Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 7

Yasin surəsinin təfsiri (7-ci dərs)

Qilədxulil-cənnətə qalə ya ləytə qəvmi yə`ləmun.

Bima ğəfərə li Rəbbi və cəələni minəl-mukrəmin.

Bu ayələr Həbibi Nəccar barəsindədir. O zaman ki, Həbibi Nəccarı şəhid etdilər  və o an Allah-təala buyurdu “qiləd xulil cənnəh” Deyildi daxil ol cənnətə. O ki peyğəmbərləri müdafiə eylədi və bu müdafiədə şəhid oldu. Allah taala buyurur “qiləd xulil cənnəh”. Ərz elədik ki, bu cənnət cənnəti Bərzəxdir. Yəni insan üç aləmdə yaşayacaq. Bir – dünya aləmidi. Dünya aləmindən köçəcək Bərzəx aləmində yaşayacaq. Bərzəxdə insanın bədəni, bu adi cismi bədəni yoxdur. Bir məxsus bədən ilə ruh var. Sonra Qiyamət aləminə köçəcəkdir və Qiyamət aləmində ruh bədənə qayıdacaq. Məad baş verəcək, rucu baş verəcək, ruh bədənə qayıdacaq və Qiyamət aləmi olacaqdır. Bəs üç aləm var. Dünya, Bərzəx, Axirət Qiyamət. İnsan Bərzəxdə də yaşayır, Bərzəxin də həyatı vardır. Yasin surəsindəki ayələrdən sübut gətirə bilərik ki, Bərzəxdə həyat vardır.

Ona dedilər “Qiləd xulil cənnəh” gir cənnətə və cənnətə girəndən sonra arzu edir:”ey kaş mənim burada vəziyyətimi biləydilər, mənim vəziyyətimdən xəbərdar olaydılar ki, Allah məni bağışladı, Allah məni nə cür əzizləyir.” Orada həm əzizlənmək var, bağışlanmaq var, həm arzu var. Bu ayə göstərir ki, Bərzəxi həyat var. Bəzi insanların səthi düşüncələri  səbəb olub ki, Bərzəx həyatını dərk etməsinlər. Guya ki, biz ölüdən bir şey istəyirik. Biz ölüdən bir şey istəmirik, diridən istəyirik, amma Bərzəx həyatında olan diridən. Bunu dərk etməyən bəzi dini səthi düşünənlər  deyirlər ki, elə ki bir nəfər öldü – heç oldu, yox oldu. İnsan öləndə yox olmur, heç olmur. Köçdü və orada da bir həyatı var 

“Qiləd xulil cənnəh”. Bu bir sıra təkfirçilərdir (insanlardır) ki, İslamı düzgün başa düşmürlər və hər şeyə şirklə, küfrlə möhür vururlar. Bir əqidəvi köklərinin məsələsi budur ki, Bərzəxi həyatı başa düşmürlər, Bərzəxi həyata inanmırlar. Quranın çoxlu ayələrində Bərzəxi həyat var. Biri bu ayədir. Digər ayə budur, Nuh surəsinin 25-ci ayəsində buyurur  “Mimma xətiiətihim uğriqu fəudxilu narən” Bunlar günahlarına  görə “uğriqu,” boğuldular. Dənizdə boğuldular. O zaman ki, günahlarına görə boğuldular. “Fəudxilu narən”   bunlar elə həmin an daxil oldular oda. Bu od Bərzəx odudur. Özü də elə boğulan  an daxil olacaqlar oda, nəinki onlar gözləyirlər ki, Qiyamət olacaq, mühasibə, hesab-kitab sonra daxil olacaqlar. Yox, ayə deyir ki, bunlar günahlarına görə boğuldular və boğulan an daxil oldular oda. Ğafir surəsinin 11-ci ayəsində belə, buyurur; “Rəbbəna əməttəna isnətəyni və əhyəytəna isnatayni” Allah-təala bizi iki vaxt dirildirsən, iki vaxt öldürürsən. Bunun mənası nədir? Məlumdur ki, insan bir dəfə ölür, bir dəfə də diriləcək. Deyir xeyr iki dəfə. Sən bərzəxdə də dirilmisən, Bərzəxdə də varsan, yenidən, Bərzəxdən köçəcəksən Qiyamətə.

