Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 3

Yasin surəsinin təfsiri (3-cü dərs)

“İnna nəhnu nuhyil-məvta və nəktubu ma qəddəmu və asarəhum və kullə şəy`in əhsəynahu fi imamin mubin”.

Yasin surəsinin bu ayəsində Allah taala bir əsaslı sözə işarə edir. Hətta bəsi müfəssirlər baxışları budur ki bu surə Quranın qəlbi adlanıbdır bu ayəyə görə. Ən dərin ayələrdəndir və bu axar ki əvvəldən oxuduq Allah taala and içir sən mürsəlsən gəlmisən inzar etmək üçün insanları ayıltmaq üçün qorxutmaq üçün bunları deyəndən sonra buyurur ki, sən fəqət onları qorxudansan ki, fitrətləri ölməyibdir sonra bu ayə bu mərhələdən sonradı məlumdur ki, əsas din bu mətləbləri bu sözləri dərk eyləməkdir.

Bir budur ki ölüm ilə qurtulmur. Tamanm ölüləri biz dirildəcəyik. “İnna nəhnu nuhyil movta”. “Əl movta” cəmdir tamam ölülər bütün ölüləri biz dirildəcəyik. Elə deyil ki bəzisini dirildək bəzisini yox hamısını dirildəcəyik. Diriltmək bizim eynəyimizdədi (nəzərimizdə) çünki biz birini əldən verəndə deyirik öldü. Həqiqətdə Quranın eynəyində (nəzərində) diriltmək bu mənaya deyil ki, yox oldu sonra dirildi. Quranın eynəyində (nəzərində) “Xələqəl həyata vəl movt”. Allah taala necə həyatı yaradıb ölümü də yaradıb yəni ölüm də bir varlıqdır. Ölüm yoxluq deyil ölüm də yaranıbdır. Ölümün həqiqəti hicrətdi köçməkdir.

Əmirəl-möminin (ə) buyurur ki, “Və lakinnə kum təntəqilunə min darin ila dari”. Lakin siz köçürsünüz bir evdən başqa bir evə.

Ölümün həqiqəti intiqaldır. Həqiqəti köçməkdir.

Bəs Allah taala buyurur ki, biz hamınızı dirildəcəyik. Hamınız bir evdən başqa evə bir aləmdə başqa aləmə köçürsüz.Və Qiyamət aləmi də baş verəcəkdir. Bu bir nöqtə.

Fəqət bu deyil ki siz hamınız diriləcəksiniz  “Nəktubu maa Qəddəmu Va sarəhum”. İkinci nöqtə bu ayədə budur ki, hər nə olar ki, iş görüblər və görmüsünüz hamısını biz yazırıq. Özlərini də yazırıq izlərini də yazırıq. Əməl bəzən ictimai əməldir  təsirli əməldir. Bəzi əməllər var bir şəxsin özünə aiddir o əməl özündə qalır qurtulur. Bəzi əməllər var cəmiyyətdə dalğası vardır bu əməlin davamı vardır. İstər pis əməl ola istər yaxşı əməl ola “SƏDƏQEYE CARİYƏ” ola ya “SÜNNƏTƏN SƏYYİƏ” ola axar sədəqə ola ya pis sünnə (qanun) ola bunlar izlərdir Biz yazırıq. Sənin indiki əməlini ki gördün yazmırıq həm onu yazırıq həm onun davamında dalğalar ki sənin bu əməlin qoyubdur cəmiyyətə istər müsbət dalğa olsun istər mənfi onlar da yazılır. Bu ikinci nöqtə

Sonra buyurur ki, “və kullə şəyin əhsəynahu fi imamin mubin”

Biz hər şeyi “İmamin mubində” qeyd edirik heç nə itmir sizin əməlləriniz də itmir aləmdəki hadisələr də itmir hər nə aləmdə var hamısı “İmamı mubində” üeyd olunubdur və vardır.

