Yasin surəsinin təfsiri - 10
Yasin surəsinin təfsiri (10-cu dərs)
“Subhanəlləzi xələqəl-əzvacə kulləha mimma tunbitul-ərzu və min ənfusihim və mimma la yə`ləmun”.
Quran insanın hidayətində insanı təbiətşünaslığa da vadar edir. Mütəəsifanə bəzi təbliğatlarda elmə ilə dini bir-birinə qarşı qoyublar. Güya ki, kim din əhli olsa elmdən uzaq olar. Kim elm əhli olsa gərək dindən uzaq ola. Güya bunlar bir-biri ilə uyğun olmazlar. Bu səhv təbliğatla bir qrup insanları dindən uzaq edirlər ki, mövhumat adı qoyurlar. Yaxud bir qrup insanları elmdən istifadə etməkdən uzaqlaşdırırlar. Din və elm hərəsi öz sahəsində insanın inkişafına kömək edər.
Quran bu ayələrdə buyurur təbiətşünaslıq edin aləmdəki məxluqatı gedin dəqiq tanıyın. Əgər tanısanız öz Allahınızı tanıyacaqsınız. Daha çox tanıyarsınız. Əgər siz aləmin incəliklərini tanısanız Allahın incəliyi ilə tanış olarsınız, Allahın lətifliyi ilə tanış olarsınız, Allahın xəbirliyi ilə tanış olarsınız, Allahın əlimliyi ilə tanış olarsınız. Bəs Quran insanı təbiətşünaslığa dəvət edir. Amma o təbiətşünaslığa ki, əvvəli də var axırı da var. İki cür təbiətşünaslıq var.
Birincisi o təbiətşünaslıq ki, səhifəinin əvvəli yoxdur kitabda. Bəzən kitabların səhifəsinin əvvəli olmaz. Müəllif məlum olmaz kimdir. Axır səhifədə ki, nəticə alarlar o da yoxdur. Bəs bir kitab ki, müəllifi yoxdur, nəticəsi yoxdur bu bir növ təbiətşünaslıqdır.
İkinci o təbiətşünaslıqdır ki, əvvəli də var, müəllifi də var, Xaliq Allah təlif edibdir bu kitabı. Təbiət də bir kitabdır. Necə ki, Quran bir kitabdır təbiət də kitabdır.
Və nəticəsi də var. Bu kitabın axırı da var.
Bəzən insan mübahisə edər Kəlamullahda. Bu elmi dini hövzələrin vəzifəsidir. Allahın kəlamını mütaliə edirlər ki, Allahın kəlamını tapsınlar. Allah burda bu cür buyurur, burda o cür buyurur və s.
Bəzən insan mütaliə etməlidir Allahın işini “Felullah” Allah işini. Bu da universitetlərdə təbiətşünaslarən işidir. Onlar gəlsinlər Allahın işini ki, müəllif də Allahdır Quranın da müəllifi Allahdır (Allah kəlamı) təbiətin də müəllifi Allahdır ki, bu da “Felullah”dır. Hər ikisini araşdırmaq lazımdır.
Allah taala bu ayələrdə istəyir bizi sövq versin nişanələri ki, Allahın qüdrətini göstərir.Allahın nəzmini göstərir. Allahın xaliqlikdə əzizliyini göstərir xəbirliyini göstərir, hər şeyə agahlığını göstərir. Deyir gözünü aç və təbiətşünaslıq et. Ta müəllifini də görəsən nəticəsini də ki, nəyə görə Allah belə edib bu nəzmi bu incəlikdə niyə yaradıbdır. Belə olsa sən ayrı aləmlərə də hidayət olarsan.
Buyurur ki “Sübhanəlləzi” qabaqkı ayələrdə ki nişanələri danışdı biri bitkilər idi. Biz bu yerdən bitkilər çıxartmışıq. Ölü torpaqdan bitkilər çıxarmışıq. Ondan siz istifadə etdiniz taxıl məhsullarından faydalanırsız. Maraqlısı budur ki, deyir bu bitkilər çıxartmaqda əlavə bu bitkiləri cütləşdiribdir. Hər şeydən cüt yaradıbdır. Bu cütlə üçüncü şey yaradır. Həm ölü torpaqdan bitki çıxarmaq ayədir Allaha ki, ölüdən dirilik çıxardır həm bu diriliyi davam etmək, cütləşdirmək və üçüncü bir mövcud, üçüncü bir yaranmış düzəltmək bu da ayrı bir nişanəsidir.
Buyurur “Sübhanə” pakdır eybsizdir “Əlləzi” o Allah ki, bu “Sübhanəni” iki cür məna etmək olar.