Sənin üç dənə həyatın var. İki dəfə öləcəksən.  Dünyada ölürsən, bərzəxə girirsən. Bərzəxdə ölürsən Qiyamətə köçürsən. Ölüm yəni köçmək-hicrət. Ya şəhidlər ayəsindəki, şühədaya, şəhidlərə Allah yolunda ölənlərə ölü deməyin, diridirlər, hamı diridir. O zaman ki, onlar diridirlər, biz də diriyik. Amma fərqi budur ki, biz “ində rəbbihim   yurzəqun” dayıq   ruzi gözləyirik, Allah tərəfindən ruzi alırıq, əməllərimizdən ruzulanırıq, onlar Allah yanında ruzilənirlər. İkinci fərqi budur ki,onlar Bərzəxə diri köçürlər, biz isə Bərzəxə ölü köçürük. Biz köçəndə xəbərimiz yoxdu ki, biz ölmüşük. Bizi dəfn edirlər, cənazəmizi aparırlar sonra ayılırıq ki, belə olub. Amma onlar yox. Tamam hadisəni müşahidə edib elə görürlər. Şəhidlərlə bizim fərqimiz burdadı, amma Bərzəxdə onlar da diridirlər biz də diriyik. Şəhid ayələri var. Ali-imran surəsinin 169, Bəqərə surəsinin 154-cü ayəsidir. Birində buyurur ki, deməyin ölüdürlər. O birində isə buyurur: xəyal etməyin, zehninizə gətirməyin ki, ölüdürlər. Ya Ğafir surəsinin 46-cı ayəsində də buyurur; “Ənnəru yurəzunə ələyhə ğuduvvən və əşiyyən”  Bu adamlar ki, dünyadan köçürlər cəhənnəmin axşam və sübh odunu bunlara göstərərlər. Və davamında buyurur ki, Qiyamət günü deyərlər daxil ol bu oda. Bu ikinci mərhələdi. Ondan əvvəlki mərhələdə sübh və axşam bunları oda göstərərlər. Hələ Qiyamət günü olmalıdır. Bəs Bərzəx həyatı var  ki, bu Bərzəx həyatında sübh var, axşam var, odu göstərmək var. Bərzəxin əzablarından biri cəhənnəm odunu bunlara göstərməkdi. Sizin yeriniz budur, siz burada yanacaqsınız. Hədislərimizdə də var. “Əl qəbru rovzətun min riyazil cənnəh əv ğufrətun min ğufərin nar” Qəbir gülüstandı cənnət bağlarından, ya çaladı cəhənnəm çalalarından. Bəs Bərzəx və qəbr aləmində həyat var. Biz namazda peyğəmbərə salam verdiyimiz vaxt “ Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuh” `Biz diriyə salam veririk, amma Bərzəx həyatındakı diriyə. Belə deyil ki, biz heçə salam veririk. Qiyamət günü gələcəkdi, var olacaqdı o salamlarımızı onda Allah beləsinə çatdıracaqdı. İndi elə salam veririk və indi bu salam da bizə çatdırılır və o hətmən bu salamı eşidir. Bu bir cəhət. Bu ayə bir cəhətdən böyük əhəmiyyətli ayədir ki, bu əsasda dayanmalıyıq ki, Həbibi Nəccar Bərzəx aləmində arzu eləyir, Bərzəx aləmində hiss eyləyir Allahın bağışlanmağını və Bərzəx aləmində Allahın mukrəmliyini, alicənablığını hiss eyləyir.

