Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 9

Yasin surəsinin təfsiri (9-cu dərs)

“Ya həsrətən ələl-ibad, ma yə`tihim min rəsulin illa kanu bihi yəstəhziun”

Allah-mütəal qabaqkı ayələrdə üç peyğəmbərin cərəyanını nəql elədi və bir şəhidin tərcümeyi halını nəql elədi Həbibi Nəccar. Nəticə alır, deyir, ey həsrət bəndələrə “ya həsrətən ələl ibad”. Ey həsrət bəndələrə. “E”-yi gətirir həsrətin başına bu mübaliğədi, bəliğ danışmadı. Bir bu ki, Allah-mütəal buyurur ki, ey bəndələr həsrət olsun sizə. Bir də bunu bu cür ifadə eləyir: ey həsrət bəndələrə. Elə bil həsrətnən danışır  “ma yə`tihim min rəsulin” Heç peyğəmbər bu bəndələrə gəlmədi?  “İbad” cəmi əbdidir bəndələrə gəlmədi. “ illa kanu bihi yəstəhziun”

İlla inki, bunların adətləri, bunların ənənələri bu idi ki, “kanu bihi” o peyğəmbərə, o rəsula istehza edirdilər, lağa qoyurdular. Yəni tarixdə bu bir sünnə olmuşdu, Allah tərəfindən gələn peyğəmbəri bunlar istehzaya qoyurdular. Həsrət olsun bu bəndələrə. İki nöqtə var bu ayədə.

Bir nöqtə budur ki, o ki, insanın nəsihəti üçün, insanın səadəti üçün, insanın xoşbəxtliyi üçün gətirər söz, insan gərək onun sözünə qulaq asa. Amma maraqlı burdadı ki, insan bəndə ola Allaha. Allah tərəfindən bir şəxsi gələ, burda ki, daha gərək sözə baxa. Bəndəçilik də bunu tələb eləyir, amma həsrət bəndələrə. Bəndələrə həsrət burda bir növ kinayəylə də söz danışmaqdı ki,  ey bəşər sən Allahın bəndəsisən. Allahın bəndəliyi bunu tələb eləyir ki, Allahın rəsulunun sözünə baxasan, nəinki rəsuluna istehza eliyəsən. Deyir ey həsrət bu bəndələrə, bu əbdilərə ki, əbdidilər, bəndədilər, eyni halda rəsulullahı Allah tərəfindən gələn rəsulu, onu istehzaya qoyurlar. Bu həsrətə Allah-mütəal belənçi bir cümlə buyurur və davamında buyurur ki, bunlar istehza edirlər, lağ edirlər. İstehza ilə lağın nəticəsin keçmiş ümmətlərdə məgər görmədilərmi? “Əvələm yərəv” məgər baxmırlar.

Royət iki mənası var. Bir royət mənası budur ki, adam gözüynən baxa. Bu mənaya da ifadə verər, çün bunlar, bu qövm ki, peyğəmbərin dövründə idi Şama, Yəmənə yollarda ki, gedirdilər keçmiş ümmətlərin xarabalıqları qalırdı. Eyləyə bilərdilər onlara baxsınlar və bu baxmaqnan görsünlər bu ayədə Allah-mütəal nə buyurur. Buyurur ki, məgər baxmırlar “Kəmət əhləkna qəbləhum”  Nə qədər həlak elədik bunlardan əvvəl “minəl qurun”. Bunlardan əvvəl əsrdə yaşayan insanlar ki, bir əsrdə yaşayırdılar biz onları həlak elədik. Elə həlak elədik ki,“ənnəhum iləyhim la yərciun”

Bunlar bu insanların kənarına, bu insanların yanına da qayıtmadılar. Daha həlak bir cürə oldu tam adları silindi heç, gücləri qurtuldu heç, əslən də qayıtma imkanları da olmadı.

Burda istəyir buyursun ki, bunlar baxmırlar məgər, məgər öz gözləriylə gördüyü xərabələri görmürlər ki, istehzanın nəticəsi nə cür oldu? Bunlardan əvvəl əsrlərdə o ümmətlər ki, o qövmlər ki, öz peyğəmbərlərinə istehza elədilər nə cür oldu? Bu istəyir desin ki, siz o tarixi yerlərin fəqət kərpicinə baxmayın ki, bu kərpic neçə yüz il bundan əvvəlindi,  neçə min il bundan əvvəlindi. Ondan çıxın bir az içəriyə girin dərinləşdirin onları bu tarixi əsərlərdən, abidələrdən içərilərinə də, məzmunlarına da baxın. Burda bir qövmlər yaşayırdılar, istehza elədilər bunlar aradan getdilər, bəlaya düşdülər. Bir “Ələm yərəv” in mənası budur.