Allah o yerlərdə sübhan gətirər ki, insanların xəyalına zehninə nöqsan yaranar Allahda. Çünki qabaqkı ayədə buyurdu ki, şükr eyləmirsiz bu Allahı ”Əfələ yəşkurun” Aya bunlar şükr eyləmirlər? Bu qədər nemətlər ki, Allah onlara veribdir Allah onların ixtiyarında qoyubdur aya bunlar şükr eyləmirlər. Mümkündür sən fikirləşərsən ki, bəs Allahın şükrə ehtiyacı vardır və deyir niyə şükr eyləmirsiniz? Deyir “Sübhanə” Allah pakdır, eybsizdir, nöqsansızdır. Şükr etmək də buna görədir ki özünü artırasan.
“Ləin şəkərtum lə əzidənnəkum”. Şükr eyləsəniz özünüzü artırarıq. Şükr eyləməsəniz nemətlər əlinizdən çıxar və özünüz də artırmazsınız.
Bəs mən fayadalmıram “lə əzidənnəkum“ özünüzü artırırq. Ayə maraqlıdır deməyir ki, şükr eyləsəz nemətlərinizi artırarıq “Ləin şəkərtum lə əzidənnəkum” şükr eyləsək özümüz artırarıq, özümüz artarıq. Bunu mənası budur ki, fikirləşmə Allah mənim şükrümlə artar, Allah mənim şükrüm ilə yüksələr. Allah “Sübhnə” pak və müqəddəsdir. Bir mənası budur.
İkinci mənası da budur ki, “Sübhan” bundan sonrakı cümlələrə aiddir. Allah cüt yaradıbdır hər şeyi Allah bu eybdən bu cütləşmədən uzaqdır “Ləm yəlid və ləm yuləd”dir Nə doğar nə doğular. Təkcə cüt yaradıb bu aləmi xilqətdə və özünün də qüdrətini də sərgiyə qoysun ki, Mən həm ölü torpaqdan bitki yaradıram həm bu bitkiyi cüt yaradıram ki, bu davam etsin.
Buyurur ki, “Sübhanəlləzi” pak və eybsizdir o Allah ki, “Xələqəl əzvac” cütlər yaradıbdır “Kulləha” tamam cütləri yaradıbdır. Nələrdən? “Mimma tumbitul ərzu” onlardan ki, yer üzündə bitir. Yəni bitkilərin hamısı cütdür. “tumbitul ərz “bitki mənasındadır bir də heyvanat. Bir mənaya heyvanat da yerdən bitirlər heyvanat da bir mənaya qayıdırlar yerə. “Və min ənfusihim” Siz özünüzdən də cüt yaradıbdır. Bir cür edib bir cür sistem qoyub ki, sizin nəsliniz davam etsin. Özünüzü yaratmaq bir nişanədir Allaha, ikincisi sizi cüt yaradıb və bu cütlə sizin nəsliniz davam edir bu da ayrı bir nişanədir Allahın qüdrətinə və nəzminə.
“Və mimma lə yəaləmun” Hətta cüt yaradıbdır o şeylər ki, siz bilmirsiniz, onlar bilmirlər. Yəni cütlük qanunu təkcə bitki aləmində deyil, təkcə heyvanlar aləmində deyil, təkcə insan aləmində deyil. Qeyri bitki, qeyri heyvan, qeyri insan aləmində də bu cütlük qanunu var. Bu elmi qanunlardan biridir. İndiki elm buna yaxşı izahat verə bilər ki, bütün aləmdə, molekulların içində notron var proton var elektron var mənfi müsbətlik var ordan başlamış ta yuxarıdakı aləmə, bu hamısı Allahın əzəmətini qüdrətini göstərir. Bu da bir nişanə və ayə. Amma bu ayəyə Allah “Subhan”dır. Allah özü bu cütlüyə düşməz çünki cütlük ehtiyacdan irəli gələr. Bunun ona ehtiyacı var onun da buna. Allahın isə heç kimə ehtiyacı yoxdur. “Və huvəl Ğəni” Allah qənidir ehtiyacsızdır. Ba da Allahın bir nişanəsi.