Digər nöqtə bu ayədə o da budur ki, bəzən insan Allahın sözünü deyər, məsələn, rəsulullah gəlib Allah kəlamını bizə çatdırsın. İnsan da Allahın sözünü deyir. Rəsuldu bəlağ eləyir, çatdırır. Bəzən insan bir məqama yetişər, insan bir dərəcəyə yetişər ki, Allah insanın sözünü bizə çatdırar, mesajını bizə çatdırar. Bu ayədə şəhidin sözünü Bərzəxdə Allah bizə çatdırır. Bu sözü şəhid Bərzəxdə deyib, “ya ləytə qovmi yəələmun bima ğəfərə li Rəbbi və cəələni minəl mukrəmin” amma Allah bu sözü, şəhidin sözünü bizə dünyada çatdırır ki, o şəhid belə deyir. Gör nə əzəmətli sözdür ki, Allah vasitədir, Allah rəsuldu. Bəzən insan rəsuldu Allaha, bəzən Allah rəsuldu insana. Allah şəhidin  kələmatına  Bərzəxdə rəsuldu və onu bizə çatdırır ki, ey kaş siz də biləydiniz   

   İnsan müsafirdi, ey kaş o birisi dünyanın hadisələrini burda bilə. Düzdür bir sıra insanlar bilərlər, onlar İmam Əli (ə) kimidirlər ki buyuru; “Ləv kuşifəl ğita məzdəttu yəqina” Əgər pərdə gözümüzün qabağından getsə mənim yəqinimə artmaz, çün mən görürəm. Vəxti o görür, biz o görəndən soruşaq, o görənin sözünə qulaq asaq, görənin minbərində oturaq, o görənin kələmatında, xütbələrində oturaq. Onda bizdə ey kaş həmin bu şəhidin sözü olar ki, ey kaş bileydik ki, orda nə xəbər var. Əgər Allah deməsə orda nə xəbər var, biz bilmərik ki. Əgər o adamlar ki, gediblər, ya onlara fərq eləməz burda da olsalar pərdə yoxdur o birisi dünyaya nisbət. Məsələn, Əmirəlmöminin. Bunların insan gərək sözlərinə baxa ta, o birisi dünyada bilə nə xəbər var, çün müsafirdi. Müsafir gərək o ölkəyə ki gedir, o ölkədən xəbəri ola. Sən vəxti ki, burdasan buradan köçəcəksən. O köçdüyün yerdən xəbərin olmasa ki, nə aparmalısan çantan boş gedərsən çox vaxtlar “Ğədən yolən mənil fəqir və mənil ğəni” Sabah bilinər kim kasıbdı, kim varlı. Çün çoxunun xəbəri yoxdu orda nə xəbər var. Sumkaya (çantaya) nə doldurmalısan, nə aparsan orda xəridar var, alan var, faydası vardır. Götürür hər nə doldurur öləndə boşaldırlar. Deyirlər burdan belə apara bilməzsən. Sərhəddən qoymurlar keçsin. Deyirlər bu o birisi ölkədə qadağandır,bu  mallar getməz. Sən qazanmısan mal-dövlət, hər nə qazanmısan, qoyacaqsan qalacaq burda. O ki, apara biləcəksən çantanda gərək onu da öyrənəsən ki, nəyi aparmaq olar, ta biləsən ki, nə cür əzizlənəsən.

Ey kaş mənim qövmüm biləydi, Allahım məni necə bağışladı və mənə necə ikram eylədi. Şəhidin günahları da bağışlanar. Əlbəttə bir istisna var o istisna da əhəmiyyəte o günahı yetirir. Şəhidin tamam günahı bağışlanar. Şəhidin qanının əvvəl qətrəsi ki yeri töküldü günahlarının hamısı bağışlanar illa “haqqunnas” misal üçün borcu var hələ ödəməyib və ya başqasının haqqı var boynunda hələ yerinə yetirməyib. Onlardan gərək razılıq alına. “Haqqunas” başqa insanların insanın boynunda haqqı olsa bu ayrı model gərək bağışlana. Gərək gedib halallıq alına, gedib razılıq oluna bu bunun əhəmiyyətidir.

