Yasin surəsinin təfsiri - 12
Yasin surəsinin təfsiri (12-ci dərs)
“Və iza qilə ləhum ənfiqu mimma rəzəqəkumullahu qaləlləzinə kəfəru lilləzinə amənu ənutimu mən ləv yəşaullahu ət`əməhu”
Bəhsimiz Yasin surəsinin 47-ci ayəsindədi. Bu ayədə Allah-mütəal kafirlərin reaksiyalarını yoxsullara kömək eləməyə nisbət izah eləyir. Bilirsiz ki, Yasin surəsində Allah-mütəal bir sıra insanların baxışlarını, etikalarını, davranışlarını nisbət əxlaqla nisbət bir infaqa nisbət Allahın nişanələrinə xəbər verir bizə. Əsil nübuvvət barəsində, peyğəmbərlik barəsində buyurur. Vəxti peyğəmbərlər gəlirdilər bunların yanına, bunlar istehza edirdilər, lağa qoyurdular. Allahın nişanələri barəsində buyurdu ki, Allahın nişanələrinə eraz edirdilər, üz çevirirdilər. İnfaq bəhsində də vəxti bunlara deyilir kömək eləyin. Köməyə buxl eliyirlər, simiclik eləyirlər, kömək eləmirlər. Quran infaq məsələsini neçə ayədə gətiribdi, neçə səbəblərlə. Bir bu ayədir ki, Allah-mütəal burada buyurur “Və iza qilə ləhum” Vəxti onlara deyildi “ənfiqu” kömək eləyin, nədən özü də kömək eləyin, “mimma rəzəqəkumullah”. Ondan kömək eləyin ki, Allah sizə ruzu veribdi, keçmiş cələsə sizə ərz elədik. Allah-mütəal istəyir desin ki, mən verdiyim ruzudan, mənim malımdan mənim insanlarıma kömək eləyin. Vəxti bunlara deyərlər kömək eləyin insanlara nisbətdə xidmət eləyin. Onlar deyərlər: “qaləlləzinə kəfəru”. O kəslər ki, kafir olublar deyərlər: “lilləzinə amənu” İman gətirənlərə belə deyərlər “ənutimu” biz kömək eləyək, biz təam verək? Özü də köməyi fəqət təamda görürdülər, xörəkdə görürdülər, maddi açkisiylə baxırdılar. İnfaq genişdi mənası, fəqət mənası xörək vermək deyil. İnfaqın mənası ev də almaqdı, infaqın mənası birinin borcunu da ödəməkdi və sair giriftarçılıqlarını, çətinliklərini həll eləməkdi. Bunlar fəqət infaqı əvvələn məhdud məna eləyirdilər. Sonra lağnan deyirdilər “ənutimu” biz çörək verək “mən ləv yəşaullahu ət`əməhu” o kəsə ki, Allah istəsə ona çörək verər da. Bu cümlənin mənası nədir?
Mərhum Əllamə bu cümləni bir forma məna eləyibdi ki, buyurur burda istəyir desin ki, hər şey Allahın istəyilədir. Allah əgər bir şeyi istəsə olar, istəməsə olmaz. Bəs bu ki, bu kasıb qalıbdı Allah istəyib kasıb qalsın. Əgər Allah istəməsəydi bu kasıb qalmazdı. Siz bizdən istəyirsiniz Allahın istəyi ilə mübarizə eləyək?. Mərhum Əllamə buyurur ki, burda bunlar təkvin ilə təşrii çaşıblar. Təkvin yaranışdı, təkvin xilqətdi. Allah xilqətdə, yaranışda nə istəsə olar. Allahın yaranış barədə iradəsi təkvin iradəsi olmalıdır. “Kun fəyəkun” Amma Allahın bir ayrı istəyi də var, bir ayrı iradəis də var. O iradə, o istək ibarətdir təşriidən. Məndən istəyir yaxşı adam ol, məndən istəyir namaz qılan ol, məndən istəyir oruc tutan ol. Burada bu istək budur ki, mən ixtiyarımla namaz qılan olam. Ola bilər bu Allahın bu istəyinə üsyan eləyəm, məsiyyətkar olam, təşriidə məsiyyət imkanı var, çün məndən istəyir mən o işi görəm öz ixtiyarımla, təkvində yox. Allah kasıba kömək eləməyi təşriidə istəyibdi. Bu ki, mən kasıba kömək eləyəm, insanlar xalqa kömək eləsinlər, bu mümkündü bir nəfər kasıb qala. O ki, Allahın istəyi olsa ”kun fəyəkun” olar. Daha olar, o vaxt ki, təkvin yaranışda bu məsələ ola nə insanların davranışında ki, Allah-mütəal göstəriş buyura insanların davranışına. Çün Allahın göstərişi insanların davranışına bir göstərişdir ki, insanların