Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 4

Yasin surəsinin təfsiri (4-cü dərs)

“Qalu Rəbbuna yəələmu innə iləykum ləmursəlun”

“Və ma ələyna illəl-bələğul-mubin”

Bu ayələrdə bəhs bir hadisədir, bir cərəyandır. Həzrət İsa (ə) zamanında üç peyğəmbər, yaxud da üç elçi bir şəhərə gedirlər. O şəhərin camaatı bunları qəbul etmirlər və deyirlər ki, siz peyğəmbər ola bilməzsiniz. Niyə peyğəmbər ola bilməzsiniz?

Biri budur ki, bəşər peyğəmbər ola bilməz və insanda bu çıxar yoxdur ki, peyğəmbər ola.

Digəri isə, budur ki, Rəhman əslən peyğəmbərlik göndərməz.

Bir sözü budur ki, Allah  peyğəmbər göndərmək istəsə, mələk göndərər.

İkinci söz budur ki, Allah taala din göndərməz, istər peyğəmbər insan olsun, yaxud mələk.

Allah taala rəhmandır, din insana əziyyət olar, zəhmət olar və insan çətinliyə düşər. Bunların baxışları bu idi.

Allah taala davamında buyurur ki, bunlar belə dedilər; “Qalu Rəbbuna yəələmu innə iləykum ləmursəlun.” Bizim Rəbbimiz bilir ki, biz sizin tərəfinizə göndərilmişik, əlbəttə, həqiqətən. Qabaqkı ayədə “Lam” sız idi bu cümlə.

O vaxt ki, əvvəldə qarşılaşdılar bu camaatla dedilər; “İnnə iləykum mursəlun.” Burada çün inkarları var idi, inkar qarşısında təkidlə dedilər; “innə iləykum ləmursəlun.” Bu nə sözdür, nə cür qane edici sözdür.

Onlar dedilər ki, siz peyğəmbər deyilsiniz, çünki Allah taala peyğəmbərlik göndərməz. Əgər göndərəsi olsa da mələk göndərər, insan göndərməz. Bunlar da dedilər ki, “Allah bilir”.

Onlar bu sözə qane olmazlar axı “Allah bilir” in məsnası nədir?

Buna oxşar ayə Rəd surəsində vardır. Rəd surəsinin 43-cü ayəsində Allah taala buyurur ki, kafirlər peyğəmbərə deyərlər ki, “Ləstə mursələn”  ya peyğəmbər sən mursəl deyilsən. Rəd surəsinin davamında Allah taala buyurur ki, ya Rəsulullah onlara de ki, “Qul kəfa billah şəhidən bəyni və bəynəkum.” Allah kifayət edir, Allah şahiddir mənlə sizin aranızda ki, mən peyğəmbərəm.

Həmin sual o ayədə də var idi. “Allah şahiddir, yaxud Allah bilir mən peyğəmbərəm, biz peyğəmbərik” bu qane edici cavabdır?  Onlar deyirlər ki, sən peyğəmbər deyilsən, bəşər peyğəmbər ola bilməz, Allah peyğəmbər göndərməz. Bu da cavabında deyir ki, Allah bilir, Allah şahiddir, Allah kifayət edər. Bu ayə gərək düzgün məna tapa, ta aydın ola ki, bu onların sualının cavabıdır.

Mən bu ayəni izah etmək üçün bir misal gətirmək istəyirəm.

Bir nəfər təhsil naziri tərəfindən bir məktəbə müdir göndərilib. Orada camaat deyirlər ki, yox, sən müdir deyilsən. O nazir bura müdir təyin etməz. O cavabında deyir, baxın mənim hökmüm  vardır, bu  da nazirliyin möhrü, bu da nazirliyin qərarı. Bütün bunlar təsdiq edir ki, müdir təyin olunubdur. Nazir özü şahiddir və bilir.

Bu ayədə də o cürdür. Bu peyğəmbərlər deyirlər ki, biz sizə dəlilsiz, sənədsiz demirik ki, peyğəmbərik. Biz Allah tərəfindən sizlər üçün peyğəmbər göndərildik. Allah taala Quranda buyurur ki, bütün peyğəmbərləri “bəyyinatla” möcüzə ilə göndərmişəm. “İz ərsəlna rusulana bil bəyyinat”. Biz sizə “bəyyina” ilə, möcüzə ilə gəlmişik. Madam ki, sizə “bəyyina” və möcüzə gətirmişik, Allah şahiddir. Allahın şahidliyi nəinki Allah dilində deyir, “onlar o zaman deyərlər ki, Allah bizə mələk göndəsin qəbul edək” bəlkə Allahın şahidliyi və bilməsi, yəni ki, Allah bizə peyğəmbərliyimizə möhür vurubdur. Necə bir möhür? Mənə möcüzə veribdir və mən də sənin yanına möcüzə ilə gəlmişəm.Əgər qəbul etmirsənsə o zaman möcüzəyə bax. Möcüzə göstərir ki, mən Allah tərəfindənəm. Necə ki, o müdir deyir bu qərar göstərir ki, nazir məni seçib.

