Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 6

Yasin surəsinin təfsiri (6-cl dərs)

İnni izən ləfi zəlalin mubin.

İnni aməntu birəbbikum fəsməun

Ərz elədik Yasin surəsində Allah-mütəal bir qissəni, bir hadisəni, bir hekayəti məsəl vurur. Bu məsəl ki, Allah-mütəal vurur üç peyğəmbərin cərəyanıdır. Allah-mütəal ya birbaşa özü, ya İsa (ə) vasitəsilə bu üç peyğəmbəri göndərir bir şəhərə. O şəhərin insanları danırlar. Əvvəl şübhə gətirirlər ki, insan peyğəmbər olmaz; ikinci bunu qorxudurlar ki, əgər bu işlərinizdən əl çəkməsəniz daş-qalaq eliyərik. Bu əsnada bir şəxsi bu şəhərin dibindən “min əqsəl mədinə” şəhərin dibindən yəni bunlarla bir növ razılaşmayıblar, bir növ qərara gəlməyiblər ki, sən gəl bizdən difa eylə. Bu şəhərin dibində idi, bu özü iman gətirmişdi bunların sözlərini qulaq asıb və qəbul etmişdi. Ordan gəlir bu insanlardan, bu peyğəmbərlərdən difa eyləsin və bu difa o həddə olur ki, onu şəhid eyləyirlər. Bu məsəli vurur Allah-mütəal bu surədə. Məsəl nə üçün vurulubdur? Məsəl-iki cəhəti var. Bir budur ki, təsəlliydi peyğəmbərə və onlar ki, peyğəmbərə iman gətiriblər. İkinci cəhətdən də xəbərdarlıqdır Məkkənin bütpərəstlərinə ki, sizin də taleyiniz haman taleyə düşə bilər ki, bu peyğəmbəri dananlara düşdü, amma neçə cəhətdən oxşayır. Bir budur ki, necə o şəhərə peyğəmbərlər gəldi möcüzəylə gətirdilər, Məkkəyə də peyğəmbər gəldi, “bil-bəyyinat” gəldi Quran gətirdi, möcüzə gətirdi. İkinci cəhət – necə bir sıra iddə o üç nəfər peyğəmbəri dandılar ki, peyğəmbər insan ola bilməz, insandan peyğəmbər çıxmaz. Həmin sözü də ayətdə var ki, bizim peyğəmbərlərimizə buyurdular. Necə ki, insanlar durdular “min əqsəl mədinə” gəldilər bu üç peyğəmbərdən müdafiə elədilər şəhadət həddə qədər, peyğəmbərin öz adamlarından da Məkkə şəhərində var idilər: yasirlilər, var idilər süməyyələr, var idilər buna oxşar əshabi ki, müdafiə etdilər şəhadətə qədər. Bəs məsəl vurur “əshabi Qəryə”ni, o məskuni şəhərinin adamlarını məsəl vurur Məkkəyə. Məkkədə peyğəmbərin işinə, Məkkədə peyğəmbərin əshabının işinə, Məkkədə peyğəmbərin müxaliflərinin işinə. Hamısı cəhətdən məsəldi. Yəni siz də deyə bilərsiniz o hadisələri orda tarixdə də götürəsiz bu “əshabi Qəryə”nin tarixində. Buyurur ki, bu şəxs ki, mömini ali Yasindir, bu şəxs Yasin surəsinin möminidir  bu şəxs gəldi müdafiə elədi. Adı Həbibi Nəccardır. Bu müdafiə o qədər elədi həm məntiqlə, həm müqavimət elədi dayandı. O adamlar ki, peyğəmbərləri daş-qalağla qorxutdular bunu ondan da yuxarı, deyirlər o qədər vurdular, təpiklərinin altında öldü və şəhid oldu. Bunun məntiqi bu idi. Buyurur ki, mən əvvələn çün məni yaradıb pərəstiş eləməliyəm O Allaha. İkinci cəhətdən çün Ona tərəf müraciət eləyəcəyəm pərəstiş eləməliyəm Allaha. Burda məntiqlə onları başa salır ki, bilirsiniz kimin gərək qarşısında pərəstiş eliyəsiniz? “ma li la ə`budul-ləzi fətərəni” O Allah ki, bizi fitrətimizi yaradıb, bizi sabiqəsiz “fətərə” “xələqə”ynən” fərqi budur ki, əgər sabiqə bir xəritə üzüylə yaratsa olar “xələqə” və amma əgər yox sabiqəsiz yaradıbdır, qabaqcadan bir xəritə yox idi, bir nümunə, bir ulqu, model yox idi ona deyərlər “fətərə”.  Bir Allah ki, bizi “fətərə” yaradıbdır nümunəsiz, yaradıb modelsiz o Allaha pərəstiş eləməliyik. O Allah ki, “iləyhi turcəun”  Ona tərəf qayıdacaqsınız, Ona pərəstiş eləməliyik. Amma bu bütlər ki, onların sizə zərəri yoxdur, sizə xeyri də yoxdur, vaxtı gələndə sizdən müdafiə eləyə bilməzlər. O Rəhman Allah istəsə sizə zərər yetirsin bunların heç müdafiələrinin faydası yoxdur. Deyir, mən necə bunları görə-görə ki, Allaha gərək əyiləm, pərəstiş eləyəm, bu bütlərin vəziyyətini görə-görə mən necə əl çəkim Allahi vahiddən və gələm söykənəm bu bütlərə? Belə olsam “inni izən ləfi zəlalin mubin” həqiqətən mən belənçi vaxtda ki, sübutları görürəm, məntiqi görürəm eyni halda yaşayışımı çevirəm ayrı cür yaşayam, azmaqda ollam. Özü də aydın azmaqda, “zəlal” yəni azmaq. İnsanın bir yolu var. Bu “zəlal” kəlməsi Quranda əcib kəlmədir. “Həda”, “zəlal” bunlar göstərir ki, insanın dünyada bir yolu var ki,  o yolu getməsə olar zəlalət; o yolu getsə olar hidayət. Bəs hər yolnan insan məqsədə çatmaz. Bir dənə yol var, o yolnan gedə bilərsən məqsədə. Deyir, mən əgər gözüm görə-görə, əqlim işləyə-işləyə, məntiqləri dinləyə-dinləyə gələm bütpərəstliyə, bu peyğəmbərlərdən əl çəkəm “inni izən ləfi zəlalin mubin”.