“Ələm yərəv” in ikinci mənası budur ki, bunlar məgər diqqət etmirlər, nəzər burda, baxmaq burda, yəni diqqət etmək, yəni mütaliə eləmək, tarixi oxumaq. Deyir bunlar tarix oxumurlar. keçmiş qövmlərin vəziyyətlərini, tərcümeyi hallarını görsünlər ki, necə bu istehza ki, elədilər. İstehzadan sonra necə bəlaya düşdülər və elə bəlaya ki, daha geri qayıtmadılar.

Bəs dünyada istehza insanların sünnəsidi bəzən, haqqın qarşısında istehzaya düşərlər. Allah-mütəal ikinci ayədə buyurdu tarixşünas olun, tarixə baxın. Abidəşünas olun, əlbətdə abidələrin fəqət zahirisinə baxmayın, abidələrdə o mənəvi qanunlara da baxın. O qövm ki, burada belənçi yaşayırdı, bu cür əzəmətli daşlarnan binalar tikibdi, Allah bu qövmü də həlak elədi.

Üçüncü ayədə davamında buyurur ki, “Və in kullun ləmma cəmiun lədəyna muhzərun”

 “İn” burda nəfy mənasındadır. Ərəb dilində “İn”in müxtəlif mənaları vardı. “İn” var əgər mənasındadır, şərtidir. “in” var həqiqətən mənasındadır. “İn” ki, özündən sonra “ləmma” gələ, özündən sonra “illa” gələ bu “in” inkar mənasındadır. “in kullun” deyil heç biriniz, yəni tamamən belə olacaqsınız, heç biriniz bundan istisna deyilsiniz. “ləmma” məgər “cəmiun lədəyna muhzərun”  Hamınız Mənim yanımda ehzar olunacaqsınız. Siz hamınız hazır olacaqsınız, yığılacaqsınız Mənim yanıma. Quranda Qiyamətə Allah-mütəal adlar gətiribdi. Biri də “yovmil cəm”dir. Hamı bir gün yığılacaqdır. Heç kim eləyə bilməz o gündə desin, mən yığılmıram. Və bu yığılmaq məsələsi Quranda müxtəlif ayələrdə gəlibdir ki, hamınız yığılacaqsınız. O ayələrdən biri ki, Allah-mütəal buyurur hamınız yığılacaqsınız Hud surəsindədir. Buyurur: “Zalikə yovmun məcmuun ləhun nas” Bu gün bir gündür ki, hamı o gündə yığılacaqdır “və zalikə yovmun məşhud” Bu hamıya müşahidə olunan gündür. Və bu Allah-mütəal burda istəyir desin ki, dünya bəlalarından əlavə, o insanlar ki, peyğəmbərləri istehza eləyirlər, o insanlar ki, peyğəmbərlərin qarşısında dururlar o insanlar bu gün yığılacaqlar hamı bir yerdə. Aldatmaqla peyğəmbərlərin qarşısında durublar, iftira vurmaqla peyğəmbərlərin qarşısında durublar hamısı bu gün yığılacaqlar və hesab veriləcək. Bəs dünya bəlası var – bu bir. Axirətdə hesab məsələsi var – bu iki.

Əgər insan dünya bəlasına diqqət eləsə, axirət hesabına diqqət eləsə heç vaxt peyğəmbərin hərəkətinə, peyğəmbərin dəvətinə istehzaynan cavab verməz. Deyir siz niyə istehzaynan cavab verirsiniz. bu keçmiş ayələrin davamında Allah-mütəal bu ayənin idaməsində başlayır özünün xilqətdə ayələrini bizə izah eləsin ki, həm Allahın rəbbiliyini, həm Allahlığını biz bu nişanələrdən nəticə alaq. Bilirsiniz ki, Allahı tapmağa, Allaha mərifət müxtəlif yollar vardır. Quran bir yollardan biri ki, hamı üçün bu yol fərahəmdi, hamı üçün bu yol asandı və olur, o Allahın nişanələri ilə Allahı tapmaqdı.