Allahın digər nişanələrindən biri də gecə və gündüzdür. Bəzən nemət insanın əlində olanda hiss etməz. Nemət əlindən çıxsa hiss edər. Əgər həmişə gündüz olsa hiss edərdik, həmişə gecə olsa hiss edərdik ki, birdən bir gün gündüz olsa nə olardı. Allah taala İsra surəsində buyurur ki, gecə və gündüz ikisi də sizə nişanədir. Gündüzün nişanəsi budur ki, işıqlıqdır. Gecənin nişanəsi qaranlıqdır. Elə qaranlıqlığı nişanədir. Gündüzün də elə işıqlığı nişanədir. O işıqlıqda siz işlə məşğul olursunuz və fəaliyyət edirsiniz. Qaranlıqda istirahət edirsiniz və ya Allahınızla xəlvət edirsiniz. İstirahət və xəlvət vaxtınız var. İş və fəaliyyət vaxtınız var. Allah taala sizin işinizə və istirahətinizə təbii nəzm bölübdür.
Buyurur ki, gecə və gündüzün bir-birinin dalınca gəlməyi ki, işləyəndən sonra istirahət eyləyə, dünya fəaliyyətindən sonra insan mənəviyyat fəaliyyətində xəlvət eyləyə Allahı ilə. Bu sistemi Allah yaradıb ki, insan mükəmməl faydalansın bu aləmdən.
Buyurur ki, “Ayətun ləhumul Ləyl” gecə bunlara nişanədir. “Nəsləxu min hun nahar” gündüz birdən bundan alırıq. “Sələxə” burda mənası xaric etmək, çıxartmaq. Birdən gündüzü ondan çıxardırıq. İşıqlığı ondan çıxardırıq. Görürsən axşam üstü birdən işıqlıq gedir. “Fə iza hum muzlimun” birdən onlar hamısı qaranlıqda olurlar. Bunun özü bir dənə böyük nişanədir. Çevrilir qaranlığa, zülmətə. İşıqlıq idi birdən insanın fəaliyyəti dayanır və heç nəyi görmür. Bu da Allahın bir nişanəsi. Bu nişanə nəzmin nişanəsidir. Allahın nəzmini intizamını göstərir. İkinci cəhətdən burada Allahın hər tərəfli fikirləşməsini göstərir ki, insanın işə də ehtiyacı var, istirahətə də ehtiyacı var, xəlvətə də ehtiyacı var. Bütün bunların nəzmi ilə biri birinin ardınca gəlməsi burada Allahın incəliyini və lətifliyini də göstərir.
Buyurur başqa nişanələri də var “Və şəmsu təcri limustəqərrin ləha” günəş dolanır öz qərargahı üçün. Bilirsiz ki, bu qalaktikada olan planetlər günəşin ətrafına dolanır. Amma günəş özü də bu qalaktikanın içində öz oxu ətrafında dolanır. Yəni günəş ki, deyirik dolanmır, Yerin ətrafına dolanmır. Yer dolanır günəşin ətrafına. Amma desək ki günəşin heç bir hərəkəti yoxdur, xeyr günəşin də hərəkəti var. Günəşin hərəkəti qalaktikada hərəkətdir. Buyurur günəş də dolanır “li mustəqərrin ləha” özünün qərargahı üçün.
“Zalika təqdirul əzizil əlim” bunlar hamısı təqdirdir, Allah taalanən ölçü götürməsidir, nəzm verməsidir O Allah ki, əzizdir və əlimdir. Əziz O Allaha deyərlər ki, heç kim ona qalib gələ bilməz. Əlim yəni xəbərdardır, agahdır. O Allah ki, qüdrət baxımından heç kim onun qarşısında dura bilməz. Elm baxımından hər şeyə Əlimdir. Hər şeyi bilir və qüdrəti var heç kim də buna təzyiq edə bilməz. O bunları ölçü tutub, nəzm verib, proqramlaşdırıbdır. Baxsanız bu aləmə bu aləm ən gözəl proqramla (insanın gözəl yaşaması üçün) qurulubdur. “Zalika təqdirul əzizil əlim.”
“Vəl qəmərə qəddərnahu mənazilə” Aya da mənzillər tənzim etmişik. Hər gündə ay bir mənzildədir. Onlar ki, ay ilə ünsiyyətdədirlər baxan kimi bilərlər ayın indi ikisidir ya beşidir ya onudur deyə bilərlər. Ayın əvvəli hilal şəklindədir axırı da hilal şəklindədir. Amma əvvəlində və axırında hilalın ucları fərqlidir. Bir nəfər aya diqqət etsə bilər ki, yarıdan əvvəldir yaxud yarıdan sonra bir halda ki, ölçüləri də bir olmuş olsa.
Allah taala aya mənzillər təyin etdiyini buyurur. Aya mənzillərin təyin etməsi insanların rahat , təbii təqvimidir. Misal üçün insan al-ver edəndə deyə bilər ki, on gün sonra beş gün sonra, ayın əvvəli , ayın ortası. Bu rahat və təbii təqvimdir. Buyurur ki, Biz tənzim etmişik.