Sonra buyurur ki: “Və ma ənzəlna əla qovmihi min bəədihi min cundin minəs səma”

Bu hadisə belə davam edir. Allah taala bu qövmü bu insanları ki üç peyğəmbər öldürdülər o haqda müdafiə edəni şəhid etdilər bunlara əzab göndərdi. Amma deyir mənim əzabım belə deyil ki, bir qövmə istəsəm əzab göndərim bu qövmə göydən qoşun gətirəm və ya göydən bəla gətirəm. Mən elə yerdə də bəlanı gətirə bilərəm. Su da mənimdir. Su ilə də boğa bilərəm. Ağcaqanad da mənimdir. Onunla da öldürə bilərəm. “Lillahi cunudis səməvati vəl ərz” İnsan o vaxt ki dərk etdi göylərin və yerin qoşunu Allahdır bunlar Allahındır. Göylərin və yerin qoşunu Allahdır. Mənim ağzım da Allahındır, əlim də Allhındır, qəlbim də Allahındır. Firon o vaxt min nəfər insan öldürdü. Öldürdü ki, ta Musa dirilməsin. Allah Musanı diriltdi, Musanı saxladı və verdi Fironun qucağında böyütdü. Yəni sən Allahla (hətta sənin qəlbin də Allahın qoşunudu) mübarizə edə bilməzən.

Deyir o vaxt ki, biz göydən bunlara bəla gətirirk belə deyil ki, həmişə göydən bəla yağdıraq. Və yaxud mələklərlə bəla gətirək. Buna gərək yoxdur elə bütün qoşun bizimdir. Bəzən yeri açarıq girərlər yerə. Bəzən su ilə boğarıq. “Şəqqul ərz” olar. Bəzən “Şəqqul bəhr” olar. Bəzən “Şəqqul ma” olar. Bizimi müxtəlif bəlalarımız var yer üzərində. Yeri açarıq girərlər yerin içinə. Qarun belə oldu. “Fəxəsəfna bihi və bidari” Bəzən “Şəqqul bəhr” edərik “Fənəbəznahum fil yəm” Fironu dənizdə boğduq. Bəzən dənizlə deyil su ilə boğarıq. Hər yerdən su çıxar və bunları boğar. Necə ki, Hz.Nuhun qövmü Nuhu (ə) dandılar və bu bəlaya düçar oldular. Yəni sən xəyal etmə ki, biz göydən gərək qoşun gətirək, göydən mələk gətirək. Aləm bizim qoşunumuzdur.

Buyurur ki; “Və ma ənzəlna əla qovmihi” biz nazil etmədik “Əla qovmihi” bu Həbib Nəccarın qövminə “min bəədihi” bundan sonra (yəni bunu şəhid edəndən sonra) Biz nazil etmədik “min cundin minəs səma” göydən qoşun. “Və ma kunna munzirin” Bizim adətimiz də bu deyildi ki, buna bu cür edək. Düzdür yeri gəlsə nazil edərik. “ma kunna munzirin” belə deyil ki Allah heç vaxt göndərməz. Yox, belə deyil ki həmişə göndərək. Biz vaxtı olsa da göndərərik. Həzrət peyğəmbərimizin dövründə “Bədr” və “Əhzab” döyüşünda Allah taala mələklər göndərdi. Və bu mələklərlə qələbə çaldırdı. Əhzab surəsinin 9-cu ayəsində buyurur ki; “...Fəərsəlna ələyhim riihən və cunudən ləm tərəvha” Biz “Əhzab” (Xəndək) müharibəsində həm külək göndərdik, külək bizim qoşunumuzdur, külək gəldi kafirlər qorxdular və həm “cunudən ləm tərəvha” həm də bir sıra qoşunlar göndərdik siz onları görmədiniz, mələklər göndərdik siz onları görmədiniz.

