Yasin surəsinin təfsiri - 5
Yasin surəsinin təfsiri (5-ci dərs)
“Qalu tairukum məakum əin zukkirtum bəl əntum qavmum musrifun"
Bu ayələrdə Allah mütəal bir şəhərin cərayanını nəql edir ki, o şəhərə üç Peyğəmbər göndərilmişdir. Bu üç peyğəmbərin sözlərinin qarşısında neçə etapda bunlar dayandılar, bir etapda şübhə istədilər yaysınlar, ki, əslən Allah peyğəmbər göndərməz göndərsə də insanı Peyğəmbər eləməz mələkləri göndərər. İkinci etapda da gördülər məntiq dərdə dəymir gəldilər dedilər əsla, peyğəmbərlik ola olmaya işimiz yoxdur sizin qədəminiz bura düşməyibdir. Vəxti sizin qədəminiz bizə düşməyibdir, sizlə müşkülat gəlib bizə, sizlə müsibətlər gəlib, çıxıb getmsəz sizi daşqalaq edəcəyik, çıxıb getməsəz bizdən sizə əzab gələcəkdir. Əvvala bu ki, bəzi mədəniyyətlərdə bir sıra xurafatlar var, o xurafatlar budur ki, insanın qədəmi düşdü, insanın qədəmi düşmədi və buna oxşar İslamın bir məsələsi budur ki, bu cür şeylərlə ki məntiqə uyğun deyil mübarizə eləsin. Mən bir iki misal vurum:
Bıçaq hədiyyə vermək dava yaradar, nərdivan altından keçmək uyğun deyil. Bir sıra belə xurafat, uydurmalar ki, bəzən bir sıra mədəniyyətlərdə vardı və bir əsası yoxdur. Quran deyir ki istəyirsiniz biləsiniz əsas nədir burda? İnsanın xoşbəxt olub, bədbəxt olmağı mənim gəlib gəlməməyimlə deyil. Biz gəlmişik qədəmimiz düşmədi, ya düşdü ondan deyil. Gedib bir az dərinləşsəniz, biz sizə deyərik nə sizə nəssdir, nə sizi bədbəxt eləyibdir. “Tairikum məəkum” Sizin bədbəxtediciniz özünüzdədir. “Tair” o zaman ki, yozardılar, adətən yozmalar quşla olardı.İnsan evindən eşiyə çıxanda, əgər quş sağ tərəfində uçsaydı, səfərə çıxanda deyərdilər “bu səfər uğurlu olacaq”. Sol tərəfinə uçsaydı, qarşıdan gələndə deyərdilər “bu səfər uğursuz olacaq”, bədbəxt olacağıq, çünki quşla yozardılar. “Tair” mənası yəni bədbəxtçiliyiniz, xoşbəxtçiliyiniz və “Tətəyyur “ da bu sözdəndir, yəni quşla yozmaq. Çünki əsasda bu xurafi əməli quşla yozardılar. Məsələn, Filan evin damına filan heyvan qonsaydı bu bədbəxt idi, yaxud da xoşbəxt idi.
