmənd olsun. Məcburdu ondan ki, xəbəri var o aləmdən, ondan ki, o aləmi bilir ondan bu qanunu alsın. Ona görə Allah-mütəal çünki Rəhmandır bəşərə rəhməti var Quran göndəribdir. Ər-rəhman bu Allah ki, Rəhimdir, Rəhmandır Quranı sizə göndəribdir. Bəs “Tənziləl əzizir-rəhim” o Allah ki, Rəhimdir, o Allah ki, Əzizdir Onun tərəfindən bu Quran nazil olubdur.
“Litunzirə qəvmən ma unzirə əbauhum” Çoxları buyururlar bu “ma” “maye” nafiyədir, yəni inkar mənasındadır. Bu Quran niyə nazil olub? Ta bu qövmü inzar eyləsin. İnzar yəni qorxutsun, ayıltsın, xəbərdarlıq eyləsin o şeylərdən ki, unudubdu. Unudulan bir şeyləri onlara başa salsın. O qövm ki, “ma unzirə əbauhum” bunların ata-babaları inzar olunmamışdır. Rəsmi inzar peyğəmbərdən əvvəl o ki, ümumi elan ola sizə peyğəmbər gəlib o mənada yox idi ta İsayacan. Var idi Allahın hər zaman höccəti olar, amma bu ki, hər yerdə dildə olsun, deyilsin, rəsmi olaraq bilinsin bu forma yox idi. Ona görə deyərdilər dövrani-fətrət. Dövrani ki, aşkarcasına görünmürdü ümumi olaraq peyğəmbər. Var idi, qeyri-rəsmi olaraq var idi, ancaq aşikar, geniş mənada yox idi bütün əhatə etsin kulli aləmi. Buyurur, onlar ki, ata-babaları inzar olunmamışdı onlara gəlib inzar eyləsin. Quranın işlərindən biri inzardı. İnzar yəni ayıltmaq, qorxutmaq, xəbərdarlıq eyləmək. Buna deyərlər inzar. Bilirsiz peyğəmbər həm munzirdir, həm nəzirdir, həm bəşirdir. Bəşir – yəni müjdə verəndir, muştuluq verən. Nəzir – yəni qorxudan, ayıldan, xəbərdarlıq eyləyən. Əgər Qiyamət var, əgər Cəhənnəm var, əgər əməllər mühasibə olunur insan gərək indidən özünə diqqət eyləyə, özünü kontrol eyləyə. Bu ki, gəliblər bizə desinlər ki, özünüzü kontrol eləyin, diqqət edin, mühasibə edin özünüzü və fikirləşin gələcəyinizi – buna deyilir inzar. Bəs Quran nazil olubdu, ta inzar olunsun o qövm ki, bunun ata-babası inzar olunmamışdı......