Yasin surəsinin təfsiri - 11
Yasin surəsinin təfsiri (11-ci ayə)
“Və in nəşə` nuğriqhum fəla sərixə ləhum və la hum yunqəzun.”
Allah-mütəal 42-ci ayəyə qədər, 33-dən öz nişanələrini saydı. Ölü yer nişanədi ki, diriltdik, ağaclar nişanədir sizə onlardan meyvə çıxartdıq, gecə nişanədi, gündüz nişanədi, cütlük nişanədi, Günəşin dolanmağı nişanədi, Ayın dolanmağı nişanədi sizə kalendar, təbii kalendar yaradar.Sonra buyurdu, gəmidə suyun üzərində yükləriz, nəsliniz, balalarınızı aparmaq Allahın nişanəsidir. Özlərini demədi ta balalarını deməklə daha onların vicdanlarını oyatsın ki, sizə bağlı olan insanları, sevdiyiniz insanları Allah bir şərait qurub gəminin üstündə onları aparır, suda boğulmurlar və yükləriniz gedir. Burda buyurur ki, “innəkə” biz istəsək əgər. Aləmdə bir sistem yaradarıq istəsək, o sistemdə daha taxta suyun üzərində durmaz. Bir sistem yaradarıq külək gələr və o küləknən gəmi çevrilər və boğularsız. Dənizin ortasında bir formada vulkanlar düzəldərik, o vulkanlarla boğularsız, gəmi dağılar aradan gedər. İstəsək “nuğriqhum” biz onları boğarıq. Yəni bu şəraiti, bu səbəbi biz gətirmişik və biz qoruyuruq. O xasiyyətlər ki, biz suya vermişik, o xasiyyətlər ki, taxtaya vermişik o cür ki, Rəbbilik eləyirik, tədbir eləyirik həm küləyə tədbir eləyirik, həm külək bizim əlimizdədi, həm su bizim əlimizdədi, həm taxta bizim əlimizdədi, həm aləmdəki ünsürlər bizim əlimizdədir, bizim təsxirimizdədir. Təsxir yəni ixtiyarımızdadır, bizim fərmanımızdadır. İstəsəydik bunlardan bu xasiyyətləri alardıq. Vəxti bu xasiyyəti aldıq bunlar “fəla sərixə ləhum “ Bunların fəryadina yetişən olmaz. Onlar üçün sözlərinə cavab verən tapılmaz. “və la hum yunqəzun.” Onlar nicat tapmayacaqlar.
Allah istəməsə nə onlara, fəryadlarına cavab verən olar, nə onlara nicat verən olar. “Munci” də Allahdır nicat verən, “Sərix” də Allahdır cavab verən də Allahdır. Cavab vermək o vaxt ki, insana bəla gəlir dəf etmək üçündür. Bəla gələndə sən qışqırasan ki, mənə cavab verin. Qərq olanda bəla gəlibdi, düşmüsən bəlanın içinə, amma gərək səni o bəladan qurtaralar. Bəs nə Allahdan qeyri insana “Sərix” var ki, qoymasın bu bəla gəlsin, nə Allahdan qeyri insana “Munqiz” ki, gələn bəlanı nicat versin insana, bu bəlanı aradan aparsın. Deyir Biz istəsəydik nə sizin “sərix” olardı sizə, çün Allahdan qeyri “sərix” yoxdur, cavab verən yoxdur və nə siz nicat tapardınız çün Allahdan qeyri “munqiz” yoxdur, nicat verən yoxdur. Biz suya dəstur vermişik o xasiyyəti olsun ki, ağac onun üstündə dursun, biz ağaca dəstur vermişik təkvin dəsturu. Təkvin dəturu, yəni, xasiyyəti biz onun içində, biz qoymuşuq. Xasiyyətlər ki, əşyada var, maddələrdə var, bu xasiyyət Allahdandır. Allah istəsə bu xasiyyəti əlindən alar. Od-yandıran xasiyyəti var istəsə yandırmaq əlindən çıxar; bıçaq kəsən xasiyyəti var, istəsə kəsmək əlindən çıxar. Bəs biz istəsək bu gəmi məsələsini də ki, siz rahat gəmini minik kimi istifadə eliyirsiniz, minik sistemini əlinizdən alarıq, bəs sizə heç fəryada yetişən də olmaz, nicat verən də olmaz. Bu bizim nişanəmizdi. Həm bizim qüdrətimizə nişanədir, həm bizim rəhmətimizə nişanədir, həm bizim hikmətimizə nişanədir. Aləmin Rəbbi bizik, Rəbbul aləminik və istəsək aləm ayrı cür idarə olar
“İlla rəhmətən minna və mətaən ila hin.”