ixtiyarı da nəzərə alınıbdı. Çün ixtiyarı da mülahizə olunubdu, nəzərə alınıbdı. Ona görə mümkündü məsiyyət də eləyə bu insan mümkün ki, eləyir. Allah istəmir mən yalan danışam, danışıram. Allah istəmir mən simiclik eləyəm, eləyirəm. Bəs bu qarışıq salmaqdı o ki, Allah istəsə o hökmən olar, o təkvin aləmindədir, yaranış aləmindədir. Allah bir şeyi istəsə yaratsın hökmən yaranar. Allah istəsə yaratmasın hökmən yaranmaz. Amma insan işləri barəsində o təşrii iradəsidir, o Allahın istəyidir, amma bu ki, mən o işi ixtiyarımla görəm. Allah məndən tələb eləyir bu işi, bu tələbdə mümkündür məsiyyət eləyəm. Bəs burda təkvin ilə təşrii qarışılıbdı, qəsdən qarışdırıblar. Bəs bir infaq mübahisəsinə belənçi bir qəsdən qarışıq salmaqdı özlərinə alimcəsinə söz danışmaq ki, Allah istəsə onlara da var verər da. Düzdür Allah istəsə hər işi görər, amma yaranış aləmində Allahın istəyi məsiyyətsiz olar, Allahın istəyinə qarşı durmazlar. Lakin təşrii aləmində, təşrii – yəni Allah qanun bizə göndərir, tələb eləyir bizdən. Mümkündü mən Allahın tələbini məsiyyət eləyəm. O da çün Allah dünyada ixtiyar verib mənə, bir illəti budur.
İkinci illəti ki, Quran deyir bəzi insanlar kasıblara kömək eləməzlər, paxıllıq xasiyyətləridi, boxludu, simiclikləridi. Quran bəzi ayələrdə buyurur, onlara simiclik daxil olubdur, həmişə simiclik onlara hazırdı “Uhsirətil ənfusu şuhr” Yəni heç vaxt simiclik bunların ürəklərindən çıxmaz. Bəzi insanlar simicdirlər, amma bəzi vaxtlar gördün səxavətli olurlar, əlləri açıq olar. Amma bəzi insanlar var həmişə simiclik, xəsislik yanlarındadır. Bu heç vaxt kömək eləməz, deyir bu xəsisdi.
Üçüncü məsələ ki, bu ayədə var bəzi insanlar öz çalışmalarının nəticəsi bilərlər öz həyatlarını. Heç Allahın köməyini, Allahın imdadını, Allahın inayətini özlərində nəzərə almazlar. Qaruni baxarlar məsələyə, nə Süleymani. Qarundur ki, deyir mən özüm öz bacardığımla bunları qazanmışam. Süleyman olsa deyər “Haza min fəzli Rəbbi” Bu Allahımın fəzlidi mənə veribdi.
Bəs infaq etməməyin bir səbəbi təkvin və təşrii qarışdırmaqdı. Bir səbəbi də Quranda paxıllıqdı, simiclikdir. Üçüncü səbəbi insan özünə istinad verməkdi öz bacarığına və Allahı nəzərdə almamaq ki, Allahın mənə burda inayəti olub, mənə ömür verib, mənə sərmayə verib, mənə əql verib, bacarığı, qüdrəti mənə O verib “la hövlə və la qüvvətə illa billah” yaranışım Ondandır.
Bunlar bir sıra məsələlərdir ki, onlar infaq eləmirlər.
Dördüncü ehtimal da vardı ki, bu ayədə bir mənası da o ayənin budur. Bir məna ki, Əllamə buyurdu onlar istəyiblər qarışdırsınlar təkvin və təşrii, yəni yaranışla insan işlərini. İnsan işlərində ixtiyar var. İnsan mümkündü məsiyyət eləyə Allahın tələbinə o ki, Allahın istəyi həyata keçər, hökmən o təkvin aləmindədi, yaranış aləmindədi. Amma bir məna ki, bu ayədə məna eləmək olar və dördüncü ehtimaldı, insan niyə kasıba kömək eləməz? O da istehza eləməkdi möminləri. İstəyir desin ki, möminlər, siz ki, deyirsiz Allahımız var, Allahınızdan istəyin da, bizdən niyə istəyirsiniz? Ona görə diqqət eləsəniz bu ayədə çevrilir kafirlər möminlərə, üz çevirirlər, onlara deyirlər “qaləlləzinə kəfəru” O kəslər ki, kafir oldular onlar deyirlər “lilləzinə amənu” iman gətirənlər onlara üz çevirib deyirlər. Deyirlər Allah istəsə verər da. Siz ki, Allaha inanırsız , niyə bizdən istəyirsiniz. Bu ki, insan kömək eləməlidir özünə imtahandı.