Ona görə diqqət eləyin. Görürsən isbat elədi, sübut gətirdi, tədricən yavaş-yavaş başladı öz imanını, əqidəsini aşkar deməyə. Sübut və imanını aşkar eləmək. Əvvəl sübut gətirdi, çün İslam dinində gözübağlı inanmaq yoxdur, İslam dinində kor-koranə inanmaq yoxdur; məntiqlə inanmaq var, düşünməklə inanmaq var. Ona görə davamında buyurur  “İnni aməntu birəbbikum”  Mənim sizin Rəbbinizə imanım var. Bu “birəbbikum” “kum” hara qayıdır? Bir sıra müfəssirlərin nəzəri budur ki, “kum” yəni peyğəmbərlərə də bunu qeyd eləyir. Deyir, ey Allahın peyğəmbərləri mənim sizin Rəbbinizə imanım var. Niyə Rəbbinizə imanım var? Çün məntiqim var, məntiqimi də izah elədim. Şəhadət verir bir növ peyğəmbərlərin gətirdiklərini aşkarcasına elan eləyir. Peyğəmbərin hüzurunda bunu, öz imanını ibraz eləyir, üzə çıxardır. Bəziləri deyirlər “kum” yəni bu adamlardır, bu bütpərəstlərdir. Bu cür izah ki, mən verdim sizin Rəbbinizdir də. Mən ki, iman gətirəm öz Rəbbimə, fəqət iman gətirmirəm ki, mən iman gətirirəm “inni aməntu birəbbikum”, sizin Rəbbinizə də iman gətirirəm. Və bu qabaqkı sözlərnən uyğun budur, çün bu Həbibi Nəccar onlarla danışırdı. Deyirdi mənə nə olub ki, mən iman gətirməyəm, sizə nə olub ki, siz iman gətirməyəsiniz? Mən iman gətirmişəm elə sizin Rəbbinizə. Onda davamında buyurur ki, “Fəsməuni”  Bəs siz eşidin məni. Eşidin, yəni siz də qəbul eləyin və siz də iman gətirin. Əgər bu məna eləsək ki, bu danışır bütpərəstlərə, mən iman gətirdim bütpərəstlər, sizin Rəbbinizə də, siz də qəbul eləyin məni. Amma əgər peyğəmbərlərə məna eləsək, mən iman gətirdim ya Rəsullar sizin Rəbbinizə. Bəs “fəsməun” eşidin, mənim bu imanımı görün, şəhadət verin.