Buyurur biz nicat veririk belənizi “sərix” olluq belənizə bəzisin rəhmət üçün, məgər bizdən rəhmət gələ sizə, ya bir zəmani möhlət verək sizə “mətaən ila hin.”
Yəni sizə bir zəman möhlət verək.
Allah əgər insanı bəladan qurtarır, əgər insana “sərixu munqiz” olur, “sərix”-yəni cavab verən, insanın ehtiyaclarına cavab verir, bəlalarını gəlməmiş dəf eləyir. Buna deyirlər “sərix”. “Munqiz”-yəni insana nicat verir, düşmüş bəladan insana nicat verir. Buyurur, əgər biz sizə “sərix”ux, biz sizə “munqiz”ux iki səbəbi vardı. Bir səbəbi budur ki, “rəhmətən minna”. Onlar ki, düz adamdırlar onlara bizdən rəhmətdir, biz onları bəladan qoruduq, biz onları çətinliklərdən çıxartdıq və “mətaən ila hin”. Onlar ki, aqibətləri pis adamdı onlara da bir möhlət verdik bir zamanacan. Bəs hər halda həm biz “sərix”ik, həm “Munqiz”ik, amma bəzinizə rəhmət üçün bu işi görürük, bəzinizə möhlət üçün bu işi görürük. Sonra buyurur ki, bu bizim nişanələrimiz “ayətun ləhum” lar qurtardı.
Allah-mütəal bu ayədə bu nişanələri bu insanlara təqdim elədi. Təqdim eləyəndən sonra başlayır bu məlumatı verəndən sonra onlardan bir istəyi olur, göstəriş verir onlara. Deyir Mənim nişanələrimi gördün, Mən səni kor-koranə ki, Məni tanımağa, Mənə inanmağa, Mənə arxayın olmağa bunlara dəvət eləmirəm. Mən deyirəm bu nişanələrlə Mənə inan, bu nişanələrlə Mənim yolumda ol. Bu nişanələri biləndən sonra sənə göstəriş verirəm. Göstəriş nədir? Buyurur, bir göstəriş budu ki, Allahın verdiyi nemətlərdən kasıblara da bağışla. Bir göstəriş budur. İkinci göstəriş budur ki, təqvalı ol. Əgər gördün ki, Mən aləmin rəbbiyəm bəs keçmişdəki işlərindən də müvazib ol, onları cübran elə və ödə. Əgər indi bir sıra problemlərin var, onları da ödə, qoyma cəzalanasan axirətdə. Həm şirkdən və məsiyyətdən özünü qoru, həm axirət mücazatından, cəzasından özünü qoru.
Buyurur “Və iza qilə ləhum” vəxti onlara deyildi. Bu nişanələri deyəndən sonra. onlara deyildi ki,
“İttəqu ma bəynə əydikum”
Qarşınızdakılara təqvalı olun. O ki, qarşınızdadı onlara nisbət müttəqi olun, təqvalı olun, qoruyun özünüzü. qarşınızdakı nədir? Bir sıra təfsirlər var ki, indi ki, qarşınızda mərhum Əllamə Təbatəbai buyurur ki, indi ki, qarşınızda bu şirkdi, məsiyyətlərdi bunlara nisbət özünüzü qoruyun. Yəni şirkdən çıxın, məsiyyətdən çıxın, yəni həm əqidəniz pak olsun, şirkdən çıxın həm əməliniz pak olsun, məsiyyətdən çıxın.Bəs “İttəqu ma bəynə əydikum” Yəni özünüzü şirkdən və məsiyyətdən nicat verin. Bəs bizim nişanələrimizi gördüz. Sonra buyurur “Va ma xəlfəkum” gələcəkdə arxanızda olandan da özünüzü qoruyun. Mərhum Əllamə Təbatəbai yenə buyurur gələcəkdən məqsəd yəni axirət cəzaları, indidən də axirət cəzalarından özünüzü qoruyun.Yəni tövbə eləməknən, yəni özlərinizi islah eləməknən. Bəs şirkdən çıxın, bəs məsiyyətdən çıxın, Saleh əmələ düşün, iman və saleh əmələ düşməklə özünüzü nicat verərsiniz, özünüzü qoruyasız.