Bəs “Allahu yəələm, yəələmu rəbbuna”. Mənası budur ki, Rəbbimiz bilir, yəni Rəbbimiz bizə bir şey veribdir və Onun bilməsi bu mənaya bilməkdir. Yaxud Allah şahiddir, kifayətdir. Allahın şahidliyi, yəni ki, Allahın hökmü ilə mən sizin yanınıza gəlmişəm. Hədislərimizdə vardır ki, bu peyğəmbərlər onlara bir sıra möcüzələr göstərdilər. O möcüzələrdən ki, İsa (ə) peyğəmbər göstərmişdi. Məsələn, ölü diriltmək, ağır xəstələrə şəfa vermək kimi. Bu möcüzələri həmin peyğəmbərlər də gördülər.

“Rəbbuna yəələmun” mənası budur ki, yəni biz sizə demirik ki, gözlərinizi yumun bizi qəbul edin. “Rəbbuna yəələm” bizim Rəbbimizin tərəfindən nişanəmiz var. Baxsanız görərsiniz “Rəbbuna yəələm” Allahımız bilir ki, biz peyğəmbərik. Əgər Allah bizi peyğəmbər seçməsəydi, bizə möcüzə verməzdi, bizə hökm və qərar verməzdi.

“Və ma ələyna illəl bəlağun mubin”. Və bizim üzərimizə “bəlaği mubin”i aydın və aşkar çatdırmaqdan başqa bir şey yoxdur.

“Bəlağ” “demək” dən qeyri bir şeydir. Bəzən insanlar deyirlər “təbliğ” yəni sözü demək və sözü çatdırmaq. Mümkündür sən sözü susmaqla çatdırasan, mümkündür sözü misal ilə çatdırasan, mümkündür sözü əməlin ilə çatdırasan, buna “bəlağ” deyərlər. Həmişə “demək” “bəlağ” deyil. “Demək” “bəlağ” a bir modeldir. Deyir biz sizə aydın çatdırırıq. Aydın çatdırmaq budur ki, möcüzə ilə deyirik, məntiqlə deyirik, hövsələ ilə deyirik, sizdən bir şey istəmirik və deyirik. Bunlar aydın çatdırmaq deməkdir. Bizim həyatımıza baxsanız görərsiniz ki, biz haqqı sizə aydın çatdırırıq və bundan çox da bizim üzərimizdə yoxdur. Biz “İnna hədəynəhu səbil in ma şəkuran in ma kəfura” nın tərəfindənik. Biz yolu göstərmək üçün gəlmişik ki, sən aydın yolu tapasan. Yolu tapandan sonra getmək özünündür istər gedərsən, istərsə də getməyərsən. Ona özün hesab verməlisən. Amma yol çatdırılmalıdır sənə. Yolun çatdırılmağına “Bəlağul mubin” deyərlər.

Birinci mərhələ onlar inkar etdilər və bir dənə nöqtə də var onların sözündə ki, o söz izah olunmalıdır. O sözün indi də izləri vardır. O da budur ki, bəşərdə bu istedad yoxdur ki, peyğəmbər olsun. Bir sıra baxışlarda, insanda guya ki, qabiliyyət yoxdur bu həddə çatdırılsın taki Allahdan ona vəhy gəlsin və o da bəşərə çatdırsın.

Onlar da deyirlər ki, baxın biz Allah tərəfindən möcüzə gətirmişik. Əgər qabiliyyət yoxdursa bəs bu möcüzələr hardandır? İndi də bir qrup insanlar təvəssülü, şəfaəti, vilayəti təkvinini inkar edirlər ki, məsələn, Övliyaullah Allahın izni ilə şəfa verə bilər, Allahın izni ilə insanların hacətlərini ödəyərlər. Bu model bir söz deyirlər, amma ayrı mənada. Bu model budur ki, yəni insanda bu bacarıq yoxdur, bu güc yoxdur. Düzdür Allahın izni olmasa insanda güc olmaz. Amma Allahın izni olsa “Rəbbuna yəələm”.

O zaman ki, İsa (ə) möcüzə göstərdi, Allah taala bu möcüzəyə belə demir ki, Mən diriltdim sənin əlin ilə, deyir ki, sən diriltdin Mənim iznim ilə. Bu iki dənə ayrı-ayrı sözlərdir. “İz tohyil mota bi izni”. Sən Mənim iznimlə ölü diriltdin. İnsanda bu qabiliyyət, bu çıxar var ta getsin yuxarıya. Allahın izni ilə ölü diriltsin, Allahın izni ilə şəfa versin, o böyük işlər ki, adi insanlar görə bilməzlər o görsün.