“Səmiə” sözü ərəb dilində həm eşitməyə deyərlər, həm qəbul eləməyə. Məsələn, deyirik “ya Səmiəd dua” ey duaları qəbul eləyən. Allah fəqət duaları eşidən deyil ki, duaları qəbul eliyəndir də. Buyurur ki, daha burda davamında cərəyanın hekayəti  bu söz yoxdur ki, bu nə oldu? Amma cərəyandan bilinir ki, bunu şəhid elədilər. Çün davamında belənçidi “qiləd xulil cənnəh”. Buna dedilər daxil ol Cənnətə. Yəni bu hadisələri dedi. Daha hədislərdə varımızdır ki, bunu ayaqla tapdaladılar və şəhid elədilər. Allah-mütəal buyurur ki, bu “qilə”, Ya Allah-mütəal buyurur, ya mələklər buyururlar “ud xulil cənnəh” gir Cənnətə. Yəni burda “qilə” yəni Cənnətin qapısı açılır və bu Cənnətə girir. “Qilə” burda Allahın deməyi ilə felidir, Allahın görməyidir. Vəxti deyir ki, gir Cənnətə, yəni bu işi görür Allah, bunu Cənnətə aparır. Bu hansı Cənnətdir ki, insan öləndə gedir? Axı biz eşitmişik insan Cənnətə gedər Qiyamət günü. Vəxti Qiyamət olur gedir Cənnətə, ya Cəhənnəmə. Amma burda görünür ki, Həbibi Nəccarın ölən ləhzəsi girir Cənnətə “qiləd xulil cənnəh” Bu o Cənnətdir ki, Bərzəx Cənnətidir. Yəni insanın iki dənə Cənnəti var, iki dənə Cəhənnəmi var. Bir Cənnət varıdır Bərzəxdə, bir Cənnət varıdır Qiyamətdə. Bir Cəhənnəm varıdır Bərzəxdə, bir Cəhənnəm varıdır Qiyamətdə. Məruf bir hədisdi, həm əhli-sünnə nəql eləyib, həm Əhli-beyt məktəbində nəql olunub peyğəmbəri Əkrəmdən. Buyurur: “Əl qəbru rovzətun min riyazil cənnəh əv ğufrətun min ğufərin nar” Qəbr ki, Bərzəx aləmi insan köçəndən sonra o aləmə deyərlər qəbr. Belə deyil ki, qəbr bir aləm ola, Bərzəx bir aləm. Yox. İnsan dünyadan köçdü deyərlər qəbr aləmi, Bərzəx aləmi. Bu qəbru Bərzəx aləmi ya bir Cənnət bağlarından bir gülüstandır, “rouzətun min riyazil cənnət “ ya “əv ğufrətun min ğufərin nar”  oddu Cəhənnəm çalalarından.