Bəzi təfsirlərdə var “ma bəynə əydikum” u dünya mücazatları məna eliyiblər, yəni dünya cəzalarından da özünüzü qoruyun “ma xəlfəkum” Yəni axirət o ki, qarşınızda gələcəkdi, arxanızda gəlir, o axirət əzablarıdı. Həm dünya əzablarından özünüzü qoruyun. Sizə keçmişdə bu haman “Yasin”də dünya əzablarından danışdıq. Həbibi Nəccarın qövmünə o üç peyğəmbər ki, gəldi bunlar dandılar, onlara bəla göndərdik. Bəs dünya cəzalarından da özünüzü qoruyun ki, Allahın bəlasına düçar olmayın. Axirət cəzalarından da özünüzü qoruyun ki, cəhənnəm oduna düçar olmayın.
Bəs ikinci təfsir budu ki, bu dünya və axirət cəzalarıdı, hər ikisi də cəzadı. Amma mərhum Əllamə buyurur “ma bəynə əydikum” yəni məsiyyət günah, “ma xəlfəkum” yəni cəza, axirət cəzası. Hər halda özünüzü qoruyun, özünüzə nicat verin. Qoymayın aludə, çirkin cəzalılığa layiq bu dünyadan köçüb gedəsiniz və özünüzü günahla əhatə elətdirməyin, onda “ləəlləkum turhəmun”. Belə olsanız, özünüzü qorusanız, təqvalı olsanız, yəni qoruyan insan olsanız, onda Allahın rəhmətinə düşərsiniz. Ümid vardı ki, rəhmət ilahi sizə şamil ola. Bu ayə onu göstərir ki, insan əgər özünü qoruyan olsa, diqqətli olsa, təqva özündə olsa rəhmətə düşər, Allahın rəhməti beləsinə gələr. İndi Allahın rəhməti insana gəlsə insanın nuraniyyəti çoxalar, insanın iradəsi güclənər, insanın ibadətə meyli çoxalar, şövqi düzələr, düşüncəsi düzələr, deyir rəhmətə düşərsiz. Əgər təqvalı olsanız həm məsiyyətdən özünüzü qoruyasız, həm şirkdən özünüzü qoruyasız, onda rəhməti ilahi sizə aid olar.
Sonra buyurur ki “Və ma tə`tihim min ayətin min ayati Rəbbihim” Allah-mütəal bu surədə əvvəlcə gəldi nübuvvət məsələsini izah elədi, peyğəmbərlik məsələsini ki, sizə peyğəmbər gələr, Allah sizə peyğəmbər göndərir. İlk surəni belə başladı “innəkə ləminəl mursəlin”. Peyğəmbərlik məsələsindən sonra gəldi danışdı özünün nişanələrindən, Allahın yer üzündə nişanələrini danışdı. Onları danışandan sonra indi gəlir bundan danışır ki, bu nişanələrə sizin reaksiyanız nədir? Təəssüf ki, bəzən insanlar haqqı görə-görə inkar elədilər. Şəxsi mənfəətlərinə görə, dünya maraqlarına görə inkar elədilər. Deyir biz həqqi göstərdik, amma fəqət göstərmək ölçü deyil, baxmaq və etiraf eləmək də gərək ola. Mümkündü biri baxa bir şeyə, amma etiraf eləməyə. Ona görə biz göstəririk, bizim vəzifəmiz budur ki, nişanələri sizə göstərək, amma “ma tə`tihim min ayətin” gəlmir onlara bir nişanə, “min ayatin rəbbihim” Allahın nişanələrindən.