Biz bu işi də görürük vaxtında, şəraitində, amma adətimiz deyil hər vaxt göydən mələk göndərək, göydən qoşun göndərək, bəla göndərək. Biz istəsək söndürərik bunların həyatlarını  hay-küyləri qurtarar və sönərlər. Bizim əlimizdə bu insanların bu hay-küylər bu dəbdəbələr ki, baxsaz əgər ayələrə necə dəbdəbəydi “Lənərcumənnəkum” əlbəttə səni daş-qalaq edərim, “ Və ləməyəsənnəkum minna əzəbun əlim” dərdli əzab gələr sənə qaçıb getməsəniz. Peyğəmbərləri belə qorxutdular belə ucadan danışdılar, yuxarıdan getdilər. Deyir bu cür yuxarıdan gedən insanları biz istəsək bir dənə söndürən-yandıranla çırağını söndürərik və həyat sönər.

Buyurur ki, elə deyil ki biz fəqət göydən döndərək “İn kanət illa seyhətən vahidəh” bizim bu əzabımız deyil məgər bir dənə səs. Bir səslə bir fəryadla “ Fə iza hum xamidun” nagəhan onlar hamısı sönərlər. Allah burada əcib söz danışır. Allah taala demir onlar ölərlər deyir onlar sönərlər. Ölmək bir şeydir, səs-küylə getmək ayrı şeydir. Mümkündür bir qövm bədən baxımından ölə, amma səs-küyü hələ qala. Deyir biz elə aradan apararıq ki, bunların tamam səs-küyləri də gedər elə bil əslən yoxuydular. Buyurur bizlə müharibə edə nilməzsiniz. Ey kaş düşünəsiniz dərk edəsiniz haqq yol nədir. Amma əgər bunu da dərk etməsəniz bizim sizin öz içinizdə də qoşunumuz vardır. Və bu qoşunlarla da biz sizinlə mübarizə edərik sönər həyatınız. “Xamid” yəni söndü.

Quranda müxtəlif növ əzablar vardır. Quranda bəzi vaxtlar buyurur ki daşlarla (xırda daşlarla) əzab edərik, bəzi vaxt deyir zəlzələ ilə əzab edərik, bəzi vaxt deyir boğarıq əzab edərik. Müxtəlif növ əzablar var, amma kulli qanunu budur ki, “Lillahi cunudis səməvati vəl ərz” göylərin və yerin qoşunu Allahındır.

Buyurur ki, “Etiya tuənu kərhən Qalət atəynə taiəyn” biz göyə və yerə dedik ki, siz bizim yanımıza gəlirsiniz, sözümüzə qulaq asırsınız zorla yoxsa ixtiyarı halda. Bunlar hamısı dedilər biz ixtiyarən sənə quluq, sənin ixtiyarındayıq. Bütün aləm Allahın ixtiyarındadır. O vaxt ki bütün aləm Allahın ixtiyarındadır hətta mənim bədən üzvlərim də Allahın ixtiyarındadı. Mənim dodağımda sənin ixtiyarındadır. Bəzən görürsən ki insan öz dodağı ilə öz abrını aparar. O qədər yalan danışar ki, öz dodağı ilə abrı gedər. Bu dodaq hətta Allahın qoşunudur.

Bəs əgər belədirsə sən Allahla mübarizə aparsan bütün aləm Allahın qoşunudur. Bəzi vaxtlar Allah möhlət verir, səbr edir. O möhlətin mənası bu deyil ki, qoşun göndərə bilməz. Qoşun göndərə bilər, lakin bəzən bu işi görməz taki hədd tamamlansın ta o insan öz qabiliyyətini tamam mənada göstərsin.

Davamında buyurur ki, “Ya həsrətən ələl ibad” təəssüf olsun bu insanlara “ma yətihim min rəsulin illa kanu bihi yəstəhziun” bunların yanina heç peyğəmbər gəlməyibdir illa bu peyğəmbəri  istehza ediblər. Həsrət olsun ki, peyğəmbəri biz göndərmişik haqqı göstərsin bunlara, lakin bunlar haqqı qəbul etmək əvəzinə bu peyğəmbəri istehza və lağa qoydular......

 

 

 

 

 

OXŞAR VIDEOLAR