“İmami mubin” təfsirlərdə “Lövhi-məhfuz” “Ummul-kitab” kimi izah olunub. Quran neçə ifadə ilə bunu  işlədibdir ki, insanın üç cür əməl dəftəri var. Biri budur ki, əməl dəftəri özünə aiddir şəxsidir. Orada özünün şəxsi əməlləri qeyd olur. İsra surəsində belə oxuyuruq “və kullə insanin əlzəmnahu tairəhu fi unuqih”

Hər insanın əməllərini öz üzərində öz boynunda qərar vermişik ayrılmayacaq Qiyamət günü də “KİTABƏN MƏNŞUR” açılı bir məktub və yazılı kimi qarşısındadır. Bu şəxsi bir əməl dəftəridir. Hər ümmətin də əməl dəftəri var buyurur ki “təra kullə ummətin casiyə”  kullə ummətin tud a  ila kitabuha” Casiyə surəsinin 28 ayəsində buyurur;  Qiyamət günü görərsən ki hər ümməti öz kitabları ilə çağırırlar. Hər ümmətin də bir kitabı var.

 İndi hər ümmətin ki kitabı var izah olunmalıdır. Yəni əgər cəmiyyət bir varlıqdırsa əgər cəmiyyət yaşayışı da bir varlıqdırsa onun da bir taleyi var onun da bir ölümü var xəstəliyi var dirçəlişi var onun da əməlnaməsi vardır.

Bir əməlnamə də var fəqət insana həsr olunmayıbdır. İstər insanın ictimai işlərinə istərsə də fərdi işlərinə. Orda bütün varlıq aləimnin əməlləri yazılıb hadısələr yazılıb. Buna deyirik “Lövhi-məhfuz”. Bu ayə buyurur ki, “kullə şəyin əhsəynahu fi imamin mubin”  yəni heç nə itmir aləmdə heç bir hadisə aradan getmir qeyd olunur və qalır.

İnsan əgər dərk edərsə ölümlə qurtulmur. (nuhyi) Dərk eləsə ki əməllərini izi də yazılır (asarəhum) insan dərk eləsə ki hər şey qeyd olunur heç hadisə itmir onda dəyişilməlidir onda öz başına danışmamalıdır öz başına hərəkət etməməlirir Allahın razılığını axtarmalıdır və s.

Bəzi hədislərdə maraqlıdır “imami mubin” barəsində belə bir hədis vardır ki, “İmami Mubin” Əmirəl-möminindir (ə). Təfsiri Qummidə bu ayənin zeylində belə bir hədis vardır ki, buyurur: “Ənə vallah əl imamin mubin” “İmamul Mubin” mənəm. And olsun Allaha “İmamul Mubin mənəm”. Yaxud Məanil Əxbarda mərhum Şeyx Səduq peyğəmbərdən bir hədis nəql eyləyir Əmirəl-möminin barəsində buyurur: “Ənnəhul imamul ləzi Əhsəllah fihi ilmə kulli şəyin”. “İmamul Mubin” Əmirəl-möminindir peyğəmbər buyurur ki, Allah hər şeyi onda qeyd elətdirib və saxlayıbdır.

Bu iki hədis ki qeyd elədim Təfsiri Qummidən və Məanil Əxbardan bu hədis bu ayənin zeylində bu ayənin təfsirində Bəzi ayələr var onların məfhum baxımından məna baxımından Əmirəl-möminin o ayənin mənasıdır. Məsələn, “İnnəma vəliyikumullah” ki, sizin Vəliniz odur ki, üzüyü zəkat verdi ruku halında. Burda ayənin mənası Əmirəl-möminin barəsindədir. “Təthir” ayəsinin mənası Əhli-beyt (ə) barəsindədir. Bəzi ayələr məna baxımından Əhli-beyt barəsindədir bəzi ayələr isə məna deyil Əhli-beytdə tətbiq olunur yəni bir nümunəsi onlardır bir fərdi onlardır. İkinci qrup ayələrdən olan ayə bu ayədir. “kullə şəyin əhsəynahu fi imamin mubin” ayənin mənası genişdır lakin bir nümunəsi də Əmirəl-möminindir ki, bu da “Lövhi-Məhfuz” kimi hər şey onda qeyd olunub və qalıbdır.