Burda deyir “Tairukum” sizing bədbəxtliyiniz “Məəkum” özünüzlədir. Bu ki, siz əziyyətə düşürsünüz, ziyana düşürsünüz qayıdıb baxsanız görərsiniz ki, özünüzsünüz. İnsan bəzən tədbir etmir, bəzən fikirləşmir və məşvərət etmir nəticədə ziyana düşür. Ziyana düşəndə deyir, filankəsin gəlməyi bizim evimizdə dava yaratdı. Görürsən bəzən bir gəlinə əziyyət verirlər, ya bir qonağa əziyyət verirlər, deyirlər bu gəldi bizim evimizdə dava başladı, bunun ayağı (qədəmi) düşmədi. Diqqət etmirlər ki, insanın qədəmi, ayağı düşməyib nə deməkdir? Sən əgər işində məşvərət etməsən, işində tədbirlə, ağılla iş görməsən, duyğu ilə iş görsən və ya axirətini nəzərdə almasan, Allahın razılığını nəzərdə almasan, fəqət nəfsini nəzərdə alsan, iş görən zaman ziyana uğrayarsan. Bu gəlinin qədəmi xoş deyil, ayağı ağırdır, bunlarla özün yozursan və özünə təsəlli verirsən. Təsəlli vermək əvəzinə qayıdıb özünı baxmalısan “Tairukum məəkum” sizin pis yolda olmağınız, sizing bədbəxt olmağınız “Məəkum” özünlədir. Əməllərinizdir sizə xarablayıbdır “əin zukkirtum” aya xatırlatmırsız, qayıdıb təzəkkür tapmırsız? Təzəkkür yəni insan qayıdıb içərisində hadisələri xatırlaya, qayıdıb xatirələri, hadisələri analiz eyləyə. Onda görər ki, mən bu işləri gördüm deyə dava yarandı. Mən acı danışdım dava yarandı. Mən filan hadisədə yersiz qarışdım dava yarandı, ailədə dəxalət etdim deyə dava yarandı. Bu gəlinin qədəmindən deyildi, mənim dilimdən idi, mənim diqqətsizliyimdən idi, mənim hadisədə yersiz dəxalətimdən idi. “Tairukum məəkum” qayıt bax “Bəl əntum qəvmun musrifun” əsil problem biz deyilik, sizin israfçılığınızdır. Siz dünyada istəyirsiniz nəfsiniz nə istəyir görsün. Biz də qanun gətirmişik ki, nəfsiniz nə istəyir görməyin, Allahın razılığı ilə yaşayın.
Nəfs istədiyini görsən həyatında bədbəxtlik yaranar. Nəfs oddur. Od yansa insanın həyatında onun alovu, tüstüsü dünyada da bəzən insanın öz gözünü tutar. Ona görə siz qayıdın, baxın görün öz həyatınızda nə qədər nəfsinizlə yaşayırsınız; o nəfsinizin israfçılığı, o israf həyatında yaşamaq. İsraf fəqət bu deyil ki, insan bir neməti israf edə. O da israfdır. Məsələn, bəzi yerlərdə adətdir ki, özlərini ziyalı kimi, özlərini modern, müasirlik gözündə görərlər. Xörəyin üçdə birini yeyərlər qalanını çölə atarlar. Bu guya ki, müasirlikdir. Allahın nemətinə naşükür olmağı müasirlik sayarlar. Bu da israfın bir nümunəsidir. Digər nümunəsi insan vaxtını itirə, ömründən faydalanmaya. Digər nümunəsi budur ki, insan nəfsinin cilovunu əlindən ala, nəfsi nə istəyir öz həyatında görə. Bütün ömrü həyatı nəfsi istədiyi kimi keçiribdir. Bu da israfdır insan ömrünə və insan həyatına.
Siz qayıdıb baxsanız görərsiniz ki, bu israfınız səbəb olub sizin çətinliyə düşməyinizə. O vaxt ki, israf edirsiniz o vaxt ki, haqda azırsınız, nəfsinizlə yaşayırsınız Allah da sizə rəhmətindən azaldar, yağış da yağmaz. Allah rəhmətindən azaltsa bu peyğəmbərlərin günahı deyil. Peyğəmbərlər gəliblər sizə bərəkət gətirsinər ki, özünüzə qayıdasınız. O vaxt ki, özünüzə qayıtsanız görərsiniz ki, gərək israfdan, nəfsin qulluğundan çıxasınız. Onda həyatınıza xoşbəxtlik, bərəkət gələr. “Qalu tairukum məəkum əin zukkirtum”
İnsan bəzən çətinliyi görər, çətinliyin səbəbini görməz. Əsil amili görməz, müalicəsini də tərs edər. Görür yağış yağmır. Qayıdıb özünə baxmaq əvəzinə ki, mən səbəb olmuşam yağış yağmır, mənim günahım, mənim nəfsimə qulluq etməyim.
Qayıdır deyir ki, bu peyğəmbərlər ki, gəliblər onların ayaqları düşmədi bizim şəhərə. Ailə mühitində də o cürdür. Qayıdıb demək əvəzinə ki, mənim dilim səbəb oldu bu evdə dava yaransın, qayıdır deyir ki, yox, bu gəlinin ayağı səbəb oldu, o gəldi qədəmi düşmədi. Həqiqətdə mənim dilimin acılığı, mənim dilimin sancmağı bu işə səbəb olub. Deyir qayıt. Bəzən çətinliyin səbəbini düz görmürsən, müalicəsini də düz edə bilmirsən. Qayıtsan görərsən ki, müalicən sən özünsən. Özünü təmizləyə bilərsən, nəfsinin qulluğundan xilas edə bilərsən, onda görərsən ki, işlər düzəldi.