Onlar gördülər ki, məntiq qarşısında dayana bilmirlər. Bilirsiniz ki, batil insanlar məsələni məntiqsiz istiqamətə yönəldərlər. Məntiqli yerdə yarı yolda dayanarlar. Əvvəldə bir şübhə etdilər ki, insan peyğəmbər ola bilməz. Gördülər ki, bunlar möcüzə gətirdilər və möcüzə dedi ki, insan peyğəmbər ola bilər. Əgər insan peyğəmbər ola bilməsəydi bəs bu möcüzə nədir?

Bundan sonra məntiqi qoydular bir kənara. Bəzən görürsən əvvəli zahirdə ədəbliyə oxşayır, əvvəli zahirdə guya məntiq əhlidir, guya sübut əhlidir. Ortada görürsən ki, daha məntiq, sübut  iş vermir  o aldadıcı xasiyyət idi, o bir şübhə idi məntiq deyildi. Bürhanla şübhənin fərqi budur. Bürhan məsələni  sübut etmək üçündür, şübhə isə insanları həqiqətdən bir ayrı yerə yönəldir, ləkə vurmaq üçündür. Şübhənin davamı azdır. Bir tək məntiqdir ki, hər yerə gedə bilər. Onun sərhəddi yoxdur, məntiqin şəhəri yoxdur, ölkəsi yoxdur hər yerdə olar. Şübhə isə bir həddədir. Bir həddən sonra əgər alimlərin yanında otursan şübhənə cavab alarsan, tənqidinə cavab alarsan. Şübhənin həddi var, sərhədi var. Məntiqin həddi yoxdur.

Bunlar gördülər ki, şübhələri məqsədə dəymədi. Ayrı istiqamətə (fikrə) gəldilər. O da qorxutmaq, insanları təhdid etmək, insanları təhlükəli hadisəllərlə qorxutmaq. Əgər bu işi görməsəniz sizə əzab verəcəyik, qısası çıxıb gedin. Məntiq qurtardı və başladılar məntiqsiz hərəkətlərə. Əvvəlləri də məntiq deyildi, şübhə idi. Özləri bunu məntiq hesab edirdilər. Peyğəmbərlərin cavabından sonra daha məntiqdən istifadə etmədilər. Təhdid və qorxutmaq yolunu seçdilər.

Buyurur ki, “Qalu” cavablarında gəlib belə dedilər “İnna tətəyyərna bikum” Sizin pis qədəminiz var, biz sizi pis görürük, sizin bura gəlməyinizi pisə yozuruq. Siz gəldiniz yağış yağmadı, siz gəldiniz bizə bədbəxtçilik gətirdiniz, sizin qədəminiz bizə düşmədi. “Tətəyyərna bikum” yəni sizin qədəminiz bizə düşmədi. Adətən bir cəmiyyətdə çətinlik və müşkül ola bilər. Haqqı və batili araşdırmaq qeyri əz müşkülat və rahatçılıqdır. Mümkündür insan haqq ola, müşkülü də ola. Bunlar istəyirlər psixoloji cəhətdən insanları təhrik etsinlər ki, baxın, bunlar gəldilər və biz bədbəxt  olduq. Onlar gəldilər yağış da yağmır. “İnna Tətəyyərna bikum” biz sizin gəlişinizi, qədəmlərinizi burda pisə yozuruq. Sizin qədəmləriniz bizə düşmür. Bəs əgər düşmürsə biz sizlə daha məntiqlə danışmırıq, elə evvəldən də məntiqlə danışmırdılar, şübhə ilə danışırdılar.

“Ləin ləm təntəhu” əgər siz işinizdən əl çəkməsəniz özü də “Ləin” and içirlər. Əgər əl çəkməsəniz “lənərcumənnəkum” sizi daş qalaq eyləyərik. Fəqət daş-qalaq etməklə iş bitməz. Mümkündür ki, bir nəfər daş-qalaq oluna amma ölməyə, elə daş-qalaqdan sonra da “Və ləyəməsənnəkum minna əzəbun əlim” Sizə bizdən bir dərdli və ağrılı əzab gələr. Yəni daş-qalağı davam verərik, bəzi təfsirlər deyir ki, ölümə qədər, ya daş-qalaqla paralel sizin, məsələn, dəmiri əridib gözünüzə və ya boğazınıza tökərik. Dərdli əzab çəkərsiniz və işkəncə görərsiniz bizdən. Yəni burdan çıxın gedin, burdan çıxıb getməsəniz, siz burda ölümlə üzbəüzsiniz, siz burda təhlükə ilə üzbəüzsiniz və bizdən sizə əzab gələr, yəni sizə işkəncə verərik. Adətən, zalım və məntiqsiz insanların məntiqləri zülm və zordur....

 

 

OXŞAR VIDEOLAR