Mərhum Əllamə Əl-mizanda bir nöqtəni qeyd edir əgər bu hədislər məna tapsa mənası bu olar ki, Əmirəl-möminin sonsuz elmi var sonsuz elm isə fəqət Allaha məxsusdur necə ola bilər ki bir insan sonsuz elmə malik olsun. Sonra belə buyurur ki, maneəsi yoxdur Əlini Allahsız nəzərə alsaq yəni Allahla əlaqəsini nəzərə almasaq elmi məhdud olar. Amma elmi İlahiyə birləşərsə elə bil bir çay dənizə birləşib. Çay o vaxtacan ki dənizə birləşməyib məhduddur və bir sərhədləri var. Amma okeana birləşsə okeanlaşar. Əmirəl-möminin elmi İlahiyə vəsl olubdur. O vaxt ki, elmi İlahiyə vəsl olub ki, hədislərdə var Allah istəsə bilərik Allahın iradəsi olsa bilərik bu həmin o məsələdir ki, “kullə şəyin əhsəynahu fi imamin mubin” Əmirəl-möminində də tətbiq tapa bilər. Yəni Əli (ə) bu baxışla ki, müttəsildi elmi İlahiyə. O vaxt ki, müttəsil ola elmi İlahiyə o zaman olar “kullə şəyin əhsəynahu fi imamin mubin” 

Davamında buyurur ki, “Vəzrib Ləhum Məsələ”. O vaxt ki Allah taala bu surədə peyğəmbərə buyurdu sən gəlmisən inzar edəsən özü də inzar edəndə bəziləri qəbul edəcəklər “Məni təbəə zikr”

bəziləri qəbul etməyəcəklər. Sonra bir nümunə misal vurur bu nümunəsni misal vurmaqla bir təsəllidi peyğəmbərə və peyğəmbərə iman gətirənlərə  təsəllidir. Bir qrup insanlar ki, qəbul etmirlər bu tarixdə də var keçmiş peyğəmbərlərin vaxtında da olubdur ki, onlara peyğəmbər gəlibdir onlar qəbul etməyiblər. Həm təsəllidir həm qorxutmadır. Yəni peyğəmbər zamanındakı insanlara da xəbərdarlıqdır. Keçmişdəkilər peyğəmbərlərinə qarşı çıxıblar baxın görün sonları nə oldu. Bəs həm peyğəmbərə deyir eybi yoxdur bu iş olur keçmişdə də var idi peyğəmbərlərin qarşısında duran həm onlara deyir ki, taleyinizə baxın görün onlar necə oldu. Ona görə məsəl vurur. “Vəzrib Ləhum Məsəl”. Onlara məsəl vur. “Əshabəl Qəryə” O abadi qəsəbə əhlini əshabını onlara məsəl vurun. “Qəryə” bizim dildə kənd mənasına işlənir. Amma Quranın terminində “Qəryə” o mənada deyiyl. “Qəryə” yəni məskuni yer o yerdə ki, adam yaşayır. Bizim dildə insanların yaşadığı yer. Bir yaşayış məntəqəsinə Quran “Qəryə” deyir.

 Deyir onlara bir məntəqədə ki insanlar yaşayırdılar onu məsəl vur Ya peyğəmbər “Vəzrib Ləhum Məsələn əshabəl Qəryə”.

Quranın məsəlləri iki növdür. Bəzən Quran məsəl vurur oxşatmaq üçün. Buyurur: “Vəzərəbə ləna məsələn və nəsiyə xəlqə” oradakı məsəl oxşatmadır. Yaxud buyurur ki Allah taala sizə məsəl vurur “Kəlimətən təyyibə” “Kə şəcərətin təyyibə” pak söz, pak əqidə pak ağaca oxşayır. Bu məsəl oxşatmadır. Yəni Allah taala pak ağaca pak imanı oxşadır mömin insanı oxşadır. Bu oxşatmaqdır.