Allahın neçə cür nişanəsi var. “Afaq” nişanəsi deyərlər təbiətdə, göylər, ulduz, ay, günəş, yer, bitkilər, cütləşmələr aləmdəki bunlar afaq nişanələridi. Yəni çöl nişanələridi. Bir “ənfus” nişanələri var, yəni içəri nişanələri. İnsanın özünün daxili sistemi özü bir dənə böyük bir nişanə mərkəzidir Allahı tapmağa. Bu nişanələr gəlir insana, bu nişanələr gələndə heyif bu insan, bu nişanələrə reaksiya bu deyil ki, qəbul eləsin və bu nişanələrlə Allaha yetişsin və qəbul eləsin Bu nişanələrlə Allahın qüdrətinə yetişsin, elminə yetişsin, rəhmətinə yetişsin, Allahın yer üzündə rübubiyyətini dərk eləsin. Bəzən bu nişanələrə “illa kanu ənha mu`rizin”
Bu nişanələrin qarşısında eraz eləyər, üz çevirər. Eraz etmək yəni üz çevirmək, nişanəni görməmək. O insan ki, nişanəni görmür, yəni görməməzliyə vurur, istəmir baxsın, istəmir nişanədən nişanə sahibini görsün o daha imana yetişməz, daha inanca yetişməz. Deyir heyif ki, belənçidi. Qabaqda Allah-mütəal buyurdu ki, nübuvvət məsələsində, peyğəmbərlik məsələsində heyif adi insanlar çoxlu insanların belədi davranışları. Peyğəmbər göndəririk istehza eləyirlər, burda buyurur insanların modelləri belənçidi Vəxti ki, nişanə göndəririk, nişanələr aləmi də vardı o nişanəyə diqqət eləmirlər, baxmırlar. Buyurur əməldə də o cürdür. Bəzi insanlara deyəndə əməldə kömək elə yoxsula, bilirsiniz nə deyərlər? Müxtəlif cəhətlərlə bəhanə gətirib və yoxsula kömək eləməzlər.
Allah bu ayədə buyurur ki, “Və iza qilə ləhum ənfiqu” Vəxti onlara dedilər ki, infaq eləyin, yəni kömək eləyin Allah yolunda. Özü də nədən kömək eləyin? Diqqət eləyin Allah-mütəalın kəlamının incəliyinə. Buyurur ki, “mimma rəzəqəkumullahu” O şeydən kömək eləyin ki, Allah sizə ruzi veribdi. Yəni belə deyil ki, siz özünüzün əslinizdən, malınızdan verirsiniz. “Min rizqillah” verirsiniz, Allah ruzusundan verirsiz. Vəxti onlara deyirik Allah ruzularından verin, bu ki, insan hər nəyi var Allahdandır bu bir gözəl bir baxışdır. Allah burda istəyir mənə bunu öyrətsin, hər nəyi var Allahdandır.
Quran iki baxış göstərir bizə bu məsələdə. Bir Qarun baxışı var, bir Süleyman baxışı var. Vəxti Qarun mala çatdı beləsinə deyəndə ki, Qarun kömək elə. Kömək eləməyin cavabında belə deyərdi “İnnəma utiituhu əla ilmin indi” Qəsəs surəsinin 78-ci ayəsindədi. Deyərdi ki, mən bunlara ki, yetişmişəm mal-dövlətim olubdu, öz biliyimnən, öz bacardığımla çatmışam.
Bəs bir Qaruni düşüncə var ki, mən özüm öz bacardığımla çatmışam.
Bu Qaruni düşüncədə həm özünü unudur ki, özünün varlığı Allahdandır. Özünün olduğu nemətləri də unudur ki, bunları Allah verib, əqlin də Allah verib, ömrün də Allah verib bunları da unudur. Və aləmdəki təbii nemətlər ki, sən onları dəyişirsən onu bunun yanına qoyursan ki, olur yeni nemət guya. Materialın hamısı aləmdədi, hamısını unudursan. Göz yumursan nişanələrə, göz yumursan nemətlərə, hətta özünə göz yumursan. Ona görə deyirsən özüməm, mən qazanmışam, mən bacardığımdandır. Bu bir baxışdı.