Quranda Allahın tədbir nişanələri, xilqət nişanələri var. Bununla eləmək olar Allahın əzəmətinə yetişmək, bununla eləmək olar Allahın hikmətinə yetişmək. Onları başlayır belə izah eləməyə. Buyurur ki, “Və ayətun ləhum” bunlar üçün ayədi, nişanədi “əl-ərzul-məytə” ölü yer, ölü torpaq “əhyəynəha”. Biz bu ölü torpağı dirildərik. Görürsən ölü torpaq dirildər, beləsindən ağac çıxar, meyvəli ağac çıxar “və əxrəcna minha həbbən” Bu yerdən dənə çıxardarıq, dirildərik. Diriltməyin bir nümunəsi budur ki, taxıl məhsulu bu yerdən çıxar. Qışda bu yer ölü idi, bahar oldu. Bu yerdə yavaş-yavaş bitkilər çıxar və taxıl məhsulların görərsən. Deyir ölü və diri çıxar. Bunun neçə məsələsi vardı.

Bir məsələ budur ki, Allahın yer üzündə nəzmini, yer üzündə hikmətini görəsən. İkincisi də budur ki, ölüb-dirilməyi sən yer üzündə müşahidə eləyirsən. Hədislərdə vardı ki, baharı çox yad eləyin. Bahar ayını yad eləsəniz Qiyamət sizə yada düşər. Qiyamətdə də insan ölmüşdü, təzədən ruhu bədəninə qayıdır və dirilir. Deyir bahar da o cürdü. Torpaq ki, ölübdü, bu ölü torpaqdan biz ağac çıxardırıq, meyvə çıxardırıq. Bu ölü torpaqdan biz bitki çıxardırıq “fəminhu yə`kulun” Bu dənədən yeyirlər. Bəs görürsünüz ki, Biz aləmdə sənin yaşamağın üçün, sənin xörək olmağın üçün həmin bu ölü torpaqdan dənə çıxardırıq və sən ondan istifadə edirsən.

“Və cəəlna fiha” bu yerdə biz qərar vermişik “Cənnatin”  bağlar qərar vermişik bu yerdə “min nəxilin”  xurma ağaclarından “və ənabin” bu üzüm ağaclarından  “və fəccərna fiha minəl-uyun” Biz bu yerdə çeşmələr yaymışıq və çeşmələr cari eləmişik, axıtmışıq. Bu çeşmələr olmasaydı həm bitkilər bitməzdi, həm ağaclar bitməzdi, həm insan sudan istifadə eləyə bilməzdi. Biz bu yer üzündə çeşmələr də axıtmışıq “Liyə`kulu min səmərihi” ta bunlar yesinlər. Bu ki, qərar vermişik  xurmalar, qərar vermişik üzümlər. Bunun səmərindən, bu qərar verdiyimizin səmərindən, bunun meyvələrindən bunlar yesinlər. Və diqqət eləsinlər ki, “və ma əmiləthu əydihim”. “Ma”nı burada müxtəlif mənalar eləyiblər, o ki, bu Əllameyi Təbatəbai buyurur və Quranın axarıynan burda istəyir Allah öz nişanələrini bizə izah eləsin onnan uyğundu. O da budu ki, “ma” inkar ola. “Ma” inkar nədir? Yəni bu ki, bunlar heç əlləri bunlara dəyməyibdi. Emal özləri eləməyiblər. Yəni bəzi məsələlər var var mümkündü insan əməli insan əliynən ola. Deyir yox bu taxıllar və meyvələr  ki, biz yer üzündə veririk, “ma əmiləthu əydihim” əməl eləməyiblər, bunlar emal eləməyiblər bu əlləriynən. Vəxti əlləriynən emal eləməyiblər Allah bu xatirə ki, bunlar yaşaya bilsinlər, bu xatirə ki, dünyada həyat bunlara şərait düzəlsin Allah bunları yaradıbdır. Həm özlərini yaradıb, həm meyvə yaradıbdı belələrinə meyvələrdə müxtəlif növ meyvələr yaradıb, ta eləyə bilsin insan dünyada yaşaya bilsin “Əfəla yəşkurun” Aya bunlar bunu görə-görə şükr eləmirlər.