Məlumdur ki, bunlar qane olmadılıar. Bunlar çünki qorxutdular və dedilər ki, siz bu şəhərdən çıxmasanız sizi daş-qalaq edəcəyik və dedilər ki daş-qalaq ən azıdır. “Ləyəməssənnəkum minna əzabun əlim” Daş qalaqdan da artıq dərdli bir əzab da sizə gələcəkdir.
Bu anda bu hadisələrin içində bir nəfər də şəhərin dibindən bunların, bu üç peyğəmbərin köməyinə gəldi. Tarixdə və hədislərdə yazıblar ki, Həbibi Nəccar (Nəccar yəni, dülgər) şəhərin kənarında yaşayırdı. Ayənin axarından belə çıxır ki, bu elə də tanınmırdı. Amma bu hərəkətinə görə ki, peyğəmbərləri müdafiə etdi, haqqı müdafiə etdi bu səbəb oldu onun şəhid olmağına. Gəldi bu şəhər əhlinə ki, peyğəmbərləri qorxutdular, peyğəmbərləri daş-qalaq etməyi söz verdilər və onları qaş qalaq etdilər və bunun özünü də şəhid etdilər, onlara belə dedi; “Caaə min əksəli mədinəti rəculun” şəhərin dibindən bir kişi gəldi. “Rəcul” dan belə çıxır ki, tanınmış deyildi, bir məchul kişi idi. Ərəb dilini bilənlər bilirlər “Nəkrə” dir yəni tanınmayan bir kişi idi, şəhərdə çox tanınmırdı. Dindar bir kişi idi. Heç kim bunu çox tanımırdı. Bu gəldi dedi, özü də “Yəs a” tələsirdi, qaça-qaça gəldi. Gördü bunları öldürürlər, öldürməmişdən qabaq bunları müdafiə etdi. “Qalə ya qovmi ittəbiul mursəlin” Bu Həbib dülgər dedi, “Ya qovmi” yəni ey mənim qövmüm! Daha mən ki, ayrı yerdən gəlməmişəm, mənim də qədəmim pis deyil ki, m ki, gəlmə deyiləm, mən sizin özünüzdənəm “Ya qovmi” ey mənim qövmüm. “İttəbiul mursəlin” bu göndərilmişlərə tabe olun, bunların sözlərinə baxın. Çünki, onlar düz söz deyirlər və bunun da əvəzində sizdən bir şey almırlar. Axı bəzi insanlar var dünyəvi qəsdlə sizə yaxınlaşarlar. İstəyirlər yaxınlaşıb sizdən pul qopartsınlar və sizdən bir şey alsınlar. Deyir ki, görürsünüzmü bunların sizin dünyanızla işləri yoxdur və əcr də istəmirlər. Digər tərəfdən də baxsanız bunlar düz və pak adamdırlar. Həm pak adamdırlar, həm də sizdən heç nə istəmirlər. Bəs niyə sözlərinə baxmərsınız? Siz bir az ağlınızı işə salın görün bunlar pak insanlardır, pak söz deyirlər və sizdən də bir məqsəd güdmürlər. “İttəbiu” tabe olun, sözə baxın. Kimin? “Mən la yəsəlukum əcrən” o kəslərin ki, sizdən heç nə istəmirlər, əcr istəmirlər. Onlar demirlər ki, biz Allah tərəfindən peyğəmbər olaraq gəldiyimizə görə və Allahın sözlərini sizə çatdırmağımız üçün bizə filan qədər pul verin.