Yaxşı, insan bəs varid olanda Bərzəxə Cənnətə girir “qiləd xulil cənnəh” Buyurur ki, “qalə ya ləytə qəvmi yə`ləmun.” Bu Cənnətə ki, girdi həmin an “qalə ya ləytə qəvmi yə`ləmun.” Ey, kaş mənim qövmüm bileydi. Bilirsiz şəhid iki dənə söz danışar şəhid olandan sonra. Bir ayə var orda buyurur ki “Və yəstəbşirunə bil ləzi ləm yəlhəqu bihim” Allahdan müjdə istəyər, Allahdan bəşarət istəyər onlara ki, hələ gəlməyiblər. Bəzi insanlar var ki, hələ yoldadırlar, bunlar hələ şəhid olmayıblar. Allahdan istər ki, onların sərnəveşti taleyi hardadır, onlardan müjdə istər Allahdan onların barəsində, bu bir. Şəhidin bir sözü də onlaradır ki, hələ dünyadadırlar. Bəs şəhidin bir sözü Bərzəxdə Allahladır, Allahdan onların barəsində soruşar, bəşarət alar. İkincisi də budur ki, yox onların özlərinə barəsində danışar, deyər ki, “ya ləytə qəvmi” Ey kaş, mənim qövmüm “yələmun” bileydi. Nəyi bileydi mənim qövmüm? Bunu bileydi ki, “bima ğəfərə li Rəbbi”. Bunu ki, Rəbbim məni bağışladı. Mənim bağışlanmağımı bunlar biləydilər. Necə Rəbbim məni bağışladı “və cəələni minəl mukrəmin” və Rəbbim necə əzizlədi və mukrəmlərdən qərar verdi. Alicənablardan və möhtərəm insanlardan qərar verdi, Bərzəxin mukrəmi, Bərzəxin möhtərəmi.