Allah-mütəal sədəqə bəhsində çox ali sözlər buyurub Quranda. Sədəqə məni paklayır, nəinki kasıbı varlandırır. Bundan əvvəl ki, kasıbı varlandıra, məni paklandırır “Xuz min əmvalihim sədəqə tutəhhirəhum biha və tuzəkkihim biha” Buyurur ki, onların mallarından sədəqə al. Sədəqə alsan onların mallarından, onların özlərini pak eyləyərsən. Bəs infaq eləmək, sədəqə vermək insanın özünü malpərəstlikdən, dünyapərəstlikdən, mala yapışmaqdan qurtarar bundan əvvəlki kasıbı kasıbçılıqdan qurtarsın. Ona görə infaq insanın paklığıdır, insanı təthir eləyir, pak eləyir.
Buyurur ki, kafirlər belə baxmazlar, deyərlər biz kömək eliyək ona ki, Allah istəsə eləyər də. Ya bu istehza üslubundadı, yəni istəyir desin ki, siz ki, Allaha inanırsınız, Allaha deyin versin da. Ya istehza deyil, elmi üslubda istəyirlər şübhə yaratsınlar. Allah ki, hər nə istəsə olar, hətmən Allah istəməyib bunlar varlansınlar. Allahın iradəsi “kun fəyəkun”du, istəsə olar. Bunlar bundan qəflətdədirlər ki, Allahın iradəsi təşrii aləmində budur ki, insan öz ixtiyarı ilə iş görsün. Vəxti insan öz ixtiyarı ilə iş görür təmizlənir. Əsasən dirçəliş insanda öz ixtiyarı ilə iş görməkdi. Mən zorla kasıba kömək eləsəm, mən dirçəlmərəm. Mən ixtiyarımla kasıba kömək eləsəm dirçəlləm.Ona görə Allah-mütəal dəstur buyurur. Buyurur sən kömək elə, sən infaq elə. Məndən infaqı çıxardıb kasıba vermir, pulu məndən zorla alıb kasıba vermir, mənə göstəriş verir qəsdi-qürbət elə. Allaha xatir kasıba kömək eylə, ta özün dirçəl, özün paklaş.
İdaməsində Allah-mütəal buyurur ki, “in əntum illa fi zəlalin mubin.”
Bu cümləni keçmiş cələsədə ərz elədim, üç cür məna eləyiblər. Bir mənası budur ki, Allah-mütəalın kəlamıdır. Buyurur ki, “in əntum illa fi zəlalin mubin.”
Siz azmısınız, özü də aydın azmaq.
Bir məna budur ki, bunu möminlər kafirlərə cavabda deyirlər “in əntum illa fi zəlalin mubin.”
Siz ki, onlara müraciət elədiniz möminlərə kafirlər dediz əgər Allah istəsəydi onlara kömək eləyərdi. Siz azmısınız, bu məntiq deyil ki, siz deyirsiniz Allah istəsəydi kömək eləyərdi.
Üçüncü məna onların kafirlərin sözlərinin davamıdı. Yəni bunlar istəyirlər desinlər ki, möminlər, siz elə bil çox azmısınız, sözləriniz yadınızdan çıxır. Bu da yenə istehza üslubu olar. Bu üçüncü məna. Yəni deyir Allahınızdan istəyin versin da. Çox elə bil azmısınız sözlərinizin əvvəl-axırına diqqət eləmirsiniz ki, əvvəldə hər şey deyirsiniz Allah, yetişəndə dünya, maddiyata bizdən yapışırsız.
“in əntum illa fi zəlalin mubin.” Siz azmadasız və özünüzü itirmisiniz. Bəs görürük ki, bu ayələrdə Allah-mütəal onların infaq barəsində, yoxsullara kömək eləmək barəsində də məntiqlərini gətirir və bizə izah eləyir. Əgər insan dindən uzaq olsa məntiqi budur, peyğəmbəri istehza eləyər, Allahın nişanələrinə eraz eləyər, üz döndərər və əməl məsələsi gələndə ki, yoxsullara kömək eləmək bu bir nümunəsidir. Əməl məsələlərinə gələndə müxtəlif bəhanələrlə qaçar. Bilirsiz bizim sağlamlığımız və paklığımız iki şeyə bağlıdır.