“hətta adə kəl-urcunil-qədim”.
Bilirsiz ki, ay əvvəl hilal şəklindədir və balacadır yavaş yavaş böyüyər olar Bədr. Ayın on dördü ay bütöv olar Buna bədr deyirlər. Sonra yenidən ay balacalanmağa başlayar və yenə hilal olar.
Amma o hilal ki, “Kəl urcunil qədim” O köhnə “Urcun”. “Urcun” xurma ağaclarında olar. Xurmanın sünbülünün ağzında sarı rəngdə ayın hilal forması kimi olar. Ona “Urcun” deyərlər. Buyurur ki, Ay qayıdar o cür olar. Yəni mən tənzim eyləmişəm ayı günbəgün böyüyər sonra günbəgün kiçilər bu Mənim tədirimdir, Mənim tənzimim və ölçümdəndir.
Nə günəş aya dəyə bilər nə də Ay günəşə, hərə öz oxu ətrafında fırlanır. Bu nəzm ki, aləmə vermişəm bunun göstəricisidir ki, vahid Rəbb tərəfindən idarə olunur. Belə deyil ki, ayın Allahı ayrıdır, günəşin Allahı ayrı. Əgər ayrı-ayrı olsaydılar bir gün bunlar bir-birinə dəyərdilər.
“Ləş-şəmsu yənbəği ləha ən tudrikəl qəmər” Nə günəşə bu qanun və icazə var ki, “ən tudrikəl qəmər” Aya dəysin.
“Vələl ləylu sabiqun nəhar”. Və nə dəki görməzsən ki, bir gün gecə gündüzdən qabağa düşsün. İki gündüz bir-birinin ardınca olsun.Yaxud iki gecə bir-birinin ardınca gəlsin. Heç biri olmaz. Ay və günəş hərəkətində də nəzm var, gecə və gündüz hərəkətində də nəzm var.
“Kullun fi fələkin yəsbəhun”. Hamısı öz oxu ətrafında “Yəsbəhun” dolanırlar. Heç biri öz oxundan çıxmır. Aləmdə hamısının oxu var. “Fələk” yəni ox deməkdir. Maraqlıdır Allah taala hər şeyi öz nəzmi ilə qurubdur. Bu nəzmə baxanda nəzmverici yada düşür. Bu nəzmə baxanda fəqət nəzmverici yada düşmür, təbiətşünaslıq fəqət bunu sübut etmir ki, Allah var, nəzm verən kimi. Təbiətşünaslıq sübut edir ki, Allah var nəzm verən kimi, elmli, lətafətli və insanlara rəhimli.
Bunların hamısını bu əcib və fövqəladə yaradılışda Allah taala yaradıbdır. Burada Allahın diqqətini və lətafətini də görürük.
Bəs hamısı Allahın təqdirini, Allahın yer üzündə ölçü tutmağını bu incəliklə göstərir.
Buyurur ki, bunlar Allahın nişanələridir sizə saydıq.
“Və ayətul ləhum” Allahın bir başqa nişanəsi də var.
“Ənna həməlna zurriyətəhum fil fulkil məşhun”. Biz onların zürriyələrini daşıyarıq dolu gəmidə. Yəni biz bir sistem yaratmışıq suda, sistem yaratmışıq ağacda və bəzi maddələrdə ki,suyun içində suda batmaz və suyun üzündə qalar. Bu xasiyyət suda, o xasiyyət ağacda səbəb olubdur gəmi düzəlsin. O zaman ki, gəmi düzəlir onların zürriyyələrin də aparırıq, yüklərini də aparırıq. Bu nişanədir. Biz qanun yaratmışıq dənizin üstündə insan dayana, insanın malı qala və bu hərəkət edə.
Məgər bundan Allahın nəzmini, Allahın sizə nisbət mehribançılığını, sizə nisbət incəliyini dərk etmirsinizmi? “Və ayətul ləhum”
“Və xələqna ləhum min mislihi ma yərkəbun”
Və onlara yaratmışıq bunun mislini. Yəni gəminin misli ki, ona minirlər. Necə ki, minik vəsaiti biri gəmidir, dəniz üstündə, digər minik vəsaiti biri də heyvanatdır ki, bunlar özləri ona süvar olub gedirlər.
Bunlar hamısı Allahın nişanəsidir. Siz əgər gözünüzü açsanız Allahın nəzmini, Allahın qüdrətini və s. sifətlərini görərsiniz.....