Bu ayə neçə cəhətdən araşdırılmalıdı. Bir budur ki, şəhid şəhidliyə çatandan sonra arzu eləyir. Allahdan özünün nemətlərini hiss eləyir, həm arzudur, həm hissdir. Görür ki, Allah bağışladı – bir; görür ki, Allah ikram elədi – iki və arzu eləyir kaş bunları da dünyada qalanlar bilərlər. Bu görsədir ki, həyati Bərzəxi var, yəni insan dünyasını köçəndən sonra yox olmur ta Qiyamətdə dirilsin. Bir əqidə bəhslərindən biri ki, Quranın izahatından da çıxır, o da budur ki, insan həmişə müsafirdir. İnsan belə deyil ki, bir ortada yox ola, yox olandan sonra Qiyamətdə təzədən var ola. Yox ölüb-dirilmək başqa mənayadır. Ölmək-yəni köçmək, dirilmək yəni Bərzəx aləmində təzədən yaşamaq. Belə deyil ki, insan yox olur. Bəziləri fikirləşirlər insan fot olur, həlak olur öləndə. İnsan fotu həlak olmur öləndə; insan vəfat eləyir. Vəfat - yəni canını təhvil verir, köçür ayrı aləmə. Vəxti köçdü ayrı aləmə o aləmdə şüur var, hiss var, arzu var. Görürsüz deyir ki, “ya ləytə qəvmi yə`ləmun.” Arzu eləyir, hələ qövmü dünyadadır. O birisi ayələr göstərir ki, qövmünə sonra əzab göndərdi. Deyir, ey kaş, bu qövmüm ki, dünyadadırlar biləydilər bəs mən arzu eləyirəm. Mən ki, şəhid olmuşam, köçmüşəm, biləydilər Allah məni nə cür əzizlədi, bağışladı. Bunları da mən hiss eləyirəm Bərzəxdə. Hətta bir əcib hədis vardı bu ki, aya insan behiştə girdi, behiştə girəndən sonra ki, arzu eliyər qayıtsın behiştdən çıxsın? Hədislərimizdə vardır ki, heç insan arzu eləməz behiştə girəndən sonra behiştdən çıxsın. İlla ki, şəhid. Məgər o ki, Allah yolunda şəhid olub niyə bunu arzu eləyə? Çün o qədər əzizlənibdir yolda can verəndən sonra. “qiləd xulil cənnəh” ta “cəələni minəl mukrəmin”   O qədər əzizlənib ki, arzu eləyər təzədən Qiyamət günü o behiştdən çıxsın, yenə bu yolu təzədən getsin və bu əzizləmə yolu , proses təzədən olsun. Ona görə “cəələni minəl mukrəmin” böyük sözdür. Biz bu ikramı burda dərk eləyə bilmirik. Alicənablıq, möhtərəmlik Allahın yanında Allahın məxsus qonağıdır. Bir ayrı ayədə belə ifadə eləyir “ində Rəbbihim yurzəqun” Allahlarının nəzdində, Allahlarının yanında ruzulanırlar. Bir sıra insanlar var Bərzəxə köçdülər öz əməllərindən ruzulanmalıdırlar, öz süfrələrindən yeməlidirlər nə əməl eləyiblər. Bəzi insanlar Allahın süfrəsindədirlər  “ində Rəbbihim yurzəqun”. “İndə Rəbb” ayrı sözdür. “İndəl əməl” deyil, “ində Rəbbdir”. O şəhid “ində Rəbbihim yurzəqun”dur.  Allahlarının yanında ruzulanırlar. Bir sıra ayətdən belə çıxır ki, insan vəxti şəhid oldu, başqasıyla fərqi budur ki, şəhid diri-diri Bərzəxə gedər, başqaları ölərlər Bərzəxə gedərlər. Bu nə deməkdir? Hamı ki, bədən baxımından, dünya baxımından ölər. Dünya baxımından ölmək budur ki, hamı ki, ruhu bədənindən çıxar, hamı ki, daha bədəni burda hissizdir öləndə, bu baxımdan dünya ölümü baxımından ikisi də birdir. Şəhiddə də dünya ölümü var, bu birisinin də. Bəs niyə deyirlər şəhid diridir “La təhsəbənnələzinə” xəyal eləməyin, “La təqulu” deməyin. Bir ayədə deyir, deməyin. Bir ayədə deyir xəyal eləməyin. Bir ayədə deyir dilinizə gətirməyin ki, şəhidlər ölüdürlər. Bir ayədə deyir yox, dilinizə gətirməyin heç, xəyalınıza da gətirməyin. “La təqulu limən yuqtəl fi səbilillah əmvat” Bu ayə budur ki, deməyin, dilinə gətirmə. Bir ayə isə buyurur “La təhsəbənnə” xəyal eləməyin, zehninizə gətirməyin. Bunlar ölü deyillər, diridirlər. Bu nə deməkdir? Dünya baxımından ki, ölüdürlər. Biz insanlar, adi insanlar köçəndə vəxti köçürük bəzən bilmirik öldük, bilmirik bizi dəfn eləyirlər, bilmirik bizi qoydular qəbrə. Bir müddət sonra yavaş-yavaş dərk eləyirik ki, öldük və bizi qoydular qəbr evinə. Amma şəhid bu proseslərin hamısını, o köçmə prosesinin hamısını müşahidə eləyir. Görür bunu dəfn eləyirlər, görür bunu aparırlar, görür bunu qəbrə qoydular, görürlər bunun cənazəsində nələr deyirlər, bu müşahidə eləyir. Bu əhya gedir, şəhid “həyy” olaraq gedir; adi ölülər “həyy” olaraq getmirlər ölü olaraq gedirlər. Sonra orda ayılırlar, görürlər ki, bunlar köçdülər ayrı aləmə. Köçən anda o hissləri yoxdur ki, bunlar qəbrə qoyuldu. Ona görə şəhidin məqamı bu ayətdən də çıxır “cəələni minəl mukrəmin”..

 

OXŞAR VIDEOLAR