Bir budur ki, imanımız düz ola, bir budur ki, əməlimiz düz ola. Pak iman bu ki, inanaq, Allah bizə din gətirər, Allahın rəsulları var ki, rəsulullahdırlar ki, bizə Allahın qanunlarını gətirərlər. Əməl də budur ki, o qanunlara biz həyatda əməl eləyək. Bunlar peyğəmbəri istehza elədilər heç, Allahın nişanələrini eraz elədilər, göz yumdular heç və infaq məsələsində əməl məsələsində də əməllərə müxtəlif bəhanələrlə boyun qaçırtdılar və infaqa düşmədilər.
Sonra gəlir Qiyamət məsələsində onların məsələlərini izah eləyir ki, bunlar Qiyamət barəsində bilirsiz nə deyirlər? Qiyaməti də yenə istehza ilə qurtururlar. Bilirsiz ki, peyğəmbərlərin ümumiyyətlə bir vəzifələrindən biri ümumiyyətlə hamısı peyğəmbərlərin bu idi ki, məad məsələsini, Qiyamət məsələsini, öləndən sonra dirilmə məsələsini, ruh bədənə qayıtma məsələsini desinlər. Bir məbdə insanlar Allaha inansınlar, bir məad insanlar öz qayıdışlarını, ruhların bədənə qayıtmalarına inansınlar. Bu ikinci məsələni hətta çoxlu ayələrdən siyahı tutsanız görərsiniz ki, birinci məsələdən də çoxdur. Mindən çox ayə Qiyamət barəsindədir. Yəni bizim peyğəmbərimizin altıdan bir sözü Qiyamət barəsindədir. Keçmiş peyğəmbərlərin də Qiyamətə məsuliyyətləri var idi. Ona görə Allah-mütəal burda onlardan xəbər gətirib deyir, bunlar yavaş-yavaş Qiyamətə belə istehza edirdilər
“Və yəqulunə məta hazəl-və`d”
Bunlar deyirdilər, deyirlər ki, olar ki, ərəb dilini bilirlər aydındır ki, bu “müzaridi”, keçmiş deyil, yəni ardıcıllıq var, hey deyirdilər. Bir dəfə də demirdilər “Yəqulunə” hey deyirdilər. “Məta həzəl vəd” bu vədəyi ki, siz verirsiniz nə vaxtdı. “Vəd” sözü ərəb dilində həm xoş vədəyə deyərlər, cənnətə də vədə deyərlər, həm bəd vədəyə, pis vədəyə də deyərlər. Əzaba, cəhənnəmə, cəzalanmaya da “vəid” deyərlər. “Vəid” mənasında da işlənər “vəd”. Burda “vəid” mənasındadı. Bu ki, siz vədə verirsiniz, ikisi də ola bilər ha. Və lakin çün deyənlər kafirdi onlara əsasən bu cür məna olunur. Siz ki, bizə hesab, cəza, əzab, cəhənnəm buları deyirsiniz “məta hazəl-və`d” Bu vəd nə vaxt olacaq “in kuntum sadiqin” Əgər düz deyirsiniz bizə zamanını deyin, gününü deyin, vaxtın deyin. Allah-mütəal zaman istəyirsiniz biləsiniz ki, nə vaxtdı
“Ma yənzurunə illa səyhətən vahidətən” Bunlar intizar çəkmirlər “yənzurun” burda be mənayi “intəzərə”di gözləmirlər, məgər bir fəryad. Bilirsiniz ki, axirizamanda vəxti Qiyamət istəyir bərpa olsun qəbl əz bu ki, Qiyamət olsun hər kim yer üzündə var hamısı öləcəkdi. Onlar ki, ölüblər Bərzəxdədilər onlar heç, onlar ki, dünyadadırlar onlar da öləcəklər. Bir dənə səslə. Bir şeypurun səsiynən ki, deyir bunlar gözləmirlər “illa səyhətən vahidətən” Məgər bir dənə fəryadı ki, “təxuzuhum” bu fəryad bunları tutsun və “hum yəxissimun” O halda ki, bir-birləriynən niza eləyirlər, bir-birləriynən münaqişə eləyirlər, bir-birləriynən spor eləyirlər birdən bu əzab gələcəkdi....