Bilirsiniz ki, şükrün bünövrəsi neməti görmək və “munimi” tanımaqdı. Bəzi insanlar nemətləri görə bilməzlər. Nə cür nemətləri görə bilməzlər? Təkcə müəyyən bir şeyləri nemət bilirlər. Ayrı bir zadları ata-ananı görürsən nemət görmür, görürsən məscidi nemət görmür, görürsən Quranı nemət görmür, görürsən bir alimi şəhərində nemət görmür. Quran buyurur: nemətləri saysanız saya bilməzsiniz. Amma bir sıra insanlar var nemətləri elə barmaqları ilə sayarlar 3-4 dənə qurtular. Məlumdur bunlar çox şeylər var həyatlarında, aləmdə bunlar əsasən nemət görmürlər. Şükrün bir bünövrəsi neməti görməkdir ki, bu nemətlər var mənim əlimdə. Sağlamlıq bir nemətdir, cavanlıq bir nemətdi, istedad bir nemətdi, ömür bir nemətdi, saleh həyat yoldaşı bir nemətdi, ata-ana digər nemətdi və s. Bu nemətləri görmək özü bir bünövrədir. İkinci məsələ “munimi” tanımaq, nemət verəni tanımaq. Bir sıra insanlar neməti görürlər, deyirlər bəs özləri qazanıblar, özləri yığdılar, ya başqa şəxs bunlara gətirdi. Başqa şəxs vasitədir, səbəbdir. Əsl səbəb Allahdır. Başqaları arxdır. Əsil okean ki, su gəlir, bulaq ki, su gəlir Allahdı, çünki Allah istəməsə bunlar yetişməz sənə və istəsə də o qədər ki, Allah istəyir sənə yetişər. Başqaları da mane olsalar, Allah istəsə sənə nemət gələr. Nemət verənin əslisi Allahdır. Vəxti insan Allah nemətlərini tanıdı, nemət verənləri tanıdı istər-istəməz iki iş görər. Nemət verənin qarşısında özünü pərəstişlə, həmdlə, Onu sitayişlə özünü nemət verənə təşəkkürünü bildirər. Bəs nemət verəni tanıyandan sonra təşəkkür bildirmək. İkinci məsələ də neməti yerində məsrəf eləmək. Bəs bunlar oldu şükrün mənası. Neməti görmək. Bəzən biz həyatımızda çox vaxtlar nemətləri görmürük. Səlamətçiliyimiz bir nemətdi xəstələnəndən sonra görürük, cavanlığımız bir nemətdi qocalandan sonra görürük, sağlam dost bir nemətdir itirəndən sonra görürük. Sağlam bir ustad, bir mənəvi bir ustad bir nemətdi, əldən verəndən sonra görürük. Nemətləri görmək bir şeydir, nemət verəni də, axarın, bu köçün də, çeşməsin də, bulağın da görmək ikinci şeydir. Bunları görəndən sonra nemət verənə əyilmək, nemət verənə təşəkkürü bildirmək, neməti yerində işlətmək bu da üçüncü və dördüncü şeydir. Bunlar düzəlsələr insan şükr edər. Ona görə çoxlu insanlara Allah-mütəal buyurur Quranda “Qəlilun min ibadiyə şəkur” Mənim az bəndələrim şükür edərlər, ya nemətləri görməzlər, ya nemət verəni görməzlər, ya nemət verəni görəndən sonra təşəkkür bildirməzlər.

 Bu ki, insan namaz qılır nemət verənə təşəkkür bildirməkdi. Ona görə ibadətin bir fəlsəfəsi də təşəkkür eləməkdir. Bu ki, bu nemətləri israf eləmə, öz yerində işlətmək bu da neməti görməkdi. Neməti görsən öz yerində işlədəsən. Buyurur ki “Əfəla yəşkurun” Aya bunlar şükür eləmirlər. Biz ki, bu nemətləri, şəraitləri hazırlamışıq belələrinə ölü bir torpaqdan. Ölü bir torpaqdan sizə bunları vermişik və qanunu şükrü də budur. Əgər şükür eyləsən artırarlar, şükür eləməsən alarlar əlindən. Bu ki, nemətlərin bəzisini insanın əlindən alar buna xatirdir ki, buna səbəbdir insan nemətə şükür eləməz.

“Subhanəlləzi xələqəl-əzvac”..

 

OXŞAR VIDEOLAR