İkinci baxış Süleyman baxışıdı. Vəxti Süleymana o Bilqeysin təxtini gətirdilər o uzaqdan, o vəxti Fələstində idi. Yəməndən gətirdilər təxti. Təxti gətirəndən sonra dedi “Haza min fəzli Rəbbi” Bu Allahın fəzlidir mənə. Bu nemət ki, mənim varımdı, bu qüdrət ki, mənim ətrafımda var, bu sərvət ki, mənim ətrafımda var, bu vəzifə ki, məndə var, məqami ki, məndə var hamısı Allahın fəzlidir mənə. Allahın verdiyi əta və hədiyyədi mənə, nemətdi mənə. Bəs bir Qaruni baxış var. Qaruni baxış budur ki, insan hər şeyi özündən görə, öz bacardığından görə. Bir Süleymani baxış var. Süleymani baxış budur ki, insan hamısını Allahdan görə.
Quran istəyir mənə Süleymani baxışı göstərsin, gözümü açsın desin ki, o ki, əlində var o “rəzəqəkumullah”dır. Allahın ruzusudur sənə veribdir.Buna oxşar ayrı ayələr də var. Allah vəxti infaq məsələsini, kasıba kömək eləmək məsələsini izah istəyir eləsin həmişə bu cür danışır. Buyurur ki, “rəzəqəkumullah” ya bir ayədə buyurur ki “Atuhum min ma lillahil ləzi atakum” Siz verin onlara, o maldan ki, Allah sizə veribdi
“Və mimma rəzəqnəhum yunfiqun” Biz verdiyimiz ruzudan onlar infaq eləyirlər. O bizdəndi, yəni bulaq bizdəndi, bu su ki, onun arxındadır bizim bulağımızdandır
Ona görə Allah sənə necə ehsan eləyib, sən ehsan eylə, dəstur budur. Yəni vəxti onlara deyirik ki, “ənfiqu” kömək eləyin. Siz də başqalarının əllərindən tutun necə ki, Allah sənin əlindən tutubdu və sənə ruzi veribdi. Bilirsiniz nə deyərlər? Bunlar infaq eləməzlər heç, başlayarlar bəhanə gətirməyə.
Buyurur ki, “iza qilə ləhum ənfiqu” Vəxti onlara dedilər infaq eləyin, kömək eləyin kasıblara, əl tutun başqalarına özü də nədən, “mimma rəzəqəkumullah” ondan ki, sizə Allah ruzi veribdi. Ondan verin bunlar “qaləlləzinə kəfəru” Allah-mütəal burada demir “qalu” deyərlər olar, ərəb bilənlər bilərlər gətirir onların ünvanlarına onlar ki, kafirdilər deyərlər ki, eləyə bilərdi burda buyursun onlar deyərlər istəyir desin ki, bu küfr xasiyyətləri içərilərində haqqı danmaq xasiyyətlərinə səbəbdir ki, bu sözü desinlər və Allah yolunda kömək eləməsinlər. Buyurur ki, bu adamlar ki, ünvanları budur “Əlləzinə kəfəru” bunlar danırlar, kafir olublar. Bunlar “lilləzinə amənu” iman gətirənlərə deyərlər ki, “ənut imu” Biz təam verək, biz kömək eləyək, biz xörək verək “mən ləv yəşaullahu ət`əməh” o kəsə ki, Allah istəsəydi özü verərdi. Siz niyə bizdən istəyirsiniz verək, Allah istəsə verər.
“in əntum illa fi zəlalin mubin” Bu sözün üç mənası var. Bir mənası budur ki, Allahın sözüdür. Yəni deyilsiz siz, Allah onlara deyir. Siz deyilsiz məgər aşkara allanmada, yolu azmısınız. Bir də budu ki, bu sözü kafirlər bir möminlərə deyirlər. Deyirlər biz niyə verək, siz yolu elə bil azmısız, Allah istəsə özü verərdi. Bu da ikinci məna. Üçüncü məna da budu ki, yox möminlər kafirlərə deyirlər. Möminlər onların cavablarında siz kamilən özünüzü azmısınız, vicdani hisslərinizi də öldürmüsünüz.....