Bütün peyğəmbərlər gəlib ve belə deyiblər; “Qul la əsəlukum ələyhim min əcrin” biz sizdən heç nə istəmirik, əcr istəmirik “Və hum muhtədun” əcr istəmirlər bir yana, baxsanız onlar hidayət olunmuşdular. “Muhtədun” qeyri əz “Məhdiyyundur”. “Məhdiyyun da hidayət olunmuş mənasındadır. “Muhtədun” yəni daha çox hidayət olunmuş. Yəni bunların əməllərinə baxsan, davranışına baxsan, əxlaqına baxsan, etikalarına baxsan görərsən ki, daha çox hidayət olunublar. Siz biraz riayət edənə deyirsiniz bu şəxs ədəblidir. Bunlar isə ədəbin zirvəsindədirlər. Siz əxlaqına baxsanız zirvədədirlər, davranışlarına baxsanız görərsiniz ki, paklıq zirvəsindədirlər. Özləri təmiz adam sizdən də bir şey istəmirlər.
Bunları qoyun bir kənara, onların sözləri nədir? Sözləri budur ki, Allaha tabe olun, bütpərəstlikdən, şirkdən çıxın.
Həbib Nəccarın maraqlı təbliğ yolu var. Bəzi insanlar təbliğ edəndə, hey onları danlayarlar. Bu isə özündən başlayır. Deyir ki, mənə nə olubdur, düzdür onlara da deyir, yəni sizə də nə olubdur. Amma demək üslubu fərq edir. Bəzi demələr var insanları qaçırdar. Bəzi demələr də var ki, insanı insanın tərəfinə qaçırdar. İnsandan qaçırmaz, əksinə cəzb eyləyər. Quran peyğəmbəri Əkrəm barəsində buyurur; Sən Allahın rəhmətiydi sənə “Fə bimə rəhmətin minəllah lintə ləhum” onlara yumşaq idin, çün yumşaq idin ona görə də çoxu cəzb oldu. Düzdür bunlarda cəzb az idi, amma ədəbin, məntiqin, etikanın, yumşaqlığın o təbliğin üslubunu bizə göstərir. Bu cür başlayır deyir; “Nə olub mənə” əslində demək istəyir ki, sizə nə olubdur “Mali la əbudulləzi fətərəni”O ki, məni yaradıb ona ibadət etməliyəm.
Bunların öz dediklərini araşdıraq görək nə deyirlər. Özləri düz adamdırlar, sizdən də bir şey istəmirlər, gəlin sözlərini araşdıraq görək nə deyirlər. İnsanın əqli məntiqi dalınca olsa sözü də araşdırar. Bunlar deyirdilər Allaha ibadət edin, bütlərdən əl çəkin. Deyir “mənə nə olub ki, məni yaradan Allaha ibadət eyləməyəm. O ki, mənim xaliqimdir. O vaxt ki, məni xəlq edibdir, məni rəhmanlığı ilə yaradıb “Ərrəhman xələqəl insan” dır. Niyə mən Ona ibadət etməyim. Mənə bu qədər nemət verib; vücudum, əqlim, varlığımın hissələri nemətdir. Və sonra buyurur; “Və iləyhi turchəun” Allaha ibadət etməyimin ikinci sübutu budur ki , Onun tərəfinə qayıdacağam. İbadətin bir fəlsəfəsi budur ki, “Şükri münim” dir nemət verəni şükr etməkdir. İkinci fəlsəfəsi budur ki, ibadət oddan nicat tapmaqdır. Yəni ibadət səbəb ola ki, sənin axirətin xoş olsun. Həm nemət verənə şükr eylədin, çünki yaradıbdır, həm də gələcəkdə onunla üzbəüzsən “iləyhi turchəun” ona tərəf qayıdacaqsınız. O vaxt ki, sən dünyadan Bərzəxə, qiyamətə köçdün Allahla üzbəüz olacaqsan. Orada bu ibadətlər sənə nicat verəcək. Niyə Allaha ibadət etməyim?
“Əəttəxizu min dunihi alihətən” aya Allahdan qeyrisinə məbudlar seçəm? ”İn yuridir rəhman bi zurrin” o rəhman Allah əgər istəsə mənə zərər yetirsin, bu məbudların heç faydası yoxdur. “La tuğni ənni şəfaətuhum şəyən” Bu məbudlar, bütlər və daşlar ki, mən onlara pərəstiş edirəm onların şəfaətlərinin mənə bir faydası yoxdur və məni ehtiyacsız etməz. Deyir, mən Onun qapısına gedim ki, mənə xeyri var, mənim çətin vəziyyətlərimdə mənə nicat verəndir, köməklik edəndir...