Bəzən məsəl o cür olmur oxşatmaq üçün deyil. İstəyir deyə ki sən də bunların bir nümunəsisən. Məsən yəni nümunə. Bir məsəl yəni oxşatmaq bir məsəl yəni nümunə. Buradakı məsəl nümunə mənasınadır. Yəni onlara nümunə vur. “Vəzrib Ləhum əshabəl Qəryəti Məsələ” Bu “məsələn” ikinci məfuldur ərəb dilini bilənlər bilir. Yəni əvvəl “Əshabəl Qəryə” sonra “məsələn”. Onlara misal vur (kimi misal vur) “Əshabəl Qəryəni”. O yaşayış yerinin adamlarını o şəhərdə yaşayan insanları bunlara misal vur ki necə peyğəmbərlər gəldi onların yanına bunlar dandılar.

Bilirsiz tarixdə yazırlar Həzrəti İsanın zamanında bir şəhər var idi indi adına Əntakiyyə deyirlər Şamat məntəqəsində indi Türkiyənin bir hissəsindədir İstanbula yaxın. Bu şəhərdə insanlar bütpərəst idilər. Bu peyğəmbərlər gəldilər Allah taala tərəfindən ya da İsa (ə) göndərdi iki elçi bunları haqqa və tovhidə dəvət eyləsin. Bunlar oları dandılar. Yenidən üçüncü elçə göndərildi və bunlar üçüncü elçini də dandılar. Eyni halda bunları qorxutdular. Dedilər burda qalsanız sizə əziyyət verəcəyik sizi daşqalaq eyləyəcəyik və.s

Cərəyan bu cür başlayır. Allah taala bu cərəyanı misal vurmaqla istəyir həm peyğəmbərə təsəlli olsun həm də məkkəlilərə xəbərdarlıq olsun. Buyurur ki, “vəzrib ləhum məsələ” onlara nümunə vur. Kimi nümunə vur? O kənd əhlini o şəhər əhlini. “iz caəhəl mursəlun” O vaxt ki peyğəmbərlər onların yanına gəldi.

Mursəlun iki cür təfsir olunubdur. Bir mursəlun yəni İsa (ə) tərəfindən elçi. Bir mursəlun yəni Allah taala tərəfindən elçi. Əlbəttə ikisi də bir istiqamətdədir. Amma ikincisi ki Allah tərəfindən ola ayənin zahiri budur “İz Ərsəlna ilayhim” biz göndərdik onlara tərəf. Belə də olar İsa (ə) da göndərsin və Allah taala buyursun biz göndərdik. Amma ayənin zahiri budur ki, deyir bunlar peyğəmbər idilər biz göndərdik onlara tərəf. “İsneyni” O zaman ki biz göndərdik onlara tərəf ikisini “Fəkəzzəbuhuma” bunlar ikisini də dandılar. Biz yenə də öz hərəkətimizi davam etdik demədik ki, madam ki dandılar qoy belə də məhrum qalsınlar və cəhalətdə yaşasınlar. “Fə Əzzəna bi salisə” biz üçüncüsü ilə də bu iki peyğəmbərə kömək eylədik. Yəni üçüncü peyğəmbər də göndərdik üçüncü şəxs də göndərdik ta bir qrup olsunlar üç nəfərlik bir cəmiyyət olsunlar nəticədə bu üç nəfər insanlara rahat təbiğ etsinlər.

“Fəqalu” bu üçü gəldi bunlara belə dedi “inna iləykum mursəlun” biz sizə göndərilmişik. “İnna mursəlun”, “inna iləykum mursəlun” dan başqadır. Əgər deyəydilər “inna mursəlun” mətləq idi. Yəni biz bütün dünyaya peyğəmbərik. Necə ki bir sıra peyğəmbərlər beynəlxalq peyğəmbərlərdir hamı üçündürlər. Bizim peyğəmbərimiz “hudan linnas” dır. Hamı üçündür. “Rəhmətən lil aləmindir”. Hamı üçün peyğəmbərdir. Yəni fəqət ərəb üçün deyil fəqət Məkkə üçün deyil fəqət Ərəbistan üçün deyil fəqət bir şəhər üçün deyil. Hamı üçündür bu beynəlxəlq peyğəmbərdir.

Amma bu üç peyğəmbərlər ayənin zahiri budur ki buyurur “inna iləykum mursəlun” biz sizə tərəf göndərilmişik sizə məxsusuq bu məntəqəyə Allah bizi göndərib ki sizi tovhidə dəvət eyləyək. Yəni biz məntəqəyə aid peyğəmbərik. Bu məhdud yerə aid peyğəmbərik.

Allahın beyğəmbəri neçə növdür. 124 min peyğəmbər hanısı ümumibəşər deyildi. Bəzi peyğəmbərlər var idi ki bir qövmə bir məntəqəyə göndərilmişdi. Bu üç nəfər də deyir “inna iləykum” biz sizə.

Bu peyğəmbərlərin qarşısında gəlib dedilər əvvələn siz bəşərsiz. Bunların zehnində belə düşüncə var idi ki, bəşərdən peyğəmbər olmaz. Yəni insan peyğəmbər ola bilməz. Siz də insansız. Əgər insan peyğəmbər olsaydı biz də peyğəmbər olardıq. Biz özümüzə baxırıq və görürük ki, biz peyğəmbər olmamışıq və adi insanıq. Allah bizə vəhy eyləmir bizə mələklər gəlmir Cəbrail gəlmir. Siz də bizi kimisiniz. Bəs sizi əvvələn insanınız, insan da peyğəmbər ola bilməz bəs siz yalan deyirsiniz. Bunların zehniyyətlərində baxışı bu idi. Buyurdu: “Qalu ma əntum illa bəşər” deyilsiz siz məgər bəşər.

Bunların güya fikirləri bu idi ki, Bəşərdə bu qabiliyyət yoxdur bəşərdə bu istedad yoxdur insanda bu çıxar yoxdur ki peyğəmbər olsun. Siz də bizi kimi bəşərsiniz. “Misluna” bizim tayımız. “Və ma ənzələr rəhman min şəyin”. Bu ya onların sözlərinin davamıdır. Allah heç nə göndərməyibdir. Çünki Allah göndərsəydi mələklərlə göndərərdi. Nəticədə siz peyğəmbər deyilsiniz. Nişanəsi də budur ki, Allah istəsəydi peyğəmbərlik göndərsin mələk göndərərdi.

Və yaxud da bu ikinci bir sözdür. İstəyir burda desin ki Allah rəhmandır qanun göndərməz. Qanun insanda məhdudiyyət yaradar, qanun insanı çərçivəyə salar. Allahın rəhmanlığı heç vaxt icazə verməz bizə qanun göndərsin bizə əziyyət versin bizə tapşırıq göndərsin. Namaz qıl oruc tut və s.

“Ma ənzələ rəhman min şəyina” Rəhman bir şey göndərməz onun rəhmanlığına guya uyğun deyil.

Bəs nəticə belə oldu bunlar iki söz dedilər bir mənada. Bir söz bu oldu ki bəşərsiz və bəşərdən də peyğəmbər çıxmaz.

İkinci söz də budur ki, Allah əslən peyğəmbərlik göndərməz. İstər bəşərdən istər qeyri bəşərdən. Allah əslən insana əziyyət verməz ki, insanı zəhmətə salsın din göndərsin və tapşırıq versin.

“İn əntum illa təkzibun” siz yalan deyirsiniz.

Bu üç nəfər peyğəmbərin qarşısında bunu dedilər.

 

 

OXŞAR